Darvinizmin tarixini araşdırdığımızda qarşımıza çıxan çox açıq həqiqətlər vardır:
- Darvinizm elmi olaraq isbat edilməmiş, tam tərsinə elmi dəlillərlə yalanlanmışdır.
- Məhz bu səbəblə darvinizmin saxtakarlıqla hökm sürməsinə çalışılmışdır.
- Darvinist saxtakarlıqlar darvinist elm adamları tərəfindən görməzlikdən gəlinmişdir.
- Saxta fosillər, saxta olduqları ifşa edildikdən sonra belə illərcə muzeylərdə təkamül dəlili olaraq sərgilənmişdir.
- Darvinist elm adamları, saxtakarlıqların gerçək üzünü bilmələrinə baxmayaraq, şagirdlərinə bütün bunları təkamülü isbat edən elmi dəlil kimi oxutmuşlar.
- Darvinizmi yalanlayan, yaradılışı isbat edən elmi gerçəklər darvinist elm adamları tərəfindən gizlədilməyə çalışılmışdır. Fosillərin saxlanması bunun ən böyük dəlilidir.
- Darvinizm kütlələrə insanın yalnız heyvan olduğu mesajını verməyə çalışmış, bunun üçün saxta embrion şəkilləri düzəltməkdən çəkinməmişlər.
- Darvinizm, canlıları üstün Yaradıcının yaratdığı həqiqətini rədd edə bilmək üçün təsadüflərin saxta möcüzələr meydana gətirdiyinə insanları inandırmağa çalışmışdır. (Allahı tənzih edirik.)
Yaxşı, saxtakarlığa qədər gedən bu təəccüblü səyin səbəbi nədir? Görəsən darvinistlər elmi gerçəklərin təqdim etdiyi doğruları qəbul etmək və darvinizmdən imtina etmək yerinə niyə belə çətin yola girmişlər? Elmi olaraq təkamül nəzəriyyəsinin sübut edilə bilinmədiyi açıq gerçək olmasına baxmayaraq, görəsən niyə bu nəzəriyyəyə təsdiqlənmiş təəssüratı verməyə çalışır və niyə təbliğat, saxtakarlıq və yalanlara bu qədər zaman və əmək sərf edirlər? Darvinist elm adamları alçalacaqlarını, saxtakar bilinəcəklərini bilə-bilə görəsən niyə təkidlə təkamül uğruna yalanlar çıxarmış və bunları məktəblərdə oxutmuşlar?
Bütün bunların tək cavabı vardır: darvinizm elm deyil. Darvinizm azğın dindir. Boş və batil inanc sistemidir. Saxtakarlıq üzərinə qurulmuş ideologiyadır. Darvinistlərin, bütün bu səyinin səbəbi də bu azğın dinə olan kor-koranə bağlılıqları və batil inanclarını var gücləriylə ayaqda tutma arzusudur. Darvinistlərə görə bunun üçün lazım olan hər şey edilməlidir. Əgər bu batil din tərk edilsə, darvinistlər, bütün varlıqları Allahın yaratdığı gerçəyini qəbul edəcəklər və saxta dinlərini tərk etmiş olacaqlar. Bu vəziyyət, yanlış darvinist beyinlər üçün əsla qəbul edilə bilməzdir. Halbuki Allahın varlığına və birliyinə iman və Allah sevgisi insanlar üçün böyük sevinc vəsiləsidir. Allaha iman adamın ağlını və anlayış gücünü qat-qat artıran, ruhunu çox dərinləşdirən böyük nemətdir. Darvinistlərin öz aşağı ağıllarınca Allahın açıq-aşkar olan varlığını inkar etmək üçün üz tutduqları üsullar isə onları yalnız yazıqlığa, çarəsizliyə, saxtakarlığa və məntiqsizliyə sürüyür.
