Ali İmran surəsi, 45-55, 61-ci ayələrin təfsiri
Adnan Oktar: Cənabı Allah hz. İsa (ə.s) üçün, Şeytandan Allaha sığınıram. Ali İmran surəsi, 48: “Allah ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək“. Kitabı, Quran, hikməti, Quranın hikmətini və hər cür hikməti, Tövratı və İncili öyrədəcək. Baxın, “Allah ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək“. Bir, Quran, ona Kitabı, iki: hikməti, üç: Tövratı, dörd: İncili öyrədəcək. 49: “ Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir ayə gətirdim”. Deməli, İsrailoğullarına ciddi bir şəkildə xitab edəcək. Hz. İsa (ə.s) gəldikdə də, “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir ayə gətirdim”.
Bir ayə gətirdim, Quran ayəsi. Bir möcüzə. “Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar”. Hanı, burada təkamülmü var? Baxın, ilk yaradılışda insanın yaradılışının eynisi. İzah edir, deyir ki: “Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib”-deyir. İki əlimlə edərəm deyir. Palçığı götürüb ona forma verərəm. Hz. İsa (ə.s)-ın oradan da sənətçi olduğunu anlayırıq. Yəni palçıqdan quş formasında bir şey düzəltmək asan bir şey deyil. Baxın, “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir ayə gətirdim”. Bir ayə gətirdim, Quran ayəsi, bir möcüzə.
“Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib” yəni palçıqdan, “ona üfürərəm,” demək ki, içini də boş düzəldib. “Ona üfürərəm, o da Allahın izni ilə quş olar”. Sonra da uçar. Hanı təkamül? Təkamülçülər, Diyanətin təkamülçüləri, İlahiyyat Fakültəsinin təkamülçüləri. Baxın, Allah burada sizin axır zamanda bu tərz oyun oynayacağınızı bildiyi üçün, hamısını demirəm təbii ki, əlaqədar olanları nəzərdə tuturam, Cənabı Allah sizi tam çıxılmaz vəziyyətə salacaq, əl-ayaqlarını bağlayacaq bir ayə endirmiş. Heç bir şərhə ehtiyac yoxdur. Palçıqdan quş formasında bir şey düzəldib ona üfürür və quş olub uçur. Normal quş kimi gedib yumurtlayır, gəzir. “Allahın izni ilə anadangəlmə kor” adam anadangəlmə kor olur. Əlini sürtür Allahın icazəsiylə adam birdən görməyə başlayır.
“Cüzam xəstəliyinə tutulanı sağaldar” dəri xəstəliyi olan cüzam xəstəliyinə yoluxan adama əlini sürtür və qısa bir müddətdən sonra dərisi düzəlir. Gözü kor olanında gözü dərhal açılır. “Və ölüləri dirildərəm”. Məsələn, adam ölüb amma sümükləri hələ dağılmayıb, cəsəd olaraq durur. Üç günlük ölü, normal tibbi cəhətdən ölmüş, ürəyi dayanmış yəni beyin ölümü reallaşmış, bədən ölümü reallaşmış normal ölüdür. Onsuz da o dövrdə ölüləri mağaranın içinə dəfn edirdilər, üzərini daşla bağlayırdılar. Məsələn, deyir ki, kim öldü? La Mart. Məsələn, neçə gündür ki, ölüb? Ölümündən üç-dörd gün yaxud, bir həftə keçib. “La Mart, Allahın izni ilə qalx” -deyir, adam çaşmış vəziyyətdə daşı açıb çıxır.
“Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm”. Evdə nə yeyirsinizsə söyləyir. “Sənin evində bu var” -deyir, “saxladığın bunlardır” -deyir. “Əgər möminsinizsə şübhəsiz ki, bunda sizin üçün qəti bir dəlil vardır”. Allah “dəqiq dəlil var” -deyir. “50: Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim”. Yəni “daha əvvəl Tövratda sizə haram olanları, halal etməyə gəldim” -deyir. “Allahdan qorxun və mənə itaət edin”. “51: Hz. İsa (ə.s): “Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Çünki düz yol budur” -deyir.
“52: İsa onlardakı küfrü hiss etdikdə” baxın, bu qədər möcüzəyə baxmayaraq, “dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!” Müsəlman olduqlarını söyləyirlər. Baxın bura çox mənalıdır, “biz Xristian olduq” -demirlər, “Müsəlman olduq” -deyirlər. 53: “Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!” -deyirlər. “54: Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır”.
