Darvinizm, kütlələri dinsizliyə sürükləyən, dünyaya qırğınlar, müharibələr gətirən, cəmiyyətləri degenerasiyaya, anarxiyaya, təxribatçılığa və cinayətlərə sövq edən dəccalın böyük bir fitnəsidir. Bu fitnə, tarixin ən azğın və ən böyük kütlə yalanıdır. 150 il boyunca davam etmiş bu kütlə yalanı, indi darvinistlərin çaşqın baxışları altında çöküşə məruz qalmaqda və insanlar 150 ildir aldadılmış olmağın şokunu yaşayırlar. Dəccalın oyunu bitmişdir. Dəccal artıq ölmüşdür. Kütlə yalanı sona çatmışdır. Batil olan din, Allahın haqq dini qarşısında yerlə bir olmuşdur. Buaykı sərlövhə yazımız dəccalın ən böyük oyununun qəti çöküşünün və masonların məruz qaldığı məyusluğun dəlillərini təqdim edir.
- Masonların dünya səviyyəsindəki təbliğatı nəticəsində Yaradılış həqiqətinə mane olmaq üçün görülən tədbirlər niyə nəticə verməyib?
- Bəzi darvinistlərin təkamül nəzəriyyəsinin məruz qaldığı çöküşə baxmayaraq, göstərdikləri “heç nə olmadı ki” psixologiyası, əslində nəyə işarə edir?
- Hörmətli Adnan Oktarın bu dəccali sistemə qarşı 30 ildən çoxdur davam etdirdiyi elmi mübarizənin dünya səviyyəsindəki böyük təsirləri nələrdir?
Bir elm adamı, o zamana qədər heç kimin kəşf edə bilmədiyi, hüceyrənin fövqəladə quruluşunun “yalnız bir hissəsini” kəşf etdiyi üçün Nobel mükafatına layiq görülür. Amma eyni elm adamı, mükafatını aldıqdan sonra şagirdlərinə o hüceyrənin bir palçıq yığınından təsadüfi meydana gəldiyi nağılını izah etməkdə heç bir qəbahət görməz. Eyni elm adamı, saysız elmi işin altında imzası olmasına baxmayaraq, şagirdlərinə böyük bir saxtakarlıq nümunəsi olan Piltdaun adamını, Hekelin saxta embrion şəkillərini, sənaye kəpənəkləri iddiasını təkamülün ən böyük dəlilləri imiş kimi izah etməkdən çəkinməz.
Məhz dəccal sistemi olan masonluğun meydana gətirdiyi cadunun təsiri, darvinistləri bu qədər acınacaqlı hala salar. Dəccal, darvinizm ilə az qala bütün beyinlərə çatmış, insanları uzun bir müddət boyunca aldatmış, yalan danışmış, saxtakarlıq etmişdir. İnsanların bir çoxu kor-koranə, şüursuzca, fərqində olmadan bu yalana uymuş, illərcə özünü sanki heyvan nəslinin bir parçası olaraq görmüş, hətta bu səbəblə vəhşiləşmiş, laqeydləşmiş, Allaha qarşı məsuliyyətlərindən uzaqlaşmışdır. Dəccal, yəni masonluq, darvinizmdən istifadə edərək dünyanın ən böyük yalanlarından birini yer üzünə yaymışdır. Dəccalın təsiri ilə darvinizm, tarixin ən böyük kütlə yalanı halına gəlmişdir. Lakin dəccal sistemini yayan masonların bu sahədəki müvəffəqiyyəti saxta bir müvəffəqiyyətdir. Çünki DARVİNİZM YALANI ARTIQ SONA ÇATMIŞDIR.
Yaşadığımız XXI əsrdə artıq darvinizmin bütün saxtakarlıqları ortaya çıxmışdır. Darvinistlərin 150 ildir qarşıya qoyduqları bütün ara-keçid forma nümunələrinin saxta olduğu aydın olmuşdur. Dünyanın demək olar ki, hər yeri qazılmış, 250 milyondan çox fosil çıxarılmış, amma bunların tək birinin belə ara-keçid forma olmadığı açıqca görülmüşdür.
Fosillərin hamısının mükəmməl canlıları təmsil etdiyi, böyük bir əksəriyyətinin də dövrümüzdəki canlılara aid olduğu aydın olmuşdur. İnsanlar, bu dəlil ilə canlıların bu günkü görünüşləri ilə ortaya çıxdıqlarını və heç bir dəyişiklik keçirmədiklərini anlamışlar. İnsanlar, bu həqiqət ilə darvinistlərin niyə fosilləri ört-basdır etdiklərini, niyə elmi dəlilləri insanlardan gizlətməyə çalışdıqlarını da anlamışlar. Mikrobiologiya, paleontologiya, molekulyar biologiya, genetika kimi elmlərin ortaya qoyduğu nəticələr qarşısında təkamül nəzəriyyəsinin reallaşması qeyri-mümkün bir nəzəriyyə olduğu qəti olaraq isbat edilmişdir.
Bütün bunlara baxmayaraq darvinistlərin (Allahı tənzih edərik) Allah inancına və Yaradılış həqiqətinə əleyhdar bir davranış içində olduqları və bunun səbəbinin də darvinizmi azğın bir din kimi mənimsəmələri olduğu hər kəs tərəfindən görülmüşdür. Beləliklə darvinistlərin insanları aldada bilmək üçün niyə müxtəlif yalana və saxtakarlığa müraciət etdikləri də aydın olmuşdur.
