Nur surəsi, 31-ci ayənin təfsiri
Adnan Oktar: “31: Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər“ harama baxmamalıdır. “Namuslarını qorusunlar” yəni halalı olmayan bir adamla cinsi əlaqəyə girməsinlər. “Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər“. Mömin qadınlar zinətlərini insanlara göstərmir. “Görünənlər istisna olmaqla“, yəni təbii olaraq görünən, yəni görünməsi zəruri olan, təbii olan zinətlərini göstərə bilərlər deyir. “Örtüklərini yaxalarının üstünə salsınlar“. Sinələri açıq olmasın, sinələrini bağlasınlar. Allah sinələri tamamilə açıq, yəni alt paltarsız olan qadınlara “sinələrini örtsünlər” -deyir. Qədim dövrlərdə küçədə elə gəzirdilər. İndi Allah “zinətlərini” kimlərə göstərəcəyini sayır. Allah “öz ərlərinə göstərsinlər” -deyir. Zinətlərini kimə göstərə bilərmiş? Öz ərinə göstərər. Yoldaşıdırsa, evli, nikahlı ərinə zinətlərini tamamilə rahatlıqla göstərə bilər. Başqa? Atalarına göstərə bilər. Başqa? Qayınatalarına. Başqa? “oğullarına, ərlərinin oğullarına, öz qardaşlarına, qardaşlarının oğullarına, bacılarının oğullarına, yaxud öz müsəlman qadınlarına, yaxud sahib olduqları xidmətçilərə, qadına ehtiyacı olmayan ehtirasını itirmiş xidmətçilər”, yəni bu cür xidmətçilər, arzusuz, iqtidarsız, qadından təsirlənməyən, cinsi gücü olmayan “xidmətçilərdən ya da qadınların hələ məhrəm yerlərini tanımayan”, yəni qadınların cinsiliyini tanımayan, cinsiliyi bilməyən, tanımayan “uşaqlardan başqasına zinətlərini göstərməsinlər”. Allah bunlara göstərə bilərlər, deyir. Adam nə deyir? “Haşa, nə danışdığından xəbərin varmı? Olarmı? Sən küfrə gedirsən”. “Allah deyir” deyirəm, “yox, Allah desə də mən qəbul etmirəm” -deyir. Xurafatçılardan soruşun, qəbul etməzlər. “Allahın bu hökmünü qəbul edirsinizmi?” -deyin, qəbul etməzlər.