Darvinistlər Australopithecuslar üçün istifadə etdikləri eyni üsuldan, insan soyu olan Neandertallar üçün də istifadə etmişlər.
Neandertal Adamı 1856-cı ildə Almaniyanın Düsseldorf kəndi yaxınlarındakı Neander vadisində olan fosillərlə elm ədəbiyyatına girdi. Kəllə və bədənindəki sümüklərdə olan qıvrımlar, fosillərin təkamülçülər tərəfindən guya primitiv insan növü olaraq qiymətləndirilməsinə gətirib çıxardı.
1908-ci ildə bu dəfə Fransanın La Chapelle-aux-Saints bölgəsində Neandertal adamına aid olduğu ifadə edilən, demək olar ki, qüsursuz skelet tapıldı. Sümüklər dövrün məşhur paleontoloq və geoloqu Marsellen Bul tərəfindən birləşdirildi.
Bu birləşdirmə nəticəsində ortaya çıxan Neandertal adamı əyilmiş duruşa, önə çıxıq başa sahib idi. Həm də ayaqları da oynaq yerlərində kilidli qalır, tam düz dura bilmirdi.
Bu görünüş sayəsində, Neandertal adamı insanların zehinlərində primitiv canlı olaraq yerləşdi. Neandertallar, saxta şəkillərdə də primitiv meymun adamlar olaraq göstərildilər.
Neandertal haqqındakı bu səhv fikir 100 ilə qədər sürdü. Lakin 1950-ci illərdə La Chapelle skeleti üzərində aparılan analizlər, skeletin sahibi olan Neandertal adamında bir növ oynaq infeksiyası tapıldığını bildirdi. Gerçəkdə sağlam fərdlər normal insan kimi dik gəzə bilirdi.
1985-ci ildə, eyni skelet, bu dəfə Erik Trinkaus adlı antropoloq tərəfindən araşdırıldı. Bu araşdırma Neandertalların dik gəzə bildiyini təsdiqləməklə yanaşı, o zamana qədər gizli qalmış gerçəyi də ortaya çıxarırdı: Marsellen Bul, Neandertalı qəsdli olaraq əyilmiş göstərmişdi. 74 1950-ci illərdə müəyyən olunan oynaq narahatlığı bu canlının dik gəzməsinə əngəl deyildi. Aydın olan, darvinist olan Bul, Neandertalın gerçək insan kimi dik gəzdiyini qəbul etmək istəməmişdi.
- Trinkaus və W. W. Houels “Scientific American” jurnalına etdikləri şərhdə bu mövzuda bu şərhi etmişdilər:
Bu gün bir çox elm adamı Neandertal insanının tamamilə dik olaraq ayaqda dayandığı və xəstəlik olmadığı vəziyyətlərdə, xüsusiyyətlərinin günümüz insanından heç bir fərqi olmadığı haqqında fikir birliyi içindədirlər.
Digər yandan Neandertalların kəllə həcminin böyüklüyü də təkamülçüləri bu mövzuda ziddiyyətli vəziyyətə saldı. Bunun səbəbi isə, Neandertalların kəllə həcminin 1700 kubsantimetr ətrafında olması idi. Bu rəqəm günümüz insanınkından 200 kubsantimetr daha böyükdür. Homo Sapiyensdən böyük kəlləyə sahib olan Neandertalların təkamüllü istiqamətdən guya “primitiv” növ olması, nəzəriyyə adına böyük təzaddır.
Neandertal mütəxəssisi Erik Trinkaus bu növ ilə əlaqədar gerçəyi bu sözlərlə etiraf etmişdir:
Neandertalların anatomiyasında ya da hərəkət, alət istifadəsi, zəka səviyyəsi və danışma qabiliyyəti kimi xüsusiyyətlərində müasir insandan aşağı sayıla biləcək heç bir şey yoxdur.
Şübhəsiz Neandertallar, insan irqi olduqları üçün, günümüz irqləri ilə eyni xüsusiyyətlərə sahib idilər. Neandertal insanı qabiliyyətli alət ustası və müvəffəqiyyətli ovçu idi. Hətta musiqi və sənətlə məşğul olurdu. Eynilə günümüzdəki cəmiyyətlər kimi mədəni və ictimai quruluşa sahib idi, dini inancları vardı. Bu səbəbdən Neandertalların meydana gətirdiyi mədəniyyət, günümüz mədəniyyətlərindən çox da fərqli deyildi.
Neandertallarla əlaqədar darvinistləri çıxıkmaz vəziyyətdə qoyan başqa mövzu isə zamanlama problemidir. Tapılan fosillər, Neandertallarla günümüz insanının eyni zamanda yaşadığını, hətta müxtəlif vəziyyətlərdə daha sonra belə yaşadığını göstərir. Kaliforniya Universitetindən təkamülçü bioloq Fransisko J. Ayala, bu vəziyyəti bu şəkildə etiraf edir:
Neandertalların anatomik olaraq müasir insanların atası olduğu düşünülürdü, amma indi müasir insanların heç olmasa 100.000 il əvvəl ortaya çıxdığını bilirik, Neandertal fosillərinin ortadan itməsindən xeyli əvvəl. Yaxın Şərqdəki mağaralarda anatomik olaraq müasir olan insanların fosillərinin həm Neandertalları izləməsi, həm də onlardan əvvəl gəlməsi təəccüblüdür. Bu mağaralardakı bəzi müasir insanlar 120.000-100.000 il əvvələ aiddirlər, Neandertallar isə 60.000-70.000 illikdirlər; müasir insanlardan 40.000 il sonra gəlirlər. İki formanın başqa bölgələrdən köç edərək təkrarən bir-birlərinin yerinəmi keçdikləri yoxsa bir yerdəmi olduqları və ya mələz etmənin olduğu aydın deyil.
Bu səbəbdən insanın saxta meymunabənzər atası olaraq göstərilməyə çalışılan Neandertallar, soyu tükənmiş insan irqidir. İndiki vaxtda insanların öz irqlərinə xas fərqli xüsusiyyətlər göstərməsi kimi, bu növ də yalnız fərqli irq xüsusiyyətlərinə malikdir. Bu xüsusiyyətlərin təkamülə dəlil olaraq istifadə edilməsi böyük saxtakarlıqdır. Necə ki, Neandertal adamı fosili 1978-ci ildə ədəbiyyatdan çıxarılmışdır. Ancaq Neandertallar hələ də, təkamülün ən böyük dəliliymiş kimi darvinist qaynaqlarda yer almağa davam edir.
İndiki vaxtda Neandertal adamı ilə əlaqədar fərziyyələrin hələ bəzi təkamülçü yayınlarda davam etdirilməsindəki məqsəd, Neandertallarla əlaqədar gerçəkləri bilməyən, bu saxta aralıq formanın elmi mənada ləğv edilmiş olduğunun fərqində olmayan kəslərə təsir edə bilmək, onları aldada bilməkdir. Məhz bu səbəblə Australopithecuslar və Neandertallarla əlaqədar gerçəklərin hər fürsətdə gündəmə gətirilməsi və darvinist yalana son verilməsi böyük əhəmiyyət daşıyır.