Ernst Hekkel 1868-ci ildə yazdığı Natürliche Schöpfungsgeschichte (Təbii Yaradılış Tarixi) adlı kitabında insan, meymun və it embrionlarını istifadə edərək bəzi müqayisələr etdiyini qarşıya qoydu. Çəkdiyi şəkillər, bir-birləri ilə demək olar ki, tamamilə eyni canlı embrionlarından meydana gəlirdi. Hekkel, bu şəkildən yola çıxaraq bəhsi keçən canlıların ortaq mənşədən gəldiklərini müdafiə etmişdi.
Amma əslində vəziyyət fərqli idi. Hekkel, tək bir embrion şəkili çəkmiş, sonra da bunu qəsdli olaraq kiçik fərqliliklərə uğradaraq insan, meymun, it embrionu deyə yan-yana gətirmişdi. Yəni açıqca saxtakarlıq etmişdi.
Məhz Darvinin “İnsanın Mənşəyi” kitabına qaynaq olaraq göstərdiyi saxta “elmi iş”(!) bu idi. Əslində Darvin bu kitabı yazmazdan əvvəl, Hekkelin şəkillərinin təhrif etmədən ibarət olduğunu fərq edən kəslər olmuşdu. Hətta Hekkelin özü də saxtakarlığının ortaya çıxmasının ardından etdiyi bu böyük elmi yalanın etirafını edirdi:
Bu etdiyim saxtakarlıq etirafından sonra özümü ayıblanmış və qınanmış olaraq görməliyəm. Lakin mənim təsəllim budur ki; günahkar vəziyyətdə yan-yana olduğumuz yüzlərlə yoldaş, bir çox etibarlı müşahidəçi və məşhur bioloq vardır ki, onların çıxardıqları ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında mənim dərəcəmdə edilmiş saxtakarlıqlar, qəti olmayan məlumatlar, az çox təhrif edilmiş, sxematizə edilib yenidən təşkil edilmiş şəkillər var.
Amma darvinistlərə görə, darvinizm mövhümatının ayaqda qala bilməsi üçün, əldəki tək-tük saxta dəlillərdən birinin o və ya bu şəkildə insanlara “təkamülün dəlili” olaraq eşitdirilməli idi. Onlara görə edilən saxtakarlıq və ya onun digər darvinistlər tərəfindən fərq edilmiş olması əhəmiyyətli deyildi; darvinistlərə görə əhəmiyyətli olan saxta da olsa insanlara təkamül dəlili təqdim edilməsi idi.
Məhz bu səbəblə saxtakarlığın başa düşülməsinə baxmayaraq, Darvin və onu dəstəkləyən bioloqlar Hekkelin şəkillərini istinad olaraq qəbul etməyə davam etdilər. Bu da Hekkelə cəsarət verdi. Hekkel, sonrakı illərdə bir sıra müqayisə edilməli embrion şəkili daha çəkdi. Balıq, suda-quruda yaşayan quyruqlular, tısbağa, toyuq, dovşan və insan embrionlarını yan-yana göstərən sxemlər hazırladı. Bu sxemlərdə diqqəti çəkən istiqamət, bu fərqli canlıların embrionlarının ilk başda bir-birlərinə çox bənzəmələri, inkişaf müddəti əsnasında yavaş-yavaş fərqliləşmələri idi. Xüsusilə, insan embrionunun balıq embrionuna olan bənzərliyi çox diqqət çəkici idi.
Belə ki, insan embrionu şəkillərində, eynilə balıqdakı kimi xəyali “qəlsəmələr” belə görülürdü. Hekkel bu şəkillərin verdiyi saxta elm görünüşü ilə “təkrarlama nəzəriyyəsini” elan etdi: “Ontogenez, Filogenetikanı Təkrar Edər”. Bu şüarın mənası bu idi: Hekkelə görə, hər canlı, yumurtasında və ya anasının rəhmində keçirdiyi inkişaf əsnasında, öz növünün guya “təkamüllü tarixini” başdan yaşayırdı. Bu saxta nəzəriyyəyə görə insan embrionu ana qarnında ilk başda balığa bənzəyir, sonrakı həftələrdə suda-quruda yaşayan quyruqlu, sürünən, məməli kimi mərhələlərdən keçdikdən sonra, insana “təkamülləşir” idi.
Halbuki, bu böyük saxtakarlıq idi.
1990-cı illərdə, İngilis embrioloq Maykl Riçardson onurğalı embrionları mikroskop altında araşdırdı və bunların Hekkelin şəkillərinə heç bir şəkildə bənzəmədiyini təsbit etdi. Riçardson və qrupu etdikləri işin ardından avqust 1997-ci ildə “Anatomy and Embryology” jurnalında embrionların gerçək fotoşəkillərini nəşr etdi. Görünüşə görə Hekkel şəkillərdə müxtəlif qəlib naxışlar istifadə etmiş və embrionların bir-birlərinə bənzəməsi üçün bunların üzərində müxtəlif təhriflər etmişdi.
