17 may 2010-cu il tarixli “Sansürsüz” proqramında olduqca maraqlı iddia gündəmə gəlmişdir. Darvinist iştirakçılar, xəyali ata olaraq göstərilən fosillərin vaxt keçdikcə geri alınaraq ədəbiyyatdan çıxarıldığını qəbul etmişlər, lakin bunun səbəbi olaraq “daha yaxşısının olduğunu” iddia etmişlər. Xüsusilə son bir neçə ildə darvinist hay-küy yoluyla gündəmə gətirilən fosillər diqqətə alındığında, təkamülçülərin bu iddiası olduqca gülünc görünüş sərgiləyir.
Təkamül yalanının 150 illik tarixində davamlı yenilənən müddət vardır. Bir fosil ortaya çıxarılır, fosil haqqında təəccüblü ssenari hazırlanaraq bunun insanın atası olduğu iddia edilir, darvinist mətbuatda bu hekayə bəzəkli elmi sözlər və şəkillərlə verilir, ardından da bu fosilin oranqutana və ya donuza aid olduğu aydın olaraq FOSIL TƏLƏM-TƏLƏSIK SƏRGİLƏNDİYİ MUZEYDƏN ÇIXARILIR.
İnsan kəlləsinə yeni ölmüş oranqutan çənəsinin quraşdırıldığı Piltdaun adamı, çöl donuzu dişindən çıxarılaraq düzənlikdə ailəsiylə təsvir edilən Nebraska adamı bunun ən məşhur nümunələridir. Darvinistlər, saysız saxtakarlıq nümunəsi nəticəsində bütün xəyali ata iddialarını geri çəkmək məcburiyyətində qalmışlar. Tarixdə elm ədəbiyyatından çıxarılan xəyali “ata”ların sayı olduqca çoxdur. Mövzuyla əlaqədar ətraflı məlumatı buradan oxuya bilərsiniz.
Darvinistlərin indiyə qədər insanın atası deyərək qarşıya qoyduqları BÜTÜN KƏLLƏLƏRİN ya soyu tükənmiş oranqutana və ya insan irqinə aid olduğu aydın olmuşdur. Hal-hazırda bəhsi keçən fosillərdən heç birinin gündəmə gətirilməməsinin səbəbi, hamısının etibarsızlığının aydın olmasındandır.
Bu əhəmiyyətli məğlubiyyəti həzm edə bilməyən darvinistlər, bəhsi keçən fosillərin ədəbiyyatdan çıxarıldıqlarını, çünki “daha yaxşısının olduğunu” iddia edirlər. Halbuki daha yaxşı dedikləri fosillər, böyük utanclıqla, digər fosillərdən daha qısa müddət ərzində geri alınan, Ida, Ardi, Aus. Sediba kimi son dövrün saxtalığıyla məşhur fosillərdir.
Mükəmməl lemur fosilinin alınıb insanın atası olaraq önə sürüldüyü İda hadisəsi, Piltdaun adamı saxtakarlığı ilə ekvivalent ölçüdə saxtakarlıqdır. İda üzərindən edilən və bəzi darvinistləri belə utandıran hay-küy, qısa müddət sonra səssizləşmiş və darvinist yayınlar yaxın tarixdə bu fosilin lemurdan başqa bir şey olmadığını qəbul etmək məcburiyyətində qalmışlar. Darvinistlər, İda hay-küyündən duyduqları utancı öz darvinist elm jurnallarında ifadə etməkdən çəkinməmişlər. (Mövzu ilə əlaqədar ətraflı məlumatı buradan əldə edə bilərsiniz)
Dərhal ardından gündəmə gətirilən Ardi də, yenə darvinist fərziyyələrə məruz qalmış və açıq şəkildə meymun fosili, kompyuter proqramı yoluyla dik yeridilmişdir. Bu böyük utancdan sonra darvinistlər yenə iddialarını geri almaq məcburiyyətində qalmışlar. (Mövzu ilə əlaqədar ətraflı məlumatı buradan əldə edə bilərsiniz.)
Bunun ardından darvinistlər, ortaya kiçik barmaq fosili çıxarıb bundan çəkinmədən “üçüncü növ” rekonstruksiyanı etməkdən çəkinməmişlər. Boy-boy nəşr olunan bu qəribə insan fiquru, eynilə tək bir dişdən yaradılan Nebraska adamı saxtakarlığında olduğu kimi, “insanlıq tarixi yenidən yazılacaq” başlıqları altında verilmişdir. Halbuki əldəki tək dəlil, yalnız insan irqinə aid kiçik barmaq fosilindən ibarətdir. (Mövzu ilə əlaqədar ətraflı məlumatı buradan əldə edə bilərsiniz.)
Necə ki, son olaraq gündəmə gətirilən Australopithecus Sediba yalanı, darvinistlərin ən böyük utanclarından biri olaraq tarixdə yerini alacaq. Tanınmış təkamülçü Karl Zimmerin belə, “Ola bilməz, yeni bir İda?” deyərək narahatlıqla qarşıladığı bu saxtakarlıq darvinistləri ciddi şəkildə hörmətdən salmışdır. (Mövzu ilə əlaqədar ətraflı məlumatı buradan əldə edə bilərsiniz.)
Darvinistlər tərəfindən son bir il içində gündəmə gətirilən utanc tablosu bu şəkildədir. Bu səbəbdən “daha yaxşı ara-keçid formalar tapıldı, ona görə digərləri ləğv edildi” şəklindəki iddianın nə dərəcədə etibarsız olduğu ortadadır.
Darvinistlər çarəsizdirlər. Ara-keçid forma tapa bilməməyin utancı içindədirlər. Məhz bu səbəblə elmin ortaya qoyduğu və özlərinə çətinlik verən həqiqətlərdən uzaqlaşa bilmək üçün məntiqsiz iddialarla demaqoqluq edərlər. Lakin bu demaqoqluq artıq insanları aldada bilməyəcək qədər axmaq səviyyəyə çatmışdır. Artıq dünyaca tanınmış darvinistlər belə bunun utancını yaşayır.
Darvinistlərin artıq qəbul etməli olduğu, -onsuz da bütün dünyanın bildiyi- bir dənə belə ara-keçid fosil olmadığı həqiqətidir. Bunu açıqca qəbul etmədikləri müddətcə, ideologiyalarına dəstək olmaq adına, bu axmaq iddialara davam etmək məcburiyyətində qalacaq və davamlı özlərini hörmətdən salacaqlar.