17 may 2010-cu il tarixli “Sansürsüz” proqramında darvinistlər, təkamülün sübut edilməsi üçün “vuruqlarının və bölənlərinin ortaya qoyulmasının lazım olmadığını”, “onsuz da bütün dünyanın təkamülü müdafiə etdiyini”, bu səbəbdən nəzəriyyənin doğruluğunu isbat etmək üçün bunun kafi olduğunu iddia etmişlər. Sözü keçən iddialarını dəlilləndirmək üçün də dünyanın ən böyük universitetlərində təkamülü bilməyən və müdafiə etməyən kimsənin olmadığını qarşıya qoymuşlar. Təkamülün dünyanın bütün universitetlərində müdafiə olunduğu, demək olar ki, bütün ölkələrdə oxudulduğu, bütün dünyada bilindiyi doğrudur. Bunun səbəbi isə, darvinist diktatorluğun təkidi, təkamülün ölkə qanunları ilə qorunması və təkamül əleyhdarlarının mütləq bu çirkin diktator sistemi tərəfindən susdurulmalarıdır.
Əslində darvinistlərin, təkamülü isbat etmək üçün belə bir iddia ilə ortaya çıxmaları inanılmazdır. Çünki darvinist diktatorluğun təzyiqi və təkidinin necə dünyada təsirli olduğuna dair bir çox dəfə şərhlərimiz olmuşdur. Bu səbəbdən, təkamülün bütün dünyada çətin və təzyiq ilə qəbul etdirildiyi həqiqəti hal-hazırda bütün insanların bildiyi həqiqətdir.
Darvinist diktatorluq bütün dünyada demək olar ki, bütün rəsmi təşkilatları himayəsi və təsiri altına almış, təkamülü bütün ölkələrin qanunları tərəfindən qorunan hala gətirmişdir. Darvinist diktatorluğun təkidi nəticəsində hal-hazırda hər rəsmi təşkilat təkamülü dəstəkləmək məcburiyyətində buraxılmışdır.
Sözü keçən diktatorluq, təkamülə qarşı çıxanları mütləq kürsülərindən, universitetdəki işlərindən qovub uzaqlaşdıraraq, şagirdləri sinifdə saxlayaraq, təkamül əleyhdarı kəslərin fəaliyyətlərinə və kariyeralarina son verərək, yenidən iş tapmalarını əngəlləyərək fəaliyyət göstərir.
“Sansürsüz” proqramında darvinistlər sanki bu həqiqətdən xəbərləri yoxmuş kimi davranmış, hətta mövzunun “dindar olanların işdən qovulması” şəklində önə sürüldüyünü və psixoloji üsul istifadə edildiyini iddia etmişlər. Halbuki təkamülə qarşı gəldiyi üçün işlərindən olan kəslər, ümumiyyətlə dindar şəxsiyyətləriylə tanınmayan yalnız araşdırmaları nəticəsində təkamülün yalan olduğunu fərq edən olduqca təsirli elm adamlarıdır.
Bu mövzuda bəzi nümunələr, 2008-ci ildə nümayişə girmiş Ben Staynın sənədli filmi Expelled “No Intelligence Allowed” ilə açıq şəkildə bütün dünyaya göstərilmişdir. İşlərindən uzaqlaşdırılan elm adamları, yaşadıqlarını öz ağızlarından izah etmiş, yalnız təkamülü sorğuladıqları üçün necə “intellektual terrorist” elan edildiklərini açıq şəkildə izah etmişlər.
Sadəcə təkamülü sorğuladıqları üçün işlərindən qovulan elm adamlarından bəziləri:
İşlərindən olan bu kəslərdən bəziləri, daha sonra iş tapa bilməmələri üçün əleyhlərində təbliğat üsullarına məruz qalmışlar.
Sözü keçən kəslərin vəzifə yerinə yetirdikləri universitet və ya təşkilat idarəçiləri, bu kəslərin işdən çıxarılmalarındakı səbəbin təkamülü sorğulayan ifadə istifadə etmələri olduğunu birbaşa ifadə etməkdən də çəkinməmişlər. Yəni “Sansürsüz” proqramında darvinistlərin iddia etdikləri kimi, işdən çıxarılmalarının ardında “başqa səbəb” yatır.
