Quranda izah edilən bütün qissələrdə dövrümüzə dair hikmətlər vardır. Yusif qissəsi isə içində olduğumuz Axırzamana işarə edən, Mehdiyyəti izah edən əhəmiyyətli qissələrdən biridir. Allah Quranda hər dövrdə insanlar üçün “hidayətə yönəldən bir elçi” göndərdiyini bildirmişdir. Bütün peyğəmbərlər hidayət ilə göndərildiyi, hidayətə çatdıran, vəsilə olan kəslər olduğuna görə, hər peyğəmbər bir Mehdidir. Hz. Yusif də yaşadığı dövrün Mehdisidir. Bu yönü ilə də, Axırzamanda ortaya çıxacaq olan hz. Mehdi (ə.s)-ın həyatı ilə hz. Yusif (ə.s)-ın həyatı arasında böyük bənzərliklər var.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində də Quranın Yusif qissəsində izah edilən hz. Yusif (ə.s)-ın həyatı və o dövrdə yaşananlarla hz. Mehdi (ə.s)-ın həyatı və Axırzaman dövrü arasında çox böyük bənzərliklər olduğu xəbər verilmişdir:
Məhəmməd Baqir buyurdu ki: “Bu işin sahibində (Mehdidə) Yusifə bir bənzərlik vardır”. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 189)
(“Bu işin sahibi” yəni, vəlayətin sahibi deməkdir. Bütün imamlarımız vəlayət sahibidir. Bununla birlikdə adı çəkilən hədislərimizdə keçən vəlayətin sahibi yalnız hz. Mehdi əleyhissalamdır.)
Əbu Bəsir deyir ki: İmam Muhəmməd Baqirin belə buyurduğunu eşitdim: “Bu qeybin (Mehdinin) sahibində dörd Peyğəmbərin sünnəsi vardır”… Dedim ki: “Hz. Yusifin sünnəsi nədir?” buyurdu ki: “Zindan və qeyb”. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 190)
… Sonra hz. Mehdi əleyhissalam hz. Yusifə bənzəməkdə və onun xalqı gördüyünü, amma xalqın onu görə bilmədiyini və hz. Əlinin də buyurduğu kimi göydən nida olunana qədər onun görülməyəcəyi qətidir. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 167)
Peyğəmbərimiz (s.ə.v)-in verdiyi bu məlumat əsasında Quran ayələrinə baxdıqda, hz. Mehdi (ə.s) ilə əlaqədar hədislərlə çox uyğun hadisələrin yer aldığı görünür.
Hörmətli Adnan Oktarın müxtəlif tarixlərdəki müsahibələrindən, hz. Yusif (ə.s) qissəsindəki mehdiyyətə dair işarələr
Ulduzlar hz. Yusif (ə.s)-a da, hz. Mehdi (ə.s)-a da xidmət edər
Bir zaman Yusif atasına dedi: “Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”. (Yusif surəsi, 4)
“Əvvəla ulduz. Ulduzlar indi, məsələn Halley quyruqlu ulduzu, hz. Mehdi (ə.s)-a xidmət etdi, xüsusi olaraq. “Mənə səcdə etdiklərini gördüm” -deyir. Yəni hz. Yusif (ə.s)-ın əmrindədirlər bu ulduzlar. İndi Axırzamanda da, məsələn Lulin quyruqlu ulduzu hz. Mehdi (ə.s)-a xidmət edir. Ona bir əlamət olaraq gəlir. “Mən” –deyir. “Hz. Mehdi (ə.s)-ı müjdələmək üçün gəldim” -deyir böyük ulduz. İki tərəftən işıq saçaraq gəlir. “Niyə gəldin?” dediyimizdə, “Mən” –deyir. “Hz. Mehdi (ə.s)-ı müjdələmək üçün Allah tərəfindən göndərildim” -deyir.
Yəni görünüş dili ilə bunu deyir. Halley quyruqlu ulduzu nə edir? “Mən də hz. Mehdi (ə.s)-ı müjdələmək üçün gəldim” -deyir. Məni gördüyünüzdə bilin ki, hz. Mehdi (ə.s) gəlmişdir deyir. Lulin gəldiyində nə deyir? “Məni gördüyünüzdə bilin ki, hz. Mehdi (ə.s) gəlmişdir və mən gəldiyimdə, gəlmədən əvvəl quraqlıq olacaq, mən gəldikdən sonra yağışlar yağacaq” -deyir görünüş dili ilə. Baxın Quran burada da buna işarə edir. Yəni ulduzlar necə hz. Yusif (ə.s)-ın əmrindədirsə, ona bir işarə və ona bir müjdədirsə eyni şəkildə ulduzlar hz. Mehdi (ə.s)-ı da müjdələyir. Ona açıqca burada işarə var”. (Adnan Oktarın 10 mart 2010-c il tarixli Kayseri TV müsahibəsindən)
Hz. Yusif (ə.s)-a olduğu kimi, hz. Mehdi (ə.s)-a və qabaqcıllarına da hiylə qurulacaqdır
O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, …” (Yusif surəsi, 5)
Bu, mehdiyyət haqqında zalımlara, həsəd aparanlara, qısqanclara bəhs etdikdə hadisə çıxacaq deməkdir. Baxın nə deyir: “Yuxunu qardaşlarına danışma”. Mehdiyyəti, Axırzamanı izah etdikdə, sənə qarşı çıxacaqlar mənasını verir. Demək ki, bir çox xurafatçı dəstəsi, bir çox yaramaz adam, bir çox saxtakar, fırıldaqcı hz. Mehdi (ə.s)-ın qarşısına dikiləcək. “… yoxsa sənə bir hiylə qurarlar …”. (Yusif surəsi, 5) Demək ki, həbs olunması üçündə çalışacaqlar, həbsə atdırmaq üçün də çalışacaqlar, böhtanlar atacaqlar, təcrid etməyə çalışacaqlar. Ayədə nə deyir: “Yoxsa sənə bir hiylə qurarlar”. Sırf yuxusunu danışdı deyə.