“Yaradılış Atlası”nın və fosil sərgilərinin bu oyanışdakı böyük təsiri
Təkamülü rədd edən çoxlu sayda dəlil vardır. Artıq insanlar, təkamülün bir yalan olduğunun açıqca fərqinə varmışlar. Təkamül nəzəriyyəsinin tək bir dəlillə belə dəstəklənmədiyinin şüurundadırlar. Darvinist yalanın təsirinə girmələri artıq, Allahın diləməsiylə, imkansızdır.
İnsanlar təkamül nəzəriyyəsinin etibarsızlığının dəlillərini göstərən sərgilərə getmiş, yaşayan fosilləri araşdırmışlar. Fosillərin hər birinə öz əlləri ilə toxunmuş, onları öz gözləri ilə görmüşlər. Canlıların milyonlarla il boyunca dəyişmədən qaldıqlarını, heç bir təkamül keçirmədiklərini heyranlıq içində öyrənmişlər.
“Yaradılış Atlası”nın hər bir səhifəsini diqqətlə araşdırmış, indiki vaxtda yaşayan canlı növlərinin milyonlarla il əvvəl də eyni şəkildə mövcud olduqlarına özləri qənaət gətirmişlər. Yer üzünün araşdırıldığı hər an, davamlı olaraq Yaradılış həqiqətini dəstəkləyən dəlillər təqdim etdiyini anlamışlar. Darvinistlərə edilən; dünyanın ən məşhur meydanlarında “yalnız bircə ədəd ara fosil göstərmələri” barədə çağırışın, dərin bir səssizliklə qarşılıq tapdığını da açıq şəkildə və təəccüblə müşahidə etmişlər. Darvinizm təbliğatının bütün üsulları deşifrə edilmiş və insanlara bu yalana dəstək verməməli olduqları kitablar, DVD-lər, internet yayımları, konfranslar və televiziya reportajları vasitəsilə əhatəli olaraq izah edilmişdir.
Bu gün darvinizm müdafiəçisi olmaq, sanki utanc vəsiləsidir. Darvinist nəşrlərin yeni saxta xəbərləri davamlı gündəmə gətirmə səyləri, darvinistlərin çarəsizcə konfrans verə biləcək adam axtarışları, əllərində ara fosil olmadığı üçün üzərində yalnız xəyali şəkillərin olduğu karton plakatlarla təkamül sərgiləri keçirtməyə çalışmaqları darvinist elm adamlarının yaşayan fosil sərgilərinə və “Yaradılış Atlası”na verdikləri reaksiyalar boşunadır. Artıq iş işdən keçmişdir. Darvinizm elm tarixinin ən böyük məğlubiyyətinə məruz qalmışdır. Allahın diləməsi ilə bu hiylə pozulmuşdur. Allah, haqqı haqq olaraq gücləndirib bütün yer üzünə hakim edəcək.
Yalanın dəlillərini görən insanlar, dünya səviyyəsində böyük bir fikri aydınlığa qovuşmuş və bu qədər ildir aldadıldıqlarına görə haqlı bir reaksiya vermiş, məktəblərdə uşaqlarına darvinizm cəfəngiyyatının oxudulmasını reaksiya ilə qarşılamış, edilməsi planlanan təkamül sərgilərinə, təkamül konfranslarına, yəni darvinist təbliğata etiraz etmiş, darvinistlərə açıqca meydan oxumuşlar.
Şagirdlər biologiya dərslərində darvinizm tərəfdarı müəllimləri ilə təkamül nəzəriyyəsinin elmi məntiqsizliyinə və dəlilsizliyinə dair mübahisələrə girmişlər. Uzun illər boyunca təkamül nəzəriyyəsinin gerçək üzünü bilmədikləri üçün aldadılmaqda olan insanlar, şüurlanmalarının və darvinizmin iç üzünü görmələrinin ardından, illər boyunca necə aldadıldıqlarının təəccüblə fərqinə varmış və buna yüksək səslə etiraz etmişlər. Artıq darvinistlər də bilirlər ki, darvinizm dünya səviyyəsində ölmüşdür və təkrar ayağa qalxıb insanları eyni üsullarla aldatması Allahın icazəsiylə qeyri-mümkündür.
Yaradılış həqiqətinə qarşı qoyulan maneələr nəticə verməmişdir
Hazırda darvinizmin, elm tarixinin ən böyük yalanı olduğu gerçəyi olduqca sürətli bir şəkildə bütün dünyaya yayılır. Yaradılış həqiqətinə qarşı, Avropa Şurası kimi rəsmi təşkilatlar tərəfindən reallaşdırılan maneələr, darvinistlərin bu mövzudakı şiddətli çaxnaşmasını gözlər önünə sərir. Tarixdə heç bir zaman, dövlətləri təmsil edən bir parlamentin bir yalana arxa çıxdığı və bir saxtakarlığı dəstəkləmək üçün rəsmi qərar aldığı görülməmişdir.
Darvinist çaxnaşmanın darvinizm tərəfdarlarını XXI əsrdə gətirdiyi vəziyyət budur. Darvinistlər, təzyiq göstərən hökumət qərarlarının, təkamülün dərsliklərə məcburi olaraq salınmasının, mühakiməni tərəfli bir şəkildə istifadə edərək Yaradılış həqiqətini şagirdlərdən diqqətlə gizlətməyə çalışmağın, tək tərəfli təlqinin bu yalana dəstək olmağa davam edəcəyini zənn edirlər. Halbuki, dünyadakı milyardlarla insanın darvinizm yalanına qarşı səmimi qənaətləri, təzyiq və zorla tətbiq olunan bütün üsulların və bundan əldə edilən nəticənin çox üstündədir.
