Header

Darvinistlər: “Etiraf edirik, İda ara fosil deyil, tam və mükəmməl bir canlıdır!” (Amma, nə vaxt bunu söylədilər? Harun Yəhya yalanlarını ortaya çıxardıqdan sonra)

Aa4a

Xatırlanacağı kimi, 2009-cu ilin may ayında darvinistlər İda adlı fosili insanın guya əcdadı olaraq tanıtmağa çalışmışdılar. Eyni anda bir çox media orqanı tərəfindən geniş bir spekulyasiya ilə insanın uydurma əcdadı olaraq tanıdılmağa çalışılan bu fosilin əslində bir lemura aid olduğunu isə dərhal açıqlamış və bu spekulyasiyalara dərhal son vermişdik. Buradan və burdan İda adlı lemur fosili haqqında izahlarımızı oxuya bilərsiniz.

Beləcə bəzi darvinist dairələr tərəfindən təşkil edilmiş “Ida şousu” dərhal sona çatmışdı. Çünki gerçək elm gözüylə baxan hər kəs dərhal bunu görəcəkdi: Ida, edilən spekulyasiyaların əksinə, 47 milyon il əvvəl mükəmməl şəkildə varlığını davam etdirmiş qüsursuz bir canlıdır. 95%-i qorunmuş olan və dolaysilə təxminən bütün detalları araşdırıla bilən bu qalıqda, ARALIQ FORMA XÜSUSİYYƏTİ GÖSTƏRƏN BİRCƏ DƏNƏ BELƏ QURULUŞ YOXDUR.

Necə ki, ortaya çıxan xəbərlərin saxlana bilməyəcək vəziyyətə gəlməsi darvinistləri etirafa məcbur etmişdir. 2009-cu ilin oktyabrında xüsusilə “New York Times”, “BBC” kimi xüsusilə darvinizm tərəfdarı bir çox media orqanı tərəfindən eyni anda nəşr olunan xəbərə görə, darvinistlər İdanın bir aralıq forma olmadığını, eyni açıqladığımız kimi, 47 milyon il əvvəl yaşamış bir lemur olduğunu yəni tam və mükəmməl bir varlıq olduğunu qəbul etmək məcburiyyətində qalmışlar.

Darvinizm, heç bir elmi dəlillə dəstəklənilməyən, yalnız materialist fəlsəfəyə sözdə elmi dəlil olaraq zorla dəstək olunmağa çalışılan köhnə nəzəriyyədir. Daha əvvəl də Nebraska Adamı, Archaeoraptor, Piltdown Adamı kimi Darvinist saxtakarlıqlar eyni İda nümunəsində olduğu kimi günlərlə yazılı mətbuatda və sözdə elmi jurnallarda ictimaiyyəti məşğul etmişdir. Bu nümunələrin hər birində, darvinistlərin sözdə “itkin halqa tapıldı” yalanı və təkamül təbliğatı özləri üçün utanc vəsiləsi halına gəlmiş, dərhal iddialarını geri almaq məcburiyyətində qalmışlar.

İda adlı lemur fosili üzərində günlərlə edilən sözdə “itkin halqa” təbliğatının da eyni şəkildə bir yalandan ibarət olduğu ortaya çıxmışdır. Darvinistlər bir daha utanc içində məğlubiyyətlərini qəbul etmək məcburiyyətində qalmışlar. Canlıların hamısını sonsuz qüvvət sahibi Allah yaratmışdır. Təkamül nəzəriyyəsi isə, elmi bir dünyagörüşü deyil, bir bütpərəst dindir.

BU GÜNƏ QƏDƏR TƏKAMÜLÜ DƏSTƏKLƏYƏ BİLƏCƏK BİRCƏ DƏNƏ DƏLİL DƏ TAPILA BİLMƏMİŞDİR VƏ BUNDAN SONRA DA TAPILMASI QEYRİ-MÜMKÜNDÜR. Çünki canlıların hamısı orijinal strukturları ilə Allah tərəfindən yoxdan yaradılmışdır.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313