Header

İngilislər məktəblərdə yaradılışın oxudulmasını istəyirlər

Aa4a

Darvinin ana vətəni İngiltərə, artıq təkamülü rədd edir. İllərdir darvinizmin qalası mövqeyində olan İngiltərə, son bir neçə ildə fövqəladə bir sürətlə təkamülə qarşı cəbhə almış vəziyyətdədir. Yaradılış gerçəyinin ən sürətli yayıldığı Avropa ölkələrinin başında gələn İngiltərədə xalq, son vaxtlarda mətbuatda çıxan xəbərlərdə də açıqca görülə biləcəyi kimi, uşaqlarının məktəblərdə Yaradılış gerçəyini öyrənmələrini istəyirlər.

İngiltərədə darvinizm və ateizm tərəfdarı fəaliyyətlərini xüsusilə son vaxtlarda artıran Riçard Dokinz (Richard Dokins), ateist kampaniyalar və demaqoqluq ilə tarixin ən böyük yalanı olan darvinizmin güclənəcəyini düşünmüşdü. Bunun üçün uzun zamandır ağlıca çox əhatəli bir fəaliyyət içində olan Dokinz, dünyada Yaradılış inancının güclənməsindən narahat olduğunu ifadə etmiş və bu narahatlıqlarını artıq inkar edə bilməyərək son kitabında açıqca dilə gətirmişdir. İddiasını müdafiə etmək üçün elmi bir dəlil gətirmək yerinə, elmilikdən tamamilə uzaq qarşı günahlandırmalar gətirən, avtobusların üzərinə yazı yazdıran, Tok-şoularda etdiyi təqlidlərlə maraq toplamağa çalışan və son olaraq yadplanetlilərə sığınan Dokinz, bu saxta və demaqojik üsulların həqiqətən təsirli olacağını düşünmüşdü. “Təkamülə dair dəlillər təqdim etdiyini” iddia etdiyi son kitabında da yenə tək bir ədəd belə elmi dəlil olmayan, yenə yalnız demaqoqluq təqdim edən Dokinz, 150 il əvvəlki bu köhnə üsulun indiki vaxtda hələ təsirli ola biləcəyini zənn etmişdi.

Halbuki, Dokinzin bu bihudə səyi, insanların, təkamülün gerçək üzünü daha yaxşı görmələrini təmin etdi. Keçdiyimiz il reallaşdırılan anket nəticələrinə görə İngilis xalqının yalnız 25%-nin təkamülə inandığı aydın oldu. Bundan sonra keçən aylar isə, bu nisbət daha da aşağı düşdü. Belə ki İngilis məktəblərdə illərdir yalnız təkamülün oxudulduğu tək tərəfli bir təhsil hökm sürərkən, valideyinlər bu vəziyyətə üsyan etdi və “Məktəblərdə Yaradılış da oxudulsan” dedilər. Xüsusilə İngiltərədə get-gedə yüksələn Allah inancına qayıdış, Darvinizmin qalasını təməlindən, mənşəyindən yıxıb yox etmişdi. Dokinz isə, çox güvəndiyi ingilis xalqının Yaradılış gerçəyinə yönəlməsini çaşqınlıqla qarşılamış olacaq ki, böyük bir cahilliklə öz xalqını “cahil” olaraq xarakterizə etməkdən belə çəkinmədi.

Batilə uyanlar, Allahın üstün güc və qüdrətini qavraya bilməyənlər, daim Dokinzin və bütün digər darvinistlərin düşdüyü səhvə yol vermişlər. Allaha qarşı ortaya atılmış bir iddianın, bir kütlə yalanının çürük və saxta üsullarla mütləq tərəfdar yığacağına və güclənəcəyinə inanmışlar.

Nə qədər çox saxta təbliğat edilsə, o qədər təsirli olacaqlarını düşünmüşlər. Elmi dəlil olmayışını tok-şoularda təqlidlər edərək, avtobuslara pankartlar asaraq, orta məktəb uşaqları ilə müzakirəyə girərək unutdura biləcəklərini zənn etmişlər. Halbuki onlar bunu edərək, tarixdə Allaha qarşı mübarizə vermiş olan hər adamın düşdüyü ən böyük səhvə yol vermişlər. Allah, batil ilə ortaya çıxıb haqqa qarşı mübarizə içində olanların planlarını daim təxribata uğratmış, onları müvəffəqiyyətsiz etmişdir. Uca Rəbbimizin adətullahına görə, bunu edənlər bundan sonra da mütləq müvəffəqiyyətsizliklə qarşılaşacaqlar.

Uca Allah ayələrində belə bildirir:

… Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”. Allahın dəvəti qəbul olunduqdan sonra Onun barəsində mübahisəyə girişənlərin dəlili Rəbbinin yanında boş şeydir. Onlar dünyada qəzəbə düçar olacaqlar. Axirətdə isə onları şiddətli əzab gözləyir. (Şura surəsi, 15-16)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313