Embrionlara xəyali orqanlar əlavə etmiş, bəzilərindən orqanları çıxarmış, böyüklükləri çox fərqli olan embrionları eyni boyda kimi göstərmişdi. Hekkelin insan embrionunda “qəlsəmə” deyə göstərdiyi yarıqların isə qəlsəmələrlə heç bir əlaqəsi yox idi: Bunlar, gerçəkdə insanın orta qulaq kanalının, paratiroidlerinin və timus vəzilərinin başlanğıcları idi. Embrionlar gerçəkdə bir-birlərinə heç bənzəmirdilər. Hekkel çəkdiyi şəkillərdə ola biləcək hər cür təhrifi etmişdi.
Uzun zaman boyunca saxta təkamül dəlili olaraq gündəmdə tutulmağa çalışılan Hekkelin şəkilləri 5 sentyabr 1997-ci ildə “Science” jurnalında “Hekkelin Embrionları: Saxtakarlıq Yenidən Kəşf edildi” başlığıyla nəşr olunduğunda, ortada saxtakarlıq olduğu artıq bütün elm dünyasında qəbul görmüşdü. Bəhsi keçən yazıda bu məlumatlar yer alırdı:
Riçardson və qrupunun bildirdiyinə görə, Hekkel yalnız orqanlar əlavə etmək ya da çıxarmaqla qalmamış, eyni zamanda fərqli növləri bir-birlərinə bənzər göstərə bilmək üçün böyüklükləri ilə oynamış, bəzən embrionları gerçək ölçülərindən on qat fərqli göstərmiş. Üstəlik, Hekkel fərqlilikləri gizləyə bilmək üçün, növləri adlandırmaqdan çəkinmiş və tək bir növü sanki bütün heyvan qrupunun nümayəndəsi kimi göstərmiş. Riçardson və qrupunun ifadə etdiyinə görə, gerçəkdə bir-birlərinə çox bənzər olan balıq növlərinin embrionlarında belə, görünüşləri və inkişaf müddətləri baxımından çox böyük fərqliliklər var. Riçardson “(Hekkelin şəkilləri) biologiyadakı ən böyük saxtakarlıqlardan biri kimi görünür” deyir.
Mart 2000-ci ildə Harvard Universitetindən təkamülçü paleontoloq Stefen Cey Quld isə, bəhsi keçən saxtakarlığın çoxdan fərqində olduğunu söyləyirdi. Amma dəccaliyyətin gərəyi olaraq səssiz qalmağı seçim etmişdi. 96 Şəkillərin saxtakarlıq olduğunun ictimaiyyət tərəfindən öyrənilməsinin ardından da Quld, bu şəkillərin hələ də istifadə edilməsinin akademik mənada cinayət olduğunu ifadə edir və bunları söyləyirdi:
Məncə, müasir dərs kitablarının əksəriyyətində olmasa da böyük bir hissəsində, bu şəkillərin hələ yer almasına icazə verən ağılsız geri çevrilmə çağına görə həm təəccüb duymalı, həm də utanmalıyıq.
Hekkelin saxtakarlığı o qədər açıq idi və o qədər böyük idi ki, Hekkel, beş ayrı professor tərəfindən mövzu ilə əlaqədar olaraq saxtakarlıq etməklə günahlandırıldı və Jenadakı universitet məhkəməsi tərəfindən günahkar elan edildi.
İngiltərə Təbiət Tarixi muzeyindən Ser Qevin de Bir isə bu böyük elmi utancı bu sözlərlə dilə gətirirdi:
Asan, nizamlı və inandırıcı, tənqidi bir araşdırma edilmədən geniş kütlələr tərəfindən qəbul edilmiş olan Hekkelin “təkrarlama nəzəriyyəsi” kimi çox nadir iddia, elmə bu qədər böyük zərər vermişdir.
Hekkelin bu saxta şəkilləri, əslində darvinistlər adına məqsədinə çatmışdır. Bu şəkillərin elm saxtakarlığı olduğu açıqlanmasına baxmayaraq, bir çox seqment bu saxta şəkilləri gerçək zənn edərək mənfi istiqamətdə təsirlənmiş, elmi etibarsızlığına baxmayaraq məktəblərdə davam edən təhsil insanın canlılara istiqamətli ümumi dünyagörüşünü mənfi istiqamətdə dəyişdirmişdir. “Creation Research Society” (Yaradılış Tədqiqat Qurumu) və “Institute of Creation Research” (Yaradılış Tədqiqat İnstitutu) vəqflərinin qurucusu Henri M. Moris bu vəziyyəti bu şəkildə qiymətləndirmişdir:
Darvindən – və xüsusilə də Freuddan – etibarən, psixoloqlar insanın yalnız təkamülləşmiş heyvan olduğunu fərz etmiş və davranış problemlərini heyvani bir əsasda qiymətləndirmişlər. İnsan problemləri ilə maraqlanarkən meymunlarla və digər heyvanlarla (hətta böcəklərlə) aparılan təcrübələr rəhbər olaraq istifadə edilmişdir.
