Günahı qarşı tərəfin üzərinə yıxmaq, bəlkə də ən yaxşı bilinən psixoloji döyüş taktikasıdır. Öz əskiklik və qüsurlarını və ya günahlandırıldığı şeyləri qarşı tərəfin üzərinə yıxaraq edilən bir mübarizədə, bu taktikanı tətbiq edən tərəf, ümumiyyətlə, kim bu istiqamətdə daha güclü təbliğ etsə, onun qazanacağını düşünər. Yəni haqsız və günahkar tərəf, əgər təbliğatını yaxşı edibsə, haqlı və zərər çəkmiş kimi görünəcək və öz aləmində mübarizəni qazanacaq.
Bu bilinən taktika, darvinistlər tərəfindən son dərəcə açıq bir şəkildə tətbiq olunur. Saxtakarlıq edən, bir yalanı müdafiə edən, ağıla və məntiqə zidd olan, aldadan tərəf darvinistlər olmasına baxmayaraq, məntiqə uyğun gəlməyən fikirlər müdafiə edənlərin təkamülü inkar edənlər olduğuna insanları razı salmağa çalışarlar. Darvinistlər, insanları bu yalana razı salsalar, insanları kifayət qədər yaxşı və təsirli bir şəkildə istiqamətləndirsələr, müvəffəqiyyətə çatacaqlarına inanarlar. Bu şeytani taktikanın mütləq öz faydalarına dönəcəyini və bütün etdikləri saxtakarlıqları örtbas edəcəyini düşünərlər. Halbuki, unutduqları əhəmiyyətli bir gerçək vardır: batil olan heç bir zaman üstün gəlməz. Bu, Allahın qanunudur. Uca Rəbbimiz olan Allahın ədaləti mütləq yerini tapacaq. Doğru olan ilə yalana sığınanı bilən Uca Allah, mütləq batil olanı ortadan qaldıracaq və haqq olanı gücləndirəcək. Darvinist taktikalar dəccalın bir oyunudur və bütün varlıqlar kimi dəccalı da yaradan Allah, onun bütün oyunlarını yerlə bir edəcək. Allah bir ayəsində belə buyurur:
Bax belə! Həqiqətən də, Allah kafirlərin hiyləsini zəiflədər. (Ənfal surəsi, 18)
Yaradılış gerçəyinə qarşı inkişaf etdirilmiş olan bu saxta üsulun təsirli göründüyü illər boyunca darvinistlər, yaradılış gerçəyini izah edənləri müxtəlif böhtan və ittihamlarla günahlandırma yolunu getmişlər. Əslində darvinistlərin iman edənlərə yönəltdiyi böhtanlar, tarix boyunca edilmiş və Quranda reallaşacağı xəbər verilmiş hadisələrdir. Göylərin və yerin hakimi olan Uca Allah bu böhtanı atanların vəziyyətini ayəsində belə xəbər vermişdir:
Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. (Bəqərə surəsi, 13)
Darvinistlərin günahlandırma üsuluna əl atmalarının səbəbi, yaradılışın mütləq gerçək olduğunun, şübhəsiz, fərqində olmalarıdır. Öz ağıllarıca göstərdikləri lağ-lağı davranışın altında yatan səbəb, nəzəriyyələrinin elmi tapıntı və dəlillərlə dəstəklənmədiyini bilmələri və buna görə də insanlara söz yığını ilə təsir etməyə çalışmalarıdır. Bunun dəccalın sistemi üçün uğurlu ola biləcəyinə inanırlar. Berkeley Universitetindən hüquq professoru Filip E. Conson (Phillip E. Johnson), bu taktika ilə əlaqədar olaraq bunları söyləyir:
…Şagirdlərin pul qanadlı güvə hekayəsindəki qüsurları, Hekelin embrion şəkillərindəki saxtakarlığı, Kembri partlayışının sirrini və öndə gələn darvinistlərin, darvinizmin dini mənaları mövzusunda gerçəkdə nəyə inandıqlarını da öyrənməlidirlər. Bu təhsildə çox keçmədən, avtoritetlər bir üsyanın başladığını görəcəklər. Darvinistlər taktikalarını dəyişdirməzlər, çünki təkamül haqqında veriləcək doğru bir təhsil, təkamülü ayaqda tuta bilməyən fərziyyələri açıq-aşkar işıqlandıracaq.
