14 avqust 2009-cu ildə “Habertürk” kanalında nəşr olunan “Sansürsüz” proqramına qatılan darvinistlər, Yaradılış müdafiəçilərinin darvinistləri “dinsiz” kimi göstərməyə çalışdıqlarını iddia etmişlər. Halbuki bu, Yaradılışçıların iddiası deyil, birbaşa darvinizmin və darvinistlərin iddiasıdır.
Darvinin ağıl və elmdən kənar fikri, dünya üzərindəki həyatın bütün varlığının və müxtəlifliyinin, (Allahı tənzih edirik) Allahın yaratmasıyla deyil, təsadüfi və nəzarətsiz proseslərin nəticəsində meydana gəldiyini irəli sürər. Buna görə DARVİNİZMDƏ MƏQSƏD, AĞIL, HƏDƏF YOXDUR. Darvinizmin məqsədi, təsadüfləri ilah qəbul edərək, Yaradılış fikrini ortadan qaldırmaqdır. Maddənin mütləq varlığını müdafiə edən materialist inancı təməl alan darvinizm; canlı varlıqların yoxdan yaradıldıqlarına, insanı insan edən ruhun metafizik varlığına və varlıqların Uca Allahın İradəsi və İdarəsi altında olduğu gerçəyinə qarşı mübarizə məqsədiylə ortaya çıxmış azğın bir dindir
Bir qisim təkamülçülər bu gerçəyi gizləmə səyindədirlər. Bunun məqsədi budur: Onlar, yaşadığımız əsrdə darvinizmin dünya üzərində mütləq çöküşə doğru getdiyinin fərqindədirlər. Bu səbəblə, darvinizmin təkrar dünya səviyyəsində təsirli ola bilməsi üçün fərqli kütlələri özlərinə çəkmə və azğın darvinizm ideologiyasını mülayim göstərmə arxasındadırlar. Belə ki, bunu edərkən “din və təkamül ziddiyyət təşkil etməz” məntiqini də ortaya ata bilmiş və insanlara, təkamülə inanmanın Allahın varlığını rədd etmək mənasını verməyəcəyi təlqinini vermişlər. Halbuki özləri, böyük ölçüdə ateistdirlər. Mina Kırıkkanatın da davamlı dəstəkçi çıxdığı və özünə görə güclü zənn etdiyi seqment, məhz bu yanılmanın içinə düşmüş olan, Dokinzin deyimiylə darvinist lobbi tərəfindən istifadə edilən və təkamüllə Allah inancının həqiqətən məhv edə biləcəyini zənn edən məlumatsız və yazıq seqmentdir.
Darvinizm = ateizm gerçəyini söyləyənlər, bunu açıqca etiraf edənlər, Yaradılışçılardan çox, darvinistlərin özüdür. Hətta bəhsi keçən proqrama qonaq olan darvinist Ender Helvacıoğlunun da özüdür:
Ender Helvacıoğlu (Elm və gələcək jurnalı, iyun 2009)
Din və yaradılış ilə təkamül ziddiyyət təşkil etməz deyən alim, özünü texnik mövqeyinə sadələşdirmiş deməkdir. Bütün bunları söyləyib hələ alim olduğunu iddia edirsə də yalnız və yalnız fəlsəfi və ictimai dünyagörüşündən nəsibini ala bilməmiş yazıq intellektualdır.
Mövzuyla əlaqədar dünyaca tanınmış darvinistlərin etirafları:
Riçard Dokinz (Oxford Universiteti):
“Darvin, intellektual mənada təmin olmuş ateist olmağı mümkün etmişdir.” 1
“Məni bunun şahidi, bu mövzunun vəkili kimi görürlər. Və məndən soruşurlar “Dr. Dokinz, təkamülə olan inancınız, təkamül üzərinə işləriniz sizi ateizməmi çevirdi?’ deyə. Buna “bəli” demək məcburiyyətindəyəm. …Mənim kimi insanlar təkamül lobbisi üçün pis xəbər kimidirlər. Halbuki mən bu mövzuda, bu sahədə danışan kəslərin hamısından daha çox açıq sözlü və dürüstəm.” 2
“Xüsusilə yaradılmış bir növ təkamülü qoruma lobbisi var. Bunların böyük əksəriyyətini ateistlər meydana gətirir. Amma bu kəslər, gözü dönmüş şəkildə, dindar insanlarla dost olmaq istəyirlər. Və bunu edə bilmənin tək yolu, təkamül ilə din arasında heç bir uyğunsuzluq olmadığını söyləməkdir.” 3
“Növlərin Mənşəyi kitabından əvvəl ateist olmaq olduqca çətin idi.”
Stalin:
“Gənc nəsillərin zehnini yaradılış düşüncəsindən təmizləmək üçün onlara tək bir şeyi öyrətməliyik: Darvinin təlimlərini”
Rennan Çoxunlu (elm və gələcək jurnalı, iyun 2009)
Bu məlumatlar bizə müqəddəs kitablardan və ya peyğəmbərlərə vəhy yoluyla gələn kəlamlardan gəlmədi. Elm, bilmək mövzusundakı tək yoldur, gerisi batil! (Allahı tənzih edirik)
1 The Blind Watchmaker səh. 6
2 Expelled “No Intelligence Allowed” Movie, Ben Stein, 2008
3 Expelled “No Intelligence Allowed” Movie, Ben Stein, 2008
4 Kent Hovind, The Falsa Religion of Evolution
American Association for the Advancement of Atheism (Amerikan Ateizmi İnkişaf etdirmə Birliyi) prezidenti Çarlz Smit:
“TƏKAMÜL, ATEİZMDİR.”