Tövbə surəsi, 32, 33, 40, 42- 52, 55- 57-ci ayələrin təfsiri
Adnan Oktar: Tövbə surəsi, 32-ci ayə Şeytandan Allaha sığınıram: 32: “Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər“. Televiziyalarda, orada-burada danışaraq İslamı, Quranı dayandırmaq istəyirlər. Darvinizmi, materializmi isə yaymaq istəyirlər. “Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar“. Cənabı Allah “dinini bütün dinlərə üstün edib, dünya hakimi etmək istəyir” -deyir. 33: “Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur“. Nə olacaqmış? İslamiyyət bütün dinlərə üstün olacaq, yəni dünya hakimi olacaq, inşaAllah. 40: “Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir“. Əgər insanlar Hz. Mehdi (ə.s)- a kömək etməzsə… Ayənin işarəsi budur. Bu Peyğəmbərimiz (s.ə.v)- ə gəlmiş bir ayədir. Əsrimizə baxan tərəfiylə, “siz hz. Mehdi (ə.s)- a kömək etməsəniz, bilin ki, artıq Allah ona kömək etmişdir”. Yəni köməyə ehtiyacı yoxdur. “O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi”. İkidən biri, “iki nəfər mağarada olarkən”, hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) Əshabi-Kəhf kimi mağarada olacaqlar, inşaAllah. “Sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi”. Hz. Xızır (ə.s)- ın ordusu ilə, mələklərlə dəstəklədi “və kafirlərin sözünü (inkar çağırışlarını) alçaltdı”. Hal-hazırda da inkar çağırışları alçaldılır.
Hörmətdən salınır Allah tərəfindən. Alçaldılır. “Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir”. 42: “Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər”. Məsələn, hz. Mehdi (ə.s) üçün də elədir. Çox uzun, 40 illik bir mübarizə aparır. Ona görə münafiqlər hz. Mehdi (ə.s) ilə mübarizə aparmağa dözə bilmirlər. “Lakin əziyyətli yol onlara çətin gəldi” -deyir Allah. “Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər. Onlar öz nəfslərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. 43: Cənabı Allah , Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmamış, yalançıları isə tanımamış nə üçün onlara cihaddan yayınmağa izin verdin?” -deyir.
Onun üçün hz. Mehdi (ə.s)- ın tələbələri həmişə seçilmişdir. Sanballı cavanlardan, sanballı gənc qızlardan ibarət olacaq, inşaAllah. 44: “Allaha və Axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izin istəməzlər”. Yəni müxtəlif bəhanələr irəli sürməzlər. “Allah müttəqiləri tanıyır. 45: Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izin istəyirlər”. “Allah varmı, yoxdurmu ” əmin ola bilmir. “Hz. Mehdi (ə.s) çıxacaqmı, çıxmayacaqmı”, “hz. İsa (ə.s) enəcəkmi, enməyəcəkmi”, ” İslam Birliyi olacaqmı, olmayacaqmı”, “cənnət varmı, yoxdurmu” qərar verə bilmir. Şübhə içində qalırlar.
Bax, “Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izin istəyirlər”. Bu da yenə iman həqiqətlərinin əhəmiyyətini göstərir. Axır zamanda hər vaxt nə problem olub? Həmişə iman zəifliyi. “46: Əgər onlar döyüşə (təbliğə) çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər”. Niyə? İman zəifliyi. Ona görə hazırlıq görmürlər. “Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: “Evdə oturanlarla bərabər, siz də oturun!” – deyildi”. Adam oturur evində, heç bir fəaliyyətə qatılmaq istəmir. Yeyib, içib yan gəlib yatır.
