Əslində təkamül nəzəriyyəsi hələ yolun ən başında, yəni “həyat necə başladı” sualı qarşısında çökmüşdür. Fosillər və ya növlərin əmələ gəlməsi haqqında saysız-hesabsız fərziyyələr edən, səhifələrlə hekayələr izah edən təkamülçülər, “Həyat necə başladı” sualı qarşısında xəyali ssenarilər belə çıxarmayaraq, tamamilə səssizliyə bürünür.
Çünki tək bir zülal molekulunun belə öz-özünə, təsadüflər nəticəsində necə meydana gəldiyini açıqlamalarına imkan yoxdur; cansız molekullar necə canlı bir orqanizmə çevrilib sualına verəcəkləri cavab yoxdur.
Təkamülçü alimlərin ən güvəndikləri qaynaq olan Nature jurnalının onlayn səhifəsində, 13 fevral 2012-ci il tarixli, Brayn Svitek imzalı yazıda bu çarəsizlikləri belə ifadə edilir:
Həyatın necə başladığı təbiətin ən böyük sirlərindən biridir. Fosillər və bioloji məlumatlara baxaraq elm adamları ilk hüceyrənin yer üzündə dörd milyard il əvvəl ortaya çıxdığını təxmin edirlər. Ancaq ortaya çıxışlarını tam olaraq nəyin katalizə etdiyi məsələsi anlaşılmaz qalmışdır.
Həyatın mənşəyinə dair araşdırmalar aparan elm adamları, təxminən 50 il əvvəl ilk uğursuz təcrübəni həyata keçirən Stenli Millerdən daha çox məlumat əldə etmiş deyillər.
Fizika professoru və yazar Paul Davies bu mövzuya “Beşinci Mucize: Hayatın Kökeni ve Anlamı Araştırması” adlı kitabında belə yer verir:
Bu kitabı yazmağa başlayanda elmin həyatın mənşəyi sirrini həll etməyə yaxınlaşdığına inanmışdım… Lakin bu sahədə bir-iki il araşdırma apardıqdan sonra bu anda anlayışımızda müdhiş böyük bir boşluq olduğunu hesab edirəm… Anlayışımızdakı bu boşluq yalnız müəyyən texniki detallar haqqındakı təsirimiz deyil; mühüm konseptual boşluqdur. [i]
Colorado State Universitetindən hüceyrə bioloqu Franklin Harold da həyatın mənşəyi məsələsinin “elmin açılmamış sirrlərindən” biri olduğunu söyləyir. [ii]
Harvard Universitetinin bioloqu Harri Knoll isə, həyatın mənşəyinin təkamül nəzəriyyəsi ilə izah olunmadığını belə qəbul edir:
Əgər yer üzündəki həyatın dərin tarixi, mənşəyi, bu gün ətrafımızda gördüyümüz biologiyanı təşkil edən mərhələlər haqqında bildiklərimizi yekunlaşdırmağa çalışsaq, burada dəqiq bir görünüşümüz olmadığını etiraf etmək məcburiyyətindəyik güman edirəm. Həyatın bu planet üzərində necə başladığını bilmirik. Tam olaraq nə zaman və hansı şərtlər altında başladığını bilmirik. [iii]
Bu açıqlamalar, məsələni qəzetlərdən və ya TV proqramlarından izləyən insanları çaşdırır. Çünki insanların böyük bir qismi, hətta bunun içində elm adamları da var, təkamül nəzəriyyəsinin həyatın mənşəyinə dair bir açıqlaması olduğunu zənn edir. Hətta xəbər proqramlarında və ya qəzet yazılarında fikirlərinə yer verilən, təkamül nəzəriyyəsini ifrat şəkildə müdafiə edən bəzi “naşı təkamülçülər”, təkamül nəzəriyyəsinin ilk həyatın necə olduğunu açıqladığını iddia edir, hətta bunun nümunələrini laboratoriyada hər gün gördüklərini deyəcək qədər irəli gedirlər.
Məhz bu insanlar, heç bir elmi dəlilə əsaslanmadan, təkamül nəzəriyyəsini kor-koranə, ideoloji səbəblərlə müdafiə edən, elm və məntiqdən uzaq kimsələrdir. Lakin təkamül nəzəriyyəsinin, cansız atomların necə olub da canlanmasına, canlı orqanizmlərə necə çevrildiyinə dair ən kiçik bir açıqlaması yoxdur. Təkamülçülər də bunu çox gözəl bilir, ancaq böyük əksəriyyəti bu həqiqəti etiraf etmir. Xüsusilə Türkiyədəki təkamülçülər uğradıqları məğlubiyyətin şiddəti ilə, tamamilə həqiqətdən uzaq iddialarla nəzəriyyələrini müdafiə etmək cəhdinə girirlər.
