31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı “BBC News”da “həyatın başlanğıc sirrini tapmağa artıq daha yaxın olduğumuzu” iddia edən bir yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist bir açıqlamanın mümkün olduğu təəssüratını vermək idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatına” başladılar.
Yazının daha əvvəlində bu yazının yaradılış həqiqətinə ideoloji bir etiraz olaraq hazırlandığı açıq şəkildə bildirilirdi.
“Həyat necə başladı? Bəşəriyyət tarixi boyu demək olar ki, hər kəs fövqəltəbii qüvvələrin bunu etdiyinə inandı. Fərqli bir yanaşma düşünülmədi. Bu artıq düzgün deyil. Ötən əsr boyu bəzi elm adamları həyatın ilk dəfə necə ortaya çıxdığını izah etməyə çalışdılar. Öz laboratoriyalarında təsadüfi yeni bir həyatı ortaya çıxarmağa cəhd etdilər. Bu günə qədər bunu bacaran olmadı, lakin uzun bir yol qət etdik. Bu gün həyatın mənşəyi üzərində çalışan elm adamlarının çoxu düzgün yolda olduqlarına əmindir, təcrübələri də bu inamlarını dəstəkləyir”.
Göründüyü kimi darvinistlər əllərində hələ də bir sübut olmadığını daha başdan etiraf edir, amma “çox yol qət etdikləri” məlumatı ilə insanların düşüncələrini idarə etməyə çalışırdılar. Məlum olduğu kimi, sübut olunmamış bir iddiaya inanmaq elmi deyil, ideoloji yanaşmadır. Yazını qələmə alan Marşal, “Yer üzündə həyatın başlanğıcı sirri” başlığı ilə oxucularına bir sirri açıqlayacağı imicini vermişdir. Bir tərəfdən müxtəlif elmi iddialar sıralayır, bir tərəfdən də bunların nə üçün təkamül baxımından baş verməyəcəyinə toxunaraq tərəfsiz bir yanaşma göstərməyə çalışmışdır. Ancaq yazının sonunda yenə bu irəli sürdüyü saxta dəlillərə əsaslanaraq “təkamül baxımından həyatın başlanğıcını anlamağa indi daha yaxın olduğumuz” istiqamətində bir nəticə çıxarmışdır. Halbuki, hekayədən ibarət olan uydurma dəlillərin sübut olunmuş heç bir əsası yoxdur. Tək edilən fərziyyələrlə, “o və ya bu gerçəkləşmiş ola bilər” şəklində bir qismi xəyali, bir qismi də o günlərin şərtlərinə uyğun olmayan iddialar irəli sürür.
Sözügedən iddiaların elmi əsassızlığına toxunacaq olsaq:
Abiogenez: Dəlili olmayan ssenari
Həyatın necə başladığının açıqlanması təkamül ssenarisinin ən qaranlıq istiqamətlərindən biridir. Abiogenez, yəni cansız maddələrdən canlı formalaşması məsələsində, təkamülçülərin heç bir açıqlaması yoxdur. Qeyd edilən uydurma təkamül ağaclarında ilk hüceyrə öncəsi dövr, qara buludu göstərilərək bu dövrə aid bir məlumatın olmadığı qəbul edilmiş olur. Hətta bu cür suallardan qaçmaq üçün “Təkamül ilk hüceyrə əmələ gəlməsindən sonra növlərin şaxələnməsi mərhələləri ilə maraqlanır; bu, ilk hüceyrə məsələsi abiogenezin məsələsidir, təkamülün deyil” kimi ifadələrə əl atılır. Hətta təkamülçü Riçard Doukins bu məsələdə yenə etiraf xarakterli açıqlamasında, həyatın dünya xaricindən gələn “özü-özünü kopyalayan xəyali bir molekul” ilə başlamış ola biləcəyini söyləməsi də, həyatın dünyada təsadüfə əsaslanaraq ortaya çıxmasının mümkünsüzlüyünün qəbul edilməsi deməkdir. (https://www.youtube.com/watch?v=vO6R5mTXcRI) Bundan 4 il əvvəl Doukins öz fonduna aid internet saytında, “həyatın necə başladığına dair nəzəriyyə hazırlama” üzərinə mükafat dəyəri 2 milyon funt-sterlinq olan müsabiqə başlatmışdı. Belə bir araşdırma müsabiqəsinin açılması da təkamül nəzəriyyəsinin əsasını təşkil edən həyatın başlanğıcının bu günə qədər izah edilməsi bir yana, nəzəriyyəsinin belə hazırlana bilmədiyinin bir sübutudur.
