Nature jurnalının 29 oktyabr sayında, “Test borucuğunda yaradılan bir fermentlə həyatın ortaya çıxışı izah oluna bilər” başlıqlı məqalə dərc edilib. Buna görə elm adamları “ribozam” adını verdikləri bir molekulu test borucuğunda yaratmışdılar və bu inkişafın təkamülə dəlil olduğunu iddia edirdilər. Əvvəla, darvinistlərin bu iddiası yeni deyil və “təcrübə borucuğunda təkamül” iddialarına daha əvvəl verilmiş cavabımız vardır. (Nümunə: http://www.harunyahya.org/tr/works/3773/Darwinistlerin-Bilmek-Istemedikleri-Gercekler/chapter/4247/Cumhuriyet-Bilim-Teknik-genlerle-ilgili-deneyleri-saptiriyor)
Məqalədə iddia edilənin əksinə, bu təcrübədə sıfırdan və təsadüfən əmələ gələn bir molekuldan söz gedə bilməz, təcrübə balonunun daxilində istifadə edilən onsuz da var olan bir RNT-dir və bunun üzərində dəyişiklik edilib. Belə ki, məqalənin içində rast gəldiyimiz bir çox ziddiyyət və daim təkrarlanan “necə olur da ilk RNT yarandı və ferment necə olub ki, belə çalışır?” kimi suallar da sınağın nəticəsinin təkamülə dəlil gətirmədiyini bizə göstərməsi baxımından əhəmiyyətlidir.
Yenə də vurğulamaq lazım gələrsə çalışmada “onsuz da var olan bir RNT”-dən bir parça götürülür və bu parça da orijinal RNT dolamanı istinad edərək replikasiya edir.
Məqalə tamamilə xəyali fərziyyələrə əsaslanan elmi dəlillərdən məhrum demaqoqluqlarla bəzədilmiş vəziyyətdədir. Təkamülçülər həyatın başlanğıcını yaratdıqlarını iddia etdikləri ilk molekulun təbii şərtlərin təsiri ilə, guya təsadüfən əmələ gəldiyini fərz edirlər. Beləliklə, təkamülə dəlil təşkil etməsi üçün laboratoriyadakı bu “təcrübə borucuğunda təkamül” çalışmasında molekul da belə əmələ gəlməlidir. Lakin təkamülçülərin məhsulu olan “ribozam” təsadüfən əmələ gəlməmiş bütün şərtlərin nəzarət altında saxlanıldığı laboratoriya şəraitində, üstəlik də var olan RNT istifadə edilərək mayalanma aparılmışdır. Sıfırdan bir molekul əmələ gəlmir, yəni yoxdan var olmadan söz gedə bilməz.
Bununla bərabər, darvinistlər iddia etdikləri kimi təsadüfən əmələ gəlmə molekulyar mənada söz mövzusu belə deyil. RNT və ya zülal yaranması üçün mütləq başqa zülallara ehtiyac var. Bu elmi həqiqət təkamül nəzəriyyəsinə ən öldürücü zərbə vurur.
DNT məlum olduğu kimi, zülalların kodunu daşıyan və canlıların bədənlərini və hüceyrələrini əmələ gətirən zülal və RNT molekullarının şifrələrini gen olaraq ehtiva edir. RNT ribonükleik turşu mənasına gəlir. Genetik məlumat DNT molekulundan RNT molekulları olaraq köçürülür və bu surətdən zülal molekulları sintez olur.
RNT DNT-nin surətidir. Hər hansı gendən zülal kodlaşdırmaq lazım olduğu zaman genin mesajcı RNT surətləri istehsal olunur. Gərək RNT istərsə də zülallar və ya DNT-nin özü təkcə zülallar tərəfindən enerji istifadə edərək təbiətdən fərqli olaraq son dərəcə nəzarətli və xüsusi mühit olan canlı hüceyrəsi içərisində sintezlənə bilər. Bu elmi həqiqət təkamülün bütün iddialarını ən başdan bitirir və yaradılışı sübut edir.
Əslində darvinistlər də zülalların heç bir şəkildə təsadüfən olmayacağını, zülalları yalnız başqa zülalların üstəlik də DNT-nin varlığında sintezləşdirə bilməyəcəyini çox yaxşı bilirlər. Elə buna görə də o özünü klonlaşdıra bilən yəni ferment xüsusiyyəti olan ribozam adlı RNT molekullarının təsadüfən ortaya çıxdığı şəklindəki xəyali ssenarilərinə hərdən girirlər.
Halbuki, təbiətdə heç vaxt özünü klonlaşdıra bilən RNT molekulları müşahidə olunmamışdır [1]. Daha da əhəmiyyətlisi RNT molekullarının başqa zülallar, yəni fermentlər olmadan təsadüfən əmələ gəlmələri mümkünsüzdür [2].
Belə ki, sözügedən prosesdə bu məsələyə heç girilməməklə laboratoriya şəraitində onsuz da hazır olan RNT molekulları istifadə edilir. Çünki RNT-ni təşkil edən ribonükleik turşular canlı hüceyrələrində yalnız fermentlər tərəfindən sintezlənə bilir.
Beləliklə, görülən iş əslində, əvvəlcə hazır RNT molekullarının istifadə edilməsi və daha sonra da tamamilə laboratoriya şəraitində aparılması səbəbi ilə yaradılışa dəlil olaraq istifadə edilə bilər. Heç bir şeyin təsadüfə buraxılmadığı bir şəraitdə həyata keçirilən bu təcrübə bizə təkamülü deyil, həyatın təsadüfən ortaya çıxmayacağını sübut edir.
Belə təcrübə əlbəttə, təkamülü eksperimental olaraq rədd etməkdə əksinə, Allahın sonsuz qüdrət və elmi ilə canlılığı yaratdığını sübut edir.
Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər. (Qaf surəsi, 15)
[1] Alberts Molecular Biology of The Cell 5 th edition p 402, 2008 Garland Science
[2] Alberts Molecular Biology of The Cell p 407, 5th edition 2008 Garland Science