Darvinist nəşrlərin demək olar ki, hamsında görmüsünüz. İllər boyunca Nebraska adamı ən əhəmiyyətli təkamül dəlili olaraq tanıdılmağa çalışılmışdır. Bu xəyali varlığı tanıdan yazılarla bilrikdə çox tanış bir şəkil təsvir edilir. Azacıq əyri yerişə sahib bir meymun adam, arvadı, yaşadığı mühit, əlində ovlanacağı silah və s. Şəkildə o qədər detal təsvir edilib ki, sözü gedən xəyali varlıq haqqında zehinlərdə yetərli fikir meydana gəlmişdir. Çox araşdırma imkanı olmayan, mövzu haqqında məlumatsız oxuculara istiqamətli olaraq darvinist məqsədə çatılmışdır. Darvinist yalanın fərqində olmayan oxucular, ailəsiylə birlikdə ibtidai bir mühitdə yaşayan bir meymun adamın varlığına asanlıqla razı olmuşlar.
Halbuki, bu gerçək deyil.
Nebraska adamı olaraq insanlara tanıdılan bu xəyali varlığın çıxış nöqtəsi tək bir dişdir. Daha əvvəl ətraflı şəkildə izah etdiyimiz kimi, bu diş də bir çöl donuzuna aiddir. Yəni insanlar üzərində vizual təlqinlərlə yaradılmağa çalışılan qənaət, bir çöl donuzunun azı dişindən yola çıxılaraq meydana gətirilmişdir. Bir təhər bu donuz dişindən, xəyali Nebraska adamının ailəsinin təsvirləri əldə edilmişdir. Bir başqa deyişlə, çox böyük bir hiylə edilmiş, insanlara əslində açıqca yalan danışılmışdır.
Bu təlqin metodu hələ də davam edir. Dənizdən quruya doğru irəliləməyə başlayan, üzgəcləri get-gedə qollara çevrilməyə başlayan balıq rəsmi, tamamilə xəyal məhsulu bir şəkildən ibarətdir. Darvinistlər heç bir dəlili olmayan belə bir keçişi insanlara inandıra bilmək üçün yenə eyni üsuldan istifadə edirlər. Bir saxtakarlığı xəbər mövzusu edən elm jurnalı və ya elm saytında, sözü gedən xəbərin yanında mövzuyla tamamilə əlaqəsiz şəkildə, get-gedə dikləşən və insana çevrilən meymun sxemini qoymaq, mövzunun təkamüllə əlaqələndirilməsini təmin etməkdədir. Hər hansı bir oxucu, verilən bu xəbəri, vizual təlqinlərlə təkamülün bir parçası hətta bir dəlili olaraq qəbul edə bilər. Çox vaxt sözü gedən məqalədə yazılanları oxumaz, amma burada olan təkamülü xatırladan şəkil yaddaşında qalar. Eyni adam, klonlama və ya genom layihəsinin xəbərlərinin yanına qoyulan və mövzu ilə tamamilə əlaqəsiz olan təkamül şəkillərini də eyni təlqinlə qəbul edər. Genom layihəsindəki hər hansı bir elmi nailiyyət, ona təkamülün də sanki elmi olaraq dəlilləndirildiyi təəssüratını verir.
Məhz bu saxta vizual təlqin, tipik bir darvinist təbliğat üsuludur. Psixoloji təlqin metodlarının ən sıx istifadə edilənlərindəndir. Halbuki, bir kəllə fosili üzərinə reallaşdırılan rekonstruksiyalar fərqli sənətçilərin fərqli xəyal güclərini əks etdirən yalnız bir sənət işidir. Eynilə Nebraska adamı nümunəsində olduğu kimi.
Şübhəsiz, bunun elmlə heç bir əlaqəsi yoxdur. Bunların təkamüllə də heç bir əlaqəsi yoxdur. Elmi dəlil gətirməkdənsə, saxta bir təlqin üsulu həyata keçirilir.
Gonadan Vels (Jonathan Wells) bu darvinist saxtakarlığa bu sözlərlə nümunə çəkir:
1972-ci ildə Keniyanın şimalında tapılan məşhur kəllə sümüyü fosilinin, üst çənənin kəllənin geri qalanına yerleşdirilmə formasından asılı olaraq davamlı görünüşü dəyişirdi. Paleantropoloq Alan Valker (Alan Walker), Maykl Dey (Michael Day) və Riçard Leki (Richard Leakey) “1470-ci il tarixli kəllənin” iki hissəsini araşdırarkən, Roqer Levin (Roger Lewin) görülən işlərin sayını qeyd edirdi. Levinə görə Valker bunu söyləmişdi: “Üst çənəni irəli doğru qaldıra bilər və ona uzun bir üz yerləşdirə bilərsən, ya da onun içərisinə çəkib üzü qısalda bilərsən… Bunlardan hansını edəcəyin əslində sənin təxəyyülünə bağlıdır. İnsanların onunla nə etdiklərini görmək çox maraqlıdır”. Levin, Lekinin də hadisəni yenidən xatırlatdığını qeyd edir: “Bəli, onu bu şəkildə tutsan belə görünər, bu şəkildə tutsan, başqa cür görünər”.