Heç bir darvinist, gətirdiyi qadağan edici bir qanun ilə insanların zehni olaraq inandığı qəti bir qənaəti dəyişdirə bilməz. Heç bir darvinist, saysız dəlillə təkzib edilmiş bir nəzəriyyəni güc tətbiq edərək, dayanmadan təlqin edərək insanları buna inandıra bilməz. Bu, Allahın icazəsi ilə qeyri-mümkündür. Darvinist oyun artıq sona çatmışdır. İnsanlar bu gün XXI əsrdə gerçəkləri arzu etdikləri şəkildə istədikləri qaynaqlardan əldə edə bilirlər. Bu səbəbdən qadağan etmə, maneə törətmə və təzyiq, darvinistlərə heç bir zaman istədikləri nəticəni verməyəcək, darvinist yalana qarşı fikri reaksiya get-gedə artaraq davam edəcək.
Aləmlərin Rəbbi olan Uca Allah bütün varlıqların Hakimidir. Dəccalın oyunları bu gerçəyi insanlardan gizləyə bilməyəcək. Allah bir ayəsində belə buyurur:
“Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır”. (Saff surəsi, 8)
Dəccalın qurduğu darvinizm tələsi, Allahın vədi gərəyincə pozulmuşdur. Darvinistlər, etdikləri çirkin planın başdan pozulmuş olaraq yaradıldığını bilmədiklərindən, təbliğatlarının təsirli olduğunu gördüklərində boş bir sevincə qapılmış və müvəffəqiyyətə çata biləcəklərini zənn etmişlər. Allahın özlərini mütləq məğlub edəcəyini, bütün dünyaya hökm etdikləri halda bir anda lağ mövzusu olacaqlarını təxmin belə etməmişlər. Allahın yaratdığı qanunun; haqq olanın, mütləq qalib gələcəyini anlamaqdan da uzaqdırlar. Tələləri müvəffəqiyyətsiz olduqca yeni tələlər dalınca qaçmaqda, lakin bunların da məğlub olaraq yaradıldığını ağıllarına gətirmirlər. Halbuki, dəccalın bütün azğın sistemi, mütləq məğlubiyyətə məruz qalar və məğlub olar.
Yalanın sona çatması ilə müraciət edilən yeni bir psixoloji üsul: “heç nə olmadı ki” fəlsəfəsi
Darvinistlər cəbhəsində artıq dərin bir səssizlik hakimdir. Bir sıra qatı darvinistlər isə, təkamülü çürüdən çox sayda elmi dəlilin təqdim edilməsinin və insanların buna maraq göstərib gerçəyi görmələrinin üzərinə, darvinizmin çöküşünün fərqinə varmış olmalarına baxmayaraq, sanki oyuncağı əlindən alınmış uşaq kimi “heç nə olmadı ki” məntiqini tətbiq edirlər. “Hər nə olursa olsun, mən yenə də darvinizmə inanıram və müdafiə etməyə davam edəcəyəm” deyərək, bu vəziyyətin təsirini özlərincə hiss etdirməməyə çalışırlar. Halbuki bu da, heç bir nəticəyə çatmayacaq digər darvinist oyundur.
Allahın, “… Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir”. (Nisa surəsi, 76) ayəsində bildirdiyi kimi dəccalın nizamı olan darvinizm çox tez çökən bir sistemdir. Belə ki, zülalların təsadüfən meydana gələ bilməyəcəyinin, ya da ara fosil olmadığının sübut edilməsi ilə bitər. Bir darvinist, bu məlumatdan sonra artıq bir daha darvinist ola bilməz. Ancaq məntiqsiz bir inadla, “mən inanıram və inanmağa davam edəcəyəm” deyə bilər. Amma bu da gerçək düşüncələri deyil. Darvinizmə inanması artıq qeyri-mümkündür.
Sanki ağızına sürtülən acı bibərə görə ağızının heç yanmadığını iddia edən inadçı bir uşaq kimi, indiki darvinizm müdafiəçilərinin bəziləri də eyni inadı davam etdirirlər. Lakin şübhəsiz, bir uşağın ağızının yanmadığını iddia etməsi əhəmiyyətli deyil. Nəticədə nə qədər rədd edirsə etsin, ağızına sürtülən acı bibər səbəbiylə ağrını hiss etmişdir. Bu səbəbdən, darvinizmin etibarsızlığını isbat edən saysız elmi dəlilin ardından, hazırda dünyada darvinizmin bir yalan olduğunu bilməyən demək olar ki, tək bir darvinist yoxdur.
Darvinistlər hər nə qədər “heç nə olmadı ki” deyib dayansalar da, göstərilən reaksiyalardan, alınan tədbirlərdən, yaşanan sıx çaxnaşmadan bu məğlubiyyətin böyük bir şok təsiri yaratmış olduğu açıqca aydın olur. Əlbəttə, illərcə darvinizm yalanına inanmış və irəliləyən yaşına qədər aldadılmış olmaq bir elm adamına ağır gələ bilər. Ümumiyyətlə, insanlar aldadılmış və o yalanı kor-koranə müdafiə etmiş olmağı qəbul etmək istəməzlər.
