Şimali Çinin Daohuqou bölgəsində tapılan 160 milyon illik hörümçək fosili bu günə qədər tapılan ən qədim hörümçək fosili nümunələrindən biridir. Bu fosilin diqqət çəkən digər xüsusiyyəti isə şəkildə göründüyü kimi çox mükəmməl şəkildə qorunmuş halda qalmasıdır. Kanzas Universitetindən paleontoloq Paul Seldən, fosilin təfərrüatlarının bu dərəcədə qorunmuş qalmasının təəcüblü olduğunu bildirir. (Archaelogy Daily News)
Şəkildə də göründüyü kimi, indiki vaxtda yaşayan hörümçəklərin sahib olduqları bütün xüsusiyyətlərə, bundan tam 160 milyon il əvvəl yaşayan hörümçək də malikdir. Milyonlarla ildir heç bir dəyişikliyə uğramayan hörümçəklər, təkamül nəzəriyyəsini böyük çıxılmaz vəziyyətə salır. Fosil tapıntılarında həmişə eyni quruluşları ilə qarşılaşdığımız hörümçəklər, canlıların təkamül keçirmədiklərinin dəlillərindəndir. Aşağıdakı şəkildə göstərilən hörümçək də 160 milyon il yaşındadır və bu hörümçəyin dövrümüzdəki bənzərlərindən heç bir fərqi yoxdur.