Saff surəsi, 7-13-cü ayələrin təfsiri
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Saff surəsi, 7 “İslama dəvət edildiyi halda,” təbliğ edildiyi halda, “Qurana, İslama tabe ol” deyildiyi halda, “Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?” Yəni, təsadüfən yaradıldı, palçıqdan təsadüfən yaradıldı deyə yalan uydurursa Allaha qarşı, böhtan atırsa, zalım olmuş olar. “Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?” İkinci şərhiylə ayənin “xurafatlar”. Məsələn, bunu etsəniz cəhənnəmdən xilas olarsınız, deyir. Nəyə görə? Quranda varmı? Yox. Haradan söyləyirsən? Peyğəmbərimiz (s.ə.v)- in elə bir bəyanı varmı? Yox, xurafat. Və yaxud “bu halaldır, bu haramdır” -deyir. Nəyə görə? Quranda varmı? Yox. Peyğəmbərimiz (s.ə.v)- dən gələn belə bir xəbər varmı? Yox. Nəyə görə? Xurafat.
Baxın, “Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?” Deməli münafiqlər və müşriklər ən zalım dəstədir. “Allah zalım camaatı doğru yola yönəltməz”. Yəni, onlara hakimiyyət verməz, güc verməz, hər yerdə əzilib, xor görülüb, alçaldılarlar. Dövləti varsa, dövləti çökər. Həll nədir? Qurana tam tabe olmaq, Quran əxlaqına tam tabe olmaq, Qurana əlavə etməmək, çıxartma etməmək, Quranın kafi olduğuna iman etmək. Rəsulullah (s.ə.v)- in sünnəsi və Qurana boyun əymək. 8: “Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər”. İslamı Birliyini dayandırmağa çalışır, Mehdiyyəti dayandırmağa çalışır, Türk İslam Birliyini dayandırmağa çalışır. Beləcə, Allahın nurunu ağızıyla söndürməyə çalışır.
Yəni fikrincə, hz. Mehdi (ə.s)-ı dayandıracağını, hz. İsa (ə.s)- ın gəlişini dayandıracağını, İslamı Birliyini etibarsız edəcəyini zənn edir, Allahın nurunu ağızıyla söndürmək üçün, gecə-gündüz, radiolardan, televiziyalardan qarşı çıxmaq üçün çalışır, adam. “Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır” yəni, onlar çalışsa da Allah, hz Mehdi (ə.s)- ı göndərir, İsa Məsihi də göndərir, İslamı dünyaya hakim edir, “kafirlərin xoşuna gəlməsə də”. Küfr içində olanlar, Qurana əlavə edənlər, çıxartma edənlər, müşriklər, dinsizlər, çaqqallar, kim varsa. 9: “Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur”. Hidayətə vəsilə olacaq şəkildə, yəni hz Mehdi (ə.s) olaraq, Mehdilik vəzifəsi ilə göndərən və haqq din üzrə yəni, Allahın haqq olaraq göndərdiyi Kitab üzrə göndərən Odur.
“İslam dinini bütün dinlərdən” nə qədər batil din varsa, bütün dinlərə qarşı “üstün etmək məqsədilə”. Yalnız İslam dini qalır, “Müşriklərin xoşuna gəlməsə də”, xurafatçı dəstəsinin xoşuna gəlməsə də. Çünki müşriklər, bütün gücləri ilə İslam Birliyinə qarşı, Türk İslam Birliyinə qarşı bu an müqavimət göstərirlər, görürsünüz. Bütün dünya səviyyəsində, bir tək Türkiyədə deyil, dünyanın hər yerində müşriklər, Allahın nurunu söndürmək üçün çalışırlar. Yəni bu əsrdə İslamın dünyaya hakim olmaması üçün var gücləriylə cəhd göstərirlər. Amma Allah nə deyir, müşriklər xoşuna gəlməsə də, Allah dinini hakim edəcəyini, İslamı Birliyini meydana gətirəcəyini söyləyir. Ayənin əbcədi 2021-ci ili verir.
2021-ci ildə deməli, müşriklər yarasa kimi qışqıra-qışqıra dağılacaqlar. 10: Cənabı Allah “Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi?” -deyir. Yəni, insanlar anlasın deyə ticarət deyir. İnsanlar ticarətlə çox məşğul olduğu üçün, xalqın ən anlayacağı dillə Cənabı Allah onlara xitab edir, “sizi ağrılı-acılı əzabdan” məsələn, Allah əzab demir, “ağrılı-acılı əzab”. İnsanlar əzab dedikdə anlamaz, amma, “ağrılı-acılı əzab” -deyir. Cənabı Allah “Xəbərdar etmək üçün” -deyir, onların diqqətlərini açmaq üçün, “xilas edəcək”, xilas olmaq böyük bir sevincdir, “bir ticarəti sizə bildirimmi?” Məsələn, asan bir şey onlar üçün amma Allah ticarətə bənzədir. 11:
“Allaha və Onun Elçisinə iman gətirin,” Allaha və Rəsuluna iman edərsiniz, bir, “Allah yolunda malınız və canınızla cihad edin”, cəhd göstərərsiniz, malınızı da verərsiniz Allah yolunda, canınızla da. Yəni, danışaraq, təbliğ edərək hər yerdə İslamı yayarsınız. “Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir”. Yəni bu an etdiyimiz nədir? Cihaddır. Dini yayırıq, izah edirik. Münafiqlər nə edərlər? Malıyla öyünər, pulunu sayar, evi ilə öyünər, əti ilə öyünər, sümüyü ilə öyünər, diplomuyla öyünər, mənfəətləri ilə öyünər, ətrafı ilə öyünər. Mömin nə edər? Cihadıyla öyünər, İslam Birliyini yaymaq üçün etdiyi səy ilə öyünər, İslama etdiyi xidmətlər ilə öyünər, onlar ilə sevinc duyar, rahatlıq içindədir. 12:
“Bu təqdirdə O sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük qurtuluş və müvəffəqiyyətdir”. Əsl qurtuluş və xoşbəxtlik budur, çünki həyat çox qısadır, həm də bir şey də yoxdur. 13: “Sevdiyiniz başqa şey (nemət) də vardır: Allah tərəfindən kömək və (nüsrət) və yaxın qələbə”, Nüsrətullah, Allahın nüsrəti.
“Və yaxın bir fəth. Möminləri bununla müjdələ”. Ayənin əbcədi 1981-ci il tarixini verir. Allah, “Sevdiyiniz başqa şey (nemət) də vardır” –deyir. Allah dünya hakimiyyətini söyləyir, nemət olaraq. “Allah tərəfindən kömək və (nüsrət) və yaxın qələbə” yaxınlığını Allah, “möminləri bununla müjdələ”. Biz hz Mehdi (ə.s)-ı müjdələyirik, İslam Birliyini müjdələyirik. Allah, “möminləri bununla müjdələ” -deyir. Cənnətlə müjdələyirik, inşaAllah, Allah lütf etsə. Allahın razılığıyla müjdələyirik, Allah lütf etsə və 1981-ci il tarixini verir.