Nur surəsi, 31-ci ayənin təfsiri
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Nur surəsi, “31: Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini çəkindirsinlər”. Allah “harama baxmayın” -deyir. “Və ismətlərini qorusunlar”, Allah “qeyri-qanuni cinsi əlaqədə olmayın” -deyir. Bunlar çox açıq hökmlərdir. “Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini aşkar etməsinlər”. “Zinət nədir bilirsənmi?” -deyə bir xurafatçıdan soruşsan, “muncuqdur” -deyər. Bu muncuğu görüncə özündən çıxırmış. Bunun görünməməsi lazım imiş. Muncuq deyil buradakı ifadə, muncuq deyil. Anlamazlıqdan gəlməyin. Baxın, “qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini aşkar etməsinlər”.
Təbii olaraq görünən üzvləri, bədən orqanları istisnadır. “Örtüklərini”, burada baş sözü keçmir, Allah adına yalan danışmasınlar. “Örtüklərini yaxalarının üstünə (örtəcək şəkildə) salsınlar”. Köynək etsinlər, sinələrini örtsünlər. Yəni, xanımların döşləri açıq olmayacaq, “örtünün” -deyir. “Zinətlərini” muncuq deyil. Avamlıq etməsinlər, saxtakarlığa ehtiyac yoxdur. Muncuq deyil. Muncuğun görünməsi insana heç bir təsir etməz. “Zinətlərini ərlərindən”, Allah, “öz ərlərinə göstərsinlər” -deyir. Bütün zinətlərinin hamısını ərlərinə göstərə bilər. Allah, “halaldır” -deyir. Bir qadın zinətlərini, bütün zinətini ərinə göstərə bilər. “Yaxud atalarından”, Allah, “atasına da göstərə bilər” -deyir.
“Yaxud ərlərinin atalarından”, Allah, “qayınatasına da göstərə bilər” -deyir. “Yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən”. Baxın, “ehtirasını itirən”, cinsi gücü olmayan, cinsilikdən təsirlənməyən, cinsiliyi bilməyən, o xüsusiyyətini itirmiş “xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan”, qadınların cinsi orqanını bilməyən, qadın cinsiliyindən təsirlənməyən, anlamayan “uşaqlardan başqasına göstərməsinlər”. Kim olsa burada nə nəzərdə tutulduğunu anlayar.
Hələ bir xurafatçılardan soruşaq görək anlayıblarmı? Bax bu neçənci izahım, yenə də anlamırlar. “Orada muncuq nəzərdə tutulur” -deyir. Nə muncuğu? Burada muncuqdan bəhs edilirmi? “Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar”, tərpətməsinlər. “Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız”. Buradakı hökm çox açıqdır. Məndən soruşdular, dedilər: “bir gənc qız və yaxud anası, oğulunun yanında, atasının yanında, ərinin yanında nə cür bir paltarla gəzə bilər?” Məhz “Nur surəsi” bunu açıqlayır. “Yox əşi orada muncuq izah olunur” -deyir. Saxtakarca yalan danışır. Cahilliyindən deyənləri tənzih edirəm. Nə muncuğu, orada muncuqdan bəhs edilirmi? Saxtakarca özlərini bilməməzliyə vururlar, işlərinə yaramır. Çünki buradakı izahat onların namus anlayışlarına tərsdir. Allaha haşa namus öyrətməyə çalışır bu axmaqlar.