Header

Yusuf surəsi, 23-24-cü ayələrin təfsiri

Aa4a

Yusuf surəsi, 23-24-cü ayələrin təfsiri

Adnan Oktar: Bax, məsələn, Yusuf surəsi 23-cü ayə, Şeytandan Allaha sığınıram. “Evində qaldığı qadın”. Kiminlə qalır? Hz. Yusuf (ə.s) ilə qalır. “Evində qaldığı qadın”. Hz. Yusuf (ə.s) ilə birlikdə eyni evdə qalırlar. Xurafatçıların düşüncəsinə görə haşa hz. Yusuf (ə.s) fasiqdir, günaha girir. Allah, “eyni evdə qalırlar” -deyir. Qadın yanında normal, yaxası açıq donla gəzir. “Ondan murad almaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!” -dedi” -deyir. Qadın sevişmək istəyir. “(Yusuf) Dedi: “Allaha sığınaram””. Nə üçün Allaha sığınır? “Cinsi əlaqəyə girmərəm” -deyir. Çünki nikahı yoxdur. “Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” And olsun qadın onu arzulamışdı”. Hz. Yusuf (ə.s) -ulu babam- çox cazibədardır. Bütün Peyğəmbərlər çox çəkicidir, çox gözəldirlər. Yəni qadınlara fövqəladə təsir edəcək gözəllikdədirlər. Hz. Musada elə idi. Hətta Fironun kitabələrində də var. Bax orada kafirlərin gücləri çatmamış, hz. Musa üçün “yəhudi alimi cadugərdir” -deyir. “Qadınlara təsir etməkdə çox mahirdir” -deyir. Bax kafirlər dillərini tuta bilməmiş onu söyləmək vəziyyətində qalmışlar. Hz. Musa (ə.s)-ın yeddi cəddinə rəhmət olsun. Ulu babamın, maşaAllah. “(Yusuf) Dedi: “Allaha sığınaram. Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” And olsun qadın onu arzulamışdı”. Hz. Yusuf dünya gözəli olduğu üçün. “Əgər Yusuf Rəbbinin (zinanı qadağan edən)”, eyni otaqda qalmasını qadağan edən, ona baxmasını qadağan edən deyil, zinanı yəni cinsi əlaqəni qadağan edən, “qəti dəlilini (bürhanını) görməsəydi- o da (Yusuf da) onu arzulamışdı” Onu arzulayır. Amma cinsi əlaqəyə girmir. Eyni evdədirlər. Fahişəlikdən, zinadan yayınır. “Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır”.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313