Mumtəhənə surəsi, 4, 5-ci ayələrin təfsiri
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Mumtəhənə surəsi, 4 “İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır”. Deməli, müsəlmanlığın ruhunu, müsəlmanlığın gözəlliyini anlamaqda, hz. İbrahim (ə.s) da və onunla birlikdə olanlarda gözəl bir nümunə var. “Onlar öz qövmünə dedilər:” təkcə hz. İbrahim (ə.s) deyil, yanınızdakılarla birlikdə. “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq”. Nə darvinistik, nə materialistik, nə kommunist düşüncəni müdafiə edərik, haqqı və Quranı müdafiə edirik yaxud o dövrdə haqq kitab nədirsə onu. “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik”.
“Qəbul etmirik” -deyirlər, anası da olsa, atası da olsa, kim olursa olsun qəbul etmir, ayrılmışlar. “Siz bir olan Allaha iman gətirincəyə qədər”, Allaha sadiq, səmimi müsəlman olana qədər, “bizimlə sizin aranızda daim ədavət olacaqdır!” yəni, qiyamətə qədər bir ixtilaf vardır. “Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Fəqət Allahdan sənə gələn əzabı dəf edə bilmərəm!” – deməsi istisnadır”. Hz. İbrahim (ə.s.), “Allahdan sənə bağışlanma diləyəcəyəm” -deyir . “Allah səni bağışlasın, hidayət versin, yaxşı olmağın üçün, ağıllanmağın üçün, hidayət tapmağın üçün dua edəcəyəm” -deyir, “fəqət Allahdan sənə gələn əzabı dəf edə bilmərəm!” “Onlar dedilər: “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül etdik”, təvəkkül nə deməkdir?
Yəni dünyanın ən böyük nemətinə qovuşduq. İnsan təvəkkül etdiyində, nə olar? Cənnətdəki kimi olar. Başı salam olar, xəstələnsə qorxmaz, həbs edilsə narahat olmaz, malı mülkü yansa narahat olmaz. Çünki təvəkkül edib. Malı mülkü kim yandırar? Allah yandırar. Həbsə kim salar? Allah salar. Kim çıxarar həbsdən? Allah çıxarar. Xəstəliyi kim verər? Allah verər. Şəfanı kim verər? Allah verər. Xəstəliyi və şəfanı Allahın meydana gətirdiyini, Allah Quranda ayədə ifadə edir. Belə bir vəziyyətdə, hər şey Haqqdan gəldiyinə görə, hər şeydə xeyir vardır. Hər şey gözəlliklə və hikmətlə yaradılır. Hikmət, onsuz da gözəldir. Xeyir vardır. Xeyir demək, Allahın uyğun hesab etdiyi, Allah üçün doğru olan şey deməkdir. Bu müsəlman üçün doğru olan, gözəl olan, yaxşı olandır, xeyir vardır onda, inşaAllah.
“Və yalnız ürəkdən Sənə yönəldik“, “Sənə yönəldik” deyil. “Ürəkdən, candan Sənə yönəldik”. “Dönüş də yalnız Sənədir“. Nə gözəl. Müsəlmanlar dünyada dayanırlar bir müddət, sonra Allahın yanına, Allahın hüzuruna. Təbii ki, Allah məkandan münəzzəhdir, axirəti ifadə etmək üçün söyləyirəm. 5: “Ey Rəbbimiz! Bizi kafirlər üçün fitnə (sınaq) etmə“ yəni, çətin bir imtahan verdiyi üçün “Ey Rəbbimiz, bizi bağışla“. Günahımızı bağışla. “Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən, hökm və hikmət sahibisən!“ Allahın üstün və güclü olduğunu bilmək çox əhəmiyyətli bir ibadətdir. Unudar insanlar. Hökm Allaha aiddir, bütün hökmlər Allaha aiddir, “və hikmət sahibisən”, yəni bir şey edirsənsə, etdiyində mütləq bir xeyir vardır, onda bir hikmət vardır, bəzən biz bilə bilərik Allah bildirsə, bəzən də bilmərik, inşaAllah.