25 yanvar 2011-ci il tarixli NTV təkamül proqramında təlaş içində olduqları açıq-aşkar görünən darvinistlər, təkamülün elm olduğu haqda saxta iddianı inandırıcı göstərmək üçün, yenə tarixi iddialarını təkrarlamış və “Yaradılışın elm olmadığı” yalanını gündəmə gətirmişlər. Bu iddia, ümumiyyətlə həqiqi elmi dəlillərlə qarşılarına çıxan yaradılış müdafiəçiləri ilə mübahisə etməkdən qaçmaq, insanların qarşısında alçalmaqdan xilas ola bilmək üçün Darvinistlərin çox istifadə etdikləri müdafiə mexanizmidir. Darvinizm və ateizmin dünyadakı ən əsas müdafiəçisi olan Riçard Dokins (Richard Dawkins) də, həqiqi elmi dəlillər qarşısında məğlubiyyətə uğrayacağını bildiyi üçün Hörmətli Adnan Oktarın qarşısına çıxmaqdan şiddətlə qaçmışdır, hələ də qaçmaqdadır.
İbtidai məktəb, orta məktəb uşaqları ilə, keşişlərlə, rahiblərlə müzakirələr aparan Dokinsin, Hörmətli Adnan Oktarın qarşısına çıxmaqdan qorxmasının səbəbi, yaradılışın elm olmadığı” yalanı deyil, tam əksinə, hər sahədəki elmi dəlillərin yaradılışı sübut etməsidir. Dokins, Hörmətli Adnan Oktarın qarşısında 1-2 dəqiqə içində məğlub olacağını çox yaxşı bilir. Dokinsə dəfələrlə qarşılıqlı müzakirə aparmağı tələb etmiş və “The Times” İngilis qəzetində bir elan ilə bu çağırış təkrar edilmişdir. Lakin Dokins, bütün digər darvinistlər kimi məğlub olmaq qorxusu ilə müzakirə etməkdən çəkinmişdir.
Elmi yaradan Allahdır və Allah elm ilə bizə hər şeyi necə yaratdığını göstərir.
Elmin hər sahəsi, UCA RƏBBİMİZİN BÜTÜN VARLIQLARI NECƏ YARATDIĞINI GÖSTƏRİR. Hər bir kəşf, bu böyük yaradılışdakı təfərrüatlardan yenisini ortaya çıxarır. Genetika elmindəki irəliləyişlər genlərdəki mükəmməl nizamlı və ağıllı quruluşu ortaya qoymuşdur. XROMOSOMUN NƏFƏSKƏSİCİ QURULUŞU, İÇİNDƏ MİNLƏRLƏ KİTABDAN İBARƏT KİTABXANANIN OLMASI VƏ BU KİTABXANADAN İNSAN BƏDƏNİNƏ TRİLYONLARCASININ YERLƏŞDİRİLMƏSİ BÖYÜK MÖCÜZƏDİR. Bunlara təsadüf deyən fikir məhv olmağa və məğlub olmağa məhkumdur. Bu mükəmməl və heyranlıq oyandıran quruluş bütün varlıqların və bütün aləmlərin Yeganə Sahibi və qüsursuz Yaradıcısı olan Uca Allahın əsəridir.
Darvinistlər tək zülal qarşısında acizdirlər. Bircə zülalın varlığını, yaranmasını izah edə bilmirlər. Hüceyrənin yalnız kiçik bir hissəsini əmələ gətirən bu böyük quruluş, olduqca ağıllı və şüurludur. Bu quruluş və bu şüur, darvinistlərin heç vaxt və qətiyən təsadüflərlə izah edə biləcəyi bir şey deyil. Buradakı ağılın və qüsursuzluğun yeganə Sahibi, bütün varlıqları yoxdan yaradan Uca Allahdır. Canlılardakı bütün molekulyar sistemlər, bütün quruluşlar, dövrümüzdəki texnologiya ilə də təqlid edilə bilməyən üstün mexanizmlər, bir şah əsərdirlər, sənət əsəridirlər. Elm, daima bu kompleksliyi, möhtəşəm ağılı, qüsursuz nizamı və insanın ağlını aşan mükəmməl təfərrüatları üzə çıxardır. Buna görə, elm həmişə insanı da yaradan, insandan daha da üstün və qüsursuz olan bir ağılın və iradənin varlığını bizlərə göstərir. Bu güc, qüdrət, ağıl və iradə hər şeyə yaradılışını verən üstün və güclü olan Allaha aiddir.
Bunu inkar etmək istəyənlər, əslində bu heyranlıq oyandırıcı ağılın yeganə sahibinin Uca Rəbbimiz olduğunu çox yaxşı bilirlər. İnkarları və etirazları yalnız təkəbbürlülük hissindən irəli gəlir. Yoxsa yer üzündəki dəlillər, inkar edə biləcəkləri kimi deyil və bu dəlillərin hamısı hər şeyə gücü çatan sonsuz qüdrət sahibi Allahın varlığına işarə edir. Allah, inkar edənlərin bu vəziyyətini ayədə belə xəbər vermişdir:
Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)
Yaradılış həqiqətinə qarşı gətirilən bütün açıqlamalar mütləq məğlubiyyətə uğrayacaq.
Uca Allah, üstün yaratmasını və sonsuz gözəl əsərlərini yerdə, göydə və bütün varlıqlarda təcəlli etdirəcəyini və insanların bunu araşdırıb görəcəklərini xəbər vermişdir:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Ali İmran surəsi, 191)
Bu səbəbdən elm ilə kəşf edilən və bütün insanları heyrət və heyranlıq içində qoyan bütün bu strukturlar Allahın bizə təqdim etdiyi dəlillərdir. Bunu başqa cür şərh etmək istəyənlər həmişə müvəffəqiyyətsiz olmuş, mütləq məğlub olmuşlar. Çünki yer üzündəki ehtişamlı yaradılışın yeganə sahibi Uca Allahdır. Uca Allah vəd etmişdir ki, batilə əsaslanan hər açıqlama yerlə bir olub gedəcək:
De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allaha küfr edənlər – məhz onlar ziyana uğrayanlardır”. (Ənkəbut surəsi, 52)
Elm, Allaha iman edənlər üçündür. Elm, səmimi dindarlara fayda verər. Allah Quranda ağcaqanada (Bəqərə surəsi, 26), bal arısına (Nəhl surəsi, 68), orbit üzrə hərəkət edən ulduzlara (Zariyat surəsi, 7), suyun üzərində üzən gəmilərə (Həcc surəsi, 65), yaşıllaşan yarpaqlara (Ənam surəsi, 59), yeddi qat səmaya (İsra surəsi, 44) diqqət çəkir. Allah, Quranda iman edənlərin bu iman dəlillərinə qarşı diqqətli olmalarını istəyir. İnsan, elmlə tədqiqat apardıqda bu diqqətçəkən strukturların dərinliklərini kəşf edir. Bir ağcaqanadın xortumunu insan bədəninə necə bir anesteziya üsulu ilə yerləşdirdiyini, lokal anesteziyanın əmələ gəldiyi yerdəki maddənin molekulyar quruluşunu bizə elm verir.
Yaşıl yarpağın reallaşdırdığı fotosintez möcüzəsi, gəmiləri üzdürən sularda olan fizika qanunları, göydə asılı dayanan və -Allahın diləməsi xaricində- heç vaxt tarazlığını itirməyən nəhəng göy cisimləri elmin bizə göstərdiyi həqiqətlərdir. Quranda xəbər verilən hər şeyi elm bizə sübut edir. Buna görə vicdanı və ağlı ilə fikirləşən bir insan, Qurandakı tək bir nümunədən, Allahın Uca Varlığını dərhal qavrayar. İman həqiqətləri, elmin bizə göstərdiyi hədiyyələrdir. Allahın möhtəşəm nemətidir. Allah, üstünlüyünü, böyüklüyünü, ucalığını göstərmək üçün elmi vəsilə edir. Elmi də, elmi qanunları da, elmin kəşf etdiklərini də yaradan aləmlərin Rəbbi olan Allahdır.