Mozaika təkamül bədəndəki hər orqanın fərqli zamanlarda, fərqli mərhələlərlə bir-birindən müstəqil olaraq təkamülləşdiyi iddiasıdır.
Darvinistlər bu iddiadan istifadə edərək “yarı sürünən, yarı quş olan canlı görmərik, çünki orqanlar daxilində təkamülləşmə vardır” deyərək ara fosil yoxluğuna örtük uydurmaq istəyərlər.
Buna görə də mükəmməl canlılar üzərindəki kiçik təfərrüatları təkamül dəlili olaraq göstərməyə çalışarlar.
Məsələn, İda, tamamilə mükəmməl lemur fosili olmasına baxmayaraq, darvinistlər günümüzün lemurlarında olmayan bükülə bilən baş barmağı ara fosil olaraq göstərmişlər, bu və soyu tükənmiş canlıya aid bu tip mükəmməl xüsusiyyətləri istifadə edərək bəhsi keçən lemurun insanın guya atası olduğunu iddia etmişlər.
Bu iddia buna görə etibarsızdır:
İda üzərindən yola çıxacaq olsaq: darvinistlərin iddiasına görə, o lemur mükəmməl hala gələnə qədər hər bir orqanının ayrı zamanlarda mütləq təkamülləşmiş olması lazımdır. Təkamülləşən bu ara orqanların olduğu fosillər haradadır?
Darvinistlərin iddiasına görə bəzi orqanlar təkamülləşər, bəziləri sırasını gözləyərkən, bu canlının yarı primat, yarı lemur olduğu bir mərhələ olmalıdır. Bu mərhələlər fosil qeydlərində haradadır?
İda, mükəmməl görünüşünü alana qədər milyardlarla hətta trilyonlarca dəfə mutasiya keçirmiş olmalıdır. Bu mutasiyaların hamısının faydalı olması lazımdır. Amma mutasiyaların 99%-i zərərli, 1%-i təsirsizdir. Bu səbəbdən bu qədər çox mutasiyanın bir araya gəlib mütləq fayda gətirəcək şəkildə mütəşəkkil olması qeyri-mümkündür.
Darvinistlərin iddiasına görə, canlı mükəmməl halına gələnə qədər mutasiyaların, canlıya yeni strukturlar əlavə etməsi lazımdır ki, bir canlının genetik məlumatına mutasiyaların yeni məlumat əlavə etmə imkanı yoxdur.
Ayrıca buna görə, yavaş-yavaş inkişaf edən bir orqanın funksiyasız olduğu müddət boyunca niyə təbii seleksiya mexanizmi ilə ortadan qaldırılmadığı açıqlana bilinmir.
Mozaika təkamül iddiası, darvinist çarəsizlikdən törədilmiş son dərəcə acınacaqlı iddiadır. Darvinistlər tarix boyunca ara fosil yoxluğuna müxtəlif bəhanələr tapmağa çalışmış (sıçramalı təkamül kimi), lakin bu bəhanələr darvinizmin nə böyük çıxılmaz vəziyyətdə olduğunu göstərməkdən başqa bir nəticə gətirməmişdir.
İndi mozaika təkamül iddiasının da vəziyyəti budur. Darvinistlər adını nə qoyurlarsa qoysunlar, iddia etdikləri növdən növə keçidlərin mütləq ara mərhələlərini fosil qeydlərində tapıb gətirmələri şərtdir. Əgər gətirə bilmirlərsə, ki gətirə bilməzlər, darvinist yalan ilə insanları aldatmağa son verməli, gerçək elmi dəlillərə görə hərəkət etməlidirlər.