Darvinizm son dərəcə bəsit bir məntiqə əsaslanan və canlılığı səthi və bəsit şəkildə izah etməyə çalışan nəzəriyyədir. Darvinistlərin, bunun bir gərəyi olaraq istifadə etdikləri ən əhəmiyyətli təbliğat vəsaitlərindən biri meymunlardır. Meymun, müxtəlif anatomik xüsusiyyətlərinə görə həqiqətən də, insana bənzər yaradılmış bir varlıqdır. Məhz darvinistləri ən çox aldadan və darvinistlərin də insanları ən çox aldatmasına səbəb olan ünsür bu bənzərliklərdir.
Darvinistlər meymun-insan bənzərliyindən istifadə edə bilmək üçün bir meymunu ön plana çıxarar və onun müxtəlif davranışlarını, alət istifadə etmə və öyrənmə qabiliyyəti kimi xüsusiyyətlərini vurğulayacaq müxtəlif nümayişlər edərlər. Məqsəd, insanın meymun nəslindən gəldiyinə dair məşhur darvinist yalanı oxucular üçün guya məqbul göstərə biləcək bir qənaət meydana gətirə bilməkdir. Bəzi insanlar bu təlqini aldıqdan sonra zooparka getdiklərində və ya meymunlarla əlaqədar bir sənədli film seyr etdiklərində müəyyən bir istiqamətdə qənaət gətirərlər.
Belə ki, darvinist yalandan olduqca təsirlənmiş olduqlarından gördükləri canlının “bir az inkişaf etsə, təraş olsa, yaxşı bəslənsə” rahatlıqla insana çevrilə biləcəyinə dair bəsit bir məntiqlə düşünməyə başlayarlar. Bir neçə texniki bənzərlik, darvinist təlqinin müvəffəqiyyətli olmasına zəmin yaradır. İnsana bənzər bəzi primitiv davranış formalarını öyrənmiş olan meymunlarla bağlı proqramlar dəfələrlə darvinist televiziya və internet saytlarında yayımlanaraq ön plana çıxarılır. Bir meymunun öyrədilərsə nələr edə biləcəyini görən və darvinizm haqqında çox da məlumatı olmayan bəzi tamaşaçılar, gördüklərindən sonra verilən darvinist təlqinə görə tamamilə səhv bir dünyagörüşünə sahib olarlar. Meymunun sərgilədiyi ağıllı davranışlar, bu canlıların insanın qədim əcdadları olduğuna dair edilən təbliğatı gücləndirmək üçün dəfələrlə göstərilər.
Halbuki bu, bir başqa darvinist yalandır.
Meymunların müxtəlif xüsusiyyətlərinə görə insana bənzər xüsusiyyətlərə sahib olması doğrudur. Amma bu vəziyyət insan ilə meymunun tamamilə fərqli canlılar olduğu gerçəyini dəyişdirmir. Meymun, Allahın icazəsiylə bu dünya üzərində var olduğu müddətcə, meymundan fərqli bir canlı olmayacaq, nə qədər öyrədilərsə öyrədilsin insan kimi düşünmək, dərk etmək, şərh etmək, ehtiyatlı olmaq, ağıllı davranmaq, mühakimə etmək, planlı və şüurlu hərəkət etmək, danışmaq kimi xüsusiyyətlərə sahib ola bilməyəcək.
Nə qədər sıx təkrarlayarsa təkrarlasın, bir meymun heç bir zaman təyyarə dizaynı edə bilməyəcək, göydələnlər inşa edə bilməyəcək, şeir yaza bilməyəcək, laboratoriyalarda insanı araşdıra bilməyəcək. Nə qədər öyrədilərsə öyrədilsin, bir proyekt hazırlaya bilməyəcək, düşünüb planlayaraq daha üst bir mədəniyyət səviyyəsinə çata bilməyəcək. Çünki meymun, Allahın özünə xüsusi olaraq verdiyi anatomik xüsusiyyətlərə sahibdir, danışmaq bacarığından və ən əhəmiyyətlisi insanı insan edən şüur, ağıl və ruhdan məhrum bir varlıqdır. Onun yalnız bir neçə mövzuda bacarıqlı olması, insanın əcdadı olduğuna dair iddianın şübhəsiz ki, heç bir şəkildə dəlili ola bilməz.