Qardaşları güya müsəlmandırlar. Qısqanclıqdan, həsəd apardıqları üçün, onun lider olmasından qorxduqları üçün hz. Yusif (ə.s)-a tələ qururlar. Atası əvvəldən söyləyir; “Oğlum əsla Yuxunu danışma” -deyir. Yəni “gələcəkdə olacaq bir hadisəni demə” -deyir, “başına bəla olarlar” -deyir. “Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir”. Yəni şeytan, dəccal insan üçün açıq-aşkar bir düşməndir. “Dəccalın əmrinə girərlər” -deyir. Necə, “yetmiş min sarıqlı dəccalın əmrinə girib, hz. Mehdi (ə.s)-a qarşı savaş açacaqlarsa” ayə ona baxır. (Adnan Oktarın 4 aprel 2011-ci il tarixli müsahibəsindən)
Hz. Mehdi (ə.s)-a qarşı da hz. Yusif (ə.s)-a olduğu kimi qısqanclık duyulacaqdır
Bir vaxt onun qardaşları dedilər: “… Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir …” (Yusif surəsi, 8)
– “Baxın hz. Yusif (ə.s)-ın xüsusiyyəti nədir? Sevgi dolu olması və çox sevilməsidir. O dövrün münafiqlərini və müxalifləri qıcıqlandıran mövzu nədir? Hz. Yusif (ə.s)-ın çox sevilməsi və hz. Yusif (ə.s)-ın da ətrafındakıları çox sevməsidir. Və öldürməyə qərar verir o dövrün xurafatçıları. Qısqandıqları mövzu sevgidir. Təməlində sevgi”. (Adnan Oktarın 20 may 2014 tarixli müsahibəsindən)
– “O dövrün Mehdisini qardaşları sezdiyi üçün, hələ Mehdi (ə.s) zühur etməyib, amma qardaşları sezir, həsəd aparırlar, həsədlərindən deyirlər ki: “… atamıza bizdən daha sevimlidir …” (Yusif surəsi, 8) “Daha çox sevilən, daha diqqət çəkən biri olduğunu” -deyirlər. Onlara ağır gəlir bu, eqoizmlərinə ağır gəlir, həsəd aparırlar. “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq …” O dövrün müsəlmanları cahil kəslər bunlar, amma bunlar qrup olmuşlar, bir-birini gücləndirən bir birlik. Axırzamanda da İstanbulda çıxacaq xurafatçının da dayandığı bir birliyi olacaq. Hətta o birliyi Peyğəmbərimiz (s.ə.v) açıqlayır;
“Yetmiş min sarıqlı, dəccala tabe olacaq” -deyir. Hz. Mehdi (ə.s)-a qarşı var gücləriylə mübarizə aparacaqlar. “Biz bir-birini gücləndirən bir birliyik”. “Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir”. Məsələn, Şeyx Nazim Hocamız: “Hz. Mehdi (ə.s) çıxdı” -deyirsə, bəziləri: “Baxın yanlışlıq içindədir” -deyir haşa. Mahmud Hocamız üçün: “yox elə demək istəmədi” -deyir. Daha da üstünə getsən, “xəstələndi” deyəcəklər. Məsələn, Mahmud Hocamız desə ki: “Xeyr hz. Mehdi (ə.s) həyatdadır”, Allahu aləm “xəstələndi” -deyərlər. Onsuz da deyənlər var, başladılar deməyə. Ondan çəkindiyi üçün, Mahmud Hocamız, əliylə bu işarəti edir. Baxın o dövrün düşüncəsinə, o dövrün Mehdisinə qarşı alınan azğınca və dəlicəsinə verilən qərara baxın”. (Adnan Oktarın 4 aprel 2011-ci il tarixli müsahibəsindən)
– “Baxın məsələn qısqanclıq var hz. Yusif (ə.s)-a qarşı. Hz. Mehdi (ə.s)-a qarşı da qısqanclıq olacaq və bu qısqanclıq və həsəddən ötrü də hz. Mehdi (ə.s)-ın əleyhinə bir çox müsəlman hesab edilən adam fəaliyyət göstərəcək. Quran buna da işarə edir. Baxın ayəyə: “Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin …” (Yusif surəsi, 9) Bax sırf həsəd. Görürsünüz və həsəd üzündən öldürməyi belə gözə alırlar”. (Adnan Oktarın 10 mart 2010-cu il tarixli Kayseri TV müsahibəsindən)
Hz. Yusif (ə.s) dövründə olduğu kimi, hz. Mehdi (ə.s) dövründə də bəzi müşriklər qarşı olduqları insanı dərhal öldürməyə çalışacaqlar
“Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin”. (Yusif surəsi, 9)
Bax “Yusifi ya öldürün …” (Yusif surəsi, 9) Müşriklərin ilk istədiyi budur, xurafatçıların ilk istədiyi budur. Cahillərin, bəzi tiplərin ilk istədiyi budur”. (Adnan Oktarın 20 may 2014-cü il tarixli A9 TV müsahibəsindən)
Hz. Yusif (ə.s) dövründə olduğu kimi, hz. Mehdi (ə.s) dövründə də bir qisim mövhumatçılar, etdikləri pis işlərə baxmayaraq özlərini övliya kimi göstərəcəklər
“… Bundan sonra siz əməlisalehlərdən olarsınız”. (Yusif surəsi, 9)
“Təqvalı, böyük, ən keyfiyyətli birlik olarsınız deyirlər. Xurafatçı dəstənin iddiası həmişə belədir. Yəni ən rəzil mövqedə belə olsa, özünü övliya kimi görər. Yəni ən şiddətli şeytanlığı etsə belə, özünü övliya kimi görər”. (Adnan Oktarın 4 aprel 2011-ci il tarixli müsahibəsindən)
Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib. (Yusif surəsi, 16)
“Xurafatçıların xüsusiyyətidir; ağlayar, zırıldayar, göz yaşının arxasına gizlənərlər. Yəni özlərini kövrək ürəkli kimi göstərməyə çalışarlar, süni bir ağlama, saxtakarca bir ağlama arxasında gizlənə bilərlər. “Axşamçağı atalarının yanına ağlaya-ağlaya gəldilər”. Onun üçün hər göz yaşına inanmamaq lazımdır. Eşqlə, Allah qorxusu ilə, Allah sevgisi ilə ağlamaq ayrıdır, bir də saxtakarca pərdələnmək, oyun ağlaması ayrıdır. Ağlayaraq bir çox insan aldadıla bilər. Məsələn, əleyhdə şahitlik edər, tapırlar saxtakar bir fahişəni çıxarırlar hakimin hüzuruna, ağlaya-ağlaya danışır, böhtan atır, ağladığı üçün inandırıcı olur. Bu bir oyundur. Quran buna diqqət çəkir”. (Adnan Oktarın 4 aprel 2011-ci il tarixli müsahibəsindən)
