İncildə bəhs olunan ”dəccal birliyi qan axıdan ”massonluqdur”
İncildə ifadə edilən Dəccal və onun birliyi bəzi xristianlar tərəfindən səhv başa düşülüb, səhv şərh olunur. İncildə ifadə edilən, barışcıl görünüb sonradan zülm edən dəccali sistem – massonluqdur. Və İncildə bəhs olunan massonik sistem Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v)-dən rəvayət edilən hədislərlə tam uyğunluq təşkil edir. Peyğəmbərimizin hədislərində, İncildə də təsvir edildiyi şəkildə, dünyanın son dövründə Dəccalın yalançı peyğəmbər olaraq ortaya çıxacağı, dindar görünüşü ilə insanları aldadacağı, yanında bir şəxs olacağı və onun da yalançı peyğəmbər olaraq ortaya çıxacağı ifadə edilmişdir. Dəccal İncildə olduğu kimi, hədislərə görə də bütün dünyanı hakimiyyəti altına alacaq, dindar görünüşü ilə kütlələri arxasınca aparacaq, lakin bütün dünyaya bəla, zülm gətirəcək və zülmündən tanınıb aydın olacaqdır.
Dəccal ilə əlaqədar olaraq Peyğəmbərimizdən rəvayət edilən bir hədis belədir: Məndən əvvəlki peyğəmbərlərdən ümmətini Dəccal ilə qorxutmayan kimsə olmadı. Onun sol gözü çəp, sağ gözü isə pərdəlidir və alınında “kafir” deyə yazılıdır. Yanında “cənnət”, “cəhənnəm” deyə iki vadi (ərazi) olar. Cənnət dediyi cəhənnəm, cəhənnəmi isə cənnətdir. Dəccal onlardan soruşar: “—Mən sizin Rəbbiniz deyiləmmi? Dirildirəm, öldürürəm.” “—Yalan danışırsan!” deyər. Ancaq bu sözü yanındaki mələkdən başqası eşitməz. İkinci mələk digərinə: “–Doğru söyləyirsən.” deyər. İkinci mələyin sözünü insanlar eşidər və zənn edərlər ki, Dəccalı təsdiq etdi. Bu da imtahan üçündür. Sonra Mədinəyə gedər. Girə bilməyincə, “Bu onun ölkəsidir!” deyər. Sonra Şama gedər, Orada “Akabətü Efik” mövqesində Allah onu həlak edər. (Hz. Səfinə (r.a.), Ramûz əl-Əhâdisdən Hadis-i Şəriflər RE. 140/11) |
İncildə isə saxta peyğəmbər olaraq ortaya çıxan Dəccal bu şəkildə təsvir edilmişdir: Canavarı, dünya krallarını və onların ordularını, Atlı ilə Onun ordusuna qarşı döyüşmək üzrə toplanmış gördüm. Canavar və onun qarşısında möcüzələr edən saxta peyğəmbər ələ keçirildi. Saxta peyğəmbər canavarın işarəsini alıb onun bütünə inananları bu möcüzələrlə azdırmışdı. Hər ikisi də kükürdlə yanan alov gölünə diri-diri atıldılar. Geriyə qalanlar Atlının ağzından uzanan qılıncla öldürüldü. Bütün quşlar bunların ətiylə doydu. (Əsinləmə 19/19-21) “Saxta peyğəmbərlərdən çəkinin! Quzu geyimində sizə gələrlər, amma əslində yırtıcı qurdlardır.” (Matda 7/15) Əgər o zaman biri sizə “Bax Məsih burada”, ya da “Bax orada desə”, inanmayın. Çünki saxta məsihlər, saxta peyğəmbərlər törəyəcək, bunlar böyük möcüzələr və möhtəşəmliklər yaradacaqlar. Belə ki, əllərindən gəlsə, seçilmiş olanları belə azdıracaqlar. Məhz sizə əvvəldən söyləmiş oluram. (Matda 24/23- 25) Bütün dünya qarışıqlıq içində canavarın arxasından getdi. İnsanlar canavara səlahiyyət verən əjdahaya inanıb bağlandılar. «Canavar kimisi varmı? Onunla kim döyüşə bilər?» deyərək canavara da inanıb bağlandılar. (Matda 13/3-4) |
Hal-hazırda Dəccali sistem massonluğun idarəsi altındadır. Dünya massonluğunun lideri vəzifə başındadır və Dəccalın yanında olan yalançı peyğəmbər masson Moon təriqətinin lideridir. O da, hal-hazırda peyğəmbərlik elan etmiş vəziyyətdədir. Birlikdə dünyanı get-gedə artan bir azğınlığa və zülmə sürüyürlər. Massonik sistemin dünya üzərindəki hakimiyyəti hələ də davam edir.
