Header

Zuxruf surəsi, 57, 61, 51, 52, 54-cü ayələrinin təfsiri

Aa4a

Zuxruf surəsi, 57, 61, 51, 52, 54-cü ayələrinin təfsiri

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Allah 57-ci ayədə belə buyurur: “Məryəm oğlu örnək göstərildikdə sənin xalqın onun haqqında (keflə danışıb) qəhqəhələrlə güldü“ Bir insan olaraq onun əhəmiyyəti, varlığı, gələcəyi, yenidən zühur edəcəyi, hər şey buna daxildir. Allah “…sənin xalqın…“- deyir. Peyğəmbərimiz (s.ə.v)- ə Allah xitab edir: “onun haqqında (keflə danışıb) qəhqəhələrlə güldü“. Cənabı Allah hz. İsa (ə.s)-a qarşı belə davranacaqlarını bildirir. Dövrümüzdə də eyni bəla ilə qarşılaşırıq, inşaAllah. 61-ci ayədə isə Allah: “Həqiqətən, İsanın yer üzünə enməsi qiyamət saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!“, deyir.

Şeytandan Allaha sığınıram. 51– ci ayə. Cənabı Allah, “Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi?“- deyir. Yəni, o dövrdəki kommunist sistemidir, dövlət hər şeyi milliləşdirmişdi, mülk dövlətə aid idi, şəxsi bir mülk, xüsusi mülk yox idi, Nə deyir? Misir səltənətinin – mülkün hamısı ona aid olduğunu bildirir. Altından axan bu çayların ona aid olduğunu deyir. O dövrdə də Kommunist, Darvinist sistem hakim idi. “İnsanlar necə yarandı?” – deyirsən- “Nilin palçıqlarında təsadüfən meydana gəldi” – deyirlər. Dövlət idarəsi kommunist sistemi idi. Din, ideologiya Fironun dediyi kimi olurdu “Firon nə desə odur” – deyirlər. Dərin dövlət hakimiyyəti var idi, eyni ilə indiki İslam ölkələrinin çoxunda olan sistem kimidir. İddia edilən Ergenekon terror təşkilatı düşüncəsi o dövrdə də var idi.

52-ci ayədə “ Firon deyir: Yaxud mən bu aciz və sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi?“- bildirilir. İddia edilən Ergenekon terror təşkilatı mənsubları xalqa necə baxırlar? Eyni düşüncə ilə Firon nə deyir? “O aciz və yazıqdır”-deyir. “Az qala sözünü belə aydın başa sala bilməyən adamdan” – deyərək insana dəyər vermədiyi aydın olur.

54– cü ayədə Allah belə buyurur: “Firon öz xalqını ələ saldı“. Bütün firon sistemlərində bu vardır, xalqı adam yerinə qoymazlar, ələ salarlar. Allah, “Onlar da ona itaət etdilər“- deyir. Yəni, o təzyiq sisteminə boyun əyirlər. Onlar da demokratiyanı, insan haqlarını, azadlığı axtarmırlar. Boyun əyirlər. Allah, “Həqiqətən, onlar fasiq adamlar idilər“- deyir.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313