Hz. Yusif (ə.s) qissəsində Axırzamana istiqamətli bir çox sirr və işarə mövcuddur
Sözsüz ki, Yusif və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır. (Yusif surəsi, 7)
“Yəni “Mən onun içinə bir sirr və şifrə qoydum” -deyir Allah. Baxın “Andolsun” -deyir, and içir Allah, “Yusif və qardaşlarında” yəni bu qissədə, hz. Yusif (ə.s)-ın mövqeyində, qardaşlarının mövqeyində, “soruşanlar üçün ayələr (ibrətlər) vardır”. Yəni Axırzamana istiqamətli çox önəmli şifrələr, işarələr, dərin mənalar vardır. “Mən bunları sizə çatdırıram” -deyir Allah. “Siz də bunu, zamanı gəldikdə başa düşəcəksiniz” -deyir”. (Adnan Oktarın 4 aprel 2011-ci il tarixli müsahibəsindən)
Hz. Yusif (ə.s) qissəsində mehdiyyət dövrünün dolça bürcü dövrü olacağına diqqət çəkilir
Quyunun yaxınlığına bir karvan gəldi və suçularını su dalınca göndərdilər. O, su qabını (dolçanı) quyuya saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı vardır!” – dedi. Karvan əhli onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi. (Yusif surəsi, 19)
– “Suçular gəldilər, dolçanı quyuya saldılar” -deyir. Allah niyə durduq yerə dolça desin? Niyə dolçadan bəhs etsin? Dolça bürcündən olacaq hz. Mehdi (ə.s). Xüsusi bir işarə, bir izahat. Lazımsız heç bir təfarrüata girməz Quran. Mütləq bir işarə, bir şey vardır. Mütləq bir səbəbi vardır. (Adnan Oktarın 20 may 2014-cü il tarixli A9 TV müsahibəsindən)
– “Quranı haşa bir qisim insanlar hekayə kimi zənn etmiş ola bilərlər. Yəni nə gözəl bir hekayədir bu deyə dinləyirlər. Halbuki, bunlardakı hər kəlmə, hər cümlə vacib bir hadisəni açıqlamış olur. Baxın: “Bir yolçu-karvanı gəldi” bir. “Suçularını göndərdilər”. iki. “O da dolçasını quyuya saldı”. üç. “Şad xəbər… Bu bir oğlan uşağı”.. (Yusif surəsi, 19) İndi bax bir uşaqdan bəhs edir və müjdələnir. “O da dolçasını quyuya saldı”. Mehdiyyət dövrü Dolça Bürcünün hakim olduğu bir dövrdür. Məsələn, biz indi Dolça Bürcü dövrünə girdik bilirsiniz. Bütün dünya bilir. Dolça Bürcü dövründəyik. Deyil mi? Baxın Quranda Dolça Bürcünə də işarə edərək; “O da” -deyir “dolçasını quyuya saldı”. Bəli və bir uşaqdan bəhs edilir. Bax: “Şad xəbər… Bu bir uşaq”. Dolça Bürcündən bəhs edilir və bir uşaqdan bəhs edilir”. (Adnan Oktarın 10 mart 2010-cu il tarixli Kayseri TV müsahibəsindən)
Hz. Yusif (ə.s)-a ilk başda necə əhəmiyyət verilmədisə, hz. Mehdi (ə.s)-a da ilk başda əhəmiyyət verilməyəcəkdir
Onu dəyərsiz bir qiymətə, bir neçə dirhəmə satdılar. Onu çox qiymətləndirmədilər. (Yusif surəsi, 20)
– “Hz. Mehdi (ə.s)-ı da başlanğıcda insanlar qiymətləndirməyəcəklər, başa düşməyəcəklər. İndi də elədir. Məsələn, Cübbəli də əhəmiyyət vermir, başqa şəxslərə də baxırıq, əhəmiyyət vermirlər. Allah nə deyir Quranda: “Onu çox qiymətləndirmədilər”. (Adnan Oktarın 4 aprel 2011-ci il tarixli müsahibəsindən)
– “Bir uşaq müjdələnir. “Onu çox qiymətləndirmədilər” -deyir. Məsələn, bu da çok vacib. Mehdiyyətin bir xüsusiyyətidir. Qiymətləndirilməyəcəkdir hz. Mehdi (ə.s). Burax canım sən də deyəcəklər. Nə aidiyyəti var filan deyəcəklər. Əhəmiyyət verilməməsi Mehdi (ə.s)-ın örtüyüdür, pərdəsidir. Allah onu əhəmiyyət verilmədiyi üçün örtəcəkdir. Əhəmiyyət verilməsi təhlükəli olardı. Əhəmiyyət verilmədiyi üçün qorunacaq inşaAllah”. (Adnan Oktarın 10 mart 2010-cu il tarixli Kayseri TV müsahibəsindən)
Hz. Yusif (ə.s) kimi, hz. Mehdi (ə.s) da dərin bir təfsir gücünə sahib olacaqdır
… ona yuxuları yozmağı öyrətdik … (Yusif surəsi, 21)
“Yəni mükəmməl təfsir və açıqlama gücün olacaq. Təfərrüatları çox mükəmməl açıqlayacaqsan. Öz qabiliyyəti ilə mi? Xeyr. Allahın yaratması ilə”. (Adnan Oktarın 4 aprel 2011-ci il tarixli müsahibəsindən)
Hz. Mehdi (ə.s) hz. Yusif (ə.s)-a həbs olunması istiqaməti ilə bənzəyər
Bu qədər (Yusifin iffətinə bağlı) dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. (Yusif surəsi, 35)
“Onsuz da günahkarkən həbs yatmaq çox çətindir. Haqsızlığa uğrayıb yatmaq isə, çox böyük bir şərəfdir və nemətdir. Necə ki, hz. Mehdi (ə.s) da yenə böhtana uğrayacaq. Hz. Mehdi (ə.s) da həbs yatacaqdır. Hz. Yusif (ə.s)-a bənzəyəcək deyir çünki Peyğəmbərimiz (s.ə.v). “Nə cəhətlə bənzəyər?” -deyir. Zindan cəhətiylə bənzəyər. İnşaAllah. Demək ki, eyni hz. Yusif (ə.s)-a bənzər bir böhtan da eyni hz. Yusif (ə.s)-a atıldığı kimi hz. Mehdi (ə.s)-a atılacaq. İnşaAllah. Və haqlı olduğu bilinməsinə baxmayaraq, yəni hz. Mehdi (ə.s)-ın haqlı olduğu bilinməsinə baxmayaraq yenə həbsdə yatacaq. Buna diqqət çəkilmiş inşaAllah”. (Adnan Oktarın 10 mart 2010-ci il tarixli Kayseri TV müsahibəsindən)
Hz. Yusif (ə.s) qissəsində Axırzamanda ot yeyən heyvanların heyvani yemlərlə yemlənəcəyinə işarə edilir