Bu səbəblə bütün bunlardan ilk qaçış yolu darvinizm əleyhindəki dəlillərə qarşı “inanmıram” iddiasıyla ortaya çıxmaqdır. Amma əslində bu adam, ortaya qoyulan dəlillərin doğru olduğuna 100% inanmışdır. Altı aydan sonra ondan soruşulduqda, hirsi soyumuş olacaq, cavabları dəyişəcək. Ehtimal ki, “darvinizm ola da bilər, olmaya da bilər” deyəcək. Qaçış yolları tapmağa çalışacaq, “yeni dəlillər irəlidə ortaya çıxa bilər” kimi orta bir məntiq qarşıya qoyacaq. Halbuki, həmin insan da bu azğın ideologiyanın dəlilsiz bir yalan olduğunu çox yaxşı bilir. Ani qəbul ona çətin gəlsə də, əslində darvinizm bu insan üçün tam mənası ilə bitmişdir.
Axırzamanın müqəddəs dövrü Qızıl dövr, dəccalın təsirli silahı olan darvinizm fitnəsinin sona çatdığı, müharibələrin və qarşıdurmaların sona çatdığı, insanlığa böyük bəlalar gətirən dinsiz ideologiyaların tarixin qaranlıqlarına basdırıldığı və dünyanın bolluq, bərəkət və ədalətlə dolub daşdığı bir dövr olacaq. Bu dövrdə İslam əxlaqı bütün dünyaya yayılacaq, insanlar axın-axın Allah inancına yönələcəklər. Məhz bu müqəddəs dövr çox yaxınlaşmışdır. Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə görə, hz. Mehdi (ə.s) zühur etmişdir. İnsanlar tərəfindən tanınacağı vaxt çox yaxındır. Yenə hədislərdən aydın olduğu üzrə hz. İsa (ə.s)-ın nüzulu da çox yaxın bir zamanda reallaşacaq. Dünya səviyyəsində dəccal sisteminin ən böyük fitnəsi olan darvinizm isə, tarixinin ən böyük məğlubiyyətini yaşamışdır. Dəccal artıq ölmüşdür.
HÖRMƏTLİ ADNAN OKTAR MASONLUĞUN OYUNU OLAN DARVİNİZM FİTNƏSİNİN NECƏ ÇÖKDÜYÜNÜ İZAH EDİR…
Darvinistlər küncə sıxışdı
“Darvinistlər küncə sıxışdılar, amma mən rüsvayçılıq çıxaracaqlarını təxmin etmirdim. Yəni xalq təbiri ilə indi dəqiq palçığa yatırlar. Əvvəla “biz təsadüf demədik” -deyir. “Təsadüfü haradan çıxardınız?” -deyir. Qardaşım, mən sizə nə söyləyim, yəni nə deyim? İndi sən deyirsən ki, palçıqlı su vardı. Ee yaxşı, orada deyirsən karbon atomları, azot atomları bu, bu və s. vardı. Bunlar təsadüflər nəticəsində bir araya gəldilər deyirsən, zülal oldu deyirsən, elə deyilmi? Zülal təsadüfən meydana gələ bilmir, elmi olaraq bu mümkün deyil. Bir şəkildə oldu deyirsən, sonra onlar, zülallar bir araya gəldilər deyirsən … Zülalları təsadüflərlə açıqlayırlar. Amin turşularının yaranmasını, zülalları, zülalların bir araya gəlməsini.
Üstəlik zülallar D-izomer və L-izomer deyə ayrılır. Oradakı seçim də bir plan üzrə olmalıdır. Sonra zülallar bir araya gəlirsə, yalnız toz olar, zülal tozu olar. Bu, hüceyrə olmalıdır. Yəni hüceyrəni necə açıqlayacaqlar? Hüceyrə membranı olacaq, nüvə olacaq, xromosom var, vakuol var, mitoxondri var… Bunların hamısı təsadüflər nəticəsində üst-üstə meydana gəldi deyirlər. Sonra təsadüfən olarmı belə bir şey deyə soruşuruq. “Biz təsadüf demədik, haradan çıxardın?” -deyirlər. Yəni hər halda çox səbirli olmaq lazımdır. Qardaşım, bir şey ya təsadüfdür, ya da ağıllı bir varlıq yaratmışdır. Allah üçüncü ehtimalı da söyləmədiyinə görə, üçüncü ehtimaldan da bəhs etmir. “Yox, biz elə bir şey demədik” deyir”. (Hörmətli Adnan Oktarın 8 dekabr 2009-cu ildə Kocaeli TV və Mavi Karadeniz TV-də canlı olaraq yayımlanan müsahibəsindən)
Masonlar dərc etdikləri rəsmi nəşrlərdə darvinizmi müdafiə etdiklərini açıqca ifadə etmişlər
“Ekranda memar Sinan deyə oxunurmu? Oxunur hərhalda, elə deyilmi? Bəli. Əfəndim, bu jurnal mason yoldaşlarımızın çıxartdığı bir jurnaldır. Yəni masonların rəsmi nəşr orqanı kimi bir şeydir. “Yer üzündə” jurnalın 31-ci səhifəsində deyir, “bizim darvinizmlə əlaqəmiz yoxdur, kainatın ulu memarına inanırıq” deyirlər. O nə deməkdirsə? Çünki Allah vardır, “kainatın ulu memarı yəni total enerjidir” deyirlər. Haşa, biz Allahı elə bir total enerji olaraq görmürük. Hər yerə hakim, mütləq tək hakim güc olaraq görürük. Hər şeyi yaradan olaraq. “Yer üzündə həyatın mənşəyi üçün edilən elmi, ya da dini fərziyyələr içində bir çox suala qəti və sübut edici cavab verə bilməməsinə baxmayaraq, ən etibarlısı darvininkidir” deyir.
