Header

Nisa surəsi, 141-142-ci ayələrin təfsiri

Aa4a

Nisa surəsi, 141-142-ci ayələrin təfsiri

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Allah münafiqlər üçün Nisa surəsi, 141-ci ayədə belə deyir: “Onlar sizə göz qoyurlar (gözləyirlər ki, sizə bir bəla gəlsin)” bu anda da canlı verilişdə seyr edirlər. Möminlər də seyr edir, münafiqlər də seyr edir. Münafiqlər həqiqətən başqa bir məqsədlə seyr edirlər . Peyğəmbərimiz (s.ə.v)-ə də o zamanlar uzaqdan göz qoyurlar. “Əgər Allahdan sizə bir qələbə gəlsə: “Məgər biz də sizinlə deyildikmi?” – deyərlər”. “Gör, neçə ilimizi birlikdə keçirdik, biz onsuz da sizinlə birlikdəydik” -deyirlər. “Əgər kafirlərə bir qələbə nəsib olsa: “Məgər biz sizin qalib gəlməyinizə şərait yaratmadıqmı?”, “biz onlar haqqında sizi xəbərdar etdik, sizə məlumat verdik” -deyirlər. “Sizi möminlərdən (gələcək təhlükələrdən) qorumadıqmı?”- söyləyərlər”. “Möminlərin xüsusiyyətlərini sizə bildirib harada olduqlarını, nə etdiklərini, necə fəaliyyət göstərdiklərini söyləyib tədbir almağınızı təmin etmədikmi?” -deyirlər. “Ona görə xəbərdar etmədikmi?” -deyirlər. “Qiyamət günü Allah sizin aranızda hökm verəcək. Allah kafirlərə möminlərin əleyhinə olan bir şeyi etməyə yol verməyəcək”. Elə münafiqlərin bunu bilməməsi bir möcüzədir. Diqqət yetirin, Şeytandan Allaha sığınıram, “Allah kafirlərə möminlərin əleyhinə olan bir şeyi etməyə yol verməyəcək”. Yəni kafirlərin qüdrəti daxilində deyil, elə bir gücə heç vaxt sahib ola bilmir, o ölçüdən çıxa bilməz. Zərər verdiyini zənn edər, amma zərər verə bilməz. Taleyində olmadığı üçün edə bilmir. Nə qədər çalışırsa-çalışsın edə bilməz. 142: “Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar”. Öz düşüncələrinə görə Allahı aldatdıqlarını zənn edirlər. Yəni müsəlmanlara zərər verdiklərini zənn edirlər. “Halbuki Allah onları aldadır“ -deyir.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313