O, zindana gəlib dedi: “Ey Yusif! Ey düz danışan kişi! Yeddi arıq inəyin yeddi kök inəyi yediyi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər barədə bizə xəbər ver. …” (Yusif surəsi, 46)
“Heyvanların heyvani yemlərlə, ot yeyən heyvanların heyvani yemlərlə qidalanacağına işarə edir. İlk dəfə Axırzamanda oldu bu. Heyvani yem, yemlərinə ilk dəfə mal əti qarışdırılır, sümük tozu qarışdırılır, qan qarışdırılır, ilk dəfə olur bu. Malların mal əti yediyi Quranda göstərilib, mal əti yemi, Axırzamanda da bu eynisiylə oldu. Mal yemi olaraq indi bu istifadə edilir”. (Adnan Oktarın 16 noyabr 2013-cü il tarixli A9 TV müsahibəsindən)
Hz. Yusif (ə.s) qissəsində mehdiyyət dövründəki iqtisadi böhrana diqqət çəkilir
Yusif dedi: “Yeddi il bacardığınız qədər əkin. Biçdiyinizi isə, yeyəcəyiniz az bir miqdar istisna olmaqla, sünbüldə saxlayın”. (Yusif surəsi, 47)
Sonra bunun ardınca, toxumluq saxlayacağınız az bir miqdar istisna olmaqla, əvvəlcədən həmin illər üçün tədarük gördüyünüzü yeyəcək yeddi ağır il (quraqlıq illəri) gələcək. (Yusif surəsi, 48)
Bunun ardınca da elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və onlar çoxlu meyvə şirəsi sıxacaqlar”. (Yusif surəsi, 49)
“47-ci ayə və burada yenə 7-ə diqqət çəkilir. “Bunun arxasından (quraqlığı) çətin yeddi il gələcəkdir”. Bax indi başladı bu. İqtisadi böhran başladı. 2007-ci ildə başladı, 2014-cü ilə qədər davam edəcək. Quran buna işarə edir. “Sonra bunun arxasından bir il gələcəkdir ki, insanlar onda bol-bol yağışa qovuşacaq…” -deyir. 2009-cu ildə necə yağışlar başladı? Baxın, 49-un 9 rəqəminə işarə var. Deyil mi? İnşaAllah. Yağış yağmayacaq deyirdilər, bol-bol yağmağa başladı”. (Adnan Oktarın 10 mart 2010-cu il tarixli Kayseri TV müsahibəsindən)
Hz. Yusif (ə.s) qissəsində Axırzamandakı iki vacib hadisəyə; yağışların kəsilməsi və yağışların çoxluğuna diqqət çəkilir
“Sonra bunun ardınca, toxumluq saxlayacağınız az bir miqdar istisna olmaqla, əvvəlcədən həmin illər üçün tədarük gördüyünüzü yeyəcək yeddi ağır il (quraqlıq illəri) gələcək. Bunun ardınca da elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və onlar çoxlu meyvə şirəsi sıxacaqlar”. (Yusif surəsi, 48-49)
“Böyük bir yağış bolluğu olacaq deyir. Hazırda bol-bol yağış yağır, hətta sel basır ətrafı. Bir ara müdhiş bir quraqlıq olmuşdu, bilirsiniz. Qlobal istiləşmə deyə yeri göyü bir-birinə qatdılar”. (Adnan Oktarın 16 noyabr 2013-ci il tarixli A9 TV müsahibəsindən)
Allah hz. Yusif (ə.s)-ı yer üzündə yerləşdirdiyi kimi, hz. Mehdi (ə.s)-ı da yer üzündə yerləşdirəcək
“Beləliklə, Yusifə yer üzündə hökmranlıq verdik …” (Yusif surəsi, 56)
– “2017 əbcədi. Qardaşım bu qədər uyğunluq normaldırmı? Quranda Yusif surəsində iqtidarı izah edən, hakimiyyət adına nə qədər ayə varsa hamısı Mehdiyyətin tarixinə tək olaraq müvafiq gəlir. Demək ki, Allah hz. Mehdi (ə.s)-a da yer üzündə güc və imkan verəcək. Zülqərneyn (ə.s)-a da eynisini deyir Allah. “Yer üzündə güc və imkan verdik” -deyir, Zülqərneyn (ə.s)-da. Süleyman (ə.s)-da da eynisini deyir Allah”. (Adnan Oktarın 20 may 2014-cü il tarixli A9 TV müsahibəsindən)
– “Baxın “Beləliklə, Yusifə yer üzündə …” Baxın müəyyən bir sahədə demir, bütün dünyada, yer üzündə. “Yusifə…” yəni hz. Mehdi (ə.s)-a inşaAllah, “… hökmranlıq verdik” -deyir Allah. 2017-ci il və iqtidar. Dünya miqyasında 2017”. (Adnan Oktarın 10 mart 2010-cu il tarixli Kayseri TV müsahibəsindən)
… Sənin və Yaqub nəslinin üzərindəki nemətini tamamlayacaqdır. (Yusif surəsi, 6)
“Necə tamamlayacaq hz. İbrahim (ə.s)-ın nəslinə vəd edilən o gözəllik, o ehtişam, hər namazda oxunan o dua necə reallaşır? Hz. İbrahim (ə.s)-ın nəslinə, Allahın vədi Tövratda və Quranda bildirilən vədi necə reallaşır? Hz. Mehdi (ə.s)-ın dünyaya hakimiyyəti ilə reallaşır. Baxın Allah nə deyir: “Yaqub ailəsinin üzərindəki neməti tamamlayacaqdır”. Hz. Mehdi (ə.s) eyni zamanda İsrailə də hakim olacaqdır. Bütün İsrailə, bütün yəhudilərə, bütün xristianlara və bütün müsəlmanlara, bütün masonlara, məbəd cəngavərlərinə hamısına hakim olacaqdır”. (Adnan Oktarın 4 aprel 2011-ci il tarixli müsahibəsindən)
Hz. Yusif (ə.s)-da olduğu kimi xalq hz. Mehdi (ə.s)-ı tanımayacaq, amma hz. Mehdi (ə.s) onları tanıyacaqdır
Yusifin qardaşları Misirə gəlib onun yanına daxil oldular. Yusif onları tanıdı, onlar isə onu tanımadılar. (Yusif surəsi, 58)
“Yusif surəsi ikinci mənası ilə birbaşa Mehdiyyətə baxan bir surədir. Kəhf surəsi də elədir. Hz. Süleyman (ə.s) ilə əlaqədar olan açıqlamalar da elə daim Mehdiyyətə işarə edən surələrdir. Yəni birinci dərəcədən buraya baxar, Mehdiyyətə baxar. Amma bir çox işarəvi mənası vardır. Bax məsələn, Yusif surəsinin 58-ci ayəsində “Quraqlıq başladıqda Yusifin qardaşları gəlib yanına daxil oldular”. Bax “onu tanımadıqları halda özü dərhal onları tanıdı”. Məsələn, Mehdi (ə.s)-ın xüsusiyyətidir o. Xalq onu tanımaz deyir Mehdi (ə.s)-ı, amma Mehdi (ə.s) onları tanıyar deyir.
