İmam Cəfəri Sadiq (ə.s) buyurur: “İmam Mehdi pakdır, təmizdir, razı olunanlardandır. Hidayət əhlidir və seçilmişlərdəndir. Qiyam etməsi ümidlə gözləniləndir. Allah onu bunun üçün seçmiş və onu ruh aləmində və cəsəd aləmində yaradarkən ən yaxşı şəkildə yaratmışdır. Mehdi yaradılmadan əvvəl, Allahın ərşinin sağ tərəfində kölgə şəklində idi və Allahın qeyb elmində ona hikmət verilmişdi. Allah onu öz elmi ilə, isməti üçün seçdi”.
(Qaybeti Numanı, 13. Hissə. Mehdi (as)’ın vasıfları)