BBC News saytında yer alan məqalədə bəhsi keçən bir sıra iddiaları tək-tək nəzərdən keçirərək qiymətləndirək.
Elmi olaraq ruhun olmadığının sübut edilməsi yanlışlığı
Müəllifə görə tam bir materialist anlayışla ruhun varlığı rədd edilmişdir. Buna dəlil olaraq da XIX əsrin əvvəllərindən etibarən canlı hüceyrə əmələ gətirən bir sıra molekulların laboratoriya şəraitində əldə edilməyə başlaması göstərilmişdir. Karbamidin ammonium sianiddən alınmasının da bu cərəyanın başlanğıcı olduğu dilə gətirilmişdir.
Buna əsasən 1859-cu ildə Darvinin “Növlərin mənşəyi” kitabı ilə həyatın fövqəladə müxtəlifliyinin ortaq bir əcdaddan gəldiyinin sübut edildiyi, beləcə ruh anlayışının elmi olaraq sona çatdığı iddia edilmişdir.
Müasir elmi kəşflərindən xəbərdar bir adamın, ruhun olmadığına dair təqdim etdiyi uydurma sübutların bayağılığı təəccüb doğurur. “Təkamül nəzəriyyəsi ortaya atıldı beləliklə ruhun varlığı məsələsi ortadan qalxdı” kimi bəsit bir məntiq, dəlil deyil, olduqca çürük bir iddiadır. Əvvəla, təkamül nəzəriyyəsi hər cəhətdən tənəzzülə uğramış bir nəzəriyyədir. Nə bioloji həyatın varlığı nə də darvinistlərin ən böyük müəmması olan ruhun varlığı barədə açıqlama verə bilməmişdir; verməsi də mümkünsüzdür. Buradakı iddiaya qayıdacaq olsaq, fiziki vücudumuzu yaradan bütün materiallar təbii olaraq qeyri-üzvi maddələrdən yəni atomlardan meydana gəlir.
Ammonium sianiddən karbamid alınması yalnız sadə bir kimyəvi kəşfdir. Bu maddənin əmələ gəlməsi üçün onsuz da üzvi bir quruluşa ehtiyac yoxdur. Üzvi formaların əsasını təşkil edən zülal, şəkər, yağ və nuklein turşusu molekulları isə canlı hüceyrələrə ehtiyac duyur. Hüceyrə xaricində, şüurlu bir laboratoriya şəraitində istehsal edilə bilməz. Qaldı ki, laboratoriya şəraitində istehsal edildiyini fərz etsək belə bu hal yenə ruhun varlığını ortadan qaldıracaq bir dəlil deyil. Hüceyrənin hər bir orqanı, hər bir zülalı tam bir şüurla hərəkət edir. Buna verəcəyimiz bir çox nümunə vardır. Məhz bu şüurun qaynağı metafizik bir güc olmadan açıqlana bilməz. Buna görə canlılığı yalnız maddə ilə açıqlamaq mümkün deyil.
Darvinistlər əgər ruhun varlığı məsələsinə girmək istəyərlərsə, bu halda, təkcə elektrik siqnallarını rəngarəng bir dünya kimi qavrayan, gözü olmadan görən, qulağı olmadan eşidən varlığın kim olduğunu açıqlamaq məcburiyyətindədirlər. Bu məsələni görməməzliyə vurduqları müddətcə, ruhun varlığı qarşısında çarəsiz olduqlarını da qəbul etmiş vəziyyətdədirlər.
