“İkiayalı ginkqo” ağacı Permian dövründən (270 milyon il əvvəl) günümüzə qədər varlığını davam etdirmiş olan yaşayan fosildir. Belə ki, dinozavrların yaşadığı çağlarda ginkqolar da varlıqlarını davam etdirirdilər. 2016-cı il noyabrda “Giga Science” jurnalındakı elmi məqalədə, İkiayalı ginkqo ağaclarının gen düzülüşü nəşr olunmuşdur. Araşdırmanı icra edən Pekin Genom Elmi İnstitutu, Zheijiang Universiteti və Çin Elmlər Akademiyasından elm adamları, birlikdə 10 milyard DNT hərfindən ibarət olan çox böyük bir genomu (bir orqanizmin xromosomlarında olan genetik şifrələrin hamısı) araşdırdılar və həll etməyə çalışdılar.
Elm adamları nautilus və Merostomata kimi yaşayan qalıq nümunələrindən biri olması səbəbiylə, bütün çətinliklərə baxmayaraq bu bitki üzərindəki işlərini davam etdirdilər. Pekin Genom Elmi İnstitutundan Venbin Çen, araşdırmada məlumatların çoxluğu və genomların birləşdirilməsindəki hesablama tutumları üçün 2 TB (terabayt: 1 trilyon bayt) kimi çox böyük miqdarda işlənməmiş məlumat yaradıldığını açıqladı. Ağacın 40.000-dən çox geninin ilk analizi, müxtəlif müdafiə etmə mexanizmləri təmin edən gen ailələrinin geniş diametrdəki yayılımını göstərməkdədir. Patojenlərə (xəstəliyə səbəb olan hər cür orqanizm və maddə) qarşı müqavimət təmin edən genlər, bu ağacın genomunda sıxlıqla təkrarlanmaqdadır.
Zheijiang Universitetindən prof. Yunpenq Zao isə, ginkqonun yaşayan beş qrup toxumlu bitkidən birini təmsil etdiyini vurğulamaqdadır. Ginkqo bənzəri olmayan, bütünlüklə özünə xas bir ağacdır. Botanikaçılar tərəfindən, bitkilər (Plandaya) aləmi içindəki ayrı bir hissədə (Ginkqophyta) qiymətləndirilər.
Digər ağac növlərində rast gəlinməyən yelpik şəklindəki yarpaqları ilə bənzərsizdir.
Ümumiyyətlə bitki xəstəliklərinə qarşı fövqəladə müqavimətli olmaları, gövdələrinin bitki həşəratına çox yaxşı müqavimət göstərə bilməsi, səthdə əlavə köklər və tumurcuqlar meydana gətirə bilmələri ginkqoların çox uzun ömürlü olmalarına imkan verməkdədir. Ginkqolar bir tərəfdən quruluşunda böcək, bakteriya və göbələkləri uzaq tutan kimyəviləri sintez edərkən digər tərəfdən bitki yeyici böcəklərin düşmənlərini özünə çəkəcək uçucu orqanik kimyəviləri ifraz edən müdafiə etmə sistemlərinə sahibdirlər. Bəzi ginkqo ağaclarının yaşları haradasa 2500 ilə yaxındır.
Ginkqonun maraqlı xüsusiyyəti, şəhər mühitinə (başqa bir sözlə hava çirkliliyinə) ən dayanıqlı ağaclardan biri olması, başqa ağacların yaşaya bilməyəcəyi şərtlərdə belə böyüyə bilməsidir. Ginkqo hər cür rütubətli və hətta qumlu torpaqda belə yetişə bilər. Sahillərdə dənizdən gələn duza da dayana bilər.
Ginkqoların dayanıqlılıq dərəcəsinin uc nümunələri Hiroşima-da görülmüşdür. Atom bombasının partladığı nöqtəyə 1-2 kilometr məsafədə yer alan dörd ginkqo ağacı, bu sahədə partlamadan qismən yanaraq sağ çıxan və varlıqlarını bu günə qədər davam etdirə bilmiş olan yeganə canlı nümunələridir.
Bu dayanıqlılıq, çoxu növü öldürən Çindəki buzlaqlaşma dövrlərində də ginkqonun həyatda qalmasına kömək olmuşdur. Edilən yeni araşdırma isə, mobil telefonlarının beyinə yaymış olduğu dalğalara qarşı ginkqo biloba ekstrelerinin faydası olduğunu təcrübələr nəticəsində ortaya çıxarmışdır.
Ginkqo ağacının yaşayan qalıq olmasının əhəmiyyəti
Darvin, araşdırmaları əsnasında, ginkqo ağacının yarpağının qalıq halını tapdığında olduqca çaşmışdı. İndiki vaxtda yaşayan canlının eynisi, milyonlarla il əvvəlki laylarda bugünkü şəkli ilə vardı. Nəzəriyyəsini çıxmaza soxmaq üçün yetərli olan və Darvini həqiqətən də narahatlığa sürüyən bu fosil, yenə Darvinin özü tərəfindən “yaşayan fosil” olaraq adlandırılacaqdı.
Darvin əgər indi yaşasaydı, şübhəsiz bu mövzudakı narahatlığı çox daha böyük olardı. Çünki ginkqo, daha əvvəl də ifadə etdiyimiz kimi günümüzə qədər gəlmiş tək yaşayan fosil deyil. Yer üzü təbəqələrindən çıxarılmış 700 milyondan çox qalığın bir hissəsini tam və mükəmməl soyu tükənmiş canlılar, böyük əksəriyyətini isə yaşayan fosillər meydana gətirməkdədir. İndi var olan növlərin böyük bir hissəsinin milyonlarla illik qalıq nümunələri tapılmış və sərgilənmişdir. Əgər darvinistlərin iddia etdiyi kimi təkamül yaşanmış olsaydı, yer üzündə heç dəyişmədən qalmış milyonlarla canlı fosil deyil, trilyonlarla ara-keçid nümunələri tapılmalı idi.
Təkamülçülərin, bir canlıdan digərinə doğru guya dəyişiklik göstərən ara keçid canlıları qalıq qeydlərində daimi olaraq tapmaları, trilyonlarla “inkişaf etməkdə olan canlı” nümunəsi ortaya çıxarmalı idi. Ancaq təkamülçülər, tək bir ara-keçid fosili belə tapa bilməmişlər. Tək bir canlıda inkişaf etməkdə olan tək bir orqan nümunəsi belə təqdim edə bilməmişlər. Canlılar, Eosen dövrünə aid (54-37 milyon il) aşağıdakı ginkqo yarpağında görüldüyü kimi aralarında milyonlarla illik zaman fərqləri olmasına qarşılıq heç bir dəyişikliyə uğramamış, Yaradıcımız olan Allah tərəfindən bu gün canlı nümunələrində gördüyümüz şəkli ilə yaradılmışdır.
Dövr: Senozoik zaman, Eosen dövrü
Yaş: 50 milyon il
Bölgə: Kanada
Şəkildə göstərilən 50 milyon illik ginkqo yarpağı, darvinistlərin bitkilərin təkamülü ssenarisini etibarsız edən dəlillərdən biridir. Ginkqoların həmişə ginkqo olaraq var olduqlarının, başqa bir bitkidən törəmədiklərinin, başqa bir bitkiyə də çevrilmədiklərinin göstəricisi olan bu fosil, digər bütün fosil nümunələri kimi təkamülçüləri çıxılmaz vəziyyətə salmaqdadır.
QAYNAQLAR:
https://www.sciencedaily.com/releases/2016/11/161121175806.htm
www.wikipedia.com