İçeriğe geç

“Coelacanth dənizdən quruya keçid nümunəsidir” iddiası saxtakarlıqdır

Canlı dinozavr ile ilgili görsel sonucu

Əslində canlı dinozavr tapılmış olsaydı, bu daha az təəccüblü olardı. Çünki fosillər Coelacanthın, dinozavrların səhnəyə çıxmasından 150-200 milyon il əvvəl var olduqlarını göstərir. Bir çox elm insanının quru onurğalılarının atası olaraq göstərdiyi, ən az 70 milyon il əvvəl yox olduğu sanılan balıq, canlı tapılmışdı!

“Focus” jurnalının aprel 2003 sayında yer alan bu ifadələr, illərlə bir aralıq forma olaraq tanıdılmış olan Coelacanthın (Latimera chalumnae) canlı nümunəsinin günümüzün dənizlərində olması qarşısındakı qarışıqlığı, darvinist ağızdan ifadə edir. Darvinistlər, 1938-ci ildən əvvəl Coelacanth fosili üzərində saysız iddia irəli sürmüşlər, canlının üzgəclərini “getmək üzrə olan ayaqlar”, fosilləşmiş yağ kisəsini də “primitiv ağciyər” olaraq şərh etmişdilər. Fosil üzərində etdikləri müxtəlif fərziyyələrlə itkin halqanı tapdıqlarını qarşıya qoyurdular.

Belə bir anda canlı nümunəsi ələ keçən Coelacanth, darvinistlər üçün böyük xəyal qırıqlığı yaratdı. Bu və -ən sonuncusu 2007 may ayı olmaq üzrə sonrasında- günümüzün dənizlərində ələ keçən 200-dən çox canlı Coelacanth, fosillər üzərində edilən darvinist fərziyyələri tamamilə ortadan qaldırdı. Aydın oldu ki, Coelacanth, təxminən 150 sm boyunda, olduqca inkişaf etmiş quruluşa sahib son dərəcə kompleks dib balığı idi. Həm də canlı, 450 milyon illik tarixində heç bir dəyişmə izi göstərməmişdi. Başqa sözlə, bu gün mövcud olan komplekslik 450 milyon il əvvəl də eynilə vardı.

Bütün bunların elmi olaraq başa düşülməsinin ardından Coelacanth, yaşayan fosil nümunələri arasında yerini aldı və aralıq forma olduğuna dair bütün iddialar geri çəkildi. Darvinistlər, üzərində fərziyyə etməkdə olduqları fosili artıq əllərindən itirmişdilər. Əgər bu canlı günümüzün dənizlərində tapılmamış olsaydı, eynilə Archaeopteryxdə olduğu kimi bu fosil üzərindəki darvinist fərziyyələr sona çatmayacaqdı. Canlı, sudan quruya keçidin ən böyük nümayəndəsi kimi tanıdılmağa davam edəcək və müzakirəsiz ən yaxşı aralıq formaymış kimi üzərində minlərlə fərziyyə qurulacaqdı. Bu canlının aralıq forma deyil, mükəmməl dəniz canlısı olduğuna dair gerçəkləri ifadə edənlər isə darvinistlər tərəfindən canla-başla susdurulmağa çalışılacaqdılar. Eynilə bu anda digər aralıq forma iddialarında olduğu kimi.

Halbuki, heç bir dəlilə dayanmadan insanları aldatmaq istəyənlər, heç bir nəticəyə çata bilməyəcəklər. Rəbbimiz bir ayəsində belə buyurur:

 

Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar.” (Yunis surəsi, 66)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz