Ustad hz. Mehdi (ə.s)-a eşqlə, dərin sevgi və sədaqətlə bağlı şəxs olmasına baxmayaraq və özü şəxsən risalələrində hz. Mehdi (ə.s)-ın xidmətçisi, qabaqcıl əsgəri, havadarı olduğunu ifadə edərək ona olan sevgisini, hörmətini, heyranlığını çox açıq şəkildə ifadə edərkən, ustadı -öz iradəsi xaricində- sanki mehdilik mövqeyi üçün yarışan, haşa hz. Mehdi (ə.s)-dan üstün olma iddiasında olan, hz. Mehdi (ə.s)-ı özündən haşa aşağı mövqedə görən kimsə kimi göstərməyə çalışmaq son dərəcə çirkindir.
Hz. Mehdi (ə.s) Axırzamanda ustadın hazırladığı risalələr ilə təbliğ işləri görəcək, Risalə-i Nuru özünə hazır proqram əldə edib onunla birinci vəzifəsini yerinə yetirəcək ki bu onun, Risalə-i Nurun ruhunu çox yaxşı qavramış olduğunu, ustadı çox yaxşı anladığını, risalələri anlama və izah etmə gücünün çox yüksək olduğunu göstərməkdədir. Bu vəziyyət iki möhtərəm şəxsin də bir-birlərinə dərin sevgi və hörmət ilə bağlı olduqlarının açıq ifadəsidir.
Birincisi : Fən və fəlsəfənin təsiriylə və maddiyyun və tabiiyyun taunu (xəstəliyi) bəşər içinə yayılmasıyla, hər şeydən əvvəl fəlsəfəni və maddiyyun (materializm, darvinizm və ateizm epidemiyasını), fikrini tam susduracaq tərzdə imanı qurtarmaqdır. Əhli imanı dəlalətdən mühafizə etmək (iman edənləri azğınlıqdan qorumaq) və bu vəzifə həm dünya, həm hər şeyi buraxmaqla, çox zaman tədqiqat ilə məşğuliyyət lazım olduğundan (tələb etdiyindən), həzrəti Mehdinin, o vəzifəsini şəxsən özü görməyə vaxt və hal cəhətdən imkan olmaz. Çünki xilafəti Məhəmmədiyə (s.ə.v) cəhətindəki səltənəti, onun ilə məşğuliyyətə vaxt olmur.
HƏRHALDA O VƏZİFƏNİ ONDAN ƏVVƏL BİR TAYFA BİR CƏHƏTDƏ GÖRƏCƏK. O ŞƏXS, O TAYFANIN UZUN TƏDQİQATI (TƏDQİQLƏRİ) İLƏ YAZDIQLARI ƏSƏRİ ÖZÜNƏ HAZIR PROQRAM EDƏCƏK, ONUN İLƏ O BİRİNCİ VƏZİFƏNİ TAM ETMİŞ OLACAQ. BU VƏZİFƏNİN İSTİNAD ETDİYİ (söykəndiyi) QÜVVƏT VƏ MƏNƏVİ ORDUSU, TƏK İXLAS, SƏDAQƏT VƏ TƏSANÜD SİFƏTLƏRİNƏ TAM SAHİB OLAN BİR QİSİM ŞAGİRDLƏRDİR. NƏ QƏDƏR DƏ AZ OLSALAR, MƏNƏVİ OLARAQ BİR ORDU QƏDƏR QÜVVƏLİ VƏ QİYMƏTLİ SAYILARLAR. Emirdağ Lahikası-1, səh. 231
Ustad və hz. Mehdi (ə.s) arasında belə güclü mənəvi bağlılıq var ikən bəzi nurçu qardaşlarımızın mehdiyyət mövzusunu nurçular baxımından bir cür yarış halına gətirmiş olmaları və Ustadın adını (Bədiüzzaman Səid Nursi həzrətlərini tənzih edərik) bu mövzuya alət etmələri son dərəcə səhvdir.
Hz. Mehdi (ə.s) bütün bu iddiaların tam əksinə içində yaşadığımız dövrdə zühur edəcək və siyasət, səltənət və dəyanət sahəsindəki üç vəzifəni bir yerdə icra və tətbiq edəcək. Özünə Ustad tərəfindən Axırzamanın böyük Mehdisi, ən böyük mücəddidi, ən böyük müctəhidi, Mehdi Ali Rəsulu, ən böyük hakim, mürşid və Qütbü Əzəm deyilməsi də bu səbəblədir.
… HƏRÇƏND HƏR ƏSRDƏ HİDAYƏT EDİCİ BİR CÜR MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞ, LAKİN HƏR BİRİ ÜÇ VƏZİFƏDƏN BİRİNİ BİR CƏHƏTDƏ ETMƏSİ ETİBARİLƏ, AXIRZAMANIN BÖYÜK MEHDİ ÜNVANINI ALMAMIŞLAR. Əmirdağ Lahikası-1, səh. 232