Paul Davies, xalqın bu həqiqətdən niyə xəbərsiz olduğunu, elm adamlarının təkamül nəzəriyyəsinin həyatın mənşəyini izah etməkdən çox uzaq olduğunu niyə ifşa etmədiklərini belə açıqlayır:
Bağlı qapılar arxasında başlarının qarışdığını açıq-açıq qəbul etmələrinə baxmayaraq bir çox tədqiqatçı halqa həyatın mənşəyinin hələ də başa düşülmədiyini söyləməkdən narahatlıq duyur. Bu narahatlıqlarının iki səbəbdən qaynaqlandığı görünür. Əvvəla, bunun dini açıqlamalara… qapı açdığını hiss edirlər. İkincisi savadsızlıqlarını açıq-açıq qəbul edərlərsə, əllərindəki fondları itirəcəklərindən narahat olurlar.
Devisin də qeyd etdiyi kimi, cansız atomların şüursuzca, təsadüflər nəticəsində bir araya gələrək həyatın ən kiçik hissəcikləri olan zülalları belə meydana gətirmələrinin mümkünsüzlüyünün fərqində olan təkamülçülər, həyatı üstün bir Ağıl və Elm sahibi olan Allahın yaratdığı həqiqətini gizlətmək üçün apardıqları tədqiqatların uğursuzluqlarını insanlardan gizlədirlər.
Darvin də, “Türlerin Kökeni” adlı kitabında guya növlərin bir-birinə necə keçirdiyinə dair fərziyyələr uydurmuş olmasına baxmayaraq, ilk həyatın necə başladığına dair fərziyyə də qurmamış, həyatın mənşəyi ilə bağlı bir kitab və ya məqalə yazmamışdır.
Darvindən sonra da heç bir təkamülçü həyatın ilk olaraq necə başladığını, ilk hüceyrənin, hətta ilk zülalın belə təsadüflər nəticəsində öz-özünə necə yarandığına dair bir açıqlama verməmişdir.
Günümüzdə təkamül nəzəriyyəsinin ən aparıcı müdafiəçilərindən olan Riçard Doukins belə, ilk zülalın təsadüfən əmələ gəlməsinin əlbəttə ki, imkansız olduğunu etiraf edərək, həyatın kosmosda bir yerdə, ÜSTÜN BİR AĞIL tərəfindən yaradıldığını söyləyir.
Bir elm adamının, zülallar kimi qeyri-adi kompleksdəki bir yaradılış möcüzəsini yad “planetlilərin gətirdiyi” kimi ağıl almaz bir iddia ilə ortaya çıxması, əlbəttə ki, darvinist elm dünyası üçün ürək ağrısıdır. Amma çox daha məntiqsiz iddianın, təsadüflərin müdafiəsini etməkdənsə, canlı varlıqların fəzada üstün bir ağıl tərəfindən var edildiyi iddiasını müdafiə etmək, Doukinsin gözündə də darvinizmin qurtardığının göstəricisidir. Onsuz da əldəki möhtəşəm yaradılış dəlilləri qarşısında hələ də darvinizmi müdafiə etmək ağlı başında və dürüst bir insan üçün mümkün deyil.
“İlk canlı orqanizm çox sadə idi” iddiası necə çürüdü?
Yuxarıdakı sətirlərdə də qeyd etdiyimiz kimi, təkamülçülər, ilk həyat necə yarandı sualına elmi cavab vermirlər; İlk həyatın guya “primitiv”, “bəsit” quruluşlu bakteriyalar olduğunu deyərək, sanki cansız maddələrdən təsadüflər nəticəsində bir araya gəlib bu sözdə primitiv orqanizmləri yaratmalarının çox asan olduğu təəssüratını yaratmağa çalışırlar.
Nə var ki, biokimya, molekulyar biologiya, genetika kimi sahələrdə sürətli inkişaf, təkamülçülərin bu iddialarının da heç bir elmi ardıcıllıq və etibarlılığı olmadığını açıq şəkildə ortaya qoyur.
Məsələn, bəzi elm adamları, genom araşdırmaları çərçivəsində, həyat üçün lazım olan minimum gen zəruriliyini hesablayan işlər gördülər. Yəni, bir orqanizmin canlı xüsusiyyəti qazanması üçün ən azı neçə zülala və ya hansı kimyəvi proseslərə ehtiyacı olduğunu hesabladılar. Bu tədqiqatçıların böyük bir qismi özlərinə, ilk canlı orqanizmin əslində mürəkkəb olmasına ehtiyac duyulmadığını, təsadüfən yarana biləcək qədər “bəsit” xüsusiyyətlərə malik olduğunu göstərməyi ümid etdilər. Nə var ki, əldə etdikləri nəticələr bu ümidlərini də yox etdi. Həyat üçün lazım olan minimum xüsusiyyətlərin də son dərəcə mürəkkəb və təsadüfən əldə edilməz olduğunu bir daha gördülər.