Bəs darvinizmlə əlaqələri yox idi? Bax, deyir ki, “yer üzündə həyatın mənşəyi üçün edilən elmi, ya da dini fərziyyələr içində”, fərziyyə, dini fərziyyə deyir, Allahın yaratması fərziyyə deyil bir həqiqətdir. “Bir çox suallara qəti sübut edici cavab verə bilməməsinə baxmayaraq, ən etibarlısı darvininkidir” deyir, başqa sözə gərək varmı bilmirəm. Ki, baxın digər jurnallarda da eyni şəkildə bu mövzular bu şəkildə vurğulanır. Burada da çoxlu təkamüldən bəhs etmişdir. “Yenə canlılar dünyasında həyatında maddə alış-verişi baxımından yer üzündə və içimizdə yaşayan faydalı mikrobların, bütün bitkilərin, heyvanların, insanların təbiət ananın”, “təbiət ana”, biz təbiət ana, təbiət ata deyə bir şey bilmirik. Kainatı Allah yaradır. Təbiət ana deyə bir şey yoxdur.
“Düzəltdiyi sirli bir uyğunluq ilə,” sirli bir uyğunluq deyir bax, “təbiət ananın təşkil etdiyi sirli uyğunluq davamlı olaraq ortaq şəkildə həmrəylik içində olduqlarını düşünərək masonluğun hüzur, barış və güvən, xoşbəxtlik məqsədində qısacası humanizmə və insanların universal birliyi…” başlayıb davam edir. Darvinizmin digər bir adı da təbiət anadır. (Allahı tənzih edirik.) Biz təbiət ana, təbiət ata, təbiət baba bilmirik, yalnız Allah vardır. Yəni çox nümunə verə bilərəm. Məsələn, yenə bu ustad masonlardan birinin şərhi: “Tanrı” deyir məsələn “…tam təkamüldür.” Haşa. “Bunun bir elementi təbiətin gücüdür.
Beləcə tam və gerçək kainatın özü onu əhatə edən enerjidir”; “Masonluqdan İlhamlanmalar” adlı kitabda. Masonların yenə öz əsərləridir. Deməli, darvinizmə inanırlar, Allah inancları da bizim anladığımız mənada yoxdur, bir total enerji, şüursuz bir enerji olaraq görürlər. Belə Allah inancı olmaz. Allah inancı Quranda təsvir edildiyi kimidir. Allah doğmamışdır, doğulmamışdır. Tək hakim və mütləq gücdür, hər şeyin sahibidir. Mülkün sahibidir, yeri, göyü və ikisi arasında olan hər şeyi yaradandır. Bu səbəbdən təbiət ana, təbiət baba bunları buraxacaqlar. Yəni bunlar dəbdən düşmüş köhnə fəlsəfi qəribə izahlardır.” (Hörmətli Adnan Oktarın 22 noyabr 2009-cu ildə Kocaeli TV və Kanal 35-də canlı olaraq yayımlanan müsahibəsindən)
Darvinistlər qürurlarına görə Allaha təslim olmurlar
ADNAN OKTAR: 250 milyon ədəd fosillə etibarsızlığı isbat edilmiş bir nəzəriyyədir. Zülalların quruluşu ilə də, xromosomların quruluşunun araşdırılması ilə də açıqca ortaya qoyulmuşdur və Dokins kimi bir adam belə “yadplanetlilər yaratdı” deməyə başladı. “İnsanları yadplanetlilər yaratdı” -deyir. Yəni Dokins bir yaradılış var deyir. “Bir yaradan var, amma onlar yadplanetlidirlər” deyir, haşa. Yadplanetliləri kim yaratdı dedikdə Dokins aradan çıxır.
APARICI: Amerikan ədəbiyyatında da belə deyirlər məsələn, hekayələrində Adəm ilə Həvvanın kosmosdan gəldiyi, kosmik gəmilərinin xarab olduğu və dünyada qaldıqları…
ADNAN OKTAR: Məsələn, bunlar çarəsizlikdən söylədikləri sözlərdir. Yəni inanca qarşı nə edəcəklərini bilmədilər. Bir çırpınış içindədirlər.
APARICI: Hətta hekayələrdə “Adam and Eve” deyə keçir.
ADNAN OKTAR: Bəli. Bu əslində iman etdiklərini göstərir. Lakin qürur, eqoistliyə görə Allaha təslim olmaq istəmədikləri üçün yadplanetlilərə təslim olmağı daha uyğun hesab edirlər. Öz ağıllarıyla yadplanetliləri Allah kimi görməyi daha üstün görürlər, haşa. (Hörmətli Adnan Oktarın 30 oktyabr 2009-cu ildə Dem TV-də canlı olaraq yayımlanan müsahibəsindən)
Dəccalın məğlubiyyəti sonsuza qədər davam edəcək.