Məhz 150 ildir darvinizm adına davam edən yalanların, saxta fosillərin, saxta şəkillərin, yapışdırma kəpənək fotoşəkillərinin, saxta embrion sxemlərinin, elmi dəyəri olmayan saxta bərpaların, 70 il boyunca gizlədilən Kembri canlılarının, 40 il boyunca sərgilənən saxta kəllələrin, bəzi məktəb kitablarında yerini hələ qoruyan saxtakarlıqların mənşəyi budur. Batil təkamül dininin bağlıları, bu saxta dini yaşatmaq üçün elmdən deyil, saxtakarlıqdan istifadə etməyi seçərlər. Darvinist elm adamları arasında, səssiz amma böyük bir ittifaqla bu saxtakarlıq davam etdirilir. Fransız bioloq darvinist Pyer Paul Qrass, bu həqiqəti bu şəkildə etiraf edir:
Bu yalan bəzən şüursuz olaraq reallaşar, amma həmişə deyil. Çünki bəzi insanlar, məzhəbçiliklərinə görə qəsdən gerçəkləri görməzlikdən gələrlər və öz inanclarının yetərsizliyi və yanlışlığı məlumatını rədd edərlər.
Darvinist Pyer Paul Qrassın bu etirafı darvinist kütlələr arasında olub bitən gizli razılaşmanı ifadə edir. Dəccal sisteminə görə darvinizm heç bir şəkildə rədd edilə bilməyəcəyi üçün, saxtakarlıqlara, yalanlara göz yumulmalıdır.
Darvinistlər, bəzən darvinizmi din olaraq mənimsədikləri gerçəyini də etiraf edərlər. Buna verilə biləcək bir neçə nümunə belədir (Allahı tənzih edirik):
“Bir insan, ancaq o görüş ateizmdən ayırd edilməzsə, təkamüllə uyğunlaşan dini görüşə sahib ola bilər.” Təkamül bioloqu və genetiki ateist Vill Provini.
“Təkamül … ateistlərin öz varlıqlarını qorumalarına köməkçi olur və onların yaradıcısız təkamül “dini” ilə uyğunluq təşkil edir.” Təkamül bioloqu ateist Riçard Dokinz.
“Əslində təkamül bir baxıma elmi din halına gəldi. Haradasa bütün elm adamları bunu qəbul edirlər və bunların bir çoxu öz müşahidələrini buna uydurma “meyli” içində olmağa hazırlayar. “109 Mançester Universiteti Fizika professoru darvinist H. S. Lipson.
“Mənim 40 ildən çox zamandır davam edən təkamülü təcrübə ilə göstərmə cəhdlərim tam mənasıyla müvəffəqiyyətsizliklə nəticələndi… Təkamül fikri yalnız inanca dayanır” Bütün kariyerasını canlılar arasında guya süni olaraq təkamülləşmə reallaşdıra bilmək üçün sərf edən Lund Universitetindən tanınmış elm adamı Heribert Nilson.
“Təbii seleksiya qanunları, iddia edirəm ki, elm deyil. Bu bir ideologiyadır, həm də pis ideologiyadır və bizim həyatın tarixini açıq şəkildə anlaya bilmə qabiliyyətimizin qabağına keçər. Eynilə bir-birimizə dözümlülük ilə baxma qabiliyyətimizin qabağına keçdiyi kimi.” İsveçrə Federal Texnologiya İnstitutu”ndan yer elmləri mütəxəssisi Darvinist Kennet Syuy.
“Məni bunun şahidi, bu mövzunun vəkili kimi görsələr və məndən bunu soruşsalar “Dr. Dokinz, təkamülə olan inancınız, təkamül üzərinə işləriniz sizi ateizmə çevirdi?” deyə. Buna “bəli” demək məcburiyyətində qalaram. … Mənim kimi insanlar təkamül lobbisi üçün pis xəbər kimidirlər. Halbuki, mən bu mövzuda, bu sahədə danışan şəxslərin hamısından çox daha açıq sözlüyəm.” Riçard Dokinz.