Təkamülə qarşı çıxdığı üçün dünyanın gözləri qarşısında işindən tələm-tələsik çıxarılan Maykl Reysi də burada unutmamaq lazımdır. Bütün dünya, Maykl Reysin, Yaradılışın da məktəblərdə oxudulmasını istədiyi üçün işindən çıxarıldığını bilir.
Təkamül, əlbəttə bütün dünyada bilinir və bu çirkin təkidin nəticəsində məcbur olaraq müdafiə olunur. İnsanlar, işlərini itirməmək, kariyeralarından olmamaq üçün məcbur olaraq bu nəzəriyyənin dəstəkçisi olaraq görünmək məcburiyyətində qalırlar. Dünyaca tanınmış bütün universitet rəhbərlikləri, təhsillərində təkamülü müdafiə etməyi şərt qoyur. Məhz bu təzyiq səbəbiylə, “Sansürsüz” proqramında ifadə edildiyi kimi, dünyanın ilk 500 universitetində birinci adamdan sonuncu adama qədər hər kəs təkamülü bilir, hətta zorakı dəstəklər görünmək məcburiyyətində qalır.
Bütün dövlət təşkilatlarına, idarə bölmələrinə, təhsil sistemlərinə, mətbuat mediya orqanlarına hakim olmuş olan bu darvinist diktatorluq, 150 il boyunca xüsusilə bir qisim mətbuatı və mediya orqanlarını istifadə edərək insanları təkamül yalanına inandırmış, Yaradılışı isbat edən 300 milyondan çox fosili saxlamış, darvinist saxtakarlıqları birbaşa təşkil edərək bütün dünyaya yaymış, elmin həqiqətən təkamülü dəstəklədiyi təəssüratını verməyə çalışmışdır. Darvinist diktator, zorbalıq və saxtakarlıq yoluyla təkamülü gündəmdə tutmuşdur. Təkamülün məktəblərdə oxudulmasının, saxtakarlıq olmasına baxmayaraq ən tanınmış elm jurnallarında israrla müdafiə olunmasının tək səbəbi budur.
Bu səbəbdən təkamülün dəlili, bütün dünyanın təkamülü məcbur olaraq dəstəkləməsi deyil. Təkamülçülər təkamülü sübut etmək istəyirlərsə elmi dəlil gətirməlidirlər. Bunlar, eynilə “Sansürsüz” proqramında darvinistlərin ifadə etdikləri kimi vuruqları bölənləriylə dəqiq, qəti və həqiqətən elmi dəlil olmalıdır.
Elmi dəlil istəndiyində darvinistlər qaçmamalıdırlar. Yaradılışı isbat edən həqiqi fosillər gətirildiyində onlar da nəzəriyyələrini dəstəkləyən ara-keçid fosillər gətirməlidirlər. Zülalın təsadüfən meydana gələ biləcəyini isbat etməlidirlər. Həyatın başlanğıcı mövzusundakı ssenarilərinin laboratoriyada şüurlu şərtlər altında olsa belə, dəlillərini təqdim etməlidirlər. Bir növün digərinə necə keçə biləcəyini elmi dəlillərlə göstərə bilməlidirlər.
Darvinistlər fərziyyəni buraxmalıdırlar. “Zülal necə meydana gəldi?”, “Üzgəcli balıq necə qanadlanıb uçmağa başladı?”, “Necə olur ki, ayı balinaya çevrilir?”, “Ara-keçid fosillər haradadır?” suallarına demaqoqluq ilə cavab verməməlidirlər. Gerçək, elmi, dəqiq dəlillər gətirməlidirlər.
Lakin darvinistlər heç bir vaxt, təkamülü isbat edəcək qəti, dəqiq və elmi dəlillər gətirə bilməyəcəklər. Onsuz da davam edən demaqoqluğun tək səbəbi budur. Nəzəriyyənin darvinist diktatorluq tərəfindən qoruma altına alınmasının da tək səbəbi budur. Təkamül, tarixinin ən böyük və ən geniş əhatəli elm saxtakarlığı, ən etinasızcasına tətbiq olunan yalanıdır.
Darvinist diktatorluq mövzusu ilə əlaqədar əhatəli şərhlərimiz üçün baxın: http://darwinistdiktatorluk.com/index.php