Məryəm surəsi, 1-20-ci ayələrin təfsiri
Adnan Oktar: Məryəm surəsi. Rəhman və Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. Baxın, şifrəyə diqqət yetirin. 1: “Kəf. Ha. Yə. Ayn. Sad“. Çox əhatəli bir şifrədir. 2: “Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya göstərdiyi mərhəmətinin yada salınmasıdır“. Bildiyiniz kimi hz. Zəkəriyya (ə.s.) şəhid edilmişdir. 3: “Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib“. Dua necə edilər? Gizli edilər. 4: “demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş,”” yaşlandıqca bilirsiniz kalsiumun, fosforun nisbəti aşağı düşər. İnsanlarda boy balacalaşması başlayar. “Başım da ağappaq ağarmışdır“. Saçlarım da ağardı deyir. “Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam“. Sənə dua edərkən hər zaman xoşbəxt oldum deyir. Həmişə yaxşı oldu bərəkət, gözəllik gəldi deyir.
5: “Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, 6: o həm mənə, həm də Yaqub nəslinə varis olsun”. Yaqub oğullarına varis olsun. İsrail oğullarına da varis olsun. “Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun! 7: Ona belə vəhy olundu: Cənabı Allah, “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!”” -deyir. 8: “O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər? 9: Mələk dedi: “Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!””
Heç bir şey deyilkən yoxdan yaratdım səni deyir. Buradakı ifadə çox mənalıdır. Təbii ki, Allah vəsilələr yaradır, lakin daha əvvəl heç bir şey deyildi. Allah insanı insandan yaradaraq vəsilə edir. 10: “O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. Allah buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!” Dilində hər hansı bir qüsur olmadığı halda, bədənində hər hansı bir narahatlıq olmadığı halda, huşsuz olmadığı halda, “üç gecə adamlarla danışmayacaqsan!” Biz də gecələr danışırıq insanlarla. 11: “O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara işarə ilə başa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!”” Bir səhər, bir axşam təsbeh edin.
Təbii ki, bunun çox mənası var. 12: “Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış! – deyə vəhy etdik”. Kitaba sarıl, Allahın kitabına sarıl. “Biz ona uşaq ikən hikmət bəxş etdik”. Gənc yaşda ona çox gözəl danışma, hikmət və dərinlik verdik. 13: “Üstəlik Öz tərəfimizdən bir sevgi həssaslığı”. Allah, sevmə gücü, bütün insanları, bitkiləri, heyvanları, qadınları hamısını coşğuyla sevmə ruhu verdik, deyir. Xüsusi bir qabiliyyət, xüsusi bir gözəllik. “Və paklıq da bəxş etdik”. Hz. Yəhya (ə.s.) çox dəqiqdir. Həddindən artıq dəqiqdir. “O, müttəqi idi”. Dinə, Kitaba, o dövrdəki Allahın kitabına çox ciddidir. 14: “Həm də ata-anasına qarşı itaətkar idi: lovğa və asi deyildi”. Anarxist, terrorist ruhlu bir insan deyildi. Böyüklərinə qarşı hörmətli və hamısını çox sevir.
Cənabı Allah, 15: “Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun!” -deyir. 15-ci ayə, hicri 1400- cü il qurtardıqda, hicri 15-ci əsrə girmiş oluruq, inşaAllah. 16: “Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş”. İndi Mehdiyyətə aid tərəflərinə baxaq, işari mənalarına baxaq: 15 və 16. Beş və altısını götürsək: 56 edər. 1956-cı il. Risaləi Nurun sərbəst buraxıldığı bir tarix. “Doğulduğu gün”. Biz onu Risaləsi Nurun doğulduğu gün olaraq götürürük, inşaAllah. “Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş”. Hz. Mehdi (ə.s.) da öz şəhərindən ayrılıb, başqa bir şəhərə gəlir. Dənizi keçəcək deyir hədislərdə. İstanbula gələcək, inşaAllah. 17: “və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu”. Hz.
Mehdi (ə.s.) Allah tərəfindən gizlənəcək. Onsuz da hz. Mehdi (ə.s.)- ın gizlənən xüsusiyyəti çox əhəmiyyətlidir. Ləqəbi, “qaibdir” onsuz da (pərdəylə gizlənən). Hz. Mehdi (ə.s.) da, Cənabı Allah tərəfindən bir pərdəylə gizlənəcək, inşaAllah. Amma əsl mənalarından sonra işari mənalarını oxuyuram. Yoxsa əsl mənası bəllidir onsuz da görülür. “Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik”. Hz. Mehdi (ə.s.)-a kim köməkçi olacaq? Cəbrayıl (ə.s.). “O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu”.
Deməli, Cəbrayıl (ə.s.) hz. Mehdi (ə.s.)- ın yanına insan olaraq da gəlsə, yalnız onu kamil bir insan zənn edəcək, tanıya bilməyəcək. 18: “Məryəm dedi: “Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma””. Mənə yaxınlaşma deyir hz. Məryəm. Amma baxın təqva sahibisənsə. Təqva sahibi deyilsənsə onsuz da halala harama diqqət yetirməzsən. Demək ki, mömin bir kişisənsə, təqvaya diqqət yetirirsənsə onsuz da etibarlısan. Xəbərdar edilməsi yetərli olar. Xəbərdar edilməsə də onsuz da diqqət yetirər müsəlman kişi. 19: “Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”. 20: Məryəm dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?”” Cinsi əlaqəyə girməmişkən, necə uşağım olar deyir. “Və özüm də zinakar olmadığım halda”. Hər kəslə əlaqəyə girən bir qadın deyiləm mən deyir. İffətli bir qadınam deyir.