Uzun zamandır, darvinist məğlubiyyətin nə qədər böyük ölçülərə çatdığı, biçarə darvinistlərin nəzəriyyələrini xilas etməyə çıxış yolu tapa bilmədikləri dəfələrlə müxtəlif dəlillərlə dilə gətirilmişdi. Lakin bu çarəsizliyi bəlkə də ən qəti şəkildə ortaya qoyan dəlil, darvinistlərdən gəldi. Nəzəriyyələrinə heç bir elmi dəlil tapa bilməyən, davamlı olaraq məyusluğa düçar olan və təqdim edilən açıq Yaradılış dəlilləri qarşısında yaşadığımız yaxın illərdə ən böyük məğlubiyyətlərini almış olan darvinistlər, artıq ağılı, məntiqi və elmi tamamilə bir kənara qoyduqları yeni bir iddia ilə ortaya çıxdılar.
Və dedilər ki, “yeni tapdığımız canlıda hər necə olubsa bütün üzvlər bir anda meydana gəlib”. Heç çəkinmədən buna da “modulyar təkamül” adını qoydular. “Necə olduğunu bilmirik amma bu bir təkamül formasıdır” -dedilər. Sanki insanları aldatmaq bu qədər asanmış kimi elmi jurnallarda bu saxta və gülünc iddianı düşüncəsizcə insanlara təqdim etdilər. Məhz Darvinistlərin çatdıqları bu mərhələ, darvinist məğlubiyyətin ən böyük təzahürlərindən biridir.
Darvinistlərin “modulyar təkamül” adını verdikləri bu yeni yalanları, bir canlıda bir anda bir və ya bir neçə orqanın ortaya çıxması iddiasıdır. Bu orqanların necə ortaya çıxdığından, bu sırada nə tip bioloji, fizioloji, anatomik mərhələlərin reallaşdığından, buna dair elmi dəlillərdən, əlbəttə ki, bəhs edilmir. Ortada yalnız təkamülçü bir iddia vardır və bu iddiaya görə bir heyvan bir anda qanad sahibi ola bilməkdə və ya bir anda pəncələri çıxmaqda, birdən quşa çevrilməkdə və ya bir quru heyvanı halını almaqdadır.
CANLILARIN TƏKAMÜLLƏŞDİKLƏRİNƏ DAİR HEÇ BİR DƏLİL TAPA BİLMƏYƏN VƏ BUNDAN SONRA DA TAPA BİLMƏYƏCƏK OLAN DARVİNİSTLƏR İNSANLARI ARTIQ, “HƏR ŞEY BİR ANDA OLDU BİTDİ” DEYƏRƏK ALDADA BİLƏCƏKLƏRİNİ DÜŞÜNÜRLƏR.
Darvinistlərin qarşıya qoyduğu kimi bir canlının bir anda yeni bir xüsusiyyət əldə etməsi, bir anda yeni bir üzvə sahib olması, bir anda bir sistemə sahib olması, əlbəttə ki, elmi baxımdan MÜMKÜN DEYİL.
Bu iddianı, ELMİN BÜTÜN SAHƏLƏRİ TƏKZİB EDİR. Unutmamaq lazımdır ki, canlıda belə böyük bir dəyişikliyin reallaşması üçün lazım olan mutasiyalar o canlını mütləq öldürəcək. MUTASİYALARIN 99%-i ZƏRƏRLİ, 1%-i TƏSİRSİZDİR. DAHA ÇOX MUTASİYANIN BİR ANDA, BİR YERDƏ MEYDANA GƏLMƏSİ O CANLININ DAHA SÜRƏTLİ ÖLÜMÜNƏ GƏTİRİB ÇIXARAR. “Modulyar təkamül” kimi təəccüblü dərəcədə cahilcə bir iddianın ortaya atılmasının tək səbəbi vardır, o da təkamülçülərin, “FOSİL QEYDLƏRİNDƏ DƏLİL AXTARIŞINA GƏRƏK QALMAYACAQ BİR TƏKAMÜL MODELİ NECƏ OLA BİLƏR” şəklindəki biçarə düşüncəsidir.
Çünki FOSİL QEYDLƏRİ, TƏKAMÜL NƏZƏRİYYƏSİNİ QƏTİ OLARAQ TƏKZİB EDİR. HAZIRDA TAPILAN QALIQLAR 300 MİLYONA YAXINDIR VƏ HƏR TAPILAN YENİ FOSİL, DARVİNİZMİN ÇÖKÜŞÜNÜ BİR DAHA İSBAT ETMƏKDƏDİR.
Darwinopterus da Yaradılışı isbat edən bir fosildir, darvinist təşvişin səbəbi də məhz budur.
Bu çürük nəzəriyyəni dəstəkləmək istəyən darvinistlər, Çinin şimal-şərqində tapılan 160 milyon illik quş fosillərini özlərincə bu saxta modulyar təkamülə nümunə olaraq göstərmişlər. “National Geographic” başda olmaq üzrə, bir çox yayımla spekulyasiya ünsürü olaraq istifadə edilən bu yeni fosilə “Darwinopterus” adı verilmişdir.
Darwinopterus, başı və boynu indiki vaxtda yaşayan quşlar kimi olan, arxa ayaqları ilə quyruğu isə pterosaurs adı verilən, keçmişdə yaşayıb nəsli kəsilmiş quş cinslərinə bənzəyən mükəmməl bir uçan quşdur. Bu canlı, indiki vaxtda da bir çox nümunəsi olan mozaika canlılar qrupunun mükəmməl bir nümunəsidir. Bu canlı, darvinistlərin iddiasının əksinə, darvinizmi açıq və güclü şəkildə çürüdən və əsl olaraq Yaradılışı isbat edən mükəmməl bir əsərdir.