[Amma Höccət (Mehdi) xalqı tanıyar, xalq isə onu tanıya bilməz. Eynilə Yusif kimi. Yusif xalqı tanıdığı halda onlar Yusifi inkar edərdilər. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 162)]
Baxın ayə nə deyir; “Onu tanımadıqları halda özü onları dərhal tanıdı”. Eynisidir hədisin birə-bir eynisi inşaAllah”. (Adnan Oktarın 10 mart 2010-cu il tarixli Kayseri TV müsahibəsindən)
Hz. Yusif qissəsində hz Yaqub (ə.s)-ın, oğullarının təqdim etdiyi dəlilə baxmayaraq onların yalan dediyini başa düşməsi kimi, hz Mehdi (ə.s) da yalnız dəlilə əsaslanaraq hökm verməyəcəkdir, insanları fərasətlə tanımaq bacarığına sahib olacaqdır
Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. …” (Yusif surəsi, 18)
“[Hz. Yaqub (ə.s)] Baxar-baxmaz yalan dediklərini anlayır, oyun oynadıqlarını anlayır. Müsəlman belə fərasətli, bəsirətli və ağıllı olacaq. Məsələn, oyuna gəlmir. “… köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər”. Cahil bir insan olsa; “həqiqətən ölmüşdür” -deyər. Halbuki, hz. Yaqub (ə.s) şübhə edir. Normalda çox güclü bir dəlil gətirmişlər, şahidlər də var, qan da var, bitməlidir hadisə deyil mi? Məhz hz. Mehdi (ə.s) da açıq, mövcud dəlilə baxmayaraq, insanları gözlərindən anlayacaqlar, hədisdə belə ifadə edilir:
“Hz. Mehdi (ə.s), dəlillə hökm verməz”. Qəlbən hökm verir. Yəni anlayır, hiss edir. Baxın hz. Yaqub (ə.s), mövcud dəlili rədd edir. “Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir”. “Saxtakarlıq edirsiniz” -deyir. “… Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”. (Yusif surəsi, 18) “Oyun oynadınız, hiylə qurdunuz” -deyir, inanmır”. (Adnan Oktarın 4 aprel 2011-ci il tarixli müsahibəsindən)
Hz. Yusif qissəsində Allahın mərhəmətindən ümid kəsilməməsinə diqqət çəkilir. Hz. Mehdi dövründə də Allahın mərhəməti olan hz. Mehdi və hz. İsa (ə.s)-ın zühurundan, İslam Birliyindən ümid kəsilməməsinin lazım olduğuna dair işarəvi məna var
Ey oğullarım! Yusifdən və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. (Yusif surəsi, 87)
“Allahın mərhəmətindən ümidinizi üzməyin” -deyir, bax yenə Yusif surəsində; “… Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. (Yusif surəsi, 87) Hz. Mehdi (ə.s)-ın zühuru, İsa Məsihin zühuru və İslam Birliyindən bir çox insan ümid kəsir, mərhəmətindən. Xüsusilə Yusif surəsində bu mövzuya diqqət çəkilir. Mehdiyyətdən ümid kəsməyin deyir, Allah”. (Adnan Oktarın 20 may 2014-cü il tarixli müsahibəsindən)
Hz. Yusif (ə.s) kimi hz. Mehdi (ə.s)-a da dövründəki cahil insanlar, mövhumatçılar pis davranıb böhtanlar atacaqlar
O dedi: “Sizin nadanlığınız dövründə Yusifə və qardaşına nələr etdiyiniz yadınızdadırmı?” (Yusif surəsi, 89)
“Demək ki, mövhumatçılar hz. Mehdi (ə.s)-a çox əziyyət edəcəklər. Cahil insanlar çox böhtanlar atacaqlar. Tək buraxacaqlar”. (Adnan Oktarın 20 may 2014-cü il tarixli A9 TV müsahibəsindən)
Hz. Mehdi (ə.s) zühur etdikdə bəzi dairələrdə heyrət oyandıracaq
Onlar dedilər: “Yoxsa sən özün Yusifsən?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim Allahdan qorxsa və səbir etsə, bilsin ki, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”. Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq”. (Yusif surəsi, 90-91)
– “Bax o dövrün mövhumatçıları sonradan heyrət edirlər, hz. Yusif (ə.s)-ı Allah niyə seçdi deyə? “Allah səni bizdən üstün edib seçmişdir”. Biz özümüzü düşünürdük deyirlər. Amma Allah səni seçdi deyirlər. “Biz isə günahkar olmuşuq”. Mehdi (ə.s) da belə olacaq. Sonra səhv etdiklərini qəbul edəcəklər. Mehdi (ə.s)-a qarşı hörmətsizlik, uyğun olmuyan davranışalar etdiklərini hamısı görüb qəbul edəcəklər. Yusif surəsi başdan sona Mehdiyyətdən bəhs edər. Kəhf surəsi Mehdiyyətdən bəhs edər. Süleyman qissəsi Mehdiyyətdən bəhs edər. Quran yaşanmayacaq bir şeydən bəhs etməz. Yəni həyata keçməyəcək bir şeydən bəhs etməz. Mütləq yaşanacaq, həyata keçəcək şeylərdən bəhs edər. (Adnan Oktarın 4 may 2014-cü il tarixli A9 TV müsahibəsindən)
– “90-cı ayədə Yusif aşkar olmağa başlayır. “Sən həqiqətən Yusifsən, sənsən elə mi?” dedilər”. O da “Mən Yusifəm” -deyir inşaAllah. “Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur …” İndi Mehdi (ə.s) üçün də hər camaat, hər birlik, öz şeyxinin hz. Mehdi (ə.s) olmasını gözləyir. Öz camaatından gözləyirlər. Baxın Quran buna da işarə edir, “Onlar dedilər: “Allaha and olsun ki” müdhiş bir heyrət nidası. “Allah səni bizdən üstün tutmuşdur …” Yəni bizi seçəcəkikən səni seçdi deyirlər, heyrət edirlər.
