Son vaxtlarda darvinistlərin müdafiəyə keçdiyi əhəmiyyətli mövzulardan biri “təkamülün təsadüflə heç bir əlaqəsi yoxdur” iddiasıdır. Bu, son dövrün gündəm mövzusu olduğundan, Senzurasız proqramında da eyni taktika darvinistlər tərəfindən davam etdirilməyə çalışılmışdır. “Hər şey təsadüfi oldu, lakin bunun adı təsadüf deyil” kimi bir məntiqlə, nə olduğu aydın olmayan boş sözlərlə müdafiə olunan bu iddia, darvinistlərin iddiasının nə qədər məntiqsiz olduğunu gözlər önünə sərməkdən başqa bir işə yaramır.
– Müdafiə etmə mexanizmi olaraq irəli sürülən bu iddia, təsadüf sözünün nə qədər məntiqsiz olduğunun bütün ictimaiyyətə açıqlanmasından sonra gündəmə gətirilməyə başlanmışdır.
– Darvinistlərin bu iddiadan duyduqları utancı əks etdirir.
– Çünki əgər bu həqiqəti darvinistlər qəbul etsələr, canlı varlıqlardakı fövqəladə kompleksliyi təsadüflərin var etdiyi kimi axmaq bir iddianı müdafiə etdikləri bütün ictimaiyyətdə açıq şəkildə bilinəcək. Alçalmaqdan çəkinən darvinistlər həll yolunu, “belə bir iddiamız yoxdur” deməkdə tapmışlar.
– Təsadüf sözündən qaçmaq üçün eyni mənanı verən başqa adlar təkmilləşdirərək, bu utancdan xilas olmağa çalışırlar. Məsələn, təsadüfün ingiliscə qarşılığı olan random (təsadüfi) kimi ifadələri istifadə edərək xalqa məntiqli açıqlama etmiş təəssüratı verməyə çalışırlar.
– “Təsadüf deyilsə bəs nədir?” deyə soruşulduğunda da başqa yoldan yenə təsadüf şərhini edirlər.
– Təsadüf iddialarını rədd etdiklərində darvinistlərin bir şüurun varlığını qəbul etmələri lazımdır. Halbuki darvinistlər, şüurlu müdaxiləni, şüurlu var edəni qəbul etmirlər. Bu vəziyyətdə müdafiə etdikləri şeyin yalnız şüursuz təsadüfi ixtiyari hadisələr olması lazımdır. Bunun əksi onsuz da məntiqə ziddir.
– Təsadüf iddiasından duyduqları utanc səbəbiylə darvinistlər, şüurlu təbii seleksiya mexanizminin işlədiyini iddia edərlər. Lakin bu şüurun kimə aid olduğu müəyyən deyil. Burada sanki təbiətə şüur ətf etmə vəziyyəti vardır. Əgər darvinistlərin iddia etdikləri təbiəti saxta ilah qəbul edən naturalizm ideologiyasıdırsa, o zaman başqa bir bütpərəst dinini müdafiə etdikləri həqiqəti ortaya çıxır.
– Bu şərh ilə sanki darvinistlər təbiətin ağılı, bacarığı, doğrunu səhvdən ayıra bilmə anlayışı və gələcəyi görə bilmə bacarığı olduğu təəssüratı verməyə çalışaraq insanları aldadarlar. Adına təbii seleksiya deyərək buna güc ətf etməyə çalışarlar. Halbuki təbiət, daş, torpaq, ağac, dağ, çınqıldan ibarət olan bir bütündür. Bunların şüurlu olaraq ən yaxşı və ən mükəmməl olanı seçə bilmə kimi ehtimalı əlbəttə ki, yoxdur. Bu səbəbdən yenə, darvinist demaqoqluğun çirkin üsullarından istifadə edilir.
– Darvinistlər, iddialarının heç bir mərhələsində şüurun varlığını qəbul etməzlər, çünki əgər etsələr Qüdrətli Allahın varlığını qəbul etmiş olacaqlar. Bu səbəbdən qaçınılmaz olaraq şüursuzluğu, yəni təsadüfləri müdafiə etmək məcburiyyətindədirlər.