Dünyada tanınmış darvinistlərin bu etirafları, şübhəsiz, əhəmiyyətli həqiqətə işarə edir. Darvinistlər, müdafiə etdikləri ideologiyanın yalan olduğunu bilə-bilə, ortaq, səssiz dil istifadə edərək, bu saxtakarlığı həmişə birlikdə davam etdirirlər. Zaman-zaman etdikləri etiraf xüsusiyyətindəki şərhlər də, batil darvinizm dininə bağlılıqları baxımından bir şey dəyişdirmir, bu sistem, 150 ildir olduğu kimi eyni şəkildə davam edir. Qəsdən edilmiş saxtakarlıqların arxası kəsilmir, batil darvinizm dinini canlı tutmağı məqsəd qoyan bu yalanlar sona çatmır.
1998-ci ildə ölən və bütün həyatını bu saxta nəzəriyyənin tərəfdaşlığını edərək keçirmiş olan İngiltərə Təbiət Tarix Muzeyinin qocaman paleontoloqu Kolin Paterson”un aşağıdakı etirafı, darvinistlərin içində olduğu yalanı görə bilmək baxımından düşündürücüdür.
0n ildən çox zamandır, təkamül üzərinə iş gördüyümü düşündüm… (Amma) Bununla əlaqədar tək bir şey belə bilmirdim… Son bir neçə həftə boyunca müxtəlif insanlara və müxtəlif qruplara sadə bir sual yönəltməyi sınadım. Sual bu idi: “Təkamül haqqında doğru olan bildiyiniz bir şey, hər hansı bir şey söyləyə bilərsinizmi?” Bu sualı “Field Təbiət Tarix Muzeyi”nin geologiya personalına da verdim və aldığım tək cavab dərin səssizlik idi. Eyni sualı, təkamülün ən prestijli seqmenti olan Çikaqo Universiteti “Evolutionary Morphology Seminar”ın (Təkamüllü Morfologiya Seminarı) üzvlərinə də verdim və aldığım cavab yenə uzun səssizlik idi. Sonunda aralarından biri bu cavabı verdi: “Bəli, mən bir şey bilirəm – bu liseylərdə oxudulmamalıdır.”
Kolin Patersonun bu etirafı, darvinistlərin açıq şəkildə bildikləri həqiqəti həyatları boyunca saxlamaqda və bir yalanın arxasından getməkdə heç bir qorxu görmədiklərini açıqca ortaya qoyur. Təkamül nəzəriyyəsinin yalan olduğu əslində bütün elm çevrələri tərəfindən bilinir. Təkamülün, beyinləri yumaq məqsədiylə məktəblərdə oxudulmağa davam etdiyinin, təkamül haqqında çıxan bütün xəbərlərin yalan olduğunun, keçirilən konfransların, çıxan kitabların, təkamül yanlısı saysız jurnalın əslində təbliğat məqsədini daşıdığının hamısı fərqindədir.
Darvinistlərin hər biri, təbiət tarixi muzeylərində sərgilənən fosillərin təkamülə heç bir dəlil təqdim etmədiyini bilirlər. “Təkamülə yeni bir dəlil tapıldı” xəbərlərinin uydurma, jurnallarda və qəzetlərdə çıxan təkamül şəkillərinin isə saxta olduğunun fərqindədirlər. Amma bütün bunlardan xəbərsizmiş kimi davranarlar. Bir-birlərinə bu saxtakarlıqları izah edərkən akademik danışıqlar görünüşü verməyə çalışarlar. Amma əslində hamısı, uydurma və saxta ideologiyanın dəstəkçiliyini etdiklərini bilirlər.
Bütün bunların səbəbi, təkamülün inanc sistemi, azğın din olmasıdır. Təkamülün elmlə əlaqəsi yoxdur. Darvinizm, dəccalın döyüşünün gərəyi olaraq müdafiə olunur. Darvinizmi müdafiə edən bütün elm adamları, əslində fərqində olmadan dəccalın idarəsindədirlər.