Yəni Mehdi (ə.s) da eynisiylə qarşılaşacaqdır. Camaatlar, birliklər öz mürşidlərini, öz böyük qardaşlarını, öz böyüklərini Mehdi (ə.s) olacaq deyə gözləyərkən heç düşünmədikləri bir kişi Mehdi (ə.s) olduğunda nə deyəcəklər? “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq”. Sonra hz. Mehdi (ə.s)-a qarşı apardıqları mübarizədən ötrü utanc duyacaqlarına da Quran işarə etmiş olur”. (Adnan Oktarın 10 mart 2010-cu il tarixli Kayseri TV müsahibəsindən)
Hz. Mehdi (ə.s)-ın zühur etdikdə Peyğəmbərimiz (s.ə.v)-in köynəyini geyinməsi, mənəvi cəhətdən korluq içində olanların gözlərinin açılmasına səbəb olacaqdır
“Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”. (Yusif surəsi, 93)
“İndi, burada da Mehdi (ə.s)-a bir işarə vardır. Məsələn, nə vardır? Peyğəmbər (s.ə.v)-in köynəyini geyinəcəkdir Mehdi (ə.s). Deyil mi? Ona bir işarədir. “…atamın üzünə atın, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”. Mehdi (ə.s)-ın üzərində o köynəyi gördüyü zaman bütün insanların gözü açılar. Ən kor gözlər açılacaq, mənəvi cəhətdən kor gözlər, Quran buna da işarə edir”. (Adnan Oktarın 7 yanvar 2010-cu il tarixli Çay TV və Kahramanmaraş Aksu TV müsahibəsindən)
Hz. Yusif (ə.s) kimi hz. Mehdi (ə.s)-ın da gözəl bir qoxusu olacaq
Karvan Misir torpağından ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusifin qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”. (Yusif surəsi, 94)
“Demək ki hz. Yusif (ə.s)-ın o gözəl qoxusu, bir çox yerdə insanlar tərəfindən hiss ediləcək. Nəyə baxır? Mehdi (ə.s)-ın da gözəl bir qoxusu olacağına işarə edir, inşaAllah”. (Adnan Oktarın 7 yanvar 2010-cu il tarixli Çay TV və Kahramanmaraş Aksu TV müsahibəsindən)
Hz. Yusifin köynəyini gördükdə hz. Yaqub (ə.s)-ın sağlamlıq tapması kimi, hz. Mehdi (ə.s) dövründə də insanlar şəfa tapacaq, ömürlər uzanacaq
Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı. (Yusif surəsi, 96)
“Demək ki hz. Mehdi (ə.s) zühur etdikdə insanların gözü açılacaq, canlanacaqlar. Çünki hz. Yaqubda meydana gələn narahatlığın səbəbi kədər və qəmdən meydana gələn narahatlıq idi. Amma Yusif (ə.s)-ı gördükdə canlanır. Xəstəliyi də gedir, dərdi də gedir. Hz. Mehdi (ə.s) zamanında xəstəliklər qalxacaq deyir rəvayətdə. Ömürlər uzanacaq deyir. Ona işarə edir inşaAllah”. (Adnan Oktarın 20 may 2014-cü il tarixli A9 TV müsahibəsindən)
Hz. Yusif (ə.s) qissəsində, yerdəki ayələrə (dəlillərə) və insanların bunlara əhəmiyyət vermədən üzərindən keçib getməsinə diqqət çəkilmişdir. Hz. Mehdi (ə.s) dövründə, yeraltından çıxarılan fosillər İlə Allahın varlığının dəlilləri ortaya qoyulacaq
Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər. (Yusif surəsi, 105)
“Elmin dəlillərini görməməzlikdən gələcəklər deyir Allah. Çünki bax, “üzərindən keçirlər”. Fosillərin üstündən keçirlər deyil mi? Fosilləri biz çıxarırıq, adamların burnunun dibinə gətiririk. Və onunla dini dünyaya hakim edirik, Allahın diləməsi ilə. Yeraltında demək ki, dəlillər olacaq. İnsanların görmək istəmədiyi dəlilləri hz. Mehdi (ə.s) ortaya çıxardıb, insanın gözü önünə gətirəcək. Yusif surəsində olması buna işarədir”. (Adnan Oktarın 20 may 2014-cü il tarixli A9 TV müsahibəsindən)
Hz. Yusif (ə.s) qissəsində insanlara hərtərəfli bəlaların gəlməsinə və Qiyamətin qəflətən qopmasına diqqət çəkilir. Hz. Mehdi (ə.s) dövründə də böyük əzablar yaşanacağına və Qiyamətə yaxın bir zaman olacağına işarə edilir
Məgər onlar Allahın hər şeyi bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi? (Yusif surəsi, 107)
“Məgər onlar Allahın hər şeyi bürüyən əzabının” böyük bir bəlanın. “… onları qaplamayacağına və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi?” (Yusif surəsi, 107) -deyir. Demək ki, hz. Mehdi (ə.s) dövründə hər şeyi bürüyən əzab və bəlalar olacaq. Çox böyük hadisələr olacaq və qiyamət də təhdid olaraq dərhal hazırda gözləyəcək. “… və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi?” Demək ki, Mehdiyyət dövrü qiyamətə çox yaxın bir dövr olacaq. Qiyamət bir təhdid amili olaraq hər an hazırda gözləyəcək. Amma bax böyük bürümə və böyük əzab və bəlaların da hz. Mehdi (ə.s) dövründə olacağını işarə edir”. (Adnan Oktarın 20 may 2014-cü il tarixli A9 TV müsahibəsindən)
Hz. Yusif (ə.s) kimi hz. Mehdi (ə.s) da dövlətlə mehriban münasibətdə olacaq
“Hz. Yusif (ə.s) dövlətlə mehriban münasibətdə idi, demək ki, hz. Mehdi (ə.s) da dövlətlə mehriban münasibətdədir. Hz. Yusif (ə.s) o dövrün hökuməti ilə mehriban münasibətdə idi, hz. Mehdi (ə.s) da hökumət ilə mehriban münasibətdə olacaq. Şəxsən o dövrün hökuməti hz. Yusif (ə.s)-ı vəzifəyə gətirir. Demək ki, əsrin hökuməti də hz. Mehdi (ə.s)-dan kömək istəyəcək. Bunu anlayırıq”. (Adnan Oktarın 20 may 2014-ci il tarixli A9 TV müsahibəsindən)
Hz. Yusif (ə.s) kimi hz. Mehdi (ə.s) da zindanda insanlara dini təbliğ edəcək
Hz. Mehdi (ə.s)-ın həbsdə də təbliğ edəcəyini anlayırıq. hz. Yusif (ə.s) həbsdə də təbliğ edir çünki, Allahdan bəhs edir. (Adnan Oktarın 20 may 2014-cü il tarixli müsahibəsindən)
Hz. Yusif (ə.s) kimi hz. Mehdi (ə.s) da hüququn incəliklərinə hakim olacaq
“Hz. Mehdi (ə.s)-ın hüququ gözəl istifadə edəcəyini anlayırıq. Hz. Yusif (ə.s) hüququ gözəl istifadə edir çünki. Hüququn incəliklərini yaxşı bilir. Hz. Mehdi (ə.s)-ın da özünü qorumaq üçün hüququ gözəl istifadə edəcəyini Quranın əlamətindən başa düşürük”. (Adnan Oktarın 20 may 2014-cü il tarixli müsahibəsindən)
Hz. Yusif (ə.s)-ın atası hz. İsrail (hz. Yaqub) (ə.s) tərəfindən dəstəklənməsi kimi, hz. Mehdi (ə.s) da öz dövründə İsrail tərəfindən dəstəklənəcək
“Hz. Mehdi (ə.s)-a böyük övliyanın dəstək olacağı aydın olur. Atası, necə hz. İsrail (ə.s) dəstəkləyirsə Yusif (ə.s)-ı, eyni şəkildə İsrailin də, hazırkı İsrailin də, Bən-i İsrailin də hz. Mehdi (ə.s)-ı dəstəkləyəcəyi aydın olur. Çünki o dövrdə bax İsrail (ə.s) dəstəkləyir Yusif (ə.s)-ı. Demək ki, Axırzamanda da İsrail Yusifi dəstəkləyəcək. Yəni Axırzamanın Yusifini dəstəkləyəcək, hz. Mehdi (ə.s)-ı dəstəkləyəcək. Necə dəstəkləyəcək? Müsəlman olaraq dəstəkləyəcək. Çünki əhd sandığını alıb Musəvilərin önünə qoyacaq. Lövhələri çıxardı. Bunu kim edər? Moşiyah edər, hz. Mehdi (ə.s) edər. Moşiyah müsəlmandır.