Darvinistlər bu iddiaları ortaya atarkən, insan və heyvan arasındakı ən əhəmiyyətli fərqi unutdurmağa çalışarlar. İnsan, “mənəm” deyən, öz varlığının fərqində olan, nə üçün yaradıldığını, niyə var olduğunu düşünə bilən, mühakimə etmə qabiliyyəti ilə var olan bir canlıdır. İnsan bu səbəblə digər canlıların hamsından fövqəladə bir fərq ilə ayrılır. Anatomik xüsusiyyətlər və bacarıqlar, bunun yanında çox kiçik bir ayırdedici xüsusiyyətə malikdir. “Mənəm” deyən, varlığının fərqində olan şüurlu varlıq, heç bir materialist izah ilə açıqlana bilməz.
Heç bir materialist şərh, öz varlığının şüurunda olmayan, şüuru bağlı bir canlının, ruhu olan və varlığının şüurunda olan bir varlığa çevrilməsi hekayəsini izah edə bilməz. Darvinistlər bu, elmdən kənar izaha istədikləri qədər saxta fosil dəlillər göstərməyə çalışsınlar (göstərilən bütün fosillərin saxta olduğu ortaya çıxmışdır), insandakı şüurun və ruhun varlığına əsla heç bir şəkildə izah gətirə bilməyəcəklər. İnsanın uydurma təkamülündən danışarkən və bu mövzuda saysız saxta kəllə sümüyünü dəlil olaraq təlqin etməyə çalışarkən, darvinistlərin tək toxunmaq istəmədikləri və onları tam mənası ilə çarəsizliyə salan mövzu budur.
Bütün bunlarla yanaşı, darvinistlərin ən böyük dəlil sandıqları qabiliyyət nümayişində, meymundan daha ağıllı xüsusiyyətlər sərgiləyən canlılar vardır. Qarğa, arı, qunduz, termit kimi canlılar; bəzən meymunlardan daha çox ağıllı və daha çox bacarıq tələb edən davranışlar sərgiləməkdədirlər. Bu səbəbdən qabiliyyət və bacarığa əsaslanan bənzərlik iddiası, tamamilə yanıltmaq məqsədlidir.
Darvinistlərin əvvəla insanı insan edən; gördüklərindən, eşitdiklərindən təsirlənməsini, onlar üzərində düşünməsini, ağıl göstərməsini, hörmət, sevgi, vəfa kimi anlayışlara sahib olmasını, mühakimə aparmasını təmin edən “ruh”u açıqlamalıdırlar. Maddənin mütləq varlığına inanan, insan şüurunu yalnız bir neyron yığını olaraq görən bu düşüncə, ruhun varlığı gerçəyi qarşısında tam mənası ilə susqundur.
Darvinistlər uzun zamandır şüurun mənşəyi və xəyali təkamülü haqqında işlər görməkdə, daha doğrusu bu mövzuda təbliğat üsulları tapmağa çalışmaqdadırlar. Lakin maddi varlığı olmayan bir anlayışı maddə ilə açıqlaya bilmələri, hətta buna alternativ bir izah gətirə bilmələri qeyri-mümkün olduğundan, bu mövzu haqqında heç bir iddia irəli sürə bilmirlər. Çünki şüurun mənşəyi, yəni insanı insan edən ruh, Allaha aiddir. Allah, Özündən bir lütf olaraq bunu insana bəxş etmiş və onu digər canlılardan, xüsusilə bu istiqamətiylə fərqli etmişdir. Darvinist yalan, bu mövzuda çarəsiz və səssizdir.
Allah Quranda, insanı Öz ruhundan yaratdığını belə bildirir:
Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)