Florida Dövlət Universitetindən fəlsəfə professoru Darvinist Maykl Ryuz, batil darvinizm dinini belə tərifləyər:
Təkamül, müdafiəçiləri tərəfindən elm olmaqdan daha çox dəstəklənildi. Təkamül ideoloji, sekulyar din olaraq elan edildi – məna və əxlaq olaraq xristianlığa alternativ olan mükəlləf bir din olaraq… Təkamül dindir. Bu başlanğıcdakı təkamüldə də bu şəkildədir və bu günkü təkamüldə də hələ bu şəkildədir.
Amerikalı astronom, fizik və kosmoloq Robert Castro isə, darvinistlərin kor-koranə darvinizmə bağlı olmaları haqqında bunları söyləir:
Bəlkə də yer üzündəki həyatın ortaya çıxışı bir möcüzədir. Elm adamları bu fikri qəbul etmə istəyindədirlər, amma variantları məhduddur. Ya həyat, elmi anlayışın xaricində bir varlığın istəyi ilə yer üzündə yaradılmışdır, ya da bizim planetimiz üzərindəki cansız maddələrdə meydana gələn kimyəvi reaksiyalar yoluyla öz-özünə meydana gəlmişdir.
Birinci düşüncə həyatın mənşəyi mövzusunu elmi araşdırmaların kənarına yönəldər. Bu, elm qanunlarından münəzzəh olan Uca Varlığın gücünə olan inancın ifadəsidir. İkinci nəzəriyyə də inanc hərəkətidir. Bu inanc hərəkəti isə həyatın mənşəyinin elmi görüşünün doğru olduğu üzərinə quruludur. Lakin bu inancı dəstəkləyəcək heç bir konkret dəlil olmadan.
Robert Castronun bu sətirlərdə dilə gətirdiyi kimi darvinizm inanc olaraq qəbul görür, amma bu batil inancdır və elmi heç bir tapıntıyla dəstəklənilmir. Darvinizmi; elmi görüşün ortaya qoyduğu tək variant, yaradılış gerçəyini isə elmin kənarında inanc olaraq görmək isə materialist düşüncə quruluşunun yanılması və yalanıdır. Elmin göstərdiyi gerçək yaradılışdır. Canlılığın üstün və qüdrət sahibi bir Ağılın, yəni Uca Allahın əsəri olduğu elmi tapıntılarla bir dəfə daha təsdiq edilmişdir. Darvinizmin iddiaları isə elmin bütün növləri tərəfindən yalanlanmışdır. Bu səbəbdən elmə inanan bir şəxsin darvinizmi müdafiə etməsi lazım olduğu düşüncəsi gerçəklərlə uyğun gəlməyən ciddi yanılmadır.
Darvinizmin elm deyil, batil din olduğunun bilinməsi və başa düşülməsi şübhəsiz, çox əhəmiyyətlidir. Beləcə, əvvəlcə darvinizmin dünyanı aldatmasının ideoloji səbəbi olduğu aydın olar. Nəzəriyyənin ortaya atılışından bu yana darvinizm adına edilmiş hər iş, bu istiqamətdə atılmış hər addım, aldadılan hər insan, darvinizm ideologiyasının parçası olmuşdur. Darvinizmin dərs kitablarında yer alması, bütün dünyaya yayılması, az qala bütün elmi jurnalların, qəzetlərin və televiziya prpqramlarının tək mövzusu olması hər hansı hadisə deyil.
Bu vəziyyət əslində son dərəcə təhlükəlidir. İnsanlar, bu batil dinin təsiriylə bir-birlərini sanki heyvan kimi görür, güclünün zəifi əzməsini özlərincə məqbul qarşılayır, insanı Allaha qarşı heç bir məsuliyyəti olmayan, təsadüfən meydana gəlmiş varlıq hesab etməyə başlayırlar. Batil darvinizm dininin təsiriylə ortaya çıxan döyüşlər, işğallar, qarşıdurmalar; kommunizm, kapitalizm, faşizm kimi yanlış ideologiyalar; dünyanın bir çox ölkəsində hələ də davam edən anarxiya və terror bu təhlükənin ölçülərini açıq şəkildə göstərir.