Məqalədə yer verilən sözdə təkamülçü elm adamlarının ideoloji baxışları da olduqca maraqlıdır. Müəllif bunu özü də açıqlayır və Aleksandr Oparin, J.B.S. Halden kimi həyatın mənşəyini təkamülçü məntiqlə açıqlamağa çalışan insanların hamısının ateist və kommunist bir anlayışa sahib olduğunu açıq şəkildə bildirir. Almaniya Osnabrück Universitetindən Armen Mulkidjaniana görə, “Sovetlər İttifaqında bu fikirlər sevinc içində qəbul edilirdi, çünki Allaha [haşa] ehtiyac duymurdular. Qərb dünyasında isə bu istiqamətdə düşünən adamların hamısı solçu, ya da kommunist idi və ya oxşar fikirdə idilər”.
Darvinistlərin həyatın necə başladığını açıqlamaq səyləri
Darvindən başlayaraq Oparin və Halden ilə davam edən həyatın ilk əmələ gəlməsinə dair nəzəriyyələri, ilk olaraq təcrübə ilə sübut etmək cəhdi, məlum olduğu kimi, məşhur Miller-Urey təcrübəsidir. Miller dünyanın başlanğıcında mövcud olduğunu ehtimal etdiyi dörd kimyəvi maddəni şüşə sınaq borularında birləşdirdi. Boruların içində qaynar su, hidrogen qazı, amonyak və metan yerləşirdi. Apardığı soyuq tələ üsulu ilə qlisin və alanin aminturşularını əldə etdi. Əldə etdiyi yalnız cansız maddədən ibarət olan iki molekuldan ibarət olmasına baxmayaraq bu səriştəsiz təcrübə illərlə böyük bir acgözlüklə təkamülçülərin həyatın mənşəyini açıqlama üsulu olaraq istifadə edildi.
Ancaq yaratdığı ibtidai atmosferin səhv olduğu daha sonra aydın oldu. Daha sonra baş verən bir neçə təşəbbüs olsa da, artıq heç kəs həyatın mənşəyini bu üsullarla sübut etmə səyinə girmədi. Elmi bir çox kəşfin ardından isə həyatın zənn ediləndən çox daha kompleks olduğu göründü. Canlılar, yalnız kimyəvi maddələri daşıyan çantalar deyildilər; hər bir hüceyrə bir şəhər qədər mürəkkəb idi. Bu səbəblə bunları sıfırdan yaratmaq ideyasının xəyal edilməsi belə mümkün deyildi.
Bu günün şərtlərində laboratoriya şəraitində nəzarət alltında bircə zülal belə əldə edə bilməmişkən, bunun bir çox dağıdıcı təsirə malik təbiət şərtlərində əmələ gəldiyini iddia etmək son dərəcə ağılsızlıqdır. Miller təcrübəsinə bu qədər sahib çıxılmasının səbəbi də, təcrübənin bir nəticə vermiş olması deyil, əldə başqa bir təşəbbüsün olmamasıdır.
İbtidai hüceyrə yoxdur
Həyatın ortaya çıxışını təsadüfə əsaslanan gedişatla izah etmək məcburiyyətində qalan sözdə təkamül nəzəriyyəsində, ilk hüceyrənin necə yarandığı, təkamülçülər üçün tam bir müəmmadır. 3.8 milyard il əvvəl fosil qalıqlarına rast gəldiyimiz ilk hüceyrənin hər cür xüsusiyyəti ilə bir anda ortaya çıxdığının qəbul edilməsi Yaradılış mənasını verdiyindən, təkamülçülər bu açıq elmi həqiqəti ortadan qaldıracaq ssenarilər yaradırlar.
Bu ssenarilərə görə, bütün xüsusiyyətləri ilə qarşımıza çıxan bu hüceyrədən çox əvvəl, “ibtidai” sayılacaq sözdə üzvi molekullar və hüceyrələr olmalıdır. Ancaq bu sözdə primitiv əcdad, heç vaxt tapılmamışdır. Bundan başqa, təkamülçülər bu prosesin necə işlədiyi barədə bir fikir birliyinə malik deyil; ola da bilməz… Çünki hər bir hipotez, bir canlı hüceyrənin tam və əskiksiz olaraq o anda mövcud olmasını şərtləndirir. Amma sözügedən darvinistlər, gün gəlib birilərinin ilk hüceyrənin ortaya çıxışını açıqlayacağı ümidi ilə ideoloji fikirlərinə möhkəm-möhkəm sarılmağa davam edirlər.
Bir hüceyrənin həyatını davam etdirə bilməsi üçün mütləq sahib olmalı olduğu bəzi xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərdən biri əskik olduğu zaman digər xüsusiyyətlərin olması da mənasızlaşır, çünki belə bir vəziyyətdə hüceyrə üçün ölüm labüddür. Burada ötəri şəkildə bəhs edəcəyimiz xüsusiyyətlər belə, ayrılıqda onlarla-yüzlərlə təfərrüata malikdir. Bu detallardan birinin belə əskik olması imkansızdır. Dövrümüzdə tez-tez rastlaşdığımız genetik xəstəliklər, bu şəkildə çox kiçik detallardakı pozuntulardan qaynaqlanır və bunların nəticələri ciddi xəstəliklər və ya ölümdür. Bu səbəblə ilk mövcud olan hüceyrə də, qüsursuz olmaq məcburiyyətindədir.
Bir hüceyrədə olması şərt olan əsas xüsusiyyətlər aşağıdakılardır:
- Hüceyrəni xarici mühitdən ayıracaq bir hüceyrə qlafı
- Hüceyrəvi fəaliyyətlərin davamı üçün lazım olan enerji təmin edəcək sistem
- Hüceyrənin məlumatını saxlayacaq və gələcək nəsillərə ötürəcək genetik material
Burada ümumiləşdirərək saydığımız bu üç xüsusiyyətdən başqa hüceyrə həmçinin həzm, ifrazat, hüceyrə skeleti, daşıma sistemi və s. bir çox həyati funksiyaya da malikdir. Əsas funksiya olaraq saydığımız bu üç quruluşu tək-tək nəzərdən keçirək.
Hüceyrə membranı təkbaşına yarana bilməz
Kənardan baxılanda bir hüceyrəni struktur olaraq xarakterizə edən ən həyati quruluş hüceyrə qlafıdır. Hüceyrə membranı hüceyrənin həyatı hissəciklərinin içəridə kütləvi şəkildə qalması üçün şərtdir. Bunun fərqində olan təkamülçülər, hüceyrə üçün lipid molekullarından ibarət olan bir membranın vacibliyini söyləyirlər. Ancaq burada unudulan məqam lipidlərin də üzvi molekullar olmasıdır. Hüceyrə membranı, strukturunda yer alan hər bir lipid molekulu onlarca mərhələli reaksiya nəticəsində yaranan və təbii olaraq, olduqca kompleks bir sistemlə ortaya çıxmışdır. O halda membranın formalaşması üçün də yenə, əvvəldən hazır lipidlərə ehtiyac vardır. Beləliklə, bunları da hazır edən başqa bir hüceyrəyə ehtiyac vardır.
Hüceyrə membranının lipid quruluşu yalnız yağda həll edilə bilən kiçik molekulların sərbəstcə membrandan keçməsinə icazə verir. Ancaq su, suda həll edilə bilən maddələr və böyük molekulların keçməsinə icazə vermir. Hüceyrə membranında bu molekulların içəri və ya kənara hərəkətini nəzarətli şəkildə təmin edən zülal quruluşlu qapılar və kanallar olmalıdır. Zülal isə DNT və ya RNT quruluşundan yenə yüzlərlə zülalın köməyi ilə sintezlənmək və hüceyrə membranına getmək məcburiyyətindədir. Elə bu vəziyyətdə də tam funksiyalı bir hüceyrəyə ehtiyac vardır.
Həyati funksiyaların davamı enerji tələb edir
Bir hüceyrə içində heç bir mexanizm enerji olmadan çalışa bilməz. Hüceyrə membranı daşıma sistemi, zülal hasil edilməsi, parçalanma və s. kimi hər sistem enerjisiz qalanda dərhal dayanar. Bu da ölüm deməkdir. Beləliklə, ilk hüceyrədə enerji istehsal edən sistemin varlığı şərtdir. Enerjinin toplanıb istifadə edilən hala gətirilməsini təmin edən əsas mexanizm fotosintezdir. Günəş enerjisi ilə qlükoza əldə edilir. Qlükoza da qlikoliz ilə ATP-yə çevrilir. Fotosintez ən azı qırx ayrı reaksiya, qlikoliz də 10 ayrı reaksiya tələb edir. Bu pillələrin hər birinin ayrı fermentlərlə katalizləndiyini düşünəndə necə mürəkkəb quruluşla qarşı-qarşıya olduğumuz açıqca görünür. Belə bir sistem mütləq “ilk hüceyrədə” olmalıdır. Belə mürəkkəb bir quruluşa sahib olan “ilk hüceyrə” isə, qətiyyən “bəsit” deyil. Onsuz da ən qədim fosil hüceyrələrin (3.8 milyard illik siyanobakteriyalar) belə fotosintez etdiyi məlumdur.