Ağıl və vicdan sahibi bir insanın məsuliyyəti, ağılın, məntiqin, vicdanın və elmin göstərdiyi doğrulara uymaq və hər varlığı Allahın yaratdığı gerçəyini qəbul etməkdir. Şübhəsiz, Uca Rəbbimizin insanların tərifinə, təslimiyyətinə, təqdirinə və ibadətinə ehtiyacı yoxdur. Ehtiyac içində olan yalnız insanın özüdür. Allaha qarşı təkəbbürlənmək insana dünyada və axirətdə məyusluqdan başqa bir şey gətirməyəcək. Allaha təslim olmaq isə, dünyada xeyirli və gözəl bir həyatın, axirətdə isə bu dünya ilə müqayisə edilməyəcək sonsuz və böyük nemətlərə qovuşmağın bir vəsiləsidir. Amma hamısının üzərində, insana ən böyük mükafat Allahın razılığı olacaq.
Dəccalın məğlubiyyəti isə sonsuza qədər davam edəcək. Darvinizmin çöküşü bunun ən əhəmiyyətli göstəricisidir. Əhəmiyyətli olan bundan sonra vicdanın göstərdiyi yola əməl etmək, dünyada bir fürsət olaraq verilən ömürü dəccalın əsiri olaraq sərf etməməkdir. Əgər bir insanın ağlı və şüuru yerindədirsə, edilməli olan budur. Hər varlığın sahibi və hakimi olan Allah ayələrdə belə buyurur: “Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun”. (Zumər Surəsi, 54-55)
Rəddin ardındakı qəbul
Darvinistlərin, rədd üslublarının ardındakı gizləyə bilmədikləri qəbul, müxtəlif elm adamları və şəxsən darvinistlər tərəfindən bu şəkildə ifadə edilir.
Bioloq Villiam Fiks (William Fix):
“Araşdırmanın ön planında olan elm adamları klassik darvinizmə öldürücü bir zərbə vurmuşdur. Bu xəbəri doğrudan insanlara verə bilmirlər, bunu yalnız texniki yazılarına və gizli tövsiyələrinə saxlayırlar.” 1
Darvinist antropoloq Robert A. Martın:
“1972-ci ildə, Amerikan Təbiət Tarixi Muzeyindən Niles Eldredge və Harvard Universitetindən Stefan Cey Qould, “sıçramalı təkamül” anlayışını ortaya atan bir məqalə nəşr etdi. Təkamül yavaş, nizamlı və mərhələli bir şəkildə irəliləyirsə, bu vəziyyətdə növlər arasında olmalı olan bütün aralıq-keçid formalarının harada olduğunu soruşdular. Bəlkə də bunları tapmağın bu qədər çətin olmasının səbəbi, əslində mövcud olmamalarıdır.” 2
Jurnalist Leri Vidam (Larry Witham):
“Onlarla, onlarla elm adamından müsahibə aldım. Öz aralarında ikən və ya güvəndikləri bir jurnalist ilə danışdıqlarında, “bu sadələşdirilə bilməz komplekslikdədir” və ya “molekulyar biologiya böhran içindədir” kimi ifadələr işlətdilər, amma bunu cəmiyyət içində açıqca dilə gətirə bilmirlər”. 3
Elm redaktoru darvinist Qordon Ratrey Teylor (Gordon Rattray Taylor):
“Toplanan dəlillər bioloqların kəşf etdiyi möhtəşəm şəkildə koordinasiya edilən strukturların və mükəmməl uyğunluq göstərən davranışların açıqlanması üçün təsadüflərin kifayət etmədiyini göstərir. İki Amerikalı biyoloqun qısa müddət əvvəl açıqladıqları kimi: “Əsl tapmaca, daha doğrusu təkamül mexanizminin nə olduğu problemi heç bir həllə çatmamışdır.
Qısacası, bir əsrdən çoxdur, biologiya sahəsində hakim olan doqma çökməkdədir”. 4
Darvinizmin gəldiyi son nöqtə budur. Darvinistlər illərcə canla-başla müdafiə etdikləri öz nəzəriyyələrindən artıq şübhə edirlər. Darvinizmin dünya yalanı sona çatmışdır.
Artıq dəccal sistemi olan masonluğun darvinizmi canlı tuta bilmək üçün istifadə edə biləcəyi heç bir üsul işə yaramayacaq. Keçmiş əsrlərdə insanların canla- başla müdafiə etdikləri dünyanın nəhəng bir tısbağanın kürəyində dayandığı hekayələri indi bizlərə nə qədər məntiqsiz gəlirsə, darvinizm də gələcək nəsillər üçün eyni şəkildə komediya ünsürü olacaq. İnsanlar Nobel mükafatlı professorların, universitet müəllimlərinin, elm adamlarının belə bir komediyaya necə inandıqlarına və necə belə bir boş sözün arxasından sürükləndiklərinə məna verə bilməyəcəklər.
XX əsr, bütün darvinist elm çevrələri üçün utanc əsri olaraq xatırlanacaq.
