Ğafir surəsi, 4, 5, 8-11, 14-cü ayələrin təfsiri
Adnan Oktar: Ğafir surəsi, 8-ci ayə: Şeytandan Allaha sığınıram. “Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn bağlarına daxil et”. Mömin kimlərlə cənnətə girərmiş? Atalarıyla və zövcələriylə. O zaman evlənərkən nəyə diqqət yetirəcəyik? Puluna, şöhrətinə deyil, imanına. Çünki sonsuz həyatda yaşayacağın yoldaşını seçmiş olursan. Burada iyirmi yaşında evlənsə bir xanım, 20 il sonra qırx yaşına gəlir. Amma orada daim gənc olaraq yoldaşınla, katrilyon vur katrilyon trilyonlarca il bu hasili söyləsən, meydana gələn ədəd, sıfır hökmündə olmuş olur, heç başlamamış kimi olur. O şəkildə yoldaşını seçirsən. O zaman təqva birinci planda olacaq. Allahın razılığının ən çoxunu niyyət edərək, təqvanı nəzərə alaraq mömin evlənəcək.
Adamı sosial sığortalar təşkilatı kimi görsə, olmaz. Bax zərbxana kimi pul çıxarar, o da onu ütü ütülətdirdiyi, yemək bişirtdirdiyi xidmətçi kimi görsə, bu olmaz. Qadının elə bir vəzifəsi yoxdur. Qadının vəzifəsi: qul olaraq, axirət qardaşı olmasıdır. Birlikdə Allahın razılığı üçün mübarizə etmək üçün yaradılmışlar, inşaAllah. Təbii ki, bir-birlərinə bir rahatlaşdırıcı yönləri vardır. Ayədə: “Ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaratdım” (Əraf surəsi,189) -deyir. Amma bu da dərin sevgi və təqvayla olar. Yoxsa gərginliyə düşərsən. Ona görə Allaha inanmayanlar evləndiklərində, cəhənnəmə dönər.
Bir çox insan bilirsiniz, yoldaşından nifrət edər. Çox çirkin sözlərlə bunu söyləyərlər, arvad səs-küyündən bezdim, üzünü görmək istəmədiyini söyləyər. Adam təqaüdə çıxır, amandı evə gəlmə deyirlər, nifrət edirlər, get çayçıda otur nə edirsənsə et, evə gəlmə deyər. Çünki varlığından narahat olur. Adam da onları görmək istəmir onsuz da. Allah onlarda belə bir sistem inkişaf etdirir, ağrıya və əzaba çevirir. Amma mömin də saniyə, dəqiqə, bir dəqiqə belə ayrı qalmaq istəməz, çox sevər. Sarılar, sevər rahatlıq duyar, söhbət edər rahatlıq duyar, davamlı rahatlaşdırıcıdır. Onun üçün Allah ayədə deyir: “Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir“. (Rum surəsi, 21) “Sizə, sizdən zövcələr yaratdım. Qarşılıqlı rahatlayasınız deyə” -deyir. Başqa cür olanda nə olur? Allah gərginlik meydana gətirir. Mömin, müttəqi oluqda da hüzur və sevinc meydana gəlir “nəsillərindən olan əməlisalehləri də“ babalarımızı, soyumuzu. “Həqiqətən, Sən Qüdrətlisən, hökm və hikmət sahibisən”.
Ğafir surəsi, 9-cu ayə: “Onları günahlarının cəzasını çəkməkdən azad et. O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur”
Ğafir surəsi, 10-cu ayə: “Kafirlərə belə xitab olunar: Allahın sizə olan nifrəti indi sizin özünüzə olan nifrətinizdən daha böyükdür”. Bir-birlərindən nifrət edirlər axı qəzəblənirlər, Allahın qəzəbi, çox daha böyükdür deyir, Cənabı Allah. “Çünki siz imana dəvət olunarkən küfrünüzdə israr edirdiniz”.