RNT hüceyrədən əvvəl var ola bilməz
DNT-nin zülalların istehsalı üçün istifadə edilməsi prosesi son dərəcə mürəkkəbdir. Bu da həyatın mənşəyini təkamüllə izah etmək istəyən hər kəs üçün böyük bir problem təşkil edir. Çünki bu qədər mürəkkəb quruluşun necə başlamış ola biləcəyini təsəvvür etmək belə qeyri-mümkündür. Həyatın mənşəyinə dair veriləcək hər hansı bir izahın, DNT, RNT və ribosom orqanoidlərindən ibarət kompleks quruluşun necə var olduğunu və necə işə başladığını da açıqlamalıdır.
Bu səbəblə prosesi sadələşdirmək adına İngilis kimyagər Lesli Orql (Leslie Orgel) tərəfindən ilk əvvəl DNT və zülalın olmadığı, yalnız RNT molekullarının var olduğu müdafiə edildi. Bu molekul DNT kimi özünü köçürməli və zülal kimi bükülərək ferment fəallığı da göstərməli idi. Mövzu haqqında geniş təxribatlarına baxmayaraq bu iddianın yaranmasına əsas yaradacaq bir sübutu yox idi. Bu iddia, tamamilə fəlsəfi bir fikir idi. Lakin əlində heç bir dəstəyi olmayan təkamülçü dairələrdən böyük maraq gördü. Halbuki tək başına bir RNT molekulunun bir anda mövcud olduğunu fərz etsək belə, başqa heç bir oranoidi olmayan, daha doğrusu bir hüceyrəsi olmayan RNT molekulu necə funksiyasını yerinə yetirib həyatda qalacaqdı?
Burada xatırlanmalı olan bir başqa məsələ də var. RNT dediyimiz quruluş, yəni ribonuklein turşusu, riboza deyilən 5 karbonlu şəkər, purin və ya pirimidin strukturunda nuklein turşusu əsaslarından ibarətdir. Bu üç formanın da üzvi formalar kimi yenə hüceyrə içində hazırlanmaq məcburiyyətində olduğu düşündükdə, RNT əsaslı ssenari tamamilə çökmüş olur.
Bundan başqa, yaşayan hüceyrələrdə özünü kopyalayan bir RNT-yə rast gəlinməmişdir. Yəni bu iddia tamamilə xəyal məhsuludur. RNT-ni təşkil edən quruluşlar, eyni zülallar kimi, su ehtiva edən mühitdə bir araya gəlib birləşə bilməz, ribosom və ferment amillər olmadan yarana bilməzlər. Molekulyar biologiya sahəsində işləri ilə tanınan Con Suderland (John Sutherland) bunu belə açıqlayır:
RNT kimyasının bəzi kilid nöqtələri işləmir. Hər bir RNT nukleotid şəkər, əsaslar və fosfatdan yaranır. Ancaq o sübut edildi ki, şəkər və əsasları birləşməyə razı salmaq mümkün deyil.
