(Naim ibn Həmmad) Saib ibn Müseyyəbdən təxric etdi. O belə dedi. Rəsullulah (s.ə.v) buyurdu: “Şərqdən Bən-i Abbasa aid Qara Bayraqlar çıxar, onlar bir müddət davam etdikdən sonra, yenə şərqdən bu dəfə kiçik Qara Bayraqlar çıxar və Əbu Süfyanın nəslindən bir adamla savaşaraq Mehdinin itaətinə girərlər”.
(İmam-ı Suyûtî, 7.11)
Üç əlamətin ardından hz. Mehdi (ə.s)-ın zühur etməsi
Kanz Cami-ul Fevaid:
Möminlərin Əmiri (ə.s) dedi:
“Üç əlamətin ardından İmam Qaim (ə.s)-ın çıxışını gözləyin”.
Rəsulullah (s.ə.v)-dən soruşdular: “Bu əlamətlər hasnılardır?”
“Suriyalıların qarşılıqlı anlaşılmazlıqları, … Qara bayraqların çıxması və Ramazan ayında qorxu”
(Bihar-ül envar, 14)
Başlıqları qara olan Qara Bayraqlılar Süfyanı məğlubiyyətə uğradıb hz. Mehdi (ə.s)-a zəmin hazırlayacaqlar
Məhəmməd ibn Hənəffiyədən belə nəql edilmişdir: … Qara Bayraqlar ortaya çıxacaq. Sonra … Başlıqları qara və paltarları ağ olan başqa bir Qara Bayraqlılar daha ortaya çıxacaqdır… Süfyanın dostlarını məğlubiyyətə düçar edəcəklər. Nəhayət Beytül Müqəddəsə çatacaqlar. O rəhbərliyi, Mehdi (ə.s) üçün hazırlanacaqdır. (Mucem-ul Ehadis-i İmam Mehdi Cild:3 Səhifə:270 ve Et Teşrif-i Bil Menun Səhifə:117)