Nəhl surəsi, 127, 128-ci ayələrin təfsiri
Adnan Oktar: Əfəndim, nə edək? Bir ayə oxuyum. Şeytandan Allaha sığınıram, Nəhl surəsi, 127: “Səbir et! Sənin səbrin ancaq Allahdandır”. Demək ki, insan özü səbir etmək istəsə səbir edə bilmir. Allahın yaratması lazımdır səbri, qədərində olması lazımdır. “Onlara görə kədərlənmə”. Yəni əcaib bir şey etdiklərində, səhv bir şey etdiklərində kədərlənmə. Kədərlənməyin hökmü nə olur? Haram olur. Ayə möhkəmdir, bax, “kədərlənmə”. Adam deyir ki, “kədərləndim”. Harama girərsən. “kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma”. Sıxıntını qəbul etməyi də Allah haram etmiş. Ayə möhkəmdir. Adam deyir ki: “sıxılıram” Sən özün əmr verirsən özünə. Niyə sıxılırsan? Allahın yaratdığı şey çox gözəldir. Allahın yaratdığından məmnun olsana, hər şeydə bir xeyir vardır, deyilmi? “Allah yaradır, mən də sıxılıram” deyirsən, olarmı? Allah yaradırsa xeyir vardır. Şeytandan Allaha sığınıram, 128: “Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir”. Allah, “heç buraxmaram onları” -deyir: nə gözəl, maşaAllah, Əlhəmdülillah.