Çox əvvəllər elmi olaraq etibarsızlığı isbat edilmiş olmasına baxmayaraq, təkrarlama nəzəriyyəsinin acı meyvələri cəmiyyətin bir çox sahəsində inkişafa başladı…
Elmi mənada utanc olaraq xarakterizə edilən, bəzi təkamülçülər tərəfindən belə dəlil olaraq təqdim edilməsi təəccüblə qarşılanan Hekkelin saxta şəkilləri, heyrət verici şəkildə hələ də müxtəlif dərs kitablarında yerini qoruyur. Bu təəccüblü vəziyyət, darvinizm yalanının hansı ölçülərə çatdığını göstərir. Kaliforniya Universitetindən molekulyar bioloq Conatan Uels bu vəziyyəti bu şəkildə açıqlayır:
Bir çox dərs kitabı Hekkelin şəkillərinin çox az fərqli yeni versiyalarını istifadə edir. Bunun bir nümunəsi, Piter Reyvn və Corc Consonun “Biology” adlı kitabının 1999 nəşridir…
Digər bir nümunə, Sisi Star və Ralf Taqartın 1998-ci ildəki nəşri, “The Unity and Diversity of Life” (Həyatın Birliyi və müxtəlifliyi) adlı kitabıdır. … Ceyms Quld və Uilyam Kidnin “Biological Science” (Biologiya Elmi) adlı kitabının son nəşri isə bu ifadəyə yer verir: “Darvini təkamül fikrinə aparan embrioloji gerçək, çox onurğalının erkən dövr embrionlarının bir-birlərinə yaxından bənzəməsidir.” Bördn Qadmenin 1999-cu ildəki nəşri “Biology” dərs kitabı isə Hekkelin embrion şəkillərinin yenidən çəkilmiş yeni versiyasını bu başlıqla verir: “Bir heyvanın embrioloji inkişafı onun atalarının strukturlarına bağlı işarələr daşıyar.”
Hekkelin saxta şəkillərinin hələ də biologiya dərs kitablarında, sanki təkamülə dəlilmiş kimi istifadə edilməsi şübhəsiz ki, bəsit xəta deyil. Saxta olmalarına baxmayaraq bu şəkillərə, dərs kitablarında qəsdli olaraq yer verilir. Bunun şübhəsiz ən əhəmiyyətli səbəbi, bəhsi keçən saxta şəkillərin darvinizmin təməl nöqtəsinə, yəni insanın məsuliyyətsiz heyvan olduğu yalanına əhəmiyyətli saxta dəlil meydana gətirməsidir. Conatan Uels, darvinist elm adamlarının qəsdən müdafiə etməyi davam etdirdikləri bu yalan ilə əlaqədar bu şərhi etmişdir:
Hekkelin embrionları, Darvin teoremi üçün elə güclü “dəlil” təqdim edirdi ki, o embrionların bir versiyası demək olar ki, təkamüllə əlaqədar hər dərs kitabında tapıla bilər. Buna baxmayaraq bioloqlar, Hekkelin şəkillərini uydurduğunu bir əsrdən çox müddətdir bilirlər; onurğalıların embrionları onun göstərdiyi kimi bənzər görünməzlər əsla. Üstəlik, Hekkelin “ilk” deyə adlandırdığı mərhələ, əslində inkişafın ortasıdır; onun şişirtdiyi bənzərliklərdən daha əvvəlki inkişaf mərhələlərində təəccüblü fərqliliklər görülər. Bunu biologiya dərs kitablarını oxuyaraq öyrənə bilməzsiniz: Darvinin “ən güclü birinci sinif dəlili”, dəlilin bir teoremə uyğun gəlməsi üçün necə təhrif edilə biləcəyinin klassik nümunəsidir.
Dəccalın planladığı yalanın yanlış bir nəzəriyyəyə saxta dəlil olaraq təqdim edilməsi və təsirli olması darvinistlərə özlərinə görə qısa müddətli sevinc gətirsə də, əslində bu darvinistlər adına hüsranın xəbərçisidir. Hekkelin şəkilləriylə insanlar, hörmətli elm adamının darvinizm uğruna necə böyük saxtakarlıqlar edə biləcəyini görmüşlər. Bu nümunəylə darvinizmin davamlı olaraq “yalana” ehtiyac duyduğu bir daha sübut edilmişdir.
Təkamülçü elm adamlarının saxtakarlığa necə göz yuma bildikləri açıq şəkildə görülmüşdür. Hekkelin saxtakarlığı, yaradılış qarşısında təkamül nəzəriyyəsinin, dəccaliyyət sisteminin yox olmuş olduğunun başqa əhəmiyyətli dəlilidir. 20-ci əsrdə, bu saxtakarlığın kəşfi səssizliklə qarşılanmış ola bilər. Amma 21-ci əsr bu və bunun kimi saxtakarlıqların açıqca ortaya qoyulduğu və gerçək elmi dəlillərin sərgiləndiyi əsrdir. Saxtakarlıqlar ortaya çıxarıldıqca və gerçək elmi dəlillər gəldikcə, darvinizmin çöküşü də şübhəsiz, daha diqqətəçarpan hala gəlir.