Nəticə:
Dəccal sistemi İsa Məsih (ə.s)-ın və hz. Mehdi (ə.s)-ın zühuru üçün xüsusi olaraq yaradılmışdır
Allah adətullahı gərəyi zidd düşüncələri birlikdə yaradır. Allah, hz. Musa (ə. s.)-ı yaratdıqda onun ziddi olan fironu da yaratmışdır. Hz. İbrahim (ə. s )-ı yaradan Allah, ona qarşı çıxacaq Nəmrudu da yaratmışdır. Allah, Axırzaman dediyimiz və rəvayətlərə görə içində olduğumuz bu dövrdə isə masonların idarəsindəki dəccaliyyəti və dəccaliyyətin əhəmiyyətli oyunlarından biri olan darvinizmi yaratmışdır. Axırzamanda hz. İsa (ə.s)-ın və hz. Mehdi (ə.s)-ın insanları gözəl əxlaqa, imana, hüzura və təhlükəsizliyə dəvət etmələri qarşısında; qarışıqlığı və qarşıdurmanı müdafiə edən, mərhəmətsizliyi və eqoistliyi təlqin edən, insanları dağıntı və həlaka sürüyən dəccaliyyət, yəni masonluq, bu məqsədlə darvinizmdən istifadə etməkdədir.
Böyük İslam alimi Bədiüzzaman Səid Nursi həzrətləri, Emirdağ Lahikasında hz. Mehdi (ə.s)-ın birinci vəzifəsinin, darvinizmin və materializmin insanlar üzərindəki təsirini tam olaraq qaldırıb, bu dəccali axınları fikirlə yerlə bir etmək olduğunu ifadə etmişdir. Bədiüzzaman, hz. Mehdi (ə.s)-ın, darvinizm və materializmə qarşı qazanacağı qəti müvəffəqiyyət ilə insanların imanına vəsilə olacağını belə xəbər vermişdir:
“Çox vaxt məktublarımda işarə etdiyim kimi, Mehdi Al-i Rəsulun (Peyğəmbərimiz (s.ə.v)-ın soyundan gələn hz. Mehdi (ə.s)-ın təmsil etdiyi qüdsi (müqəddəs) camaatının şəxsi mənəvisinin üç vəzifəsi var. … Birincisi: Fən və fəlsəfənin tasallutiyle (təsiriylə) və maddiyyun və tabiyyun (materializm və Darvinizm inancını) bəşər (insanlıq) içində intisar etməsiylə (yayılmasıyla) hər şeydən əvvəl fəlsəfəni və maddinin fikirini (materialist düşüncəni) tam susduracaq bir tərzdə imanı qurtarmaqdır”. 5
Bu səbəbdən hz. Mehdi (ə.s)-ın əsl vəzifələrindən biri, materialist və darvinist fəlsəfəni fikirlə tam mənasıyla ortadan qaldırmaq və Allah inancını dünyaya hakim etməkdir. Masonların Axırzamanda kütlələrə yaydığı bu azğın din, Allahın icazəsiylə hz. Mehdi (ə.s) tərəfindən elmən yox ediləcək.
Yalanla bütün dünyanı aldatmağı bacarmaları, darvinist diktatorluğun bütün dünya üzərində saxta bir hakimiyyət qurması, darvinistləri yanıltmaqdadır. Darvinistlər, bu saxta müvəffəqiyyətin Allahın yaratdığı imtahanın bir sirri olduğunu dərk edə bilmədiklərindən, bunu gerçək bir müvəffəqiyyət zənn etmiş və məğlub olmayacaqlarını sanmışlar. Halbuki, belə saxta müvəffəqiyyətlər, gerçək və doğru olanın ortaya çıxıb üstün gəlməsi üçün reallaşar. Nəticəsində isə mütləq, Allahın istədiyi, Allahı ucaldan düşüncə qalib olub üstün gələr.
Hazırda darvinizmin vəziyyəti də budur. Saxtakarlıqla əldə edilən dünya hakimiyyəti böyük bir məğlubiyyətə doğru getməkdədir. Çünki bu, darvinizmin taleyidir. Darvin, Allah dilədiyi üçün darvinizmi ortaya atmışdır. Darvinizm, Allah dilədiyi üçün dünyaya hakim olmuşdur. Və indi bu azğın inanc, Allah dilədiyi və Allahın taledə təqdir etdiyi vaxt gəldiyi üçün köklü və böyük bir məğlubiyyətə məruz qalmaqdadır. İnsanlar, Allahın təyin etdiyi bir tale daxilində darvinizm fitnəsinə uymuşlar. İndi də, yenə Allahın təyin etdiyi tale içində, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-a iman gətirəcəklər və bütün dünya, hz. Mehdi (ə.s)-ın, darvinizmi, materializmi, qısacası bütün dəccali sistemləri ortadan qaldırıb fikirlə yox etməsiylə, bu azğın fitnədən xilas olmağın hüzuruna qovuşacaq. Uca Rəbbimiz bir ayəsində belə buyurur:
Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)
Darvinist məğlubiyyəti qəbul etməyənlərə çağırış!
