Header

Rəhman surəsi, 68-78-ci ayələrin təfsiri

Aa4a

Rəhman surəsi, 68-78-ci ayələrin təfsiri

Adnan Oktar: Şeytandan Allaha sığınıram: Rəhman surəsi, 68:“İkisində də” cənnətdə, Allah “cürbəcür meyvələr, bənzərsiz xurma ağacları və bənzərsiz nar vardır” -deyir. Bənzərsiz xurma və bənzərsiz nar. Məsələn, nar turş olur amma cənnətdə elə deyil. Cənnət xurması tam fərqlidir, buradakı xurma kimi deyil. Allah soruşur 69: “Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?” 70: “Orada xoş xasiyyətli, gözəl qızlar vardır”. Xasiyyəti gözəl olmadıqda, üzlərinin gözəl olmasının bir mənası olmayacağı üçün, Allah “xasiyyəti də gözəldir, üzü də gözəldir” -deyir. Dünyadakı qadınların bir qisminin xasiyyəti pisdir. Onun görə də təsir edici tərəfi olmaz. Gözəl də olsa yanında olmasından narahat olarsan.

Amma xasiyyəti də gözəl, özü də gözəl olsa, çox təsir edici olar. 71: “Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?” 72: “Çadırlarda qorunmuş hurilər vardır”. Böyük çadırlar içərisində qorunmuş, onlarla cinsi əlaqəyə girilməmiş, bakirəliyini qoruyan, namuslu, qeyri-qanuni heç bir şəkildə bir əlaqəsi olmamış, nur kimi tərtəmiz qadınlar var. Yalnız ərlərinə məxsusdur. 73: “Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?” Baxın, 74: “Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamışdır.” Cənabı Allah “cinsi əlaqəyə girməyiblər” -deyir. “İffətlidirlər” -deyir, heç bir şəkildə cinsi əlaqəyə girməyiblər yalnız ərləri ilə cinsi əlaqəyə girə biləcəyi kimi, halalıyla əlaqəyə girə biləcəyi kimidir. 75: “Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?” 76:

“Onlar yaşıl balışlara və heyrətamiz döşəklərə dirsəklənəcəklər”. O yastıqlar, oradakı yataqlar fövqəladə gözəldir. Həm də yoldaşları ilə birlikdə amma çox gözəl yataqlarda, çox gözəl yastıqlarda “heyrətamiz gözəllikdəki döşəkcələrə söykənərlər”. İnsan halalıyla nə edər? Onu sevər, sarılar, sevişər çünki halalıdır. Buradakı verilən təfərrüat, cənnətdə cinsəlliyin olacağına dair çox əhatəli şərhdir. 77: “Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?” Cənabı Allah 78: “Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir” -deyir. “Yaşıl balışlara və heyrətamiz döşəklərə dirsəklənəcəklər”.

Döşək nə deməkdir? Yataq geniş, böyük və çox baxımlı gözəl yataqlar, Cənabı Allah “heç kimlə əlaqəyə girməmiş zövcələrinizlə birlikdə olacaqsınız” -deyir. Yalnız sizə aid və gözlərini ehtirasla sizə dikmiş, yalnız sizə ehtirasla baxan və sizə aid olan yumurta kimi deyir hamar və düz. Yumurtaya bənzədir Allah başqa ayədə də inciyə, inci kimi tərtəmiz, çox baxımlı və gözəl və üstlərində bu dünyadakı acizliyə aid heç bir şey yoxdur. Məsələn, bədənin içərisində qan yoxdur. Bədən ifrazatları yoxdur. Acizliyinə aid heç bir şey yoxdur. Son dərəcə gözəl və son dərəcə xoş və ölümsüz. Ölmür, yəni sonsuza qədər yaşayan gözəllikdədirlər.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313