Darvinist aldatma üsulunun ən açıq tərifini, özü də darvinist olan və etdiyi qırğınları darvinizmdən ilham alaraq reallaşdıran 20-ci əsrin ən zalım diktatoru Adolf Hitlerin sözlərindən anlaya bilərik:
Əgər bir yalanı kifayət qədər uzun, kifayət qədər gurultulu və kifayət qədər intensiv söyləsəniz insanlar inanar. İnsanları yalana inandırmanın sirri, yalanı davamlı təkrar etməkdir. Yalnız təkrar, təkrar və təkrar söyləyin.
Məhz darvinizmin insanları aldadarkən istifadə etdiyi üsul budur. Darvinizm yalanı, o qədər yüksək səslə, o qədər çox, o qədər mövhümatçı inancla deyilmişdir ki, dünyada bir çox insan araşdırıb öyrənmədən təkamül nəzəriyyəsini doğru sanmışdır. Həm də bu mövzuda kütlələrin aldadılması çox açıq, çox ictimai üsullarla edilməsinə baxmayaraq, heç kim bu yalanı müdafiə edən elm adamlarından, bu yalanın elm jurnallarına girməsindən, tədris planıya alınıb məktəblərdə oxudulmasından şübhə duymamışdır. Bu elm adamları, “zülallar təsadüfən palçıqlı suda meydana gəldi” yalanını ortaya atmış və bunu yüksək səslə, tərəfdarlarıyla birlikdə, elmi sözlərdən istifadə edərək təkrar-təkrar sanki elmi gerçəkmiş kimi izah etmişlər.
Tək bir zülalın təsadüfən meydana gəlməsi ehtimalının sıfır olduğundan xəbərsiz olan insanlara bu nağılı israrla təkrar etmiş və sanki cadu təsiri meydana gətirərək onları aldatmışlar. “Saysız ara fosil var” yalanını müdafiə edən darvinist elm adamları, fosil qeydlərindən xəbəri belə olmayan insanlara elə bir təlqin vermişdir ki, insanlar illərcə saysız fosillə təkamülün dəstəklənildiyini zənn etmişlər. Həm də insanlar, bu qəribə təlqinin təsiri altına girərək meymundan gəldikləri yalanına inanmış, məktəblərdə bunu oxumuş, atalarının qəribə görünüşlü, tüklü, meymuna bənzər canlılar olduğunu sanmışlar. Bunun ən fundamental səbəblərindən biri budur:
darvinizm yalanının ifşa edilməsinə qədər insanlar, “elm adamı doğru söyləyər” “biz elmin mövzularını anlaya bilmərik, elm adamları nə söyləsə ona inanmaq lazımdır” yanılmasıyla hərəkət etmiş, hətta sanki onların söylədiklərinə iman etmiş və yanlış inanc sistemi qurmuşlar. Yaratdıqları sistem bu səhv təmələ dayanınca, təkamülün etibarsızlığı mübahisəyə belə dəyməz hal almışdır.
Bu əhəmiyyətli və təəccüblü həqiqətdir: darvinist elm adamları, Darvindən bəri insanları aldadırlar. “Elm adamı doğru söyləyər, söylədiyi müzakirə edilməz” yanılmasına əsaslanan bu sistem insanları yalana inanmağa, hətta bütün həyatlarını bu yalana görə yaşamağa yönəltmişdir.
Elə böyük miqyaslı oyun oynanmışdır ki, elmi gerçəklər insanlardan gizlənmiş, onun yerinə yalan və saxta olan istifadə edilmiş, əldə edilən məlumatlar təhrif edilərək təkamül yalanına uyğunlaşdırılmağa çalışılmışdır. Əgər məlumatlar təkamül yalanına uyğun gəlmirsə, ya saxlanmış, ya da yox edilmişdir. İnsanlar illər boyunca açıq şəkildə və zalımca aldadılmış, darvinist elm adamlarından əldə etdikləri məlumatların həqiqi olduğunu zənn etmişlər.