Hələ son zamanlarda, “National Geographic” jurnalı, 1470-ci ilə aid kəllə sümüyünə eyni növə aid olduğu düşünülən yeddi sümük fosili parçalarından dişi bir fiquru yenidən düzəltmələri üçün dörd sənətkarı vəzifələndirdi. Sənətkarlardan biri, alını olmayan, alt və üst çənəsi dimdikli bir dinozavrınkına bənzəyən bir məxluq təsvir etdi. Digər sənətkar, nisbətən yaxşı görünüşlü, lakin qəribə şəkildə uzun qollara sahib müasir bir Afrikan-Amerikan bir qadın təsvir etdi. Üçüncü sənətkar, qorillanınkına bənzəyən qolları və Hollivud (Hollywood) qurdununkuna bənzəyən üzü ilə sısqa bir dişi cinsini təsvir etdi. Dördüncü sənətkar isə, bədəni tüklə örtülü, ağaca dırmaşan və qorillanınkına bənzəyən qalın qaşlarının altından ətrafı müşahidə edən, muncuq gözlərə sahib bir fiqur təsvir etdi.
Bu təəccüblü şəkillər bircə dənə fosil dəstəsinin müxtəlif yollarla necə yenidən qurula biləcəyini açıqca göstərir. Bəzən, meymun-insan zəncirinə əlavə olunacaq bir aralıq forma axtarışı, hansı şəkil ən uyğundursa, onu seçə bilər.
Darvinistlərin bu saxtakarlığı asanlıqla edə bilmələrinə səbəb, nəsli kəsilmiş canlı fosillərini götürüb, bunları istədikləri şəklə salıb, istədikləri görünüşdə təqdim edə bilmələridir. Darvinistlər hazırladıqları bu rekonstruksiyaları o qədər geniş şəkildə istifadə edərlər ki, cildlər dolusu bir təkamül kitabı sırf bu saxta şəkillərdən ibarət ola bilər. Hətta bir təbiət tarixi muzeyinin material olaraq sahib olduğu tək şey bu rekonstruksiyalar ola bilər. İnsanlara illərcə bu saxta şəkilləri və maketləri göstərər, bunların həqiqətən, yaşamış olduğuna dair təlqin verməyə çalışarlar. Əlbəttə, bu muzeyləri ziyarət edən bir çox insan, professorların və elm adamlarının yoxladığı, dövlətin dəstəyini almış belə bir tarix muzeyinin sərgilədiyi hər şeyin yalan və saxta olduğuna ehtimal verməz.
Hətta sırf buna görə gördüklərindən təsirlənər, başı kiçik, çənəsi böyük, əyri yeriyən, bədəni tüklərlə örtülü bu xəyali canlının tarixdə bir zamanlar mütləq yaşamış olduğu qərarına gələr. Oradakı bir çox insan, bu göstərilən saxta heykəl və şəkillərin əslində heç bir zaman yaşamadığını, bunların hamısının saxta olduğunu, bunu haqlı çıxaran tək bir fosil dəlili belə olmadığını, hətta tam tərsinə fosil qeydlərinin bu iddianı tamamilə yalanladığını bilmir, bunu hətta belə araşdırmamışdır. Qarşılaşdığı təlqin elə güclüdür və bunu dəstəkləyən elə yüksək elmi dərəcəli şəxslər vardır ki, bunun doğruluğunu sorğulamaq onlara məntiqsiz belə gələ bilər. Lakin bu yolla davamlı aldadılır və davamlı bir yalana ortaq olurlar.
Təbiət tarixi muzeylərinə getdikdə, onsuz da ümumiyyətlə, fosillərdən çox bu saxta şəkillər və ya xəyali maket varlıqlar insanlara sərgilənir. Darvinistlər fosilləri göstərə bilməzlər, çünki fosillərin hamısı mükəmməl canlılara aiddir. Fosillərin hamısı, canlıların bundan milyonlarla il əvvəl də tam və əskiksiz, mükəmməl canlılar olduqlarını göstərir. Fosillər həm də, dövrümüzdəki canlılarının milyonlarla il əvvəl də yaşadıqlarını və heç bir şəkildə dəyişmədiklərini də göstərirlər. Məhz bu vəziyyət, paleontologiya muzeylərinin tək qaynağı olmalı olan fosillərin gizlədilməsinə səbəb olmuşdur. Fosillərin hamısı yaradılış həqiqətini isbat etdiyindən darvinistlər tam 300 milyon fosili gizlətmişlər. Əsla sərgiləməmiş, insanlara göstərməmişlər.