Bildiyiniz kimi, hz. İsa (ə.s)- ı tutmaq üçün bir hiylə qurdular. Allah “mən də bir hiylə qurdum” -deyir. Yuda İzaryot, o bilirsiniz xəbərçi idi. Hz. İsa (ə.s)- ı tutduracaqdı. Alnından, qollarından, qol biləklərindən, ayaq biləklərindən mismarladılar. Böyük, o 22-lik mismarlardan daha böyük mismarlarla mismarladılar. Guya hz. İsa (ə.s)-a o əziyyəti edəcəkdi, Allah o əziyyəti onun özünə etdi. Onun üçün Allah deyir: “Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır”. Allah “mənim əziyyətim daha çətindir” -deyir. Allah “daha yamanam” -deyir, inşaAllah. “55: O vaxt Allah dedi:
“Ey İsa! Mən sənin həyatına son qoyub”, təvəffa, “yuxu halına gətirəcəyəm”. Biz yuxuda ölürük, hər axşam ölərik, təvəffa. Allah ayədə söyləyir “hər axşam sizi öldürürəm” -deyir. “Səni Özümə tərəf qaldıracağam”. “Səni”, “sən” dəyincə, ruhunu deyil, bədənini deyir. Çünki, Fironda Allah “bədənini buraxıb, ruhunu alacağam” -deyir. Allah ayədə “ruhunuzu alacağam” -deyir. Amma burada “səni” -deyir, “Səni Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək”. Necə təmizlənə bilər? Onların yanından, küfrün bəlasından Allah qatına qaldırdıqda, təmizlənmiş olur. “Təmizləyəcək”. Çünki, bədəni təmizlənir. Ruh onsuz da təmizdir. Bədəni təmizlənir.
Çünki pis adamların içərisindən götürdükdə bədəni təmizlənmiş olur. Məsələn, insan palçığın içinə düşsə və Allah onu palçıqdan götürsə nə olar? Təmizlənmiş olar, deyilmi? Murdar adamların içindən götürdüyü üçün bədənini təmizləyir, Allah bədənini və dolayısilə ruhunu. “Təmizləyəcək və sənin ardınca gedənləri”, hz. İsa (ə.s)-a “sənə uyanları” -deyir. “Qiyamət gününə qədər” qiyamətə, məhz 1506-cı illərə qədər. Artıq son dövrdür, ondan sonra onsuz da, 1506-ya qədər bitir. “Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm”. Allah “hakim güc halına gələcəksiniz, səninlə birlikdə olanları dünya hakimi edəcəyəm ” -deyir. Kim ona tabe olur? müsəlmanlar olur, xristianlar olur. İttifaq etdikdə nə olur?
Dünya hakimi olur. Bədiüzzaman nə deyir? “İttifaq etsələr dünya hakimi olacaqlar” -deyir. “Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm”. Cənabı Allah “61: Artıq sənə bu qədər elm gəldikdən sonra” -deyir. “Kim səninlə İsanın barəsində mübahisə edərsə”, yobazlar hələ də mübahisə edir. “De: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə qarşılıqlı lənətləşək və Allahın yalançılara lənət etməsini diləyək”. Allah “Hz. İsa Məsih (ə.s) öldü deməklə, bir daha gəlməyəcək deməklə yalan danışırsınız” -deyir. “Gəlin lənətləşək” -deyir. “Allahın lənəti yalan danışanların üstünə olsun” -deyir. Biz də deyirik, “Allahın lənəti yalan danışanların üstünə olsun”, inşaAllah.
Şeytandan Allaha sığınıram. “45: O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir”. Kəlimətullah, Allahın kəlməsi, hz. İsa (ə.s). “O, bu dünyada və axirətdə şan-şöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır”. Allah axirətə getdiyində də belə olacaq deyir. “46: O, həm beşikdə ikən, həm də yetkinlik dövründə insanlarla danışacaqdır”. Hz. Mehdidə də deyir danışacaq, yetkinliyində də danışacaq.
Yetkinliyi onsuz da 50 yaş ifadəsi ayədə keçən söz, 40-50 yaş üçün istifadə edilən bir kəlmədir. Hz. İsa Məsih 33 yaşında Allah qatına alındı. Beşikdə də, yəni Mehdi, beşik deməkdir. Amma təbii ki, Cənabı Allahın elə bir təfərrüat verməsi çox mənalıdır. “Mehdidə” də – yetkinliyində də – insanlarla danışacaq. “Və salehlərdən olacaqdır”. Səmimilərdəndir. “47: Məryəm dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” Allah dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” – deyir, o da olur” -deyir. Təkamüllə deyil dərhal olur. Hz. İsa Məsihə “48: Allah ona kitabı (Quranı) hikməti, Tövratı və İncili öyrədəcək.” MaşaAllah.