Unutmamaq lazımdır ki, darvinizmin davamlı təlqin edilməsi və bütün dünyada təsirli qılınmağa çalışılması, Allah inancına qarşı aparılan mübarizədir. Bu azğın ideologiya insanı Allaha qarşı bütün məsuliyyətlərdən uzaqlaşdırmaq və axirəti unutdurmaq məqsədini daşıyır. Özünə görə Allaha qarşı məsuliyyətsiz olduğunu zənn edən və axirətə inanmayan insanın da şübhəsiz ki, başqalarına zülm etməsi, digərlərini mərhəmətsizcə əzməsi, güclü olmaq üçün hər cür pisliyi öz ağlına görə qanuni sayması, eqoist olması, qarşıdurmanı irəliləmənin yolu olaraq gördüyü üçün döyüşləri təşviq etməsi, kütlələri yox etməsi, fərqli etnik mənşələrə qarşı soyqırım tətbiqi təəccüblü deyil.
Bu gün hələ lisey dövründəki gənclər belə, əllərinə silah alaraq etdikləri məktəb basqınlarında, onlarla adamı gülləyə düzərkən, darvinist məntiqin zehinlərini necə zəhərlədiyini açıqlamaqda qorxu görmürlər. Qarşılarındakını “ələnilməsi” lazım olan heyvan olaraq gördüklərini saxlamırlar. Batil darvinizm dini, belə dəhşətli və məhvedici inancdır.
Bu səbəbdən, batil darvinizm dinini və darvinizmin dünyanı aldatdığını araşdırarkən, bu gerçəkləri unutmamaq lazımdır. Darvinistlərin dünyanı aldadarkən istifadə etdikləri hiyləgər üsulların elmlə, sübut edilməli olan hər hansı elmi nəzəriyyə ilə əlaqəsi olmadığını diqqətə almaq lazımdır. Batil darvinizm dininin, əhali planlaması üçün aclıq, xəstəlik və döyüşlərin lazımlığını müdafiə edən Maltusun fikirlərindən təsirlənərək şəkil aldığını, bütün xəstə və şikəstlərin öldürülməsini nəzərdə tutan yevgeni fikrinin təməli olduğunu, kütlələri ölümə sürüyən faşist və kommunist diktatorların təməl dayağını meydana gətirdiyini, I və II Dünya müharibələrində on milyonlarla insanın həyatını itirməsinə səbəb olduğunu və indi bütün dünyada və xüsusilə ölkəmizdə davam edən terror bəlasının bəsləndiyi tək qaynaq olduğunu unutmamaq lazımdır.
Bu gün dünyada var olan bütün qarışıqlıqların, din əxlaqına qarşı icra edilən hərəkətlərin, kommunist və faşist axınların, hücum, qırğın və terror hadisələrinin də çıxış nöqtəsinin eyni məntiq olduğu davamlı ağılda tutulmalıdır. Darvinizm, elm adıyla ortaya çıxmış günahsız nəzəriyyə deyil; kütlələri degenerasiyaya, dinsizliyə, məsuliyyətsizliyə, döyüşlərə, qəzəb və şiddətə sürüyən dövrümüzün ən böyük bəlalarından biridir.
Batil darvinizm dininin müdafiəçiləri hər nə qədər saxtakarlıq üzərinə yayılma siyasəti izləyərlərsə izləsinlər, Allahın üstün qüdrətinə qarşı mübarizə içində olan hər kəs, mütləq ifşa olacaq və məğlubiyyətə məruz qalacaq. İndi də darvinistlər, darvinizmin bu tarixi çöküşünə şahidlik edir və bu vəziyyəti təəssüflə seyr edirlər. Darvinistlər, bütün gücün Allaha aid olduğunu, bütün tələlərinin mütləq pozulub yox olacağını tam olaraq qavraya bilməmiş ola bilərlər, ancaq Haqqa qarşı qurulmuş hər batil tələ, mütləq yerlə bir olmağa məhkumdur. Uca Rəbbimiz ayəsində bu gerçəyi belə bildirir:
Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali İmran surəsi, 54)