“47: Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, ancaq işinizdə qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər”. İndi də elədir, münafiqlər internetdə, orada-burada fitnə salmaq üçün araya girirlər. “İçinizdə onlara ‘xəbər daşıyanlar’ var”. Allah “xəbərçilik edənlər də var” -deyir. “Allah zalımları tanıyır. 48: Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular”. Xəbərçilik edir, fırıldaqçılıq edir, küfrlə, müşriklərlə əlbirliyi edirlər. “Axır ki, onlar istəmədikləri halda haqq yerini tapdı və Allahın hökmü qələbə çaldı”. Məhz bu da dünya hakimiyyətinə işarə edir. Mehdiyyətin hakimiyyətinə işarə edir, inşaAllah. 49:
“Onlardan eləsi də var ki: “Mənə izn ver döyüşə getməyim, məni fitnəyə qatma!” – deyir”. “Uşağım var, işim var, gücüm var, məktəbim var. Mən bu fəaliyyətə qatılmayım” -deyir. “Doğrusu, onlar artıq fitnəyə batmışlar”. Allah “əsl bəlanın içinə indi düşdülər” -deyir. “Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır”. Allah “Cəhənnəmdə müdhiş bir əzabla qarşılaşacaqlar” -deyir. 50: “Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər”. Allah “nəşən, sevincin, ətrafındakı insanların gözəlliyi, zənginliyin, bərəkətin, gücün, qüdrətin narahat edər, sıxılarlar” -deyir . “Sənə bir müsibət üz versə:” məsələn, biri hücum etdiyində, bir hiylə işlətdikdə isə, “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!” – deyər və sevinə-sevinə çıxıb gedərlər”.
“Nə yaxşı etdik yanına getməməklə” -deyə sevinərlər” –deyir. 51: “De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz””. Cənabı Allah “taledə olanın xaricində heç bir şey olmur onsuz da” -deyir. “Belə de” -deyir. “O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!” “Allaha təvəkkül edin” -deyir. “52: De: “Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz?”” ” Uzağı şəhid olarıq ” -deyirlər. “Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik”. Küfrə iztirab verəcək bir fəaliyyət. “Elə isə siz gözləyin: şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik”.
Biz də darvinistlərə, materialistlərə 10 ilə yaxın bir müddətdən sonra görəcəksiniz deyirik: inşaAllah. “55: Onların nə malları, nə də övladları səni heyrətləndirməsin”. Evlənmiş olmalarına, oğul-uşaq sahibi olmalarına, zənginliklərinə qibtə etmə. “Allah bunlarla, dünya həyatında onlara əzab vermək”, çünki malına canı yanır, uşağına canı yanır: “görəsən bir şeymi olacaq, qazana biləcəkmi, bu məktəbə gedə biləcəkmi, filankəsin uşağından daha yaxşımı geyinəcək, filankəsin uşağından daha gözəl necə ola bilər?” Ola bilməyincə canı yanır. Küçəyə çıxır, “görəsən sağ-salamat dönəcəkmi?” Ticarət edir, “görəsən iflasmı edəcəyəm?”
Bax, deyir ki: “Allah bunlarla, dünya həyatında onlara əzab vermək”, Allah onlara ağrı-acı verir, xeyli sıxılırlar. Məsələn, ticarət edir, “görəsən çeklər geri dönəcəkmi?” -deyir. “Qazanc əldə edə biləcəyəmmi?” -deyir. Uşağı olur, “filankəsin uşağı daha bacarıqlıdır” -deyir. O, ona iç ağrısı olur. Avtomobil alır, “filankəsin avtomobili daha gözəldir” -deyir. O da ona iztirab verir. Hətta eyni avtomobildən alır, özününkü qara olur, onunku ağdır deyə yenə canı yanır. “Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir”. Allah ” onlar ölərkən can verərək və faciəvi şəkildə öldürəcəyəm” -deyir. 56: ” Onlar sizinlə həmrəy olduqlarına and içirlər”. ”
“Biz də əlhəmdülillah Müsəlmanıq” -deyərlər” -deyir. “Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq camaatdır”. Çox qorxaqdırlar, hər kəsdən qorxarlar. Höt dedinmi yatağın altına girirlər, ən yaxşı bildikləri şey qaçmaqdır. “Niyə qaçırsan?” dediyində də, “hicrət edirəm” -deyir. Qorxaqlığın adını hicrət qoyub. Peyğəmbərimiz (s.ə.v.) döyüş meydanlarında hicrətmi etdi oraya buraya? Sinə sinəyə mübarizə etdi Allah rizası üçün. Qorxaqlığın adı hicrət oldu. Amma yaxşı niyyətlə, İslamı daha yaxşı yaymaq üçün edilən fəaliyyətləri tənzih edirik. 57: “Əgər onlar bir sığınacaq və ya daldalanmaq üçün mağaralar yaxud gizlənməyə bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər”. Gedib gizlənərdilər, zərər gəlməsin deyə. Həbs olunma qorxusu, tutulma qorxusuyla. Cənabı Allah, “həbsə atılaram, döyülərəm, söyülərəm deyə mütləq bir yerlərə qaçarlar” -deyir. Allah, “Oraya da sığınarlar, xəbərləri orada gözləyərlər” deyir.