Biologiya elmi inkişaf etdikcə, canlılar müəyyən xüsusiyyətlərinə baxılaraq, müxtəlif araşdırma qruplarına ayrılmışlar. Növlər, filumlar, familiya və cinslər bu şəkildə elmin gündəminə gəlmişdir. Əlbəttə, canlıların hamsını, insanların meydana gətirdikləri qruplara görə qəti bir şəkildə ayırmaq mümkün olmamışdır. Çünki bəzi canlılar insanların adlandırdıqları birdən çox qrupdakı xüsusiyyəti daşıyır. Bu tip canlılara isə “mozaika canlılar” adı verilmişdir.
Mozaika canlılar birdən çox qrupun, cinsin, ya da ailənin xüsusiyyətlərinə sahib ola bilərlər. Bu vəziyyət, darvinistlər tərəfindən spekulyasiya ünsürü olaraq istifadə edilir və canlıdakı fərqli növlərə aid xüsusiyyətlər aralıq forma xüsusiyyəti olaraq göstərilməyə çalışılır. Halbuki, bu xüsusiyyətlərin hamısı tam və mükəmməl xüsusiyyətlərdir. Bu canlılarda inkişaf etməkdə olan, dolaysilə, aralıq forma xüsusiyyəti göstərən bircə quruluş, bircə üzv belə yoxdur. Bir canlıda sərgilənən fərqli növlərə aid xüsusiyyətlər, Allahın bənzərsiz əsərlərinin, üstün yaratmasının bir təcəllisidir.
Burada ayrıca ifadə etmək lazımdır ki, daha əvvəl də bir pterosaur fosili tapılmış və sözü gedən fosil də darvinistlər tərəfindən müxtəlif spekulyasiyalar üçün istifadə edilmişdir. Darvinistlər, 150 milyon illik pterosaurun quruluşunu tam olaraq qavraya bilməmiş, canlının maraqlı quruluşu haqqında tamamilə tərəfli və gerçəyə uyğun olmayan izahlar vermişlər.
Ancaq fosil üzərində üç universitetdən elm adamlarından ibarət qrupun apardığı araşdırmada, canlının bədən planı “şah əsər” olaraq xarakterizə edilmişdi. Canlı, mükəmməl və qüsursuz mozaika quruluşu səbəbiylə, həm rahatca quruda yeriyə bilir, həm mükəmməl şəkildə uça bilir, həm də rahatlıqla dənizdə üzə bilirdi. Çünki canlı, Allahın bu xüsusiyyətlərlə təchiz etdiyi bir sənət möcüzəsi idi.
Hazırda təkamülün ən böyük dəlili olaraq göstərilməyə çalışılan canlı da, elm adamlarının daha əvvəl bir “şah əsər” olaraq xarakterizə etdikləri bir pterosaur nümunəsidir. Əslində mozaika canlılar, fərqli növlərə aid xüsusiyyətləri mükəmməl şəkildə saxladıqlarından təkamül üçün daha böyük çıxılmaz vəziyyət təşkil edirlər.
Lakin darvinistlər, bu gerçəyi həzm edə bilmədiklərindən, qarşı hücum üsulu ilə bunları öz nəzəriyyələrinə dəlilmiş kimi göstərməyə çalışırlar. Eyni şəkildə Darwinopterusdakı mükəmməl və bir-birindən fərqli xüsusiyyətləri də açıqlaya bilmədikləri üçün, modulyar təkamül kimi yazıq və darvinistlər baxımından utancverici bir iddia ilə ortaya çıxmaqdan çəkinməmişlər. Halbuki, özləri də çox yaxşı bilməkdədirlər ki, bu canlıdakı hər quruluş qüsursuzdur, üstün yaradılışı göstərir. Darwinopterus, fərqli uçan quş növlərinin xüsusiyyətlərini eyni anda üzərində daşıyan, tamamilə qüsursuz olaraq yaradılmış mükəmməl bir quşdur.
Darvinistlərin “modulyar təkamül” kimi çarəsiz izahlara düşüncəsizcə sığınmalarının əsl səbəbi budur: darvinistlər, fosil qeydlərində bu günə qədər heç bir aralıq forma olmadığı gerçəyinə yeni bir örtük uydurmağa çalışarlarkən, Yaradılış inancı dünya səviyyəsində sürətlə yayılmaqdadır. Harun Yəhya əsərlərinin də vəsiləsiylə artıq insanlar darvinist diktatorluq tərəfindən aldadılmır.
Dünya səviyyəsində aparılan anketlərdə, darvinizm yalanına inananların sayı gedərək daha da azalmaqdadır. Önümüzdəki dövr, insanların gerçək elmi nailiyyətlərlə məlumatlandıqları, doğruları öyrənə bildikləri, aydınlıq bir dövr olacaq. Darvinistlərin çırpınışlarının heç bir təsiri olmayacaq. İnsanlar da daxil olmaqla bütün canlıları və içində yaşadığımız kainatı Allah mükəmməl şəkildə yaratmışdır və təkamül cəfəngiyyatı yaxında yalnız tarix kitablarında oxudulacaq.
De: “Tutarlı dəlillər Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”. (Ənam surəsi, 149)