Nur surəsi, 31-32 ci ayələrinin təfsiri
Adnan Oktar: Nur surəsi 31 və 32-ci ayələri. Əli Bulaçın təfsirində belə qeyd olunur. Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. “Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar“– qeyri-qanuni əlaqəyə girməsinlər – Allah “qoy onlar görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər“, buyurur. Cənabı Allah görünənləri göstərə bilərlər deyir. “Baş örtüklərini”yazılıb amma buraya “baş” sözünü əlavə edib. Elə bir söz yoxdur. “Örtüklərini yaxalarının üstünə salsınlar“– yəni Allah sinələrini örtsünlər deyir. Zinətlərini kimlərə göstərə bilərlər?
Allah “Zinətlərini ərlərindən, atalarından, ərlərinin atalarından, öz oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, öz müsəlman qadınlarından, sahib olduqları kölələrdən, ehtirasını itirən kişi xidmətçilərdən və qadınların çılpaqlığını hələ anlamayan (məhrəm yerlərini tanımayan) uşaqlardan başqasına göstərməsinlər” – deyir. Biz bunu demişdik, azğınlar, düşüncəsizlər dəstəsi ayağa qalxmışdı. Ağıllarını itirmişdilər. “Belə deyil, filandır”- deyirlər. “Allah belə deyir”- deyirəm. “Allah səhv deyir”- deyirlər, haşa. “Biz doğrusunu bilirik”- deyirlər. “Quran deyirsə, Quran da səhv söyləyir”- deyirlər. Allaha əxlaq öyrədirlər, haşa.
Bu ayə qadınların oğullarının, atalarının, ərlərinin yanında necə geyinə biləcəklərini izah edir. Xurafatçılar dəstəsi qəbul edirmi bunu? Etmir. Bu ayəni əxlaqsız görürlər, haşa. Əxlaqa uyğun hesab etmirlər. Azğınlar, xurafatçılar bu ayəni qəbul etməzlər. Oxudular, mənasını anladılar, şok oldular, məətəl qaldılar. Bu vaxta qədər anlamamışdılar. İndi belələri dindən də çıxar. “Mən belə dini qəbul edə bilmərəm”- deyirlər. Onsuz da qəbul etmirlər. Bu, Allahın hökmüdür deyirsən, “yox, qəbul etmirəm”- deyirlər. Xurafatçılardan bunu soruşsan qəbul etməzlər. Amma, Allah, açıq şəkildə söyləyir. “Zinətlərini ərlərinə, atalarına göstərə bilərlər“. Azğın bunu qəbul edir? Xeyr, etmir. “Ərlərinin atalarına göstərə bilər, öz oğullarına göstərə bilər, ərlərinin oğullarına göstərə bilər…”– Cənabı Allah deyir, amma onlar bunu qəbul etmirlər.
Bir çox Quran hökmünü çirkin qarşılayırlar. Peyğəmbərimiz (s.ə.v)- in evliliklə əlaqədar olan ayələrini çirkin qarşılayırlar, cənnətdə qadınların, məsələn, Allahn Nəbə surəsi, 33-cü ayədə: “döşləri yeni tumurcuqlanmış qızlar“- deyir, bəziləri “haşa” deyirlər. “Allah elə bir şey deməz”- deyirlər. İndi belələrinə nə deyəsən?
Sizə qalsa, bu müasir gənc qızlar, baxımlı gənc qızlar, müasir cavanlar hamısı küfrün ətəyinə düşməli olan, haşa cəhənnəm yanacağı kimi gördüyünüz insanlardır. Hamısını lənətlənmiş görürsünüz. Mən də onları canım kimi sevirəm, bağrıma basıram, qardaşım, bacım olaraq görürəm, İslamı, Quranı öyrənmələri üçün cəhd göstərirəm. Musiqi dinləyən, rəqs edən insanları həmişə lənətlənmiş görürlər. Hamısını cəhənnəm yanacağı kimi görürlər. Bizim Anadolunun, Türkiyənin hər tərəfi oynayar, rəqs edər. Anadoluda nağara, zurna ilə oynayırlar.
Trakyanın özünə məxsus olan oyunları vardır. Xalq toylarda, hər yerdə əylənir. Hər yerdə musiqi dinlənilir. Hamısını cəhənnəm yanacağı olaraq görürlər. Evində şəkil olan yerə mələklərin girməyəcəyini deyirlər. Nə etdiklərindən, nə danışdıqlarından xəbərləri yoxdur. O qaranlıq dünyanıza məni də çəkməyə çalışırsınız, mən də sizi işıqlandırmağa çalışıram. Quranın kafi olmadığını deyirlər. Allah isə, “Quran kafidir, hər şeyi içində yazdım” – deyir. “Elə şey olmaz” – deyirlər. Müşriklər də Peyğəmbərimiz (s.ə.v)- ə, “bizə bir Quran daha gətir” – deyirlər. Xurafatçılar, azğınlar: “Quran bizə kafi deyil, bir mislini daha gətirin” – deyirlər.