Bir sözlə, İncildə keçən kahinlik (Elmi məlumatlara müraciət etmədən hadisələrin gələcəkdə alacağı formalara bağlı proqnozlaşdırılması) doğru çıxmışdır, hədislərdə Rəsullullahın söylədikləri də doğru çıxmışdır. Ancaq bu, bəzi xristianların şərh etdikləri şəkildə olmamışdır. Xristianların İncildəki bu kahinliyin həqiqətdə çox fərqli bir məna ehtiva etdiyini anlamaları lazımdır.
Xristianların İncildəki kahinlikdə bildirilən əsl qan axıdan düşüncə və fikirlə mübarizə edilməsi lazım olan Dəccaliyət, “massonluq və ona bağlı olan Moon təriqətidir”. Dünya massonluğu və onun lideri və guya peyğəmbər olduğunu iddia edən Moon təriqətinin lideri hal-hazırda vəzifə başındadır və birlikdə hərəkət edirlər. Hər ikisi də guya barış və sevgi naminə ortaya çıxmış, ancaq hər ikisi də insanlığı azğınlığa sürümüşlər.
Dünya massonluğunun dünyaya yaydığı kommunizm, faşizm, darvinizm, ateizm həmişə müsbət məqsədlərlə ortaya çıxdığını iddia etmiş, lakin həqiqətdə kütlələr halında insanları aldatmış və dünyada döyüşü, qarışıqlığı qızışdırıb qan axıtmışdır. Massonluq bütün bu azğın ideologiyaları istifadə edərək kütlə qırğınlarına gətirib çıxarmış, cəmiyyətləri degenerasiyaya uğratmışdır. Barış, sevgi, qardaşlıq düşüncəsiylə ortaya çıxıb dünyanı fəsada uğratmışdır. Massonluq hələ də dünyaya hakimdir və hələ də guya barışı müdafiə etdiyi iddiasındadır. Halbuki, dünyanı qarışıqlığa sürükləyən Marks, Stalin, Lenin, Hitler, Mussolini, Franco, Darvin kimi adların hamısı yüksək dərəcəli massondur. Bu kəslər dəccaliyyətin əmrinə görə qan tökmüş, qan tökülməsinə səbəb olmuş və dünyanı hərci-mərclik halına gətirmişlər. Bu kəslər dünyada 250 milyon adamın həyatını itirməsinə səbəb olmuşlar. Dəccalın həqiqi üzü, dünya hakimiyyətindən sonra aydın olmuş vəziyyətdədir. Dəccali sistem hal-hazırda gətirdiyi zülm və azğınlıqdan tanınır.
Bu əsr dünyanın son əsridir. Hər 3 dinə görə də dünyanın 150 il ömrü qalmışdır. Ondan sonra da qiyamət gözlənilir. İncildə keçən kahinliyin (Elmi məlumatlara dayanmadan hadisələrin gələcəkdə alacağı formalara bağlı proqnozlaşdırılması) hamısı reallaşmışdır.
İndi isə artıq qurtuluş vaxtıdır. Yaşadığımız dövr Hz. İsa (ə.s)-ın yenidən dünyaya gələcəyi, Hz. Mehdi (ə.s)-ın zühur edəcəyi bir dövrdür. Hansı haqq dinindən olursa olsun, bütün inananların bir-birlərini dəstəkləməsi dəccaliyyətin bu oyununu tamamilə pozacaqdır. Dindar xristianların, dindar yəhudilərin və dindar müsəlmanların birlik olması Allahın izni ilə dünyaya ədalət, barış, sevgi və dostluq gətirəcək, dəccaliyyətin təsiri tamamilə sona çatacaqdır. Döyüşlər, qarşıdurmalar sona çatacaq, gözəl əxlaq bütün dünyaya hakim olacaqdır. Bu, Uca Rəbbimizin vədidir.