O zaman deyir ki, Peyğəmbərimiz (s.ə.v); “Yəhudilərdən çox kiçik bir qrup xaricində bütün yəhudilər müsəlman olacaq”. Demək ki, yəhudilərlə iç-içə olacaq hz. Mehdi (ə.s), bunu anlayırıq. Açıq ifadə, Quranın ifadəsi və hədisin ifadəsi də çox açıqdır. Peyğəmbərimiz (s.ə.v) yəhudilərin hz. Mehdi (ə.s)-a qoşulacağını bildirir. Hədisdə hz. Mehdi (ə.s)-ın bir duasında, Allahı anarkən İbrani dilində də dua edəcəyi bildirilir. Demək ki, Yəhudilərin könlünü alacaq şəkildə də bir üslubu olacaq. İnşaAllah. Onların da dilində danışacaq lazım gələrsə. İnşaAllah”. (Adnan Oktarın 20 may 2014-cü il tarixli A9 TV müsahibəsindən)
Hörmətli Adnan Oktarın daha əvvəl nəşr olunan məqalələrində mövzu ilə əlaqədar yer alan digər işarələr
Hz. Yusif (ə.s) kimi hz. Mehdi (ə.s)-a da Allah qatından xüsusi bir elm və hikmət verilmişdir
Quranda, hz. Yusif (ə.s)-a Allah Qatından xüsusi bir elm və hikmət verildiyi bildirilir:
Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək … (Yusif surəsi, 6)
… ona yuxuları yozmağı öyrətdik … (Yusif surəsi, 21)
Quranda, hz. Yusif (ə.s) ilə əlaqədar olaraq verilən bu məlumatlardan hz. Mehdi (ə.s)-ın da sözlərin şərhini yaxşı biləcəyi, xüsusi bir elm və hikmət sahibi olacağı aydın olur. Necə ki, rəvayətlərdə də hz. Yusif (ə.s) kimi, hz. Mehdi (ə.s)-ın da Allah tərəfindən ona verilmiş “xüsusi bir gücə sahib olduğu” bildirilir.
Həmçinin (N.b. Hammad) Kaabdan təxric etdi, O dedi ki: O heç kimin bilmədiyi gizli bir vəziyyətə bələdçilik etdiyi üçün özünə “Mehdi” deyilmişdir …” (Ahir zaman Mehdisinin Alametleri, Ali Bin Hüsameddin el Muttaki, səh. 77)
Böyük İslam alimlərindən Muhyiddin Ərəbi əsərlərində hz. Mehdi (ə.s)-ın diqqət çəkən başlıca 9 xüsusiyyətini bu şəkildə ifadə edir:
1) Bəsirət sahibi olması
2) Müqəddəs Kitabı anlaması
3) Ayələrin mənasını bilməsi
4) Təyin edəcəyi kəslərin hal və hərəkətlərini bilməsi
5) Hirsləndikdə belə mərhəmət və ədalətdən ayrılmaması
6) Varlıqların siniflərini bilməsi
7) İşlərin dolaşıq tərəflərini bilməsi
8) İnsanların ehtiyacını yaxşı anlaması
9) Xüsusilə öz zamanında ehtiyac hiss edilən qeybi elmlərə bələd olması (bilməsi) qeybi (gizli, görünməyən) elmlərdən xəbərdar olması.
Hz. Yusif (ə.s) kimi hz. Mehdi (ə.s) da özündən ümidin kəsildiyi bir dövrdə ortaya çıxacaq
Onlar dedilər: “Yoxsa sən özün Yusifsən?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim Allahdan qorxsa və səbir etsə, bilsin ki, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”. (Yusif surəsi, 90)
Qardaşları bir hiylə quraraq hz. Yusif (ə.s)-ı bir quyuya atmış, atalarına da “hz. Yusif (ə.s)-ı bir qurdun yediyini” söyləyərək üzərinə yalandan qan sürülmüş köynəyini gətirmişlər. Atası bu danışılanların bir hiylə olduğunu anladı. Ancaq atası da, qardaşları də uzun illər hz. Yusif (ə.s)-dan xəbər ala bilməmişlər. Daha sonra Allah, gözləmədikləri bir zamanda, hz. Yusif (ə.s)-ı Misirin xəzinələrinin başında “güc və iqtidar” sahibi olaraq qarşılarına çıxarmışdır:
Yusuf dedi: “Bu yerin xəzinələrini qorumağı mənə tapşır. Çünki mən qoruyanam, bu işi bilənəm”. Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik. (Yusif surəsi, 55-56)
Bu ayələr, hz. Mehdi (ə.s)-ın da çıxışından ümidin kəsildiyi, insanların “Mehdi” deyə bir kimsənin olmadığı iddiasında olduqları bir dövrdə ortaya çıxacağına işarə edir. Yenə ayələrin işarəsinə görə bu dövrdə Allah hz. Mehdi (ə.s)-ı, “güc və iqtidar sahibi və bütün inananların mənəvi lideri olaraq” ortaya çıxaracaq. Peyğəmbərimiz (s.ə.v) də bu vəziyyəti hədislərində belə müjdələmişdir:
İnsanların ümidsiz olduğu və “heç Mehdi filan yoxmuş” dediyi bir sırada Allah Mehdi (ə.s)-ı göndərər … (Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 55)
Hz. Yusif (ə.s) kimi hz. Mehdi (ə.s)-a da bir qisim qadınların hiylə qurması və bir qadının hz. Mehdi (ə.s)-ın iffətinə istiqamətli böhtan atması
Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!” – dedi. O isə: “Allah uzaq eləsin! Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” – dedi. (Yusif surəsi, 23)
Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” Yusuf dedi: “O məni yoldan çıxartmaq istəyirdi”… (Yusif surəsi, 25-26)
Bu qədər dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. (Yusif surəsi, 35)
Quranda günahsız olduğunu bildiyi halda hz. Yusif (ə.s)-ın iffətinə istiqamətli vəzirin arvadının böhtan atdığı bildirilmişdir. Vəzirin arvadı, bu böhtanını gücləndirə bilmək üçün şəhərdəki bəzi qadınları da özünə yalançı şahid olaraq tutmuşdur. Ayələrin işarəsindən Hz. Mehdi (ə.s)-a qarşı da bir qrup qadının birlik olub hiylə quracaqları və ona da, “bir qadına qarşı günah etdiyi iddiasıyla böhtan atılacağı” aydın olur. Hz. Yusif (ə.s) özünə qurulan bu hiylə səbəbiylə, heç bir hüquqi dəlil olmadığı halda həbs cəzasıyla cəzalandırılmış və uzun illər haqsız yerə həbsdə qalmışdır. Bu vəziyyət, hz. Mehdi (ə.s)-ın da, günahsız olduğu halda, bu tərz yalan və uydurma bəhanələrlə haqsız yerə həbsdə qalacağına işarə edir.
