Darvinizmin təməlində materializm durur. Materializmin səhv fikrinə əsasən maddə sonsuzdur və maddədən üstün bir güc yoxdur. Başqa sözlə desək, materializm, bütün kainatı maddənin yaratdığını, ona hakim olan, onu həmişə nəzarəti altında saxlayan üstün bir Yaradıcının varlığını rədd edir. (Allahı tənzih edirik) Maddənin mütləq varlığının ön qəbulu ilə irəli sürülmüş Darvinizmi dik tutmaq səyinin, bu səy üçün bütün yalanların, saxtakarlıqların gözə alınmasının yeganə səbəbi, bütün varlıqları üstün və güclü bir Yaradıcının yaratdığı həqiqətinin qəbul edilməsinə mane olmaqdır. Darvinistlər son 150 ildir ki, belə səylər göstərmiş və bunun üçün mübarizə aparmışlar. Darvinizmin saxta bir din olaraq mənimsənilməsinin ən böyük səbəbi məhz budur.
Ancaq bu həqiqət insanlardan ümumiyyətlə gizlədilir, çünki bu vəziyyət geniş xalq kütlələrinin Darvinizmə rəğbət göstərməsinə maneə törədəcəkdir. Xüsusi ilə Allaha iman edib dərin hörmət edən inanclı insanlara mənfi təsir göstərəcəkdir. Darvinizmin Allah inancına qarşı bir nəzəriyyə olması, Darvin dövründə də dindarların etirazına səbəb olmuşdur, dövrün insanları nəzəriyyəni asanlıqla mənimsəməmişdir.
Mənimsənməyə başlanması, darvinist təlqinlər və təbliğatlar nəticəsində olmuşdur. Hal-hazırda da, məktəblərdə insanın meymundan əmələ gəldiyini, dinozavrların qanad açıb uçmağa başladığını öyrənən insanlar, təkamül nəzəriyyəsinin zərərsiz elmi bir nəzəriyyə olduğunu düşünürlər. Nəzəriyyənin əsl üzündən isə xəbərsizdirlər. Dünyadakı dinsizliyin, diktator idarəçiliyinin, müharibələrin, qırğınların, zalımlığın, degenerasiyanın, terrorun, ölkəmizdə əsgərlərimizin şəhid edilməsinin əsas səbəbinin elmdən uzaq batil nəzəriyyə olduğunu bilmirlər.
Darvinistlər də müdafiə etdikləri doqmanın əsl üzünü gizlətməyə çalışarlar. Məhz buna görə, Allaha iman edən kütlələri istiqamətləndirə bilmək, Darvinizmi öz fikirlərinə görə zərərsiz göstərə bilmək və onların da dəstəyini qazana bilmək üçün Darvinizmin dinlə ziddiyyət təşkil etmədiyi yalanını yaymağa çalışarlar.
Bu yolla tərəfdar qazanacaqlarına və təkamül nəzəriyyəsi qarşısında aparılan fikri mübarizənin zəifləyəcəyinə inanırlar. Bu məqsədlə ortaya atdıqları “təkamüllü yaradılış” yalanı, olduqca məntiqsiz və əsassız olmağına baxmayaraq, gizlincə dəstəklənir, darvinistlər tərəfindən həmişə gündəmə gətirilir. Hətta bunun üçün, Darvinin özünün belə dindar bir şəxsiyyət olduğu yalanını uydururlar. Ateist və darvinist Riçard Dokins, bu mövzuda vəzifəli olan darvinist lobbinin varlığını bu sözlərlə etiraf etmişdir:
“Xüsusi olaraq yaradılmış bir növ təkamülü qoruma lobbisi var. Bunların böyük əksəriyyətini ateistlər təşkil edir. Amma bu kəslər, gözü dönmüş şəkildə, orta mövqeli və məntiqli dindarlarla dost olmaq istəyirlər. Bunu edə bilməyin yeganə yolu, təkamül ilə din arasında heç bir ziddiyyətin olmadığını deməkdir”.
Halbuki təkamül ilə din heç bir şərtdə, heç bir şəkildə uyğun gələ bilməz. Darvinistlər, özləri Allaha inanmadıqları, təsadüfləri ilahlaşdırdıqları (Allahı tənzih edirik), yaradılış həqiqətinə tamamilə qarşı olduqları və bu yolda mübarizə apardıqları halda, bir anda Allahın kainatı təkamüllə yaratdığı yalanını müdafiə etmək istəyirlər. Halbuki darvinistlər, materializmə olan bağlılıqları səbəbi ilə, Allah inancını heç vaxt qəbul etməzlər. Darvinist olmaq, Allah inancını rədd etməyi də özü ilə gətirər. Bir insanın, elmi heç bir dəlili olmayan, təsadüfləri ilahlaşdıran bu bütpərəst dinə dəstək olmasının yeganə səbəbi Allahın varlığını rədd etməsidir (Allahı tənzih edirik). Darvinistlərin, insanları Allah inancından uzaqlaşdıra bilmək üçün etməyəcəkləri şey yoxdur.
