İçeriğe geç

Darvinistlərin təsadüf iddialarından duyduqları böyük utanc

14 avqust 2009-cu il axşamı “Habertürk” kanalında yayımlanan “Sansürsüz” proqramına qatılan darvinistlər, son dövrlərin ən bilinən darvinist taktikasına üz tutmuşlar və yenə təsadüf iddialarını geri almağa çalışmışlar.

Darvinistlər, Darvindən bəri bütün canlılığı meydana gətirən yeganə gücün təsadüflər olduğunu iddia edərkən, son vaxtlarda ani çevriliş etmiş, əslində biz təsadüf demək istəmədik deyərək yol dəyişdirmişlər. Bunun səbəbi, təsadüfün məntiqsizliyinin artıq bütün dünya tərəfindən fərq edilmiş olması və darvinistlərin də bu yolla özlərini ciddi şəkildə kiçik vəziyyətə salmalarıdır.

Bunun üçün yeni terminlər çıxarmağa başlamış, “təsadüf deməyək buna nizamsız deyək” və ya “ixtiyari deyək” kimi yeni terminlərə sığınmağa çalışmışlar. İddialarına görə, tamamilə şüursuz atomların şüursuz hərəkətləriylə inkişaf edən şüursuz proses olan təkamül nəzəriyyəsini, SAXTA ADLARLA, EYNİ MƏNANI VERƏN FƏRQLİ TERMİNLƏRLƏ QURTARA BİLƏCƏKLƏRİNİ ZƏNN EDİRLƏR.

Darvinistlərin “təsadüf” mövzusunu anlamazlıqdan gəlmə taktikaları, xəyali “meymun ata” mövzusunu anlamazlıqdan gəlmə taktikaları ilə eynidir. Darvinizm; yaradılışı, Yaradıcını (Uca Allahı tənzih edərik) və bu səbəbdən canlı varlıqlardakı şüur, ağıl və dizaynı tamamilə inkar edən və buna görə hər şeyi şüursuz təsadüflərə və özbaşına, idarəsiz hadisələrə bağlayan azğın inancdır.

Darvinizmin başqa tərifi olmamasına baxmayaraq, darvinistlərin bütün izahları təsadüfə əsaslanmağa baxmayaraq və bütün nəşrlərində açıq-aydın təsadüfü izah etmələrinə baxmayaraq, “biz əslində təsadüfü nəzərdə tutmadıq” deyə ortaya çıxırlar. Bu açıq şəkildə, təsadüfün adını dəyişdirməyə qalxmaqdır.

Darvinistlər, eynilə xəyali “meymun ata”nın adını dəyişdirməyə qalxdıqları kimi, təsadüfün də adını dəyişdirməyə qalxırlar. Eynilə “meymundan gəldik” dedikləri zaman kiçik vəziyyətə düşdüklərini bildikləri kimi, “təsadüfən oldu” dediklərində də kiçik vəziyyətə düşdüklərini bilirlər.

Məhz buna görə, bu axmaqlığın adını  dəyişdirməyə cəhd edir və “biz təsadüf demədik” deyə ortaya çıxırlar. “Yaxşı, şüurlu varlıqmı etdi” deyə soruşulduğunda “xeyr” deyərlər. “Bütün hadisələr bir şüurun, bir ağılın idarəsində idimi?” deyə soruşulduğunda yenə “xeyr” deyərlər.

MƏHZ BU, YALANDIR. Bir şey ya vardır, ya da yoxdur. Bir masanın üzərindəki qab ya vardır, ya da yoxdur. Bunun üçüncü bir şərhi ola bilməz. Bu səbəbdən darvinistlər artıq demaqoqluğa son verməlidirlər. Uşaq kimi çıxılmaz vəziyyətə girərək özlərini bu qədər hörmətdən salmalarını bütün insanlıq təəccüblə izləyir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz