Header

İnfitar surəsi, 1-12-ci ayələrin təfsiri

Aa4a

İnfitar surəsi, 1-12-ci ayələrin təfsiri

Adnan Oktar: İnfitar surəsi, Şeytandan Allaha sığınıram, Rəhman, Rəhim olan Allahın adıyla. 1: “Göy yarılıb-parçalanacağı zaman”, bunu insanlar görəcəklər, hər kəs görəcək. Gündüz vaxtı, göydəki o mavilik açılır, böyük bir qara boşluq yəni gecə necə ulduzlar görülür, oradan ulduzlar görüləcək. Bu reallaşacaq bir hadisə. 2: “ulduzlar səpələnəcəyi zaman”, qiyamət başladıqda, Samanyolunda və yaxud günəş sistemində olan bir qiyamət deyil, Allah qiyaməti bütün kosmosun hamısında edir. Müəyyən bir yerdə deyil, hər yerdə olacaq. Çünki dünya gedərsə, bütün kosmosun hamısı getmiş olur. 3: “dənizlər fışqırıb daşacağı zaman”, maqma dənizdən qaynayır amma təbii ki, Allah “dənizlər” -deyir, bir dəniz deyil, dənizlər.

Bütün dənizlərdə maqma fışqırır, hər yerdə görüləcək. İstanbul boğazında da görüləcək, Mərmərədə də görüləcək, hər yerdə görülür. Yəni həm bir fışqırma var, yəni su böyük bir fışqırma maqmayla birlikdə, həm isti qazla, həm buxar, həm od, həm də su fışqırması var. 4: “qəbirlər çevriləcəyi zaman”, qəbirlər də dağılır, təbii ki, normaldır, yəni qiyamətin təsiriylə darmadağın olur. 5: “hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nələri təxirə saldığını biləcəkdir”. Baxın etdiklərini ayrı öyrənir amma təxirə saldıqlarını da öyrənir. Cənabı Allah, “Təxirə salmaq ancaq küfrü artırır” (Tövbə surəsi, 37) -deyir. Məsələn, namaz qılırsan, “yox, hələ tezdir yaşlanım qılaram” -deyib təxirə salır. Həccə get deyirsən imkanı var, şərtləri tamamdır, “yox” -deyir, təxirə salır.

Xeyir iş gör deyirsən, kasıb- kusuba, imkanların var yığma deyirsən yəni yığıb saxlamaqdansa payla, onu da təxirə salır, ayə ona diqqət çəkir. Baxın, “nələri təxirə saldığını biləcəkdir 6: Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?” Darvinizm, materializm, şeytanın silahı əsrimizdə bunlardır. 7: “O ki, səni yaradıb”, baxın Allah dərhal yaradılışa keçir. Çünki dünyada əsas mövzu budur. Yaradılışı müdafiə edənlərlə, təsadüfü müdafiə edənlərin mübarizəsi var, hz. Musa (ə.s)- da da bunu görürük. Firon nə deyir: “Nilin palçıqları təsadüfən oldu” -deyir, hz. Musa (ə.s) da: “bax mən sənə yaradılışı göstərim” -deyir. Əsanı atdıqda, quru taxta bir anda ilana çevrilir. Bəs hanı təkamül? Yaradılışı, Allah ona göstərir. Normal, nəsil verən ilan yəni bildiyin klassik ilan. “O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir nizamla surət verdi“.

Baxın, Allah nizama diqqət çəkir. Atomlarda, mitoxondridə, vakuollarda, hüceyrələrdə hər şeydə bir nizam var. Allah o nizamın hesabını soruşur, çünki riyazi düzlük var. Qızıl nisbətlə yaradılmış və müdhiş bir texniki düzlük var. Necə bir kompyuterdə düzlük var, saatda düzlük var, onlardan çox daha kompleks çox daha təfərrüatlı bir düzlük var. Allah ona diqqət çəkir. “Gözəl bir nizamla surət verdi“, baxın bir surət verdi demir, “gözəl bir nizamla surət verdi“, riyazi mükəmməllikdə. Texniki mükəmməllikdə bir surət verdi. “Səni yaradıb kamilləşdirdi“. Ölçü və tarazlıq ilə. Orada da yenə qızıl nisbətdir. Məsələn, insanda da qızıl nisbət var.

Qaşında, gözündə, gözünün iç quruluşunda, linza quruluşunda, optik nizam sistemində, düşən görüntünün elektrik enerjisinə çevrilib beyinə aparılmasında, görüntünün yenidən düz hala gətirilməsində və görüntünün biri tərəfindən görülməsində. Çünki görüntünü elektrik olaraq aparır beyinin içinə. Çox aşağı gərginlikli, çox-çox aşağı gərginlikli, bir elektrik cərəyanı var amma içəridə tərtəmiz musiqili, danışmalı, gözəl qoxuların olduğu, meyvə dadının olduğu, sərtlik və yaxud mülayimliyin hiss edildiyi bir dünya olaraq beynimizdə yaradılır. Möhtəşəm bir texniki düzlükdə yaradılır. Baxın, “səni yaradıb kamilləşdirdi“.

Allah, səni də çox düzgün etdi deyir. Ruhunu da, bədənini də. 8: “Səni istədiyi şəklə saldı“, təşkil etdi. Allah, indi bunun hesabını verəcəksən deyir bax, bu riyazi düzlüyün, bu mükəmməlliyin, bu qüsursuz quruluşun hesabını Mənə verəcəksən deyir. 9: “Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz!” Darvinist, materialist düşüncə ilə təsadüfü müdafiə edirsiniz mənasını verir. 10: “Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır-“. Allah, üzərinizdə də mələklər var, onlarıda hiss etmirsiniz deyir. Yəni ayrıca üstünüzdə də iki dənə ruh daşıyırsınız deyir. 11: “çox möhtərəm, əməllərinizi yazanlar.12: Onlar sizin nə etdiklərinizi bilirlər“ -deyir. Hər an yəni kamera kimi sanki, hər an etdiyimiz hər şeyi qeydə alırlar deyir, iki şüurlu ruh, insanın üstündə, yəni mələk.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313