Məhz bu səbəblə, bu yalana qarşı diqqətli olmaq lazımdır!
Jurnalist Leri Vidam (Larry Witham), darvinizmin saxta bir din olduğunun izah edildiyi və darvinist diktatorluğun təzyiq və zorakılığının izah edildiyi “Expelled No Intelligence Allowed” adlı sənədli filmdə bununla əlaqədar bu açıqlamanı vermişdir:
“Təkamül nəzəriyyələrinin hamısında qəti surətdə iddia edilən şey, ya Allahın olmadığı (Allahı tənzih edirik) və ya Allahın yaratdıqları üzərində heç bir nəzarətinin olmamasıdır (Allahı tənzih edirik). Buna görə, əlbəttə ki, bir çox təkamülçünün də dediyi kimi, təkamül, ateizm üçün ən güclü vasitədir.
Məhz darvinistlər, Allah inancını qəti surətdə rədd etdikləri üçün, insanlara qarşı bu çirkin oyunu oynayarlar. Halbuki, bu çirkin yalana inananlar, bu həqiqəti düşünməmişlər: Əlbəttə ki, Uca Allah, bütün varlıqları müxtəlif vasitələrlə yaratmağa qadirdir. Rəbbimiz, istəsə canlıları təkamül vasitəsi ilə də yarada bilərdi. Lakin belə yaratmamışdır. Bütün varlıqlar, yer üzündə yoxdan var olmuş, yoxdan yaradılmışlar.
Lakin Quranda təkamülə işarə edən heç bir ayə yoxdur. Qurana görə bütün kainat və canlılar, Rəbbimizin “Ol” əmri ilə yaradılmışdır. Allah, endirdiyi bütün ilahi dinlər ilə insanlara, bütün kainatı yoxdan, tək bir əmr ilə yaratdığını və ona dilədiyi şəkildə surət verdiyini bildirmişdir. Necə ki, yer üzündəki dəlillərə baxdığımızda da yaradılışın, Quranda təsvir edildiyi kimi olduğunu görürük. Tapılan hər canlı fosili mükəmməldir. Birdən, mükəmməl görünüşləri ilə yaranmışlar və heç bir dəyişikliyə uğramamışlar.
Canlılar, milyon illər ərzində dəyişilməmişlər. Canlılığın cansızlıqdan yaranması ehtimalı yoxdur. Tək bir zülalın belə təsadüfən yaranması qeyri-mümkündür. Mükəmməl komplekslikdəki canlı növlərinin bir-birinə çevrilmələri kimi bir iddia, elmdən tamamilə uzaqdır. Bir canlıya yeni, faydalı bir məlumat əlavə edəcək bir mexanizm yoxdur. Elm, bütün canlıların zülallarına, hətta atomlarına qədər möhtəşəm bir kompleksliyə sahib olduqlarını, birdən yarandıqlarını və bir-birlərinə çevrilmədiklərini qəti və rədd edilə bilməz dəlillərlə sübut etmişdir. Bu səbəbdən Allahın təkamüllə yaratdığına dair bir iddia, böyük bir yalandır, darvinist yalanının bir hissəsisidr.
(Bu haqda ətraflı məlumat üçün baxın, Harun Yəhya, “Quranda Təkamül Yoxdur”)
Yaradılan hər şey Allahın uca qüdrətinin bir dəlilidir. Quranda bir çox ayədə, Allahın bu möhtəşəm yaratması xəbər verilmişdir:
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. (Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu. (Ali İmran surəsi, 59)
Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm (yalnız) Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, (hər şeydən) Xəbərdardır. (Ənam surəsi, 73)
Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: “Ol!” deməkdir. O da dərhal olar. (Nəhl surəsi, 40)
Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur!. Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar. (Yasin surəsi, 81-82)
İndiki vaxtda elm, materialist-təkamülçü iddianın etibarsızlığını göstərir. Təkamül nəzəriyyəsinin iddiasının əksinə, ətrafımızı əhatə edən hər bir yaradılış dəlili kainatda təsadüfün olmadığını insanlara sübut etmişdir. Əgər yer üzündə Allahın təkamül vasitəsi ilə yaratdığına dair dəlillər tapılsaydı və Allah Quranda bunu bizə bildirsəydi, “Rəbbimiz təkamüllə yaradıb” fikri əlbəttə inananlar tərəfindən dərhal qəbul edilər və müdafiə olunardı. Ancaq Allah Quranda “Ol” əmri ilə yaratdığını xəbər vermişdir və təkamüllə yaratdığına aid heç bir ayə yoxdur. Həm də, qəti və dəqiq olaraq təkamülə dair heç bir elmi dəlil yoxdur. Bu vəziyyətdə həqiqətlər aydındır. Göylərin, yer üzünün və bütün canlı varlıqların təqdiqat edilməsi ilə ortaya çıxan hər təfərrüat Allahın böyük güc və qüdrətinin bir dəlili xüsusiyyətindədir. Bütün varlıqlar, Ulu Rəbbimiz Allahın əmri ilə bir anda, yoxdan yaradılmışdır. Şübhəsiz, yaratmaq üçün Allahın səbəblərə ehtiyacı yoxdur. (Allahı tənzih edirik.) Darvinistlərin bu, ən əhəmiyyətli nöqtəni dərk etməlidirlər. Allah bir ayəsində belə buyurur:
Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!” – dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!” – demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!” – dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz. (Bəqərə surəsi, 258)
Allahın təkamüllə yaratdığı təlqinini vermək istəyənlər, cinlərin və mələklərin də necə yaradıldıqlarını izah etməlidirlər. Bu kəslər, mələklərin və cinlərin yaradılışı mövzusu gündəmə gəlincə susqun qalırlar. Allah cinlərin və mələklərin yaradılışını ayələrində bildirir:
Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq. Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq. (Hicr surəsi, 26-27)
Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi göndərən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir! (Fatır surəsi, 1)
İnsanın və canlıların təkamüllə yarandığını iddia edənlər, mələklərin nurdan, cinlərin alovdan yaradıldığını əlbəttə ki, təkamüllə izah edə bilməzlər. Allahın qədrini təqdir edə bilməyən, Allahın bütün səbəblərdən münəzzəh olduğunu dərk edə bilməyən və Rəbbimizin hər şeyi yalnız “Ol” əmri ilə yaratdığını qəbul edə bilməyən insanlar üçün mələklərin və cinlərin varlığı, bütün saxta iddiaları ortadan qaldırır. Çünki cinlərin və mələklərin varlığı bu həqiqəti ortaya çıxarır: Mələklər və cinlər təkamüllə yaradılmadıqları kimi, insan da təkamüllə yaradılmamışdır.
Darvinizmi kor-koranə müdafiə edənlər, Quranda ifadə edilən hz. Musa (ə.s)-ın əsasının ilana çevrilməsini və hz. İsa (ə.s)-ın palçıqdan düzəltdiyi quşun canlanmasını heç vaxt izah edə bilməzlər. Uca Allah, hz. Musa (ə.s)-ın əsasının ilana çevrilməsini ayələrində belə xəbər verir:
Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”. Allah buyurdu: “At onu yerə, ey Musa!” Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı. (Taha surəsi, 18-20)
Biz Musaya: “Əsanı yerə at!” – deyə vəhy etdik. Elə bu an əsa ilana çevrilib onların düzəltdikləri şeyləri uddu. (Əraf surəsi, 117)
Hz. Musa (ə.s)-ın söykəndiyi, ağacdan yarpaq silkələdiyi əsası, Allahın əmri ilə bir anda canlı, nəsil verən, qidalanan, mükəmməl, tam və qüsursuz bir ilana çevrilmişdir. Bir taxta parçası, Allahın diləməsi ilə bir anda mükəmməl bir ilana çevrilmişdir. Bu dəlil, Quranda təkamül nəzəriyyəsinə dəlil olduğu iddiasını qəti surətdə ortadan qaldırır. Rəbbimizin diləməsi ilə, hz. İsanın palçıqdan düzəltdiyi quşu canlı bir quşa çevirməsini ayəsində belə verir:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”. (Maidə Surəsi, 110)
Hz. İsa (ə.s)-ın palçıqdan düzəltdiyi quş, Allahın icazəsi və diləməsi ilə bir anda canlı, mükəmməl, tam və qüsursuz qanadları ilə uça bilən, nəsil verə bilən, qidalana bilən quşa çevirilir. Məhz bu yoxdan yaradılış, darvinistlərin heç vaxt izah edə bilməyəcəkləri böyük bir möcüzədir və yer üzündəki bütün canlıların yoxdan yaradılışına bir dəlildir.
Bütün bunların ortaya qoyduğu açıq bir nəticə vardır. Təkamül və Allah inancının ziddiyyət təşkil etmədiyini iddia edən drvinistlər, əslində dindar insanları böyük bir yalana sürükləməyə, onların səmimi imanlarını istismar etməyə səy göstərirlər. Bu gün Allah inancının qarşısındakı ən böyük təhlükələrdən və ən böyük əleyhdarlardan biri darvinizmdir. Darvinizm birbaşa Allah inancına qarşı mübarizə aparan dəccalın ən təsirli və ən geniş miqyaslı oyunudur. Allah inancına sahib olan səmimi dindarlar bu təhlükəni görüb, buna qarşı güclü elmi fəaliyyət göstərməlidirlər. Bu böyük təhlükəni zərərsiz hesab edib, onu dəstəkləmək, təhlükəni daha da böyüdəcək, Allah inancına qarşı mübarizə aparan təhlükəli bir cərəyana dəstək vermiş olacaq. Unudulmamalıdır ki, darvinizm, saxta və azğın bir bütpərəst dindir və yeganə məqsədi, insanları dinsizliyə aparmaqdır.