Hz. Yusif (ə.s) kimi hz. Mehdi (ə.s) dövründəki rəhbərlik də onun haqlı və günahsız olduğundan əmin olacaq. Amma bəzi siyasi səbəblərlə onu həbs etmə qərarı alınacaq
Bu qədər dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. (Yusif surəsi, 35)
Hz. Yusif (ə.s)-ın günahsız olduğu dəlillərdən çox açıq bir şəkildə aydın olmuşdur. Ancaq rəhbərlik mövqeyindəki kəslər bu dəlilləri çox açıq şəkildə gördükləri halda, bəzi səbəblərlə hz. Yusif (ə.s)-a qarşı qurulan hiyləni qəbul etmiş və onu haqsız yerə günahlandırmışlar. Hz. Yusif (ə.s)-ın bu vəziyyətindən, hz. Mehdi (ə.s)-ın da özünü müdafiə etmək və haqlı olduğunu isbat etmək üçün çox güclü dəlillər təqdim edəcəyi, ancaq bəzi kəslərin bu açıq dəlillərə baxmayaraq bəzi siyasi səbəblərlə onu günahkar olmadığı halda həbslə cəzalandıracaqları aydın olur.
Hz. Yusif kimi hz. Mehdinin də qeyb (həbs) dövrü olacaq
Qardaşları onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”. (Yusif surəsi, 15)
… və o, zindanda bir neçə il də qaldı. (Yusif surəsi, 42)
Sədir-i Səyrəfi deyir ki: İmam Əbu Abdullah Cəfər-i Sadiq Əleyhissalamdan eşitdim ki: Belə buyurdu: “Bu işin sahibində (Mehdidə) Yusifə bir bənzərlik vardır”. Belə ifadə etdim: “Sən bizə bir QEYBİ (həbsi) və ya HEYRƏTİ bildirən kimisən”.
Hz. Yusif ilk olaraq quyuda, daha sonra da uzun illər ərzində bir zindanda həbs edilmişdir. Yusif əleyhissalam biri qısa digəri uzun müddət, iki dəfə insanların gözündən itmişdir. Birincidə, Yusif (ə.s) quyuya atılmış, qısa bir müddət sonra oradan keçən karvan onu oradan çıxarmışdır, ikincidə isə haqsız yerə zindana atılmış, uzun bir müddət orada qalmışdır. Lakin sonradan günahsızlığı aydın olaraq, zindandan da çıxardılmışdır.
Hz. Mehdi (ə.s) da hz. Yusif (ə.s) kimi həyatının müxtəlif dövrlərində bir neçə dəfə həbs ediləcəkdir. Ancaq eyni hz. Yusif kimi hz. Mehdinin də günahsız olduğuna dair dəlillər çox açıq olacaq.
Yuxusunda on bir ulduz, Günəş və Ayın hz. Yusif (ə.s)-a səcdə etmələri, İslam dünyasının hz. Mehdinin mənəvi liderliyi altında toplanmasına işarə edir
Bir zaman Yusuf atasına dedi: “Atacan! Mən yuxuda ON BİR ULDUZ, GÜNƏŞ VƏ AY gördüm. Onların mənə baş əydiyini də gördüm”. (Yusif surəsi, 4)
O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (Yusif surəsi, 5)
Hz. Yusif (ə.s), yuxusunda Ulduz, Günəş və Ayı özünə səcdə edərkən görmüş, irəliləyən illərdə də Allah, hz. Yusifi Misirə idarəçi etmişdir. Bu vəziyyət hz. Mehdinin həyatına istiqamətli də çox əhəmiyyətli işarələr verir. Bilindiyi kimi ümumiyyətlə İslam ölkələrinin bayraqlarında Ulduz, Günəş və Ay emblemləri var. Hz. Yusif ilə əlaqədar bu ayələrin işarəsindən, İslam ölkələrinin hz. Mehdinin mənəvi liderliyi altında toplanıb birlik olacaqları, hz. Mehdinin də bu şəkildə bütün müsəlmanların mənəvi lideri olacağı aydın olur.
Yusif surəsində Axırzamandakı iqtisadi böhrana də işarə vardır
O, zindana gəlib dedi: “Ey Yusuf! Ey düz danışan kişi! Yeddi arıq inəyin yeddi kök inəyi yediyi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər barədə bizə xəbər ver. Ola bilsin ki, mən o adamların yanına qayıdım, bəlkə onlar da bilsinlər”. Yusuf dedi: “Yeddi il bacardığınız qədər əkin. Biçdiyinizi isə, yeyəcəyiniz az bir miqdar istisna olmaqla, sünbüldə saxlayın”. (Yusif surəsi, 46-47)
Sonra bunun ardınca, toxumluq saxlayacağınız az bir miqdar istisna olmaqla, əvvəlcədən həmin illər üçün tədarük gördüyünüzü yeyəcək yeddi ağır il (quraqlıq illəri) gələcək. Bunun ardınca da elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və onlar çoxlu meyvə şirəsi sıxacaqlar”. (Yusif surəsi, 48-49)
Ayələrdə, həbsdə olduğu sırada hz. Yusifdən dövrün hökmdarının gördüyü bir yuxunu yozmasının istəndiyi bildirilmişdir. Hz. Yusif bu yuxunun “uzun müddətli iqtisadi çətinliyə” işarə etdiyini söyləmişdir.
Peyğəmbərimiz (s.ə.v)-in hz. Yusifin həyatında hz. Mehdinin həyatı ilə bənzərliklər olacağını bildirmiş olması, o dövrdəki kimi hz. Mehdinin çıxışından əvvəl də yer üzündə ciddi ölçülərdə iqtisadi böhran yaşanacağına işarə edir. Ayədə işarə edilən iqtisadi çətinliyin indiki vaxtda dünya səviyyəsində yaşanan böyük iqtisadi böhran olması ehtimalı böyükdür. (Doğrusunu Allah bilir)
Yenə hz. Yusif (ə.s)-ın “quraqlığı çətin yeddi il” sözləri ilə bəhs etdiyi qıtlıq və iqtisadi çətinlik illəri, 2007 və 2008-ci illərə işarə etmiş ola bilər. (Doğrusunu Allah bilir).
Hz. Yusif (ə.s), “inək və buğda”dan bəhs edilən yuxunu şərh etmiş və o dövrdə yaşanacaq iqtisadi çətinliyə qarşı, “əkinçiliyə əhəmiyyət verilməsinin həll olacağını” söyləmişdir. Bilindiyi üzrə “inək və buğda”, əkinçilik və heyvandarlığın ən əhəmiyyətli maddələridir. Bu səbəbdən hz. Yusif (ə.s)-ın etdiyi şərhdən, “Axırzamanda hz. Mehdinin çıxışından əvvəl yaşanacaq iqtisadi böhran zamanında da, əkinçilik və heyvandarlığa əhəmiyyət verilməsinin həll olacağı” aydın olur.
Ayələrin işarəsindən bu iqtisadi böhranın “bütöv olaraq tək bir dövr” ya da “təkrarlı bir dövr” də ola biləcəyi aydın olur.