Dəccalın oyununa gələn darvinistlər də daxil olmaqla bütün varlıqlar, mütləq bir gün Allahın hüzurunda toplanacaqlar. Rəbbimizin Qatında hesaba çəkiləcək və etdiklərinə, düşündüklərinə, tətbiq etdiklərinə görə sorğulanacaqlar. Hesab günü qəti bir gerçəkdir. Məhz bu səbəblə masonların təsiri altında qalmış olan bütün darvinistlərin, gerçəkləri açıqca gördükləri bu günlərdə, inadçı və qürurlu israrlardan imtina edib, vicdanlarına uymaları və doğru yolu seçmələri qurtuluşa gedən ən əhəmiyyətli yoldur. Allahın hökmü haqdır, mütləq reallaşacaq və qurulmuş heç bir nizam, Allah diləmədikcə, bunun önünə keçə bilməyəcək. Darvinizm yalanına bağlı qalmaqda təkid edən, bu yalanın arxasından qaçmağa və insanları aldatmağa davam etməkdə qərarlı olan hər insan bu gerçəyi heç bir zaman unutmamalıdır. “Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. Lakin üz döndərib küfr edəni, Allah ən şiddətli əzabla cəzalandırar. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir”. (Gaşiyə surəsi, 21-26)
Dəccalın qurduğu tələlər də Allahın nəzarətindədir
Bu gerçək heç bir zaman unudulmamalıdır: bir əsr yarımdır insanları aldadan darvinizm fitnəsinin qaynağı olan dəccal, Allahın nəzarətində olan bir varlıqdır. Dəccaliyyətin yəni masonluğun fitnəsi, səmimi iman edənlər xaric, haradasa bütün insanları içinə ala biləcək böyüklükdə bir fitnədir. Lakin masonların tələsi nə qədər böyük olursa olsun, ağılda tutulmalı olan gerçək, qurulan bütün tələlərə ən gözəl qarşılığı verəcək olanın Uca Allah olduğudur. Allah, insanları sınamaq, saleh müsəlmanları ortaya çıxarmaq, onları öyrətmək və daha bir çox hikmət gərəyincə, şeytanın yer üzündəki fəaliyyətlərini və dolayısilə dəccaliyyəti də tale içində var etmişdir və dəccaliyyət mütləq məğlub olacaq şəkildə yaradılmışdır. Bu səbəbdən inkar edənlərin tələləri, Allahın icazəsi ilə, heç bir zaman müvəffəqiyyətə çata bilməyəcək. Allah, bir ayəsində bu sirri belə xəbər verir:
Zalımlar öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)
Dəccaliyyətin ölümünü dünya səviyyəsindəki anket nəticələri də müjdələyir
Dünya səviyyəsindəki bu böyük fikri aydınlanmanın ən əhəmiyyətli göstəricilərindən biri müxtəlif media quruluşları və internet saytları tərəfindən aparılan anketlərdir. Məsələn; “Associated Press” Agentliyi və NBC-nin apardığı yerli anketin nəticələrinə görə, Amerikalıların 86%-i artıq Yaradılış həqiqətinin də məktəblərdə oxudulmasını istəyir. 6
Almaniyanın “Süddeutsche Zeitung” qəzeti internet saytında 8 iyul 2007-ci ildə aparılan anketin nəticəsinə görə, təkamülü rədd edənlər 87%-i təşkil edir.
Almaniya “Die Welt” qəzeti internet saytının 17 aprel 2008-ci ildə apardığı anketə görə, bu nisbət 86%-dir.
İsveçrənin “Blick” qəzeti internet saytının 4 may 2007-ci ildə apardığı anketə görə, Yaradılış həqiqətinə inananların nisbəti 85%-dir.
Fransa “Science Actualités” qəzeti internet saytının 16 fevral 2007-ci ildəki anketinə görə təkamülə inanmayanlar 92%-dir.
2 fevral 2009-cu ildə “Guardian” qəzetinin xəbərinə görə, İngiltərədə aparılan bir anket, İngilislərin yalnız 25%-nin darvinin təkamül nəzəriyyəsinə inandıqlarını göstərir.
Yenə, Fransız “Nouvel Observateur” və “Science et Avenir” ortaq internet saytında 06.07.2009 tarixində nəşr olunan bir xəbərə görə, Fransız məktəblərində, təkamül nəzəriyyəsinə inanan şagirdlərin sayında bir xeyli eniş olduğu müəyyən edilmiş və sözü gedən nəşr bu vəziyyəti “Yaradılış Atlası”nın Fransadakı möhtəşəm təsiri ilə əlaqələndirmişdir.
Darvinist professorlar, darvinizmin aldığı bu böyük yaranı olduqca “ciddi”, “kədərli”, darvinizm adına “utancverici” olaraq xarakterizə etmişlər. 7
İsveçli embriyolog Soren Lovtrup, darvinizm yalanının bu gün gəldiyi vəziyyət ilə əlaqədar belə şərh edir:
“Düşünürəm ki, heç kim elmin bütün sahələrinin saxta bir nəzəriyyəyə bağlı olmasının böyük bir səhv olduğunu inkar etməyəcək. Amma biologiyada reallaşmış olan vəziyyət budur: uzun zamandır insanlar təkamül problemlərini “Darvin” lüğətinə xas bir şəkildə mübahisə etməkdədirlər -”adaptasiya”, “seleksiya təzyiqi”, “təbii seleksiya” və s. – bunu edərək təbii hadisələri şərh edəcəklərinə inanrlar. Amma bunu bacara bilmirlər…
İnanıram ki, bir gün Darvin mifi elm tarixinin ən böyük yalanı olaraq yerini alacaq”. 8
Qaynaq:
1 William Fix, The Bone Peddlers, New York, Mcmillan, 1984, s. 179-180 – Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 219
2 Robert A. Martin, Missing Links, Jones and Barlett Publishers, UK, 2004, s. 55
3 Ben Stein, Expelled “No Intelligence Allowed”, 2008
4 Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, s. 15
5 Bediüzzaman Said Nursi, Emirdağ Lahikası, səh. 259
6 Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 252
7 http://tempsreel.nouvelobs.com/actualites/sciences/vivant/ 20090703.OBS2955
8 S. Lovtrup, Darwinism: The Refutation of a Myth, Londra, Croom Helmm, 1987, s. 422 – Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 253