Ğafir surəsi, 11-ci ayə: “Dedilər ki: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. Oddan çıxmağa bir yol varmı?”” Reankarnasiyaya da inananlar bu ayəni dəlil olaraq göstərirlər, səhv anlayırlar. Halbuki biz zərr aləmində Allaha söz verdik. Peyğəmbərlərdən söz alındı. Allah deyir: “Səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan. Biz onlardan möhkəm bir əhd almışdıq”. (Əhzab surəsi, 7) Cənabı Allah, “And olsun, sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq iman edib yardım edəcəksiniz”. (Ali İmran surəsi, 81) -deyir. Bu eyni zamanda hz. Mehdi (ə.s)- a işarə edir. İnşaAllah. Çünki, hz. İsa Məsih gələcək. Hz. Mehdi (ə.s)- a kömək edəcək amma bütün Peyğəmbərlər, başqa Peyğəmbərlər gəldiyində onlara kömək edəcəklər eyni zamanda buna işarə edir ayə. İkinci işarəsi də, hz. Mehdi (ə.s) ilə əlaqədar olandır.
Ğafir surəsi, 14-cü ayə: “Kafirlərin xoşuna gəlməsə də, dini yalnız Allaha aid sayıb Ona dua (qulluq) edin”. Darvinistlərin, materialistlərin xoşuna gəlməyə bilər, narahat olar, davamlı əleyhində yazı yazar. Münafiqlərə, fırıldaqçılara, müşriklərə sən Quran kafidir deyərsən, onlar hücum edərlər, cəfəngiyyat danışarlar. Sən “hz. İsa (ə.s) şəxsdir” -deyərsən. Onlar “xeyr, hz. İsa (ə.s) gəlməyəcək” -deyərlər. Açıq-aşkar olan Allahın ayələrini rədd edərlər, bir qismi cahilliyindən rədd edər o ayrı məsələ.
Ğafir surəsi, 4-cü ayə: “Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər”. Darvinist-materialistlər mübarizə aparırlar indi. “Elə isə Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın”. Yəni konfranslar təşkil etmələri, kitab dükanları açıb fəaliyyət göstərmələri, televiziyalarda işlər görmələri səni aldatmasın. Allah, sən onların təsirində qalma deyir. İman həqiqətlərinin əhəmiyyətini göstərən bir ayədir eyni zamanda. Yəni imanın əsas problem olduğunu göstərən yüzlərlə ayədən biridir.
Ğafir surəsi, 5-ci ayə: “Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar”. Niyə? İman zəifliyi. Yenə iman həqiqətinin əhəmiyyəti. “Və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar”. Yenə iman həqiqətlərinin əhəmiyyəti. “Hər ümmət öz elçilərini (susdurmaq üçün) yaxalamağa qəsd etdi”. Nə vaxt bir Peyğəmbər, bir Mehdi gəldisə, insanlar dərhal ona müxalif çıxmışdır. Mütləq ona pislik etməyə, onu tutmağa cürət etmişlər. Həbs etməyə cürət etmişlər. “Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə”, darvinizmlə, materializmlə “mübarizə aparırdılar”. İslama Qurana qarşı. “Mən də onları yaxaladım. Bir görəydin Mənim cəzam necə oldu?!”
İlk çəkdikləri əzab nədir? Bədbəxtlik, qəmginlik. Bir insan darvinist, materialist olur əcaib əzab çəkir. Özündən nifrət edir, ətrafından nifrət edir. Atasından, anasından nifrət edir. Yoldaşlarından nifrət edir. Baxın açın interneti, Facebooka girin, nifrət dolu ifadələri görəcəksiniz, bir çox insanda. Məhz bu darvinist, materialist sistemin təsiridir. Özlərini nə qədər çox alçaltdıqlarını görəcəksiniz. İki xüsusiyyət diqqət çəkər. Facebook, sanki belə bir xəstəxana laboratoriyası kimidir, baxın görərsiniz yəni psixiatriya laboratoriyası kimidir. Əvvəlcə özündən nifrət etdiyini izah edər. Nə qədər alçaq biri olduğunu izah edər. Necə insanlardan nifrət etdiyini izah edər. Sonra insanlara qarşı kinini izah edən ifadələrini görərsiniz.