Realist bir ifadə ilə naturalizm (batil) bir dindir və həddindən artıq mövhümatçıdır. Bir növ inancla müdafiə olunan son həqiqət haqqındakı təməl bir qənaətə əsaslanır. Və öz “məlumat” və “ağıl” təriflərinə malikdir. Məlumatın nəticədə duyğularımızdan qaynaqlandığını və daha kompleks məlumat növlərinin elmi araşdırmadan doğulduğunu söyləməkdədir. Naturalist düşüncəyə görə, fövqəltəbiinin məlumatı deyə bir şey ola bilməz. Tanrı haqqındakı mülahizələr ya ağıldankənar və ya ağıla qarşı olaraq xarakterizə edilir. (Allahı tənzih edirik.)
Halbuki, əsl naturalizm və materializm əvvəldən sonuna kimi ağıldan kənardır. Bu azğın və batil inancların təqibçiləri şansa, təsadüfə, şüursuz hadisələrə yaradıcılıq xüsusiyyəti verən (Allahı tənzih edərik), ağıllı qiymətləndirmə qabiliyyətindən məhrum insanlardır. Təsadüfü saxta ilaha qəbul edən azğın bir dinin müdafiəçilərinin “məlumat” dedikləri şey də yenə təsadüflərin hər şeyi yoxdan yaratdığı fikirinə əsaslanır. Bu səbəbdən burada bəhs etdiyimiz şey, ağılın və məntiqin kənarda qaldığı azğın bir inanc sistemindən ibarətdir. Məhz bu səbəblə, naturalizm, materializm və darvinizmdən bəhs etdikdə, ağıl və ya məlumat kimi anlayışlardan bəhs etməyin mümkün olmayacağını anlamaq da çətin olmayacaq.
Darvinistlər, açıq-aşkar bir gerçək olan yaradılış həqiqətinin geniş şəkildə izah edilib, insanları razı salmasından böyük bir qorxu duyarlar. Çünki bilirlər ki, yaradılış həqiqətini dəstəkləyən saysız dəlil vardır və bunları görən bir insanın təkamül yalanına aldanması artıq mümkün olmayacaq. Digər tərəfdən darvinizmi dəstəkləyən tək bir dəlil də yoxdur. Bu böyük yalanı müdafiə edən şəxslərin, öz zəif ağılları ilə canla-başla yaradılış inancını tənqid etmələrinin əsl səbəbi məhz budur. New York Universitetinin kimya professoru təkamülçü Robert Şapiro (Robert Shapiro), nəticələr heç bir zaman təkamül nəzəriyyəsini dəstəkləməsə də, mütləq sonuna qədər darvinizmin müdafiəçisi olacağını bu ağılsız məntiqlə ifadə etdir:
Gələcəkdə bir gün bütün məntiqli kimyəvi təcrübələr həyatın olabiləcək mənşəyinin tamamilə səhv olduğunu göstərə bilər. Hətta yeni geoloji dəlillər dünya üzərində həyatın birdən meydana gəlməsini göstərə bilər. Son olaraq bütün kainatı kəşf edib başqa bir yerdə bir həyat izinə və ya həyata səbəb ola biləcək bir prosesə rast gəlməyə bilərik. Belə bir vəziyyətdə bəzi elm adamları cavab üçün dinə müraciət edə bilərlər. Ancaq mənim də daxil olduğum digərləri, əldə olan daha az elmi izahları, qalanlardan daha mümkün olan birini seçə bilmək məqsədiylə ayırd etməyə çalışacaqlar.
Məhz bu sözlər, dəccalın qaranlıq sistemini açıq bir şəkildə görə bilmək üçün şübhəsiz ki, kifayətdir.