Yusuf surəsi, 5-9, 12-13-cü ayələrin təfsiri
Adnan Oktar: Hz. Yusif (ə.s)- ın atası İsrail deyir ki: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar”. Bir çox şeyi bir çox insana demək doğru deyil. Havalanar, baş bəlası olar. Təmkinli olmaq çox əhəmiyyətlidir, yəni gərəksiz yerə təmkinli olmaq deyil amma hər bir insana uyğun olan məlumatı vermək lazımdır. Cahilə daş atma, üzərinə sıçrayar deyərlər. Hər kəsə söz deyilməz. Məsələn, güman etmədiyin yerdə müsəlmanların əleyhinə istifadə edə bilər. “Yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir”. Şeytanla əlbir olar. Hiylə qurarkən onlar öz ağılı ilə etmir. Şeytan ona ağıl (vəsvəsə) verir. Ona görə yolundan azar, xainlik edərlər.
“Beləcə, Rəbbin səni seçəcək” deməli, daha uşaq olarkən hz. Yusif (ə.s)-ın vəzifəsi məlum idi. Yəni çalışmaqla, səy göstərməklə olmaz. Hz. Yusuf olaraq doğulmaq lazımdır. Hz. Yusuf olaraq doğulduğu üçün elə müvəffəqiyyətli olur. Hz. Mehdi (ə.s) da Mehdi olaraq doğulduğu üçün müvəffəqiyyətli olur. Yoxsa çalışmaqla Mehdi olunmaz. “Sənə sözlərin şərhindən (qaynaqlanan bir məlumatı) öyrədəcək”. Nə qədər gözəl təfsir edir, deyir. Allah təfsir edər, sənin ağzın vəsilə olar. “Və bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də -İsrail ailəsinə də- Öz nemətini tamamlayacaqdır”. Nə ilə tamamlayacaq? Hz. Mehdi (ə.s) ilə. Dövrün Bəni İsraili hz. Mehdi (ə.s) və tələbələridir. “Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, hökm və hikmət sahibidir”.
Şeytandan Allaha sığınıram. Cənabı Allah, “And olsun” -deyir. “Yusuf və onun qardaşlarında soruşanlar üçün ibrətlər vardır“. Yəni, Allah “bunları hekayə olaraq izah etmirəm” -deyir. Cənabı Allah, “ibrət götürüb həyatınızda əməl etməyiniz üçün söyləyirəm” -deyir.
“Bir vaxt onun qardaşları dedilər: “Yusuf və qardaşı atamıza bizdən daha sevimlidir”. Münafiq dəstəsi nə deyir? “Şeyx Nazim müəllimimiz Adnan müəllimimizi niyə bu qədər çox sevir? Bizdən daha çox sevir, ona bizdən daha çox güvənir” -deyirlər. Bu onlara ağır gəlir. Dövrümüzə uyğun olan tətbiq üsullarından birdir. “Yusuf və qardaşı atamıza bizdən daha sevimlidir. Halbuki biz, bir-birini gücləndirən bir birliyik”. Xurafatçılara görə o elədir. “Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir“. Şeyx Nazim müəllimimizə də belə haşa çaşqınlıq, ağıl zəifliyi kimi iddialar edənlər olur. Halbuki əsl çaşqın özləridir.
“Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin“. Şeyx Nazim müəllimimizin sevgisini qısqandıqları üçün münafiqlər öldürmək dərəcəsində bir nifrət duyurlar. “Və bundan sonra siz əməlisalehlərdən olarsınız“. “Səmimi bir birlik olarsınız” -deyir.
“Sabah onu bizimlə göndər, bir qədər əylənib oynasın“. Xurafatçılar özülərini xoş niyyətli kimi göstərərlər. Bax “bir qədər əylənib oynasın“. Xurafatçılar özlərini belə şirin dilli kimi göstərməyə çalışarlar. Halbuki çox murdar tiplərdir. “Biz onu mütləq qoruyarıq!“ Halbuki xurafatçıya heç bir şəkildə etibar etmək olmaz. “O dedi: “Onu aparmağınız məni narahat edər. Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin“”. Bax “onu nəzarətsiz qoyduqda“, yenə də hüsnü zənn edir onlar. Halbuki mütləq xəbərləri olar, inşaAllah. “Canavar onu yesin“ onların ağlına o fikri salmış olur, o zəifliyini göstərmiş olur. Müsəlmanın zəifliyini göstərməməli olduğunu dəfələrlə söyləmişdim.