Şuəra surəsi, 51-66-cı ayələrin təfsiri
Adnan Oktar: 51: “Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”. “İlk iman edənlərdən olduğumuz üçün, Allahın bağışlayacağını ümid edirik, cənnətə gedəcəyik inşaAllah” -deyirlər. 52: “Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik”. Hər dövrdə müsəlmanlar həmişə təqib olunublar. Ya polis, ya da jandarma izləyib. İslam ölkələrində həmişə elə olmuşdur. Polis, əsgər üstlərindən heç qalxmamışdır. Əfqanıstanda elədir, İraq, Mərakeş, Tunis, Əl-Cəzair həmişə elədir. Bir çoxu elədir. 53: “Bunun üzərinə Firon şəhərlərə əsgər toplayanlar göndərdi. 54: O dedi: “Bunlar kiçik bir dəstədir”. Müsəlmanları azlıq olaraq, gücsüz görürlər. 55: “Onlar bizi qəzəbləndirmişlər”. “Bizə qarşı çox kinlidirlər” -deyir.
Dövlətin əməliyyat keçirməsi üçün əsgərləri təhrik edir. 56: “Biz isə oyanıq bir cəmiyyətik” (dedi)”. “Biz mədəni, keyfiyyətli adamlarıq, onlar isə sıravi insanlardır” -deyir. 57: “Biz onları (Firon və xalqını) bağlardan və çeşmələrdən çıxartdıq”. Hamısı müsəlmanlara hücum etmək üçün toplanırlar. 58: “Xəzinələrdən və adlı-sanlı mövqelərdən də qovduq”. Xəzinələri var, adlı-sanlı mövqeləri var, bağlarda, çeşmə başındadırlar. Müsəlmanlara hücum etmək üçün bir araya gəlirlər. 59: “Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik”. Yəni Yaqub oğullarını varis etdik. 60: “Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar”. Günəş çıxan vaxt, eyni zamanda hz. Mehdi (ə.s)-ın günəşinin çıxış vaxtıdır, İnşaAllah. Müsəlmanları təqib edirlər. 61:
“İki dəstə bir-birini görüncə Musanın adamları: “Biz yaxalanacağıq!” – dedilər”. “Heç qurtuluşu yoxdur” -deyir. Halbuki müsəlman, çox-çox çətin vəziyyətdə qala bilər, artıq məhv olduq deyə biləcəkləri bir nöqtədə ola bilər, mütləq bir xeyir olduğunu bilməlidir, İnşaAllah. 62: “Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”” “Mütləq bunun bir çıxış yolu olacaq görəcəksiniz” -deyir. 63: “Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı və hər bir hissəsi nəhəng bir dağ kimi oldu”. Dəniz çəkilir. 64: “O birilərini də ora yaxınlaşdırdıq”. “Firon ordusunu oraya yaxınlaşdırdıq”. 65: “Musa və onunla birlikdə olanların hamısını xilas etdik. 66: O birilərini isə suya qərq etdik”. Hz. Musa (ə.s)- ın rəhbərliyi ilə İsrail oğulları oradan keçirlər.
Təbii ki, dəniz çəkilərkən sunamidə olduğu kimi çox nəhəng dalğalar meydana gələr. Firon və ordusu da onların arxalarına düşür. Tam orta yerə gəldiklərində, onsuz da bir neçə kilometrlik bir yer. Böyük sürətlə nəhəng dalğa, hamısını bir anda vurub aşırdır, altına alır. Normal dəniz olsa əslində üzə bilərlər. Suyun zərbəsi çox şiddətli olduğu üçün, döyüş maşınlarını, atlarını və özlərini su altına alır, dərin suyun altına alır, o zərbənin də təsiriylə, Firon da daxil olmaqla bütün əsgərlərin hamısı boğulmuşdur. Bu hadisə papirus kitabələrində də var. “Bu ələm verici fəlakət” -deyir. “Səhər vaxtı məqsədinə çatdı” -deyir. “Şahzadəmiz sular altında qaldı” -deyir.
Onu tərifləyir yəni, belə ağı kimi izah etmişlər. “Minlərlə igid” -deyir yaxud ona bənzər, “hamısı suyun altında qaldı” -deyir. Hz. Musa (ə.s.) üçün “O, qadınları təsir etməkdə çox mahirdir” deyir. Bu çox əcaib, müdhiş bir təfərrüatdır. Məsələn, Quranda da keçmir. Ən əhəmiyyətli təffərrüat olaraq onu görmüşdür. Bir “cadugərdir” -deyir, ikincisi də “qadınları təsir etmədə çox mahirdir” -deyir. Çünki hz. Musa (ə.s) çox yaraşıqlı və əcaib gözəldir. Çox-çox qadın hətta Fironun xanımı da hz. Musa (ə.s)- ın arxasına düşüb getmişdi. Çox-çox təsirlənmişlər. Amma o xırdalığa girmələri çox əcaibdir. Normalda Misir tarixində əleyhlərinə olan heç bir şeyi yazmırlar. Amma bu çox dəhşətli bir şey olduğu üçün, bunu yazmaq məcburiyyətində qalmışlar. Yoxsa eqoistliklərindən itirdikləri döyüşləri filan heç birini yazmırlarmış.