Darvinistlər, müxtəlif elmi jurnalları da vizual təlqin vasitəsi kimi istifadə edirlər. Darvinist jurnallar elmi dəlil təqdim edə bilməyəcəkləri üçün əsas olaraq təbliğata üstünlük verirlər. Təbliğatın ən əhəmiyyətli gərəyi olaraq göz boyayan bir səhifə dizaynı, üz qabığı və səhifələrdə istifadə edilən rənglər, üz qabığı dizaynı, seçilən fotoşəkillər və xitab şəkli oxucuya lazım olan mesajı vermək üçün yetərli görülür. Bu görünüşün altında gizlənən hipnoz, jurnalı oxuyan adamın vizual olaraq jurnalın görünüşündən və içindəki şəkillərdən təsirlənməsini və məzmun olaraq da istifadə edilən qəribə latınca terminlərin təsiri altında qalmasını təmin edir.
Reklamlardan kino filmlərinə, musiqi kliplərindən mahnı sözlərinə, cizgi filmlərə, kitablara, məqalələrə qədər hər cür fürsət bu hipnozun pozulmaması üçün istifadə edilir. Məqsəd insanların bəzi sözləri və cümlə qəliblərini əzbərdən bilmələri və görütülərə alışmalarıdır. Xəyali meymundan insana keçiş mərhələləri, yalançı ara fosil şəkilləri, saxta ibtidai insan canlandırmaları həyatın hər anını əhatə etmişdir. Qəzet və jurnallarda kiçik ya da böyük, bir cümlə ya da əhatəli bir şəkildə, davamlı bu mövzu üzərində dayanılır. Bu şəkildə məqsəd insanların üzərindəki darvinist hipnozun təsirinin pozulmamasıdır.
Yaradılışa qarşı hazırlanan xüsusi üslub, ağıllarıca etdikləri lağ-lağı rəftarlar yenə bu hipnozun təsirini tamamlaya bilmək üçündür. Allah inancına istiqamətli lətifələrin, yazıların, danışıqların, karikaturaların (Allahı tənzih edirik) hamsının səbəbi, insanları darvinist təlqinə alışdıra bilmək məqsədini daşıyır. İnsanlarda, Allah inancına olan hər cür meyli ortadan qaldıra bilmək və beyinlərində darvinizmin təməlini ata bilmək üçün edilən bu çirkin nümayiş, dəccalın oyununun bir parçasıdır.
Lakin bu cadu artıq pozulmuşdur. Dəccal dəstəkçiləri isə içinə düşdükləri vəziyyəti tam mənasıyla qavraya bilmirlər. Darvinizmin gerçək olmadığına dair dəlillərin yalnız bir dəfə izah edilməsinin ardından bir insanın təkamül nəzəriyyəsinə olan inancını davam etdirməsindən söhbət belə gedə bilməz. Bunu etmək üçün, darvinist təbliğat üsullarındakı kimi, qarmaqarışıq cümlələrə, latınca terminlərə və vizual təlqinlərə ehtiyac yoxdur. Gerçəklərin bircə dəfə, son dərəcə sadə bir dillə izahatı, darvinizmin etibarsızlığını göstərən dəlillərin bircə dəfə gözlər önünə sərilməsi kifayətdir.
Həyatı boyunca darvinizm təlqinini almış bir insan belə, bu inkar edilə bilməyəcək gerçəklər qarşısında darvinizm yalanına inanmağı davam etdirə bilməz. “İnanıram” desə də bu doğru deyil, çünki artıq gerçəkləri bilir. Bir insanın, qapqaranlıq bir otağının içində, pərdənin ardındakı günəşi yalnız bir saniyə görməsi kifayətdir. Oturduğu otaq nə qədər qaranlıq olursa olsun, artıq bu adamı çöldə gecə olduğuna inandırmaq qeyri-mümkündür. İndiki vaxtda yaşanan vəziyyət də bundan fərqsizdir. İllərcə son dərəcə müvəffəqiyyətli zənn edilən darvinist təlqinlər, gerçəklərin yalnız bir dəfə və elmi dəlillərlə açıqlanması ilə ortadan qalxmış, bütün təsirini itirmişdir.
Rəbbimiz, dəccala uyanların vəziyyətini ayəsində bu şəkildə xəbər vermişdir:
Onlar özlərini ziyana uğradarlar. Uydurduqları bütlər isə onlardan qeybə çəkilib gedər. (Hud surəsi , 21)