Massonluğun təməl fəlsəfəsi Darvinizm -1-
Darvinizm massonluğun təməl fəlsəfəsidir. Çünki Darvinizm massonların dünyada qurmağa çalışdıqları dəccal sisteminin çürük təməlini təşkil edir. İnsanları Allah inancından uzaqlaşdırmağı qarşısına məqsəd qoyaraq, yer üzərindəki zülmün azğın və saxta ideologiyasının əsasını təşkil edir. Elə bu səbəbə görə, masson təşkilatlanması, təkamül nəzəriyyəsinin cəmiyyətə qəbul etdirilməsi mövzusunda ən çox səy göstərən təşkilatdır. Masson Jurnalı massonların təkamül ideologiyasına niyə bu qədər bağlı olduqlarını belə ifadə edir:
Darvinin Təkamül nəzəriyyəsi təbiətdə baş verən bir çox hadisənin Allahın işi olmadığını göstərdi.”1(Allahı tənzih edirik)
Massonlar bu böyük yalanı daimi saxlamaq və kütlələrə yaya bilmək üçün təkamül nəzəriyyəsini həqiqi elmi bir nəzəriyyə kimi təqdim etməyə çalışırlar. Halbuki, massonların dəstəkləyib ön plana çıxartdıqları təkamül nəzəriyyəsi, tək elmi bir dəlillə belə sübut edilməyib, yaradılışı dəstəkləyən 250 milyon qalıq və digər elmi tapıntılar qarşısında tamamilə çökən, “Tarixin ƏN BÖYÜK saxtakarlığı, elm ADINA ORTAYA atılmış ƏN BÖYÜK yalandır.”
Bir başqa “masson jurnalı” olan Memar Sinan isə, massonluğun Darvinizmə münasibətini belə izah etmişdir:
Bu gün, artıq ən mədəni ölkələrdən ən geri qalmış ölkələrə qədər tək etibarlı elmi qanun Darvinin və onun yolunu izləyənlərinkidir.” 2
Massonlar, Darvinizmi elmi bir qanun kimi göstərməyə və bunun ən doğru yol olduğunu təqdim etməyə çalışırlar. Çünki Darvinizm massonik mərkəzlərin yolunu açan, azğın düşüncə sistemini yaymaq üçün istifadə olunur. Beləliklə, massonlar bu nəzəriyyənin təbliğatının aparılmasını da əsas vəzifələri olaraq qəbul edirlər. Masson Jurnalı “massonluğun vəzifəsini “ belə ifadə etmişdir:
Hamımızın başlıca işi insani və massonluq vəzifəsidir, pozitiv elmdən ayrılmamaq, bunun təkamüldə ən yaxşı və tək yol olduğunu mənimsəyərək bu inancımızı insanlar arasında yaymaq, xalqı pozitiv elmlərlə (Darvinizmlə) yetişdirməkdir.3
Yüksək dərəcəli masson olan Salami Işındağ isə, “Massonluqdan İlhamlar” adlı kitabında, massonluğun təkamül yolunda insana baxış nöqteyi-nəzərini belə ifadə edir:
İnsan təkamül baxımından heyvandan fərqli deyildir. İnsanın yaranması və təkamülü üçün, heyvanların tabe olduqları güclərdən ayrı xüsusi güclər yoxdur. 4
Dəccal sistemi olan Massonluq insanı təsadüfən yaranmış bir heyvan kimi görən Darvinizm yolu ilə bütün hədəflərinə rahat şəkildə çata biləcək saxta bir dayaq əldə etmişdir. Darvinizm, dəccalın bütün azğın fikir sistemini əsaslandıra biləcəyi bir ideologiya olaraq massonlar tərəfindən ortaya atılmış, massonlar tərəfindən dəstəklənmiş, elm kimi göstərilmiş və onlar tərəfindən qorunmuşdur. Hələ də, sözü gedən dəccal sistemi bu azğın ideologiyanı təzyiq, zorbalıq və saxtakarlıq yolu ilə qorumağa davam edir.
Bunu daha yaxşı başa düşə bilmək üçün dəccal sisteminin massonluğun Darvin dövründə bu ideologiyanı necə dəstəkləyib ön plana çıxardıqlarını araşdırmaq yerinə düşər.
Massonlar tərəfindən Dəstəklənən Darvin
Darvinizmin massonluğun ən böyük oyunlarından biri olduğu həqiqətini üzə çıxaran əhəmiyyətli bir misal masson iclaslarında qəbul edilmiş olan qərardır. Parisdəki 33-cü Dərəcə Mizraim Yüksək Massonluq Şurasına bağlı olan şura üzvləri, iclaslarda təkamülün bir elm olaraq dəstəklənməsi zərurətini açıqlayarkən özləri nəzəriyyəyə lağ edirdilər:
Məhz təkamül nəzəriyyəsinin elmi olduğu fikrindən istifadə edərək bizlər durmadan mətbuat yolu ilə bu nəzəriyyələrə kor-koranə güvənilməsinə şərait yaradacağıq. İntellektuallar… məlumatları ilə özlərini tərifləyəcəklər və hər hansı məntiqi bir təsdiqə ehtiyac duymadan, elmdən ala bildikləri bütün məlumatı fəaliyyətə keçirəcəklər. Nümayəndəliklərimizdəki mütəxəssislər onların zehinlərini bizim istədiyimiz istiqamətdə yönləndirmək üçün bütün hissələri hiyləgərcəsinə bir araya gətirdilər. Bir anlıq da, bunların boş sözlər olduğunu düşünməyin. Darvinizm üçün əldə etdiyimiz nailiyyətlər üzərində diqqətlə düşünün…5
Amerikadakı massonluq təşkilatı da Mizraimin bu qərarını çox keçmədən mənimsədi. New Age jurnalı Mart 1922-ci ildə massonluğun hakimiyyətinin təkamül və insanın öz inkişafı sayəsində qurulacağını qeyd etmişdir.
Diqqət yetirilərsə, təkamül nəzəriyyəsinin indiki saxta elmi görünüşü, 33-cü dərəcə masson lojalarında təsbit edilib qərarlaşdırılmış olan bir oyundur. Massonlar, özlərinin belə gülməli olduğunu düşündüyü bu yalana, elm bəzəyi verə bilmək üçün onların istədikləri kimi davranan elm adamlarından və mətbuatdan istifadə edəcəklərini açıq şəkildə ifadə edirlər. Massonlar, Darvinizm yolunda nail olduqları müvəffəqiyyətlərdən bəhs edərkən əslində, bir yalanın universitetlərə, məktəblərə, məktəb kitablarına, bütün mətbuat orqanlarına həqiqət kimi girməsini, anti-Darvinist söyləyənlərin susdurulmasını, anti-darvinist fəaliyyətlərin təzyiq yolu ilə durdurulmasını nəzərdə tuturlar. Massonların Darvinizm üçün reallaşdırdığı bu saxta “nailiyyətlər” indiki dövrdə elə bir dərəcəyə çatdırılmışdır ki, İngilis kilsəsi Darvindən üzr istəməyə, Papa öz evində Darvinizm meyilli konfranslar verməyə məcbur edilmişdir. Məhz dünyaya hakim olan dəccal sistemi, massonluğun bir lojada qərarlaşdırıb həyata keçirdiyi bu azğın sistem belə təsirli olmaqdadır.
Huxley
Massonluğun Darvinizm ilə əlaqəsinin bir başqa əhəmiyyətli dəlilini isə Darvin dövründə, Darvinin ən böyük dəstəkçisi olan və Darvinin buldoqu olaraq tanınan Tomas Hakslinin fəaliyyətlərindən anlamaq mümkündür. Haksli, İngiltərənin ən əhəmiyyətli elm qurumlarından biri olan Royal Society -nin bir üzvü idi və bu təşkilatın hardasa bütün digər üzvləri kimi yuxarı dərəcəli bir masson idi. Royal Society, ya da uzun adı ilə The Royal Society of London for The Improvement of Natural Knowledge (Təbiət biliklərinin İnkişaf etdirilməsi üçün London Kraliyet Dərnəyi) 1662-ci ildə quruldu. Təşkilatın bütün üzvləri istisnasız olaraq massonlardan təşkil olunurdu.7
Heç bir şəxsi nailiyyəti olmamasına baxmayaraq olduqca gənc yaşda Royal Society -yə üzv qəbul edilən Tomas Hakslinin bu masson təşkilatı üçün əhəmiyyətli olmasının tək səbəbi, Darvinin ən böyük dəstəkçisi olması idi.
Royal Society-nin digər üzvləri də həm kitabını nəşr etməzdən əvvəl, həm də nəşr etdikdən sonra, Darvinə böyük dəstək olmuşdular. Bu masson təşkilat, Darvinə və Darvinizmə elə sahibləndi ki, bir müddət sonra Nobel mükafatları kimi hər il nailiyyətləri olan elm adamlarına “Darvin medalı” hədiyyə etməyə başladı.
Qısaca olaraq, özü də bir masson olan Darvin tək deyildi. Nəzəriyyəsini ortaya atdığı andan etibarən, “təşkilatlı” bir şəkildə dəstəkləndi. Bu təşkilatlı dəstəyin əsası, massonların təşkil etdiyi ictimai sinif və qruplardan ibarət idi. Marksist Anton Pannekoek, “Marxism And Darwinism” (Marksizm və Darvinizm) adlı kitabında, bu əhəmiyyətli həqiqətdən danışır və burjuaziyanın yəni, Avropalı zəngin kapitalist sinfin, Darvinizmi dəstəklədiyini belə izah edir:
Marksizmin əhəmiyyətini və mövqeyini yalnız, proletar sinfin mübarizəsindəki roluna borclu olduğu hər kəs tərəfindən bilinir… Darvinizmin də, Marksizmlə eyni təcrübələri yaşadığını görmək çətin deyildir. Darvinizm, elm dünyası tərəfindan obyektiv bir münasibətlə müzakirə olunaraq və test edilərək qəbul edilmiş bir nəzəriyyə deyildir. Xeyr, Darvinizm ilk addımını atan kimi, həvəsli dəstəkçiləri və ehtiraslı düşmənləri olmuşdur. Darvinin adı, nəzəriyyəsindən çox az bir şey anlayan insanlar tərəfindən yüksəldilib. Darvinizm də, sinif mübarizəsində bir rol oynamışdır və bu rol sayəsində sürətlə yayılmış ehtiraslı tərəfdarlar və çətin düşmənlər qazanmışdır.
Bu iddia massonların təkamül nəzəriyyəsinə niyə əhəmiyyət verdiklərini açıq şəkildə göstərir. Onların məqsədi, insanın və bütün canlıların təsadüfən meydana gəldiyi fikrini insanlara aşılamaq, beləliklə, onlara azğın materialist fəlsəfəni əsaslı bir şey kimi göstərə bilməkdir. Yaradıcını inkar etmənin (Allahı tənzih edirik) və təsadüfləri saxta ilah halına gətirmənin tək üsulu isə, onlara görə təkamül nəzəriyyəsidir. Elə bu səbəbə əsasən massonluq, hər necə olursa olsun, təkamül nəzəriyyəsini dəstəkləyir, bunu müdafiə edir, cəmiyyətlərə yaymağa çalışır, saxtakarlıqla və ya zorbalıqla olsa belə, mütləq öz nəzarəti altında saxlayır. Dünyada bu yalanın təkidlə və böyük bir fanatizmlə qorunmasının, dünyaya hakim bir Darvinist diktatorluq olmasının səbəbi məhz budur.