Məryəm surəsi, 21-40-cı ayələrin təfsiri
Adnan Oktar: Məryəm surəsi, 21: “Mələk dedi: “Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir””. Baxın, onu insanlara bir dəlil, bir möcüzə və Bizdən bir rəhmət etmək üçün. 22: “Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi”. Daha sakit bir yerə çəkilir. 23: “Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi”. Burada xurma ağacına da diqqət çəkilmiş olur. “O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!”” Həm sancının təsiri, həm də haşa qeyri-qanuni bir uşaq kimi vəsvəsə edə biləcəkləri üçün insanlar, o tip böhtana məruz qala biləcəyi üçün şiddətli bir psixoloji gərginlik yaşayır. O gərginlik içində deyir: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!”
Cənabı Allah çəkdiyi şiddətli iztirabı ifadə edir. O, onun imtahanıdır, imtahanın gücünü Allah göstərir. 24: “Məryəmin aşağı tərəfindən (bir səs) onu səsləyib dedi: “Qəm yemə”. Müsəlmanın qəmgin olmaması fərzdir. “Rəbbin sənin ayağının altından bir bulaq axıtdı”. Su olan, su axan bir yer. 25: “Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün”. Cənabı Allah yaş xurmaya diqqət çəkir. 26: “Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam””. Allah hər hansı bir açıqlama etmə deyir. 27:
“Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan”. Onun çəkindiyi mövzu meydana gəlmiş olur. Qeyri-qanuni əlaqə iddiasında olurlar. 28: “Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”. Ailənə də çirkin rəftar etdin deyir. Xalqdan böyük təzyiq görür. 29: “Məryəm ona işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?”” Ərəb dilində, “hələ Mehdidə olan bir uşaqla” -deyir. Beşik, Mehdidir ərəb dilində. 30:“Körpə dil açıb dedi:
“Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. 31: Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. 32: Həm də məni anama qarşı qayğıkeş etdi: məni lovğa və bədbəxt etmədi. 33: Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” 34: Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur! 35: Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” – deyər, o da dərhal olar. 36: İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir””. Mən Allah deyiləm deyir haşa. “Elə isə yalnız Ona qulluq edin!”
Allaha qulluq edin, mənə qulluq etməyin. “Düz yol da budur. 37: Sonra firqələrin arasında ziddiyyət düşdü”. Bax Protestantlıq, Ortodoksluq kimi. Cənabı Allah “böyük günü görəcək kafirlərin vay halına!” -deyir. 38: “Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər”. Allah, təslis inancını müdafiə edirlər deyir. 39: “Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər”. Baxın, yenə iman zəifliyi. Niyə iman zəifliyi üzərində dayandığımızı görsün qardaşlarımız. 40: “Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır”. Bu ayə dünya hakimiyyətinə də işarə edir.