Yenə məlum olan biologiya kitabı Albertsdə bu vəziyyət bu şəkildə bildirilir:
Təbiətdə özünü kopyalaya bilən RNT molekulları olmamasına baxmayaraq, elm adamları bunları laboratoriyada emal edə biləcəklərindən əmindirlər. (Molecular Biology of The Cell fifth edition Alberts p 402)
Təkamülçülər üçün, genetik material olmadan fərziyyə irəli sürmək son dərəcə mənasız olacaqdır. Genetik material hüceyrəyə aid məlumatları əhatə edir. Bir DNT olmadan hüceyrəyə məxsus digər strukturların məlumatı saxlanmayacaq və gerçək bir hüceyrə bölünməsi də baş verməyəcəkdir. Genetik material varlığı da yuxarıda açıqladığımız kimi, bir çox fərqli sistemlərin bir arada olmasına ehtiyac duyur. Bu da bir anda Yaradılış olmadan baş verə bilməz. Əslində bu yazıda, müdafiə edilən fikirlərin niyə həyata keçməyəcəyinə dair etiraf xarakterli bəyanatlar da edilmişdir. Genetik materialın zəruriliyi belə vurğulanmışdır:
Hüceyrə divarına sahib olan ancaq geni olmayan bir hüceyrə, çox bir şey edə bilməyəcəkdir. Bala hüceyrələrə ayrıla bilsə də özü haqqında heç bir məlumatı balalara keçirə bilməyəcəkdir.
Həyat bir anda başlamışdır
Göründüyü kimi, təkamül nəzəriyyəsinə konkret dəlil tapmayan təkamülçü alimlərin nəzəri əsasda da fərziyyələrinə sübut uydurma səyləri uğursuzluqla nəticələnmişdir. Fosil qeydlərində göründüyü kimi ilk hüceyrə 3.8 milyard il əvvəl bir anda fosil qeydlərində peyda olur. Dövrümüzdə araşdırdığımız hüceyrələrdə olan bütün xüsusiyyətləri ilə birlikdə ortaya çıxmış və dəyişmədən varlığını davam etdirmişdir. Bundan əvvəl isə yer qatlarında həyatın varlığına dair heç bir əlamət yoxdur. Yarı formalaşmış, təkamül keçirməyə çalışmış hüceyrə qalıqları yoxdur. Yuxarıda detalları ilə açıqladığımız kimi, tam funksiyalı bir hüceyrənin varlığı xaricində canlının həyatını davam etdirməsi mümkün deyil. Addım-addım inkişaf edən bir hüceyrə modeli mümkün deyil.
Təsadüfə əsaslanaraq işlədiyi irəli sürülən təbii seleksiya mexanizmi, yeni məlumat ortaya çıxarma qabiliyyətinə malik olmadığından zülallar və genlər kimi məlumat ehtiva edən formaların əmələ gəlməsini izah edə bilməz. Geriyə nə qalır; təsadüf iddiası. Təsadüf iddiası isə insanlıq tarixi boyunca ortaya atılmış ən məntiqsiz, ən gülməli, ən aciz iddiadır.
Açıqlanmalı olan əsl məsələ, həyatın son dərəcə mürəkkəb mexanizmini inkişaf etdirmək üçün ehtiyac duyulan məlumatın haradan gəlməsidir. Təkamülçülərin iddia etdiyi şəkildə material çantanızda atomlar, təbiət qanunları və təsadüflər olsa da, həyat necə ortaya çıxmışdır? Bu kompleks və nizamlı məlumat necə ortaya çıxmışdır? Məhz bu sual, darvinistlər üçün cavabsızdır; Bu suala təkamül ilə cavab tapmağa çalışdıqları müddətcə də cavabsız qalacaq.
“BBC News”in irəli sürdüyü fikirlər müasir dinsiz mədəniyyətin əfsanələridir. Aydındır ki, sözügedən yazı, darvinistlərin yaşadıqları böyük məğlubiyyəti dəf edə bilmək adına girişdikləri aciz bir səydən ibarətdir.
Biz heç vaxt cansız maddənin hissəciklərinin öz başlarına kompleks və funksional bir quruluş inşa etdiklərini görmürük, bu ancaq insandan da üstün bir ağılın və zehnin yönləndirməsi ilə baş verir. O Ağıl isə bütün aydınlığı ilə qarşımızdadır və yaratdığı hər bir detalda Özünü göstərir. O Ağıl, aləmlərin Rəbbi olan Uca Allahdır.
Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür. (Hədid surəsi, 4)
İSTİNADLAR
- http://www.bbc.com/earth/story/20161026-the-secret-of-how-life-on-earth-began
- https://www.youtube.com/watch?v=vO6R5mTXcRI
- Molecular Biology of The Cell fifth edition Alberts p 402