Darvinizmin mənşəyində materialist fəlsəfəyə olan qeyd-şərtsiz bağlılıq vardır. Materializm, canlılığın mənşəyinə və kainatın yaranma məqsədinə dair maddə xaricində bütün şərhləri, heç bir elmi tapıntıya dayanmadan ağılsızca rədd etdiyindən və təkamül nəzəriyyəsi də canlılığın ortaya çıxışına saxta şərh təqdim etdiyindən, materializm ilə darvinizm arasında köklü bağ vardır. Darvinist elm adamları eyni zamanda materialistdir və darvinizmə verilən dəstək əslində materializmin ayaqda tutulma səyidir. Məhz bu səbəblə darvinistlərə görə, təkamül nəzəriyyəsi nə bahasına olursa olsun müdafiə olunmalıdır.
Təkamül əgər kifayət qədər güclü müdafiə olunmazsa, təkamülün yalanları bütün imkanlardan istifadə edilərək ört-basdır edilməzsə, darvinizmə qarşı olanlar təzyiq və qorxutma üsullarıyla susdurulmazsa, darvinizmin etibarsızlığını ortaya qoyan elmi dəlillər diqqətlə gizlənib saxlanmazsa, tək və mütləq gerçək olan “bütün varlıqları Allahın yaratdığı gerçəyi” insanlığa hakim olacaq və materializm yox olub gedəcək. Darvinistlərin, illərdən bəri təkamül yalanını yüksək səslə və israrla müdafiə etmələrinin səbəbi budur. Conatan Uells bu mövzuyla əlaqədar bu şərhi edər:
… Darvinizmi gerçək kimi göstərən şey dəlil deyil, materialist fəlsəfədir. 1997-ci ildə Harvard genetiklərindən Riçard C Levontin, özünün və Karl Saqanın bir dəfə darvinizmi münazirəsində necə müdafiə etdiyini izah etmişdi: “Fərziyyələrinin bəzi aşkar axmaqlıqlarına baxmayaraq, elmin tərəfini tutduq … Çünki əsas məsuliyyətimiz vardı, materializm üçün məsuliyyətimiz.”
Diqqət yetirilsə, Levontinin sözlərində əhəmiyyətli darvinist vəsvəsə bir daha gözlər önünə sərilir. Levontin, “elmdən tərəf olduqları üçün təkamülü müdafiə etmək vəziyyətində qaldıqları” iddiasındadır. Halbuki, səmimi və mühakiməsiz baxış aspekti ilə elmi tapıntılar qiymətləndirildiyində, elmdən yana olduğu iddiasında olan insanın darvinizmi müdafiə edə bilməsi qeyri-mümkündür. Darvinistlər hər zaman olduğu kimi, “elm bərabərdir darvinizm” yalanı və mövhümatıyla hərəkət edir, etdikləri şərhlərlə də insanların şüur altına bu yalanı işləyirlər.
Darvinistlər bu yalanın həmişə davam edəcəyini zənn etmişlər. Amma hal-hazırkı vəziyyət çox düşündükləri və gözlədikləri kimi deyil. Materialist fəlsəfə çöküşdədir. Darvinistlərin oyunları bir-bir ortaya çıxmışdır. İnsanlar, necə bir yalana, saxta dinə kor-koranə iman etməyə məcbur buraxıldıqlarını fərq etməyə başlamışlar.
İsveçli embriyoloq Soren Lovtrup, darvinizm yalanını bu sözlərlə dilə gətirmişdir:
İnanıram ki, bir gün Darvin mifi elm tarixindəki ən böyük yalan olaraq yerini alacaq. Bu olduğunda isə bir çox insan bu sualı verəcək: “Belə bir şey necə ola bildi?”
İnsanlar həqiqətən də, indiki vaxtda darvinistlər tərəfindən aldadılmış olmanın şokunu yaşamağa başlamışlar. Dünya səviyyəsində bir oyunun parçası olduqlarını gün keçdikcə daha çox fərq edirlər. Yaxın gələcəkdə batil darvinizm dininin gerçək üzü, bütün dünya tərəfindən tam olaraq aydın olacaq və insanlar həqiqətən də, aldadılmış olmağı təəccüblə qarşılayacaqlar. Bir yalandan xilas olmalarının ardından darvinizmin kirlətdiyi ağıl və vicdanları təmizlənmiş olacaq və hər şeyin Allahın möhtəşəm əsərləri olduğunu qavrayacaqlar. Dəccaliyyət fikirlə tam mənasıyla yox ediləcək. Allah ayələrində belə buyurur:
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir.
Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. (Ali İmran surəsi, 189-190)