Sözügedən elm adamları ilk növbədə ən az mürəkkəbliyə malik olduğu məlum olan prokaryot (tək hüceyrələri) canlılara yönəldilər. Biokimyaçılar, bir orqanizmin gen böyüklüyünü o növün kompleksinin ərazisi üçün istifadə edirlər. (Gen DNT-nin nuklein serialları (hərfləri) ilə yazılmış orqanizmin bütün irsi məlumatıdır). Bir orqanizmin genomunda olan məlumatlar, hüceyrədəki cihazların zülal etmək üçün istifadə etdikləri tapşırıqlardır.
Proteinlər, hüceyrənin həm quruluşunda, həm də bütün funksiyalarında yer alırlar. Bir orqanizmdə olan proteinlərin sayını və növünü müəyyən etmək, biokimyaçılara bu orqanizminin quruluşu, funksiyaları və mürəkkəbliyi haqqında mühüm məlumatlar verir.
Prokaryotlarda adətən bir gen, bir zülal istehsal edir. Bu səbəblə prokaryotların genomunda olan genlərin sayı və növü, bu orqanizmdə olan zülalların sayını və növünü bizə verir və bu səbəblə genom böyüklüyü, bir prokaryot hüceyrənin bioloji kompleksliyinin mühüm meyarıdır.
Yaşayış üçün lazım olan minimum komplekslik
Biokimyaçılar, yaşayışın minimum kompleksiliyini başa düşmək üçün təsbit edilən genom düzülüşlərinə baxdılar və bugünə qədər təsbit edilən ən az kompleksliyə sahib orqanizmin Pelagibacter ubique adlı bakteriya olduğu müəyyən oldu. Bu bakteriya 1354 gen növünə, yəni zülal, ribosomal və transfer RNT kimi funksional RNT-lərə sahibdir.
Bu halda aydın görünür ki, təkamülçülərin sözdə ən adi orqanizmlər dedikləri canlılar da olduqca mürəkkəbdirlər. Yəni təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, cansız maddələr öz aralarında bir şəkildə təşkil olub canlılığı yaratmış ola bilməzlər. Təkamül nəzəriyyəsi tək bir proteinin belə necə əmələ gəldiyini açıqlaya bilməzkən, təxminən 1350 proteinin əmələ gəlib, bir şəkildə bir araya gəlib ilk canlı orqanizmi təşkil etdiyini izah etmək məcburiyyətindədir. Bunun imkansızdan da kənar olduğu son dərəcə açıqdır.
Artıq məlumdur ki, yer üzündə meydana gələn ilk həyat kimyəvi cəhətdən olduqca mürəkkəb idi. Tədqiqatçılar həyatın ən minimum formasında belə, hüceyrə içərisində mütəşəkkil olmuş qəribə sayda protein olduğunu kəşf etmiş oldular.
Təkamül nəzəriyyəsi tək bircə proteinin də necə əmələ gəldiyini açıqlaya bilməzkən, “primitiv” olduğunu iddia etdiyi ilk tək hüceyrəli canlıda olan yüzlərlə proteinin necə var olduğunu və bir araya gələrək qüsursuz sistemi necə təsadüflər nəticəsində əmələ gətirdiyini qətiyyən açıqlaya bilməz. O ki qaldı, həyat tarixi araşdırılarkən ən kiçik genə malik olan Pelagibacter ubiquein Yaradılmış ilk canlı olmadığını həyata ilk başlayanların bakteriyalar aləminin ən mürəkkəb üzvü kimi səciyyələndirilən siyanobakteriyalar olduğu görülür. Çünki həyat qaynağımız oksigen və bitkilərdə azotun tədarükçüsü olan bu bakteriyalar, həyat dövrəsinin ilk pilləsini təşkil edirlər.
Təkamül nəzəriyyəsinin içində olduğu bu son dərəcə açıq müəmmanı daha da yaxşı anlamaq üçün, tək bir protein molekulunun əmələ gəlməsi üçün hüceyrə daxilində baş verən hadisələr zəncirini xatırlatmaqda fayda vardır. Proteinləri proteinlərə istehsal etdirən bu möhtəşəm sistemin, sonsuz bir elm və ağıl sahibi olan Uca Allah tərəfindən yaradıldığı son dərəcə açıqdır.
[i] Paul Davies, Beşinci Mucize: Hayatın Kökeni ve Anlamı Araştırması (New York: Simon & Schuster, 1999), səhifə, 17-18.
[ii] Franklin Harold, The Way of the Cell: Molecules, Organisms, and the Order of Life (New York: Oxford University Press, 2001), 235.
[iii] Andy Knoll, PBS Nova Interview, May 3, 2004
http://www.pbs.org/wgbh/nova/evolution/how-did-life-begin.html