Güclü olanın təbii şərtlərdə təhlükələrdən qorunaraq həyatda qalması, zəif olanların isə mühit şərtlərinə və təhlükələrə məğlub olaraq ələnməsi məntiqidir.

        Darvinistlər bunu orqan və strukturlara endirərlər. Mutasiyaların yarandığını və mutasiyalar nəticəsində faydalı bir quruluş ortaya çıxdısa, bunun ehtimallar daxilində digər müvəffəqiyyətsiz strukturlara görə təbii olaraq seçiləcəyini və bu seçimlər nəticəsində doğru strukturlarla doğru orqanların yaranacağını iddia edərlər.

        Təsadüf iddiasını bu mövzuda rədd edərlər. “Mutasiyalar təsadüfi reallaşar, amma buradakı faydalı nəticəni təbii seleksiya seçər” deyərlər. Bir çox ehtimal arasından ən faydalı olanı ayırar məntiqiylə məntiqli bir şey olurmuş təəssüratı verməyə çalışarlar.

 

Bu iddianı çürüdən nöqtələr:

        Canlıya fayda gətirən, mövcud quruluşu inkişaf etdirən hər hansı bir mutasiya reallaşması qeyri-mümkündür. Mutasiyaların 99%-i zərərli, 1%-i təsirsizdir. Fayda gətirən bir mutasiya MÜŞAHİDƏ EDİLMƏMİŞDİR. Bu səbəbdən “təbii seleksiyanın faydalı mutasiyalara görə seçim edə bilməsi” qeyri-mümkündür.

        Təbii seleksiya şüurlu mexanizm deyil. Reallaşan mutasiyalar arasında ən doğrusunu seçə bilmə kimi şüuru yoxdur.

        Təbii seleksiya ilə ən faydalı quruluş seçilmiş olsa belə, bu vəziyyət heç bir şəkildə o canlıya yeni bir quruluş əlavə edə bilməyəcək. Sürətli qaçan zebrlər həyatda qalar, zəif olanlar ov olar, lakin bu vəziyyət heç bir zaman zebrləri pələnglərə çevirməz.

        Təbii seleksiyanın seçim edərək əvvəldən təyin olunmuş plana görə hərəkət etməsi qeyri-mümkündür. Bu təbii seleksiyada şüur olduğunu iddia etməkdir. Şüursuz təsadüfi reallaşan hadisələrdə şüurun olduğunu iddia etmək ciddi məntiq məğlubiyyətidir. Lakin darvinistlər, təsadüf iddialarının alçaldıcı təsirindən xilas ola bilmək üçün, təbii seleksiyada şüur olduğu təəssüratı verməyə çalışır və insanları aldadırlar.

        Darvinistlərin iddiasına görə, təbii seleksiya, ortada heç bir şey yoxkən göz kimi orqanı planlamalı, onun bütün xüsusiyyətlərini əvvəldən bilməli və bir plan daxilində HEÇ SƏHV ETMƏDƏN ən doğru mərhələləri ən doğru şəkildə yerinə yetirməlidir. Ortaya görən göz çıxana qədər heç səhv etmədən müəyyən plan daxilində hərəkət etməlidir. Ardı arxasına mükəmməl strukturlar meydana gətirməli, görünüşü görən beyin var etməli və gördüklərini qəbul edə biləcək şüur var etməlidir. Və bunların hamısını eyni anda etməlidir. Əlbəttə, şüursuz atomların bunu edə bilmələri qeyri-mümkündür. Lakin darvinistlərin israrla müdafiə etdikləri şey tam olaraq budur.

 

Təbii seleksiya ilə əlaqədar darvinistlərin etirafları

Çarlz Darvin:

Nəzəriyyəmlə əlaqədar çətinliklər və etirazlar belə təsnifləşdirilə bilər: … İkincisi; məsələn, quruluşu və vərdişləri baxımından yarasa olan bir heyvan, çox fərqli quruluşu və vərdişləri olan başqa bir heyvanın dəyişiklik keçirməsiylə meydana gələ bilərmi? Təbii seleksiyanın bir tərəfdən zürafənin ağcaqanad qovmağa yarayan quyruğu kimi çox az əhəmiyyətli orqan və digər yandan, göz kimi heyrətamiz orqan törədə bildiyinə inana bilərikmi? (Charles Darwin, Türlerin Kökeni, Onur Nəşrləri, Beşinci nəşr, Ankara 1996, s.186)

 

  1. Haks:

Quşları, balıqları, çiçəkləri və s. göz qamaşdırıcı gözəlliyi tam təbii seleksiyaya borclu olduğumuza inanmaqda çətinlik çəkirəm. Hətta, insan şüuru elə bir qurğunun məhsulu ola bilərmi? Necə olar ki, bütün sivilizasiya nemətlərinin yaradıcısı olan insan beyni; Sokrat, Leonardo da Vinçi, Şekspir, Nyuton və Eynşteyn kimiləri ölümsüzləşdirən yaradıcılıq “həyat mübarizəsi” deyilən meşə qanununun bizə hədiyyəsi olsun? (J. Hawkes, “Nine Tentalizing Mysteries Of Nature,” New York Times, no.33, 1957)

 

Dr. Kolin Paterson:

Heç kim bu günə qədər təbii seleksiya mexanizmləri yoluyla yeni bir növ çıxara bilmədi. Heç kim belə bir şeyin yaxınına belə yaxınlaşa bilməmişdir.  (Colin Patterson, “Cladistics”, BBC, Brian Leek ile Röportaj, Peter Franz, 4 Mart 1982)

 

Artur Kostler:

İndiki vaxtda təhsilli insanlar, Darvinin təsadüfi mutasiyalar müsbət təbii seleksiyanın sehrli düsturu sayəsində bütün suallara cavab tapdığına inanmağı davam etdirirlər. Təsadüfi mutasiyaların mövzu xarici qaldığı və təbii seleksiyanın sonsuz dövr məntiqi halına gəldiyi gerçəyindən olduqca xəbərsiz şəkildə. (Arthur Koestler, Janus : A Summing Up, Vintage Books, 1978, s. 185)

 

Pyer Paul Qrasse:

  1. Haksli və digər bioloqların təkamülün təbii seleksiya mexanizmi vasitəçiliyi ilə işlədiyi nəzəriyyəsi, demoqrafik gerçəklərin, genotiplərin regional dalğalanmasının və coğrafi bölgülərin müşahidəsindən başqa bir şey deyil. Əksərən ələ alınan növlər on minlərlə il heç dəyişmədən qalır. Şərtlərə bağlı olaraq meydana gələn dalğalanmalar, genlərin əvvəldən dəyişməsiylə birlikdə nəzərə alındığında təkamülə dəlil olaraq istifadə edilə bilməz; bunun ən gözəl dəlili də milyonlarla ildir heç bir dəyişikliyə uğramayan yaşayan qalıqlardır. (Pierre Paul Grassé, Evolution On Living Organisms: Evidence for a